Ətraflı axtarış
Baxanların
10524
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Maliki, yaxud hənəfi məzhəbinin nə kimi iradı vardır?
Sual
Mən şiəliyə maraq göstərirəm, lakin bilmək istəyirəm ki, maliki və ya hənəfi olmağın nə kimi iradı vardır?
Qısa cavab

Əvvəldə aydınlaşdırmaq lazımdır ki, görəsən sizin şiəliyə olan maraq və məhəbbətiniz sadəcə zahiri bir məhəbbətdir, yoxsa möhkəm əqli dəlil üzündən olan məhəbbət? Əgər məhəbbətiniz əqli dəlil-sübut üzündən olsa, digər məzhəb və firqələrin çatışmaz və mənfi cəhətləri sizin üçün öz-özünə aydın olacaqdır. Şiəliyin sair islam məzhəblərindən üstünlüyü və onlardan fərqi bu məzhəbin imamətə və Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhli-beytinin vilayətinə olan münasibətlərinə və bu barədəki etiqadlarına görədir. Çünki şiələr vəhydən başqa Peyğəmbər üçün mövcud olan bütün xüsusiyyətlərin məsum imamda da mövcud olduğuna inanır və məsum imamı özlərinin yeganə dini mərcələri (Quranın həqiqi bəyançısı və düzgün təfsirçisi, dinin hifz edəni), eləcə də təkvini qüdrət və vilayət sahibi, dünya varlıqlarında təsərrüf qüdrətinə malik olan bir şəxs, siyasi və ictimai məsələlərdə ən yüksək səviyyəli rəhbər, qəzavət şəninə layiq, ən bilikli və alim insan hesab edir və ona qeydsiz-şərtsiz itaət etməyi özlərinə vacib bilirlər. Amma təəssüflər olsun ki, sair islam məzhəbləri, o cümlədən maliki və hənəfilər belə etiqada malik deyildirlər. Onlar Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhli-beytinə və məsum imamlarımıza dair yalnız məhəbbət və onların siqə (etimadlı adam) olmasına etiqadla kifayətlənirlər. Halbuki, Əhli-beyt imamlarına qeydsiz-şərtsiz tabeçilik, onlara məhəbbət elə təlimlərdən qaynaqlanır ki, əhli-sünnət alimləri tərəfindən nəql olunan rəvayətlərdə buna təkid edilmişdir. Əlbəttə, bu etiqad insanın ictimai və fərdi rəftarlarında da dərin təsirlər qoya bilər.

Ətreaflı cavab

Sizin şiəliyə məhəbbətiniz ehtirama layiq görülür, lakin bilmək lazımdır ki, dinin və məzhəbin seçilməsi insanın qəlbinə aid olan ülvi bir məsələ deyil, əqlən vacib olan bir vəzifədir. Görmək lazımdır ki, sizin şiəliyə məhəbbətinizin səbəbi nədir? Sırf şəkildə məhəbbətdən ibarətdir, yoxsa bunun möhkəm əqli və məntiqi dəlil-sübutları vardır? Əgər bu məhəbbət möhkəm əqli dəlil-sübut üzündən olsa başqa məzhəblərdə mövcud olmayan və yalnız şiəlik məktəbində mövcud olan üstünlük cəhətlərini mütləq dərk edəcək, digər məzhəb və firqələrin çatışmaz və mənfi cəhətlərini aydınlaşdıracaqsınız.

Şiəliyin sair islam məzhəbləri ilə fərqi və onlardan üstünlüyü bu məzhəb ardıcıllarının Peyğəmbər Əhli-beytinin vilayət və imamətinə olan etiqadına qayıdır. Burada şiələrin imamət məsələsi ilə əlaqədar etiqadlarından bəzilərini qeyd edirik:

1. Şiələr adları Peyğəmbər (səlləllahu əleyhi və alih) hədisində aşkar şəkildə deyilmiş on iki imamı[1] hər növ xəta, unutqanlıq və günahdan uzaq və məsum bilirlər;

2. Şiələr Peyğəmbərin vəhydən başqa  bütün xüsusiyyətlərinin məsum imamda da olduğuna inanırlar;

3. Şiələr məsum imamı dini mərcə (dinin bəyançısı, hifz edəni və Quranın həqiqi müfəssiri) hesab edirlər;

4. Şiələr məsum imamın aləm varlıqlarında təsərrüf etmək qüdrətinə və təkvini vilayətə malik olduğuna inanırlar;

5. Şiələr məsum imamı ictimai məsələlərdə ən yüksək rəhbər, siyasi mərcə, qəzavət şəninə layiq bir şəxs hesab edir, ona kamil və qeydsiz-şərtsiz şəkildə itaət etməyi özlərinə vacib bilirlər;

6. Şiələr məsum imamı bütün elmi məsələlərdə bütün insanlar arasında ən alim və savadlı şəxs bilirlər. (Amma təəssüflər olsun ki, sair islam məzhəbləri, o cümlədən maliki, yaxud hənəfi ardıcılları onlar barəsində belə etiqada malik deyildirlər. Onlar Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhli-beyti və məsum imamlarla əlaqədar yalnız onlara məhəbbət bəsləmək və onların mötəbər şəxslər olmasına etiqadla kifayətlənirlər);

7. Şiəliyin xüsusiyyətlərindən biri də imam Əli və sair Əhli-beyt imamlarına (əleyhumis-salam)  qeydsiz-şərtsiz tabeçilik və itaət etməkdir. Belə ki, bu məsələ islam nəzərindən çox əhəmiyyətə malikdir, sünnü alimlərinin də nəql etdiyi çoxlu rəvayətlərə uyğun olaraq insanların əməllərinin qəbul edilməsində Allah-taalanın meyarı və şərti həzrət Əli ibni Əbi Talib (əleyhis-salam)-ın vilayətini qəbul etmək kimi ünvanlanmışdır.[2]

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Əmirəl-möminin Əli ibni Əbi Talibin üzünə baxmaq ibadətdir, onu yad etmək ibadətdir. Allah-taala bir kəsin imanını, onunla dostluq və düşmənlərindən bezarlıq etməkdən başqa bir şeylə qəbul etməz.”[3]

Bu rəvayətdən aydın olur ki, nəinki ibadət əməllərinin, hətta imanın qəbul olunması belə Əli (əleyhis-salam)-ı sevmək və onun düşmənlərindən bezarlıq etməklə şərtlənir.

Sünnü alimləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql etmişlər: “Ya Əli! Əgər bir kəs həzrət Nuhun ömrü qədər ömrə malik olub Allaha ibadət etsə, Ühüd dağı qədər qızılı olub onu Allah yolunda xərcləsə və min dəfə piyada olaraq həccə getmək miqdarında ömrü olsa və bu (əməlləri yerinə yetirərkən) Səfa-Mərvə arasında məzlum şəkildə qətlə yetirilsə, lakin ey Əli, sənin vilayətinə malik olmasa, behiştin iyi onun burnuna çatmayacaq və heç vaxt behiştə daxil olmayacaqdır.”[4]

Amma “Əli (əleyhis-salam)-ın vilayəti” dedikdə məqsədin nə olduğundan gəldikdə isə, “vilayət” kəlməsinin Quran ayələrində və o həzrətin barəsində istifadə olunma hallarına diqqət yetirmək lazımdır. Quranda buyurulur: “Sizin vəli və rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və namaz qılan və rüku halında zəkat verənlərdir.”[5]

Şübhəsiz bu vilayət – vəli kəlməsi sevmək, kömək etmək mənasına deyildir. Çünki dostluq və kömək etmək mənasına olan vilayət yalnız namaz qılıb rüku halında zəkat verənlərə məxsus deyildir, əksinə bütün müsəlmanlara aid olan ümumi bir hökmdür. Bütün müsəlmanlar bir-birini sevməli, bir-birinə kömək etməlidirlər; nəinki rüku halında zəkat verməyə qadir olmayan, üstəlik zəkat vacib olmayan və ya ümumiyyətlə mal-dövləti olmadığına görə zəkat verə bilməyən şəxslər də bir-birini sevib kömək etməlidirlər.

Buradan aydın olur ki, yuxarıdakı ayədə “vəli” kəlməsi maddi və mənəvi rəhbərlik, sərpərəstlik və təsərrüf mənasınadır. Xüsusilə bu vilayət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və Allahın vilayəti ilə eyni səviyyədə qərar verilmiş və hər üçü bir cümlədə bəyan edilmişdir.

Bir çox islam kitablarında və əhli-sünnət mənbələrində yuxarıdakı ayənin Əli (əleyhis-salam)-ın şənində nazil olmasına dair müxtəlif rəvayətlər nəql olunmuşdur. Belə ki, onların bəzilərində rüku halında üzüyün fəqirə verilməsinə işarə edilmiş, bəzilərində bu məsələ deyilməmiş və yalnız ayənin Əli (əleyhis-salam)-ın barəsində nazil olmasını deməklə kifayətlənmişlər.[6] Əgər bir şəxs imamət və rəhbərlik məsələsinə şiə nəzəri ilə yanaşarsa, onun imamət və rəhbərliyə olan etiqadı şiənin etiqadı kimi olsa, onun həyat tərzi tamamilə dəyişiləcək, dini çətinliklərini və məsələlərini hər kəsdən əxz etməyəcək, siyasi məsələlərdə özünün ixtiyarını hər kəsin əlinə verməyəcək, həmişə məsum imama tabe və müti olacaqdır.

Bütün islam məzhəb ardıcılları, o cümlədən hənəfilər və malikilər həzrət Əli (əleyhis-salam) və onun övladlarına (məsum imamlara) məhəbbət göstərsələr də, amma Peyğəmbərin və Quranın nəzərdə tutduğu dəqiq və kamil vilayət mənası yalnız on iki imamçı olan Cəfəri şiə məzhəbində mövcuddur və hər bir müsəlmanın vəzifəsi budur ki, ən yaxşı olan yolu – Quran və Peyğəmbər sünnətini seçsin.



[1] "Biharul-ənvar", 36-cı cild, səh. 362

[2] “Mənaqib”, Xarəzmi, səh. 19 və 252

[3] ... اَلنَّظَرُ اِلَی وَجْهِ اَمِیرِ الْمُؤْمِنِینَ عَلِیِّ ابْنِ اَبِی طَالِبٍ عِبَادَةٌ وَ ذِکْرُهُ عِبَادَةٌ وَ لاَ یَقْبَلُ اللهُ اِیمَانَ عَبْدٍ اِلَّا بِوِلاَیَتِهِ وَالْبَرَائَةِ مِنْ اَعْدَائِهِ

“Mənaqib”, Xarəzmi, səh. 19 və 212; “Kifayətut-talib”, Gənci Şafei, səh. 214.

[4]  ثُمَّ لَمْ یُوَالِکَ یَا عَلِیُّ لَمْ یَشُمَّ رَائِحَةَ الْجَنَّةَ وَلَمْ یَدْخُلْهَا

“Mənaqib”, Xətib Xarəzmi, “Məqtəlul-Hüseyn”, Xarəzmi, 1-ci cild, səh. 37

[5] "إِنَّما وَلِیُّکُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِینَ آمَنُوا الَّذِینَ یُقِیمُونَ الصَّلاةَ وَ یُؤْتُونَ الزَّکاةَ وَ هُمْ راکِعُونَ"

“Maidə” surəsi, ayə: 55

[6] "Təfsiri nümunə", 4-cü cild, səh. 424-425

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...