Ətraflı axtarış
Baxanların
8921
İnternetə qoyma tarixi: 2011/10/24
Sualın xülasəsi
Qibti bir kişinin Musa (əleyhissalam) tərəfindən öldürülməsi onun isməti ilə necə uyğun gəlir?
Sual
Quranda haqqında danışılan həzrət Musa (əleyhissalam) qibtili bir kişini öldürür. Belə olan halda Musa (əleyhissalam) məsumdur, ya yox?
Qısa cavab

Bütün ilahi peyğəmbərlər (müxtəlif dərəcələrlə) məsum, kamal həddində və Allaha ən yaxın insanlardır. Onların digər adi insanlardan daha çox və yüksək vəzifələri vardır. Bundan əlavə, onlar Allahdan qeyrisinə olan hər bir diqqət və nəzəri böyük günah sayırlar.

Başqa tərəfdən İslam alimləri və mütəfəkkirləri həzrət Musanın (əleyhissalam) ismətini və onun bir nəfər qibtini (fironçunu) öldürməsi hadisəsini müxtəlif açıqlamalarla izah etməyə və aydınlaşdırmağa çalışırlar.

Bu hadisə haqqında alimlərin ən mühüm nəzərləri budur ki, hadisədə həzrət Musanın (əleyhissalam) günahı yoxdur və təkcə bəyənilməmiş bir iş görmüşdür. Amma, öldürülmüş qibti kişi haqqında isə nəzərləri budur ki, o zaman onun öldürülməsi heç də günah sayılmırdı, amma yaxşı olardı ki, Musa (əleyhissalam) bu işi tez görməmiş olaydı.

Quranın bu hadisə haqqındakı ifadələri də həzrət Musanın (əleyhissalam) isməti ilə heç də fərqli deyildir. Belə bir mövzuda İmam Rza (əleyhissalam) ilə Məmun arasında bəhs olur və Məmun  Musanın (əleyhissalam) Quranda dediyi bu ayələri gətirir: “Bu, Şeytan əməlindən idi. O, düşmən və açıq-aydın yoldan azdırandır.” Yaxud, “İlahi! Mən özümə zülm etdim, məni bağışla!” - İmam Rza (əleyhissalam) cavabında buyurur: “Quranda Musanın (əleyhissalam) dilindən deyilmiş “Bu, Şeytan əməlindən idi” – ifadəsi əslində, bir-biri ilə savaşan iki kişiyə aiddir. Amma “Özümə zülm elədim” – ifadəsi, yəni gərək şəhərə daxil olmayaydım – deməkdir. “İlahi! Məni bağışla!” – isə onu fironçuların gözündən gizlədilməsini istəməsidir.

Ətreaflı cavab

Bu suala cavab verməkdən ötrü bir neçə məsələyə diqqət etmək lazımdır:

A) İsmət haqqında qısa məlumat;

İsmət sözü ərəb lüğətində hifz, pak olmaq və bir şeyə əl atmaqdır.[1] Kəlam elminin terminologiyasında isə elə bir lütfdür ki, hər kəsdə olsa, onun vasitəsi ilə itaəti tərk etməz və imkanı olduğu halda günaha meyli olmaz.[2]

B) Peyğəmbərlərdə ismətin lazım olmasına bir neçə dəlil;

1.Əgər ilahi peyğəmbərlər məsum olmasalar ilahi hədəfin ziddinə olarlar. Çünki, peyğəmbərlərin göndərilməsində məqsəd odur ki, insanları onların əsl məsləhət və zərərlərinə olan mövzulardan agah etsinlər və bununla da, bəşərin təlim-tərbiyəsi və onların dünya və axirətdə kamal və səadətə tərəf çatmaları üçün müqəddəmələri hazır etsinlər. Bu məqsəd isə peyğəmbərlərin isməti olmadan hasil olmaz. Çünki, əgər hər hansı peyğəmbər günah iş etsə bizim ona tabe olmağımızın vacibliyi şübhəli görünür. Əgər bir işdə peyğəmbərin yolu ilə getməsək, onda peyğəmbərlərin göndərilməsi hədəfi aradan getmiş olur. Başqa tərəfdən isə peyğəmbərə tabe olmamağın özü böyük günahdır.

2. İstər peyğəmbərliyə seçilməzdən əvvəl, istərəsə də sonra, hər hansı peyğəmbərin günahı, xalq arasında ona qarşı nifrət və itaətsizliyə səbəb olar. Bu və digər müxtəlif dəlillərə əsaslanaraq demək olar ki, peyğəmbərlərin məsum olması qətidir.

C) Həzrət Musanın (əleyhissalam) isməti bəzi Quran ayələrinin zahiri ilə məsələn, qibti bir kişini öldürməsi ilə necə uyğun gələ bilər?

Quranda oxuyuruq: “(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: "Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır! (Musa) dedi: "Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla! (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168740 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166574 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121975 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115889 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115096 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96554 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60837 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56606 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49345 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47341 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...