Ətraflı axtarış
Baxanların
6686
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Mütərəqqi ilahi-rəhmani idarə sistemində insanın ruhi yüksəliş metodunu bəyan və şərh edin.
Sual
Mütərəqqi ilahi-rəhmani idarə sistemində insanın ruhi yüksəliş metodunu bəyan və şərh edin.
Qısa cavab

Bu sual ideal cəmiyyət, yaxud xilaskar ideologiyasının barəsində digər bir bəyandır. Əflatunun irəli sürdüyü ideal cəmiyyət insanın “Respublika” kitabında təsvir edilən ən qədim və məşhur yüksəliş modelidir. İslam aləmində Farabi də “İdeal cəmiyyətin əhalisinin rəyləri” adlı kitabında ideal islam hökuməti və onun rəisi ilə əlaqədar bəhs aparmışdır. Farabi fəlsəfəçilər tərəfindən “İkinci Müəllim” adı verilən (Birinci Müəllim Ərəstudur) ən böyük islam filosoflarından biridir. O, ideal cəmiyyəti islam qalibində təqdim etmişdir. Həm Əflatunun, həm də Farabinin bəyan etdiyi ideal cəmiyyətdə hikmətli (filosof) rəhbər cəmiyyətin kamal nümunəsi kimi qələmə verilir. O, cəmiyyəti mənən tərbiyə etməli, özü kimi yüksək məqama yetirməlidir. Buna görə də rəhbər insaniyyətin kamil nümunəsi olmalıdır.

Hazırkı cəmiyyətdə ideal quruluşla əlaqədar iki nəzəriyyə mövcuddur və hər ikisi bəşəriyyətə nicat vermək, xilas etmək iddiasındadır: liberal-demokratik (kapitalizm və imperializm) və sosializm (iki demokratik və kommunist görüşləri ilə).

İran İslam inqilabında irəli çəkilən üçüncü ideologiya islami ideologiyadır. Lakin təəssüflər olsun ki, inqilabdan sonrakı saysız-hesabsız siyasi məsələlər bu ideologiyanın geniş səviyyədə tədvin olunmasına mane olmuşdur. Bu məqalədə Farabinin fəlsəfi nəzəriyyələrini əsas tutmaqla və onun tərsim etdiyi islami hökumət nəzəriyyəsinə diqqət yetirməklə cavabı iki bölmədə tədqiq edəcəyik: ideal quruluş və insanşünaslıq (sosiologiya). Əlavə məlumat üçün ətraflı cavaba müraciət edin.

Ətreaflı cavab

Müqəddimə

Bu sual ideal cəmiyyət və ya bəşəriyyətin nicat və xilaskarlığı məsələsi ilə əlaqədar digər bir bəyandır. İdeal (utopik) cəmiyyət qədim dövrlərdən indiyə qədər fəlsəfədə irəli çəkilən ən mühüm məsələlərdən biri olmuşdur. Əflatunun ideal cəmiyyət və insanın mənəvi yüksəliş modeli barəsindəki nəzərləri “Respublika” kitabında təsvir edilən ən məşhur və ən qədimi nəzəriyyədir. Əflatunun təqdim etdiyi ideal cəmiyyət kənd həyatı tipli quldarlıq quruluşudur. Bu ideal cəmiyyətin əsası quldarlarla feodal əyan-əşrafların əlaqəsinin möhkəmlənməsidir ki, rəiyyətlə mehriban davranmalıdırlar. Əlbəttə, bu hökumətin başında da gərək filosoflar qərar tutsunlar. Hazırkı dünyada bu respublika quruluşunu heç kəs qəbul etmir və ümumiyyətlə, onun şərtləri də mövcud deyildir. Yunan fəlsəfəsinin intibah dövründən sonra utopik cəmiyyət məsələsi yaddan çıxarıldı və orta əsrlər dövründə bir daha diqqət mərkəzində oldu. Aqost Kent “Allahın şəhəri” adlı kitabında Allahın seçilmiş şəhəri barəsində mənəvi bir quruluş irəli sürür. Bu məsələ ilə eyni zamanda islam aləmində Farabi kimi bir filosof “İdeal cəmiyyətin əhalisinin rəyləri” adlı kitabında ideal islam cəmiyyəti və onun rəisi barəsində bəhs aparmışdır. Farabi islam aləmində ən böyük filosoflardan biri kimi (filosoflar ona İkinci Müəllim ləqəbi vermişlər; Birinci Müəllim isə Ərəstudur) Əflatunun ideal cəmiyyətini islami bir şəkildə təqdim etmişdir. Buna görə də onun təqdim etdiyi ideal cəmiyyət daha ədalətli, gerçəkliyə daha yaxın idi. Həm Farabinin, həm də Əflatunun təqdim etdiyi ideal şəhərdə hikmətli (filosof) rəhbər cəmiyyətin kamal nümunəsi kimi qələmə verilir, o, cəmiyyəti tərbiyə edərək özü kimi insanlar qurmalıdır. Buna görə də rəhbər gərək insaniyyətin kamil örnəyi olsun. Farabi bir bəyanda istiarə ilə ideal cəmiyyəti bir insan orqanizminə təşbeh edərək yazır: “Bu bədənin bir qəlbi (ürəyi) vardır ki, bədənin sağlam üzvlərindən hər biri ona tabe olmalıdır. Şəhərin rəisi cəmiyyətin qəlbi kimidir.”[1] Farabi ideal cəmiyyətin müqabilində olan digər cəmiyyətləri də şərh etmiş, onları müxtəlif adlarla təqdim etmişdir, o cümlədən: cahillər şəhəri, günahkarlar şəhəri, azğınlar şəhəri, məsx olunmuş şəhər və sair.

Hazırkı dünyada cəmiyyətlərdə iki növ ideal ideologiya fəaliyyət göstərir və hər ikisi də bəşəriyyətə nicat verəcəyini iddia edir: liberal-demokratik (kapitalizm və imperializm) və sosializm (demokratik və kommunizmdən ibarət olan iki nəzərlə). İranda islami inqilab nəticəsində irəli sürülən üçüncü ideologiya da islam ideologiyasıdır. Hazırda bu nəzəriyyənin mümkün qədər təkmilləşdirilməsi üçün işlər davam edir. Bu məqalədə Farabinin ideal islam cəmiyyəti ilə əlaqədar məsələdə qabağa düşdüyünə diqqət yetirməklə, cavabı onun fəlsəfəni görüşlərini əsas tutmaqla iki hissədə verəcəyik: ideal cəmiyyət və insanşünaslıq.

a) İdeal cəmiyyət

İnsanın yüksəliş modeli və ya utopik cəmiyyət barəsində təfəkkür irəli sürən ən mühüm müsəlman alimi Əbu Nəsir Farabi, İbni Sina, İbni Rüşd və İbni Xəlqundur. Bunların arasında bir təsisçi məqamına malik olan Farabi ilk dəfə olaraq siyasi fəlsəfəni islam mədəniyyətinə tənzimatlı şəkildə gətirmişdir. İbni Sina, İbni Bacə, İbni Tüfeyl, İbni Rüşd kimi alimlər də ondan təsirlənmişlər. İslami mədəniyyətin intibahının zirvə həddində İran ölkəsinin görkəmli hikmət və mütəfəkkiri Əbu Nəsir Farabi ideal cəmiyyət quruluşunu özünün “İdeal cəmiyyət əhalisinin rəyləri” adlı kitabında irəli çəkmiş və ideal cəmiyyəti fəlsəfi təfəkkür əsasında və islam şəriəti məfhumları qalibində irəli sürmüşdür. Farabinin siyasi-fəlsəfi terminləri əsas etibarı ilə Qurandan götürülmüşdür. “İdeal” sifəti cəmiyyət üçün yüksək kamal axtarışında olan filosofun məramını bəyan edir. Belə bir görüş “ideal islam ölkəsinin” islam məfhumlarından qaynaqlanmaqdan əlavə müxtəlif xalqların coğrafi sərhədlərinin fövqündə irəli çəkilir. Farabinin kamil və ideal cəmiyyət barəsindəki nəzəri çoxlu xalqlardan təşkil olunmuş böyük bir cəmiyyətdir. İdeal cəmiyyətin rəhbəri ölkəyə hakimiyyət edən zaman ideal cəmiyyət onun rəhbərlik dairələrində həyata keçəcəkdir. Farabinin təqdim etdiyi bu həyat tamamilə ruhani və mənəvi bir cəmiyyətdir, onun incəliklərini təsvir etmək olduqca çətindir. Onun apardığı bəhslər geniş səviyyəli və müfəssəl olsa da, hər yerdə külli nəzəriyyə ilə kifayətlənir və hiss olunacaq siyasi və ictimai əlaqələrə toxunmur. İdeal cəmiyyətdə cəmiyyətin siniflərini dərk etmək üçün Farabinin fəlsəfi nəzərlərindən qısa şəkildə agah olmaq zəruridir. Çünki onun təqdim etdiyi ideal cəmiyyətin quruluşu əql əsasındadır və kainatın quruluşundan biridir. Farabinin fəlsəfə görüşlərində bütün kainat ilkin vücudun feyzlərindən – Pərvərdigarın zatından mənşə tapır, aləm varlıqları dəyişkən və sabit olmayan bir sistemdə qərarlaşmışdır. Yəni aləmin müxtəlif mərhələlərində olan varlıqlar hər şeyin ilki və əvvəli olan birinci varlıqdan, həm də nöqsan tərtiblərinə uyğun olaraq kamaldan nöqsana doğru seyr edərək elə bir mərhələyə çatır ki, ondan aşağıdakı mərhələ sırf yoxluqdan ibarətdir. Buna görə də Farabinin ideal cəmiyyətində ən fəzilətli xeyir – insan səadəti və ən üstün yaxşılıq yalnız ideal cəmiyyətdə əldə olunur, nəinki o cəmiyyətdə ondan aşağıda da və ya naqis olsun, insanlar alın yazısının hökmünə əsasən, kamala çatmaq üçün cəmiyyət təşkil etməyə və həmkarlığa ehtiyaclı olsunlar. İnsanın ehtiyacları o qədər çox və müxtəlifdir ki, heç kəs təklikdə onların hamısını təmin edə bilməz.[2] İşlərin bölgüsü əsasında olan bu cəmiyyət özünün bütün üzvlərinin öz istəklərinə çatmasını öhdəsinə alır. Buna əsasən, ideal cəmiyyət ictimai bölgünün məhsuludur və yalnız belə bir cəmiyyətdə insan özünə layiq olan kamal və səadətə nail olur.

İbni Sina və Xacə Nəsrəddin Tusi ilə eyni zamanda Farabi insanın cəmiyyətdəki məqamına onun təbiəti və istedadı əsasında nəzər salır və inanır ki, əgər insan cəmiyyətdə öz təbiətinin tələbi olan işləri görsə, ictimai və siyasi dərəcələr silsiləsi insanların ləyaqəti əsasında təşkil olunsa, yer üzündə ideal cəmiyyət həyata keçəcəkdir. Onun nəzərinə əsasən siyasətin özü hədəf deyil; əksinə hədəf səadətdir ki, o da cəmiyyət olmadan əldə olunmur.[3]

Farabi yekun hədəflərinə əsasən siyasi quruluşları iki qismə bölür:

1. İdeal siyasi quruluş;

2. Qeyri-ideal siyasi quruluş.

İdeal siyasi quruluşda əsas və yekun hədəf həqiqi və gerçək səadətdir, qeyri-ideal siyasi quruluşda isə xəyali bir səadətdir.[4] Farabinin nəzərinə görə ideal dövlətin hökuməti  daim fəaliyyətdədir, iradə və ixtiyar üzündən olan səciyyə və sünnətləri ölkədə, xalqda, hətta dövlətin özündə belə, dəqiq şəkildə icra edə bilər, insan və cəmiyyət onların sayəsində həm dünya və bunun ardınca da axirətdə həqiqi səadətə nail ola bilər. Buna görə də belə böyük bir işi görə bilən siyasi quruluşa, dövlətə və hökumətə “ideal siyasi quruluş” deyilir. Bu, təkamülə çatmış, mötədil bir quruluşdur, belə hökumətə tabe olan ölkə və xalqlara ideal ölkə və xalq deyilir.[5]

İdeal cəmiyyətin sakinlərinin taleyi bir-biri ilə qırılmaz əlaqədədir. Farabinin irəli sürdüyü ideal cəmiyyətdə bir nəfərin xoşbəxt, digərinin isə bədbəxt olması mümkün deyildir: bu cəmiyyətin əhalisi ya hamılıqla xoşbəxtdir, ya da hamılıqla bədbəxtçilikdə və nikbətdə olan əsirlərdir. Bu bəyanla aydın olur ki, son dərəcə ideal və yüksək mədəni bir cəmiyyətdə bir dəstənin rifah və firavanlığın son həddində yaşaması, əksəriyyət təşkil edən xalq kütlələrinin isə ac-yalavac, səfil və qara günlü olması mümkün deyildir. Buna görə də Farabi belə bir mədəniyyəti rədd edərək inanır ki: Səadət bir külldən (məcmuədən) ibarətdir və ideal cəmiyyətin üzvlərinin hər biri onda bərabər paya malikdir.[6] Buna əsasən, belə bir cəmiyyətin fəziləti kütləvi şəkildə aparılan səylərin nəticəsidir.

Farabi ideal cəmiyyətdə rəhbərlik və siyasət barəsində yazır: “Bu cəmiyyətdə insanların ən fəzilətlisi olan bir şəxs hökumət edir, onun siyasəti də ideal siyasətdir ki, yalnız belə bir cəmiyyətdə həyata keçməsi mümkündür.”[7]

Bu cəmiyyətdə xarici islahatlar əvəzinə daxili və batini dəyişikliklər qərarlaşır. Buna görə də insanın əqli həqiqətləri qəbul etmək üçün dəlil-sübuta ehtiyaclıdır, onun qəlbi də qane olmağı istəyir. Farabi qələbəni, hər bir vasitə ilə olursa olsun – istər güc işlətməklə, istərsə də riyakarlıq üzündən –  insani kəramətin və şərafətin düşməni hesab edir və bu işin mədəni olmaq üçün yetərsiz bir çarə yolu olduğunu deyir. Bu ideal şəhərin əhalisini başqa cəmiyyətlərdən fərqləndirən  şey asimani prinsiplər barədə nəzəri mərifətə malik olmaq, əməldə əxlaqi fəzilətlərə iltizamlı olmaqdır. Farabi, cəmiyyət üzvlərini iş-peşələrinin növlərinə və cəmiyyətə etdikləri xidmətin dəyərinə görə müxtəlif siniflərə bölür.[8]

İdeal cəmiyyətin vücudi fəlsəfəsi insanları səadətə çatdırmaqdır. Bu cəmiyyətdə rəyasətin yekun hədəfi əhalinin səadətini əldə etmək yollarını asanlaşdırmaqdır. Buna görə də Farabinin mədəni fəlsəfəsini hərtərəfli başa düşmək onun ideoloji sistemində səadətin tərifinə bağlıdır. Onun səadət barəsində verdiyi tərif (fərd deyil) növ olmaq, maddəyə ehtiyaclılıq mərtəbəsindən yüksəkliyə doğru hərəkət edərək maddədən ayrılmaq, onu tərk etmək, insanın vücudi kamalına çatmaq və həmin halda qalmaqdan ibarətdir. Səadət bir insanın nail ola bildiyi xeyrin eyni, əşyaların ən böyüyü və yekunudur. Səadətin əldə olunması yolu da iradə və ixtiyar üzündən yaxşı işlər görmək, fəzilətləri işlərə iltizamlı olmaq, şərdən, rəzalət və bədbəxtlik gətirən işlərdən uzaq olmaqdır. Həqiqətdə səadət yaxşı işləri görməyin və nəfsin istəklərindən uzaq olmağın nəticəsidir.[9]

Farabinin təqdim etdiyi hər iki növ ideal cəmiyyətdə əsas prinsip səadətdir. Amma onun nəzərindən xalqların və ölkələrin inkişafına, siyasi irəliləyişinə, ideal adət-ənənələr, sünnətlər, mədəniyyətlər və təşkilatların genişlənməsinə səbəb olan həqiqi səadət yalnız ideal siyasi hökumətdə əldə oluna bilər. Buna görə də Farabi özünün siyasi fəlsəfə əsaslarının ilk prinsipini – səadət, onun tanınması, tanıtdırılması, habelə xəyali və həqiqi səadətləri bir-birindən seçmək qərar vermişdir. O, ideal siyasi quruluşların xüsusiyyətlərini sadaladıqdan sonra bunun müqabilində fasid (eybəcər) cəmiyyətin xüsusiyyətlərini bəyan etməyə çalışır, özünün siyasi fəlsəfəsində dörd fasid cəmiyyətin olduğunu qeyd edir:

1. Cahil cəmiyyət; bu cəmiyyətin əhalisi nə səadəti tanımışlar, nə də səadət onların fikrinə gəlmişdir. Bütün xeyirlər arasında maddi ləzzətlərdən başqa heç bir şeyi tanımırlar.

2. Fasiq (günahkar) cəmiyyət; bunlar ideal cəmiyyətin əhalisinin Allah və fəal əql[10] ilə əlaqədar tanıdıqları şeyləri bilirlər, lakin əməlləri cahil cəmiyyətin əməlləri kimidir; onlar deyirlər, lakin əməl etmirlər.

3. Məsx olunmuş cəmiyyət; onların rəyləri və əməlləri ideal cəmiyyətin əhalisinin əməlləri kimidir, lakin onda dəyişiklik edərək əməllərini fəsadla qarışdırmışlar.

4. Zəlalətdə olan cəmiyyət. Bu cəmiyyətin əhalisi Allah və əql barəsində fasid (yanlış) əqidələrə malikdirlər və onun rəisi də yalandan vəhy və nübüvvət iddiası edir.[11]

b) İnsanşünaslıq

Farabinin insan barəsindəki nəzəri Ərəstunun nəzəri kimidir. Çünki o, insanın zatını təbii olaraq mədəni hesab edir və inanır ki, insan öz həyatını qoruyub saxlamaq və özünün insani kamallarını əldə etmək üçün bir çox şeyə ehtiyaclıdır ki, onları təklikdə əldə edə bilməz. Həqiqətdə insanın ehtiyaclarının təmin olunması bir cəmiyyətin təşkil olunmasına bağlıdır ki, onun üzvlərinin hər biri bu ehtiyacların bir qismini təmin etməyi öhdəsinə alsın. Buna görə də insan öz fitrətinin tələbinə uyğun olaraq cəmiyyətə meyl edir və insan növləri ilə qonşuluqda yaşamaq istəyir. Həqiqətdə insanların bir-birinə olan qarşılıqlı ehtiyacları cəmiyyətin təşkil olunmasının amilidir ki, insanlar bir-birinin yanına yığışaraq qarşılıqlı kömək və həmkarlıq sayəsində kamala və səadətə yaxınlaşsınlar.[12]

Farabi vəhy, siyasət və şəriət məfhumları arasında heç bir fərq olmadığına inanır, üstəlik ən çox səylərini onların arasında uyğunluq yaratmağa çalışır. Ümumiyyətlə, Farabinin əsl fərziyyəsi siyasət və hikmət arasında bağlılıq yaratmaq olmuşdur, çünki o, insanın yekun hədəfini səadət, səadətin həyata keçməsini də hikmətli siyasət sayəsində mümkün bilir. Belə olan halda siyasətin hikmətlə münasibəti zəruri olur. Onun nəzərinə görə insanın həqiqi səadətə çatmasının yolu ədalətdir və ədalət insanın kamal yolunda hərəkəti və səadətə nail olması üçün əsas mehvərdir.[13]

Farabi inanır ki, ölkə əhalisinin ümumi rəyi və hamılıqla nəzərdə tutduqları məqsədlər, yəni islahatçı bir şəxsin siyasətləri və xeyirxah insanların bir qrupunun onunla həmkarlıq etməsi səadətin hasil olma şərtidir. İdeal rəis olan bu islahatçı kamil insandır ki, həm əql, həm də mə’quldan ibarətdir. Bu şəxsin ruhu fəal əqlə qovuşmuşdur və mərifəti vəhy yolu ilə fəal əqldən alır. Cəmiyyətin rəisi ya Peyğəmbərdir, ya da imam.[14]

 


[1] Hüseyni Kuhsari, İshaq, “İslam fəlsəfəsinin tarixi”, səh 89, Tehran, “Beynəlxalq” nəşriyyatı, 1387-ci şəmsi il

[2] Farabi, “İdeal cəmiyyətin əhalisinin rəyləri”, səh. 77-78

[3] Hüseyni Kuhsari , “İslam fəlsəfəsinin tarixi”, səh. 88

[4] Keyxa, İsmət, “Farabinin siyasi fəlsəfəsində qüdrət və əxlaq arasında əlaqə”, hövzənin saytı, 23 ordubehişt, 1385-ci şəmsi il, nömrə 182

[5] Yenə orada

[6] Yenə orada

[7] Farabi, “İdeal cəmiyyətinin əhalisinin rəyləri”, səh. 86

[8] Keyxa, İsmət, “Farabinin siyasi fəlsəfəsində qüdrət və əxlaq arasında əlaqə”

[9] Yenə orada

[10] Fəal əql: Əqllərin tuli silsiləsində (bir-birinin davamında olan) onuncu əqldir. Farabinin təbiri ilə Ruhul-əmin, yaxud Ruhul-qüdüs sonuncu səmavi müfariqə (mücərrəd) əqldir ki, nə maddədə olmuş, nə də maddədə olacaqdır, bu əql həmişə fəaldır. O, fəal qəli Vahibul-südur (süduru əta edən) hesab edir ki, mə’qullar onda mövcuddur və onları insanın əqlinə təqdim edən də odur.

[11] Hüseyni Kuhsari , “İslam fəlsəfəsinin tarixi”, səh. 90

[12] Novruzi, Fərşad, “Ayətullah Xomeyni və Farabinin şəxsiyyəti və siyasi-ictimai təfəkkürlərinin tədqiqi”, “Yeni fəlsəfəni dirçəldənlər”, əncüməninin rəsmi saytı

[13] Yenə orada

[14] Farabi, “İdeal cəmiyyətin əhalisinin rəyləri”, səh. 86

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər Allah-taala bizi öldükdən sonra yenidən bu dünyaya qaytararsa, biz islah olunarıqmı?
    6671 Qədim kəlam 2011/09/12
    Əvvəla, insanların meyl və istəyi üzündən yenidən bu dünyaya qayıdışı yaradılış sisteminin və ilahi peyğəmbərlərin besətinin əbəs olmasına səbəb olar. İkincisi, bu insanların dünyaya qayıtması fərz olunsa belə, yenidən yaxşı işlər görəcəyi məlum deyildir. Çünki dünya həmin dünya, onlar da hava-həvəslərə malik olan həmin insanlardır. Belə ki, ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    8220 Təfsir 2012/09/24
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Kişilər üçün ağ qızıldan istifadə etmək haramdırmı?
    18349 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər ağ qızıl adlandırılan şey (metal) başqa bir maddə qarışdırılmasına görə rəngi ağaran həmin sarı qızıldırsa, haramdır. Amma əgər qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə az olsa, eybi yoxdur. Platinin də eybi yoxdur. Ayətullah əl-uzma Sistaninin ...
  • Sair bəndələr arasında peyğəmbərlərin və imamların seçilməsinin dəlili nədir?
    8048 Qədim kəlam 2011/11/24
    “Ümumi nübüvvət” dəlillərinə əsasən, Allah-taala bəşəriyyəti hidayət etmək üçün onların öz növündən olan müəyyən insanları seçir ki, örnək, xəlifə və hidayətçi olsunlar. Bu seçki əsla təsadüfi, əsasız və dəlilsiz deyildir.İzah: “İlahi xilafət məqamı”na nail olmaq istedadı və qabiliyyəti hamının batinində və təbiətində qoyulsa da, bütün insanlarda zühur ərsəsinə ...
  • İmam Zaman (ə.c.) barəsində şiə və sünni nəzərləri arasında fərqlər varmı?
    15527 Qədim kəlam 2011/11/09
    Məhdəviyyət inancı və Məhdi (ə)- in zühuru düşüncəsi İslam əqidəsinin mühüm bir hissəsindən sayılır ki, İslam Peyğəmbəri (s)- in müjdə verməsinə əsasən, bütün İslami firqə və məzhəblər arasında formalaşmışdır. Həzrət Məhi (ə)- də aid hədislər əhli- sünnənin məşhur kitablarının çoxunda da gəlibdir. Bu hədislərə yaxşı diqqət etdikdə, imam ...
  • Nə üçün Əbdullah Cəfər Kərbəla səfərində imam Hüseyn (əleyhis-salam)-la getməmişdir?
    9245 Nizamlar hüquq və əhkam 2012/01/19
    Əbdullah ibni Cəfərin Kərbəlada iştirak etməməsi ilə əlaqədar çoxlu dəlillər qeyd etmişlər. Onların bəziləri münaqişəlidir və qəbul etmək olmaz. Amma bəzilərinə etimad etmək olar. Onların ən mühümü və yaxşısı Əbdullahın yaşlı və xəstə olmasıdır. Bu, digər tarixi hadisələrlə, o cümlədən öz ailəsini imam Hüseyn (əleyhis-salam)-ın karvanı ilə göndərməsi, Kərbəlada iştirak ...
  • “İslamı zamana əsasən təqdim edək” dedikdə məqsəd nədir? Lütfən bir misalla bəyan edin.
    6932 Təzə kəlam 2011/07/28
    Keçmişdə İslam alimləri müxtəlif məsələləri zaman və məkanın ehtiyaclarına uyğun olaraq irəli çəkirdilər və onların dövründə islamın sistematik bir nizam və quruluş ünvanı ilə irəli çəkilməsinə ehtiyac duyulmurdu. Amma hal-hazırda bu bəhslər irəli çəkilir. Ustad Mütəhhəri (r), Şəhid Sədr ...
  • Bəzi övliyaların, keçmişdə, indi və gələcəkdə olanlardan xəbərdar olmasından məqsəd nədir?
    10319 Qədim kəlam 2011/01/15
    İnsanın məlumatı müxtəlif yollardan insan üçün, yaranır. Bu yollardan biri, qeyblə əlaqədir ki, bunun özünün müxtəlif formaları var. və insanın əqli və ruhi böyüklüyünə və onun Allahın feyz mənbəyinə bağlılığına uyğun olaraq, fərqlənir və geniş və dar olur.İnsanlar adətən özlərini elm təhsilinin adi və təbii yolları çərçivəsində ...
  • Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
    7306 Əhkam və hüquq fəlsəfəsi 2011/04/16
    Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. O cür ki, kişiylə qadın vücud və ruhunun varlığında fərq vardır, bu iki varlığın vəzifə, təklif və əhkamları da bir- birindən fərqlidir. təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir ki, həqiqətlə ...
  • Quranın müqəttiə hərflərinin mənası nədir?
    15630 Quran elmləri 2011/11/17
    Müqəttiə hərfləri o hərflərdir ki, bəzi surələrin əvvəlində gəlir və müstəqil mənaları yoxdur. Bu hərflərin təfsirində müxtəlif nəzərlər və rəylər deyilibdir ki, ən doğru nəzər budur ki, bu hərflər rəmzdirlər Peyğəmbər və övliyalar ondan xəbərdardırlar. «صراط علی حق نمسکه» Cümləsi bəzi mühəqqiqlərin sözüdür və rəvayətlərdə kökü yoxdur. ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165289 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165063 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120113 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114350 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111870 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94514 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55460 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55081 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46691 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46123 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...