Ətraflı axtarış
Baxanların
10456
İnternetə qoyma tarixi: 2012/03/11
Sualın xülasəsi
Quranda ölüm və cəhənnəm əzabları necə Allahın nemətlərinin qismindən hesab olunur?
Sual
Ər- rəhman surəsində ayələri zikr edir və sonra deyir: « َبأَىّ‏ِ ءَالَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ» "Allahın hansı nemətlərini inkar edirsiniz?" Amma başqa ayələri də görürük ki, bu üslub ilə uyğun deyil. O cümlədən həmin surəsin 35, 41, 44- cü ayələri. Bu üslub ləğv edilibdir, yaxud bunlar İlahi nemətlərin zümrəsində qərar tuturlar? Sualın ikinci qismi düzdürsə xahiş edirik izah edəsiniz.
Qısa cavab

Ər- rəhman surəsi İlahi nemətlərdən bir neçəsini sayır və hər bir nemətin zikrindən sonra " فَبأَىّ‏ِ ءَالَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ" ayəsini zikr etməklə öz xitab olunanından bu nemətlərə iqrar etməsini istəyir. Bu surədə cürbə- cür maddi və mənəvi nemətlər zikr olunubdur. Bunları,Allahın nemətləri ünvanına bəyan etmək bu mınaya deyil ki, bunlar hər bir yerdə xeyr və xoşluğa səbəb olar, bəlkə nemət olub- olmaması üçün gərək bunların ümumiliyi nəzərə alına. Baxmayaraq ki, ilk baxışda ölüm və cəhənnəm əzablarını İlahi nemətlərin zümrəsində saymaq çətindir, amma əgər baxışımızı genişləndirsək və bütün cəhətləri nəzərdə tutsaq, ölümün bir çox yerlərdə (məsələn: Mömin bir insan ona düçar olmağa aşıq olarsa) arzulara yetişmək və Allah- Taalaya çatmaq üçün bu maddi dünyadan qaçmaqda bir vasitə olduğu aydınlaşar.

Həmçinin ölüm, axirəti yada salmaq üçün vasitədir. Bu halda da ölüm, İlahi nemətlərin sırasında qərar tutur. Cəhənnəm əzabı da Allaha yaxınlaşmada və haramları tərk etmə də çox ümdə rol oynayır. Və çox böyük təsir göstərən mane yaradan rolunu ifa edir. Nəticədə, bu ünvanların yerlərini nəzərə almaqda və onu başqa mövqelərlə müqayisə etməklə onları İlahi nümətlərin zümrəsində saymaq olar.

Ətreaflı cavab

Ər- rəhman surəsi ümdə şəkildə Allahın müxtəlif nemətlərini (maddi və mənəvi) bəyan edir. Allah bu nemətləri öz bəndələrinə bağışlayıb və onların bu nemətlərdə qərq olduğunu bildirib. Bunlara əsasən bu surənin adın "rəhmət surəsi", yaxud "nemət surəsi" də qoymaq olar. Buna görə də Allahın geniş rəhmətini çatdıran mübarək "ər- rəhman" adı ilə başlayır.[1]

Amma hansısa xilqətin, nemətin zümrəsində qərar tutması üçün lazım deyil ki, hər yerdə xoşluğa və rahalığa səbəb olsun, bəlkə nemət olması üçün bu qədər bəs edər ki, çoxlu xeyri ola. Elə ki, onu ümumi şəkildə nəzərdə tuturuq, görürük ki, onun faydası zərərindən daha çoxdur. Ola bilsin bəzi məxsus yerlərdə əzaba da səbəb olsun.

Bu bəhsdə işarə olunan ayələrdə də gərək bu mətləb nəzərə alına və xatırlanan ümumi yerlərə nəzər salına.

Ondan sonra hökm etmək olar ki, onlar İlahi nemətlər sırasında sayılsın ya xeyr?

Ər- rəhman surəsinin 26- cı ayəsində " كلُ‏ُّ مَنْ عَلَيهْا فَان" "Yer üzərində olan hər bir kəs özümün qurbanıdır" görürük ki, İlahi nemətləri bəhsində insanların fənasını zikr edir. Nümunə təfsirində bir neçə ehtimal verilibdir ki, onların hamısını nəzərə alaraq ölüm və fənanı İlahi nemətlərin sırasında qərar vermək olar:

"Amma fəna məsələsi necə İlahi nemətlərin sırasında qərar tuta bilər? Mümkündür bu fəna, mütləq (tam) fəna mənasına deyil, bəlkə əbədi aləmi bir qapı, dalan və keçiddir və həmişəlik aləmə yetişməyin şərti ondan keçməkdir. Dünya, bütün nemətləri ilə birgə mömin üçün ziyandır və bu dünyadan xaric olmaq, bu qaranlıq və dar zindandan azad olmaqdır. Yaxud mümkündür keçmiş, çoxlu nemətlərin zikri bir dəstənin dünya yaşayışında qəflətinə və qərq olmasına səbəb ola. Həmçinin cürbə- cür yeməlilər, içməlilər, mirvari,mərcan və gözəl miniklərə səbəb ola. Buna görə də xatırladır ki, bu dünya əbədi qalmaq yeri deyil, məbada ona bağlanasız və Allaha yetişmək yolunda ondan bəhrələnməyəsiz. Bu xatırlatmanın özü böyük bir nemətdir".[2]

Qeyd olunan ehtimallardan hər birinə əsasən ölüm, İlahi nemətlər qismində qərar tutur və müəyyən olur ki, ölüm, ümumi bir baxışda və bütün yerləri nəzərə almaqla, nemətdən başqa bir şey deyildir. Onu bu surənin üslubundan da xaric etmək olmaz.

Ər- rəhman surəsinin ikinci dəstə ayələrində onların nemət olması üçün bir az fikirləşmək lazımdır. Bu ayələrdə cəhənnəm əzabı və İlahi əzabı zikr olunubdur. O cümlədən: "Sizə tüstüsüz atəş, yaxud atəşsiz tüstü göndərirlər. Onunla mübarizə apara bilməzsiz".[3]

"Kafirləri zahirləri ilə tanıyarlar və saçlarından və ayaqlarından tutarlar".[4] "Onlar od və qaynas su arasında gəl- get edərlər".[5] Bu ayələr şübhə doğrubdur və mümkündür bəziləri ilk baxışda bu ayələri Allahın rəhmətindən uzaq bilə və bunları İlahi nemətlər zümrəsində saymaq onun üçün təəccüblü ola, amma gərək bunlara da dərin bir baxışla baxıla. Bunları zikr etmək buna oxşayır ki, bir ana övladının çox yeməsinin qarşısını almaq üçün ona baş verə biləcək xəstəlikləri xatırladır və istəyir onu bu səhvə yol verməkdən çəkindirə. Allah- Taalada cəhənnəmi və onun əzablarını zikr etməklə insanın ayılmasını istəyir. Bu əzabların zikri insanları düz yolda saxlamaq üçün xəbərdarlıq və həmçinin islah və tərbiyə üçün amildir.

Belə olan halda bunların zikri lütf və nemət hesab olunur. Əgər cəhənnəm və əzablar olmasaydı, çoxları yolunu azardı. Cəhənnəmin olması onları günahdan və xətadan çəkindirir.

Buna əsasən, əzabları da İlahi nemətlərdən saymaq olar. Necə ki, qanunlarda cəzanın olması və nizam- intizam nəzarətçisi vasitəsi ilə onların icrası cəmiyyətin nizam- intizamını qoruyub saxlamaq üçündür və bunu həqiqətən ziddi hesab etmək olmaz, həmçinin cəhənnəmin yaranması və onun əzabını da gərək bəşərin hidayəti üçün fərz edək.

 


[1] - Məkarim şirazi, Nasir, Nümunə təfsiri, cild 23, səh 91, Darul- kotobil- İslamiyyə,birinci çap, Tehran, 1374 hicri şəmsi.

[2] - Həmin, cild 23, səh 125.

[3] - Ər- rəhman surəsi, ayə 35.

[4] - Həmin, ayə 41.

[5] - Həmin, ayə 44.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bir kosmonavt səmada qibləni necə təyin etməli, necə dəstəmaz alıb və namaz qılmalıdır; onun namazı tamamdır yoxsa qəsr?
    7510 Nizamlar hüquq və əhkam 2011/04/14
    Vacib namazlar, heç bir şəraitdə insanın boynundan götürülmür. Hər bir müsəlman ki, təklif yaşına çatmışdırsa, vacibdir hər hansı bir halda mümkündürsə öz namazını qılmalıdır. O şəxslər ki, səmadadırlar əgər yer kürəsinə doğru üzlərini çevirsələr qibləyə doğru durmuşdurlar. Amma yer kürəsinin hansı tərəfdə olduğunu təyin edə bilməyirlərsə dörd tərəfə namazlarını ...
  • Cənnətin bir neçə qapısı varmı? Bu qapıların hər birinin özünəməxsus adları vardırmı?
    25086 Qədim kəlam 2011/11/03
    Cənnətin bir neçə qapısı vardır və onların sayı səkkizdir. Lakin onların dəqiq adları və hansı  qrupun hansı qapıdan daxil olacağı haqda hədislərdə kiçik ixtilaflar gözə dəyməkdədir. Cənnət qapılarının adları ayrı-ayrı hədislərdə pərakəndə şəkildə qeyd edilmişdir: "Bab əl-Rəhmət" (Rəhmət qapısı), "Bab əs-Səbr" (Səbir qapısı), "Bab əş-Şükr" (Şükür qapısı), ...
  • Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?
    7965 Əməli əxlaq 2015/08/01
    İnsan ictimai bir varlığ olduğuna görə yaşadığı həyatda başqaları ilə əlaqədə olmağı ehtiyaclıdır. Amma, dostun seçilməsində diqqətli olmaq lazımdır ki, ilahi hüdudular, ifrat-təfritlər və bəzi halətlərə düşülməsin ki, insanın dünya və Axirətdə səadət və xoşbəxtçiliyinə zərbə vurmuş olmasın. Hər hansı bir kəsə və şeyə şiddətli məhəbbətin və ...
  • İmam Əli (ə) ölünü dirildə bilər?
    9303 Təfsir 2012/09/01
    Bu ki, bir şəxs müstəqil şəkildə Allaha ehtiyacı olmadan, belə bir iş etməsi Allahın əfali tohidlə (yaradılışda tohid) ziddiyyət vardır. Çünki ölüm və həyat təkcə Allahın əlindədir. Amma əgər bir şəxs Allahın icazəsiylə belə bir iş etsə, bu iş mümkün olacaq. Bunun əqli ...
  • “Bismillahir-Rəhmanir-Rəhim”in Quran surə və ayələrinin bir hissəsi olması barəsində müfəssirlərin müxtəlif nəzəriyyələri nədir?
    8758 Təfsir 2012/04/09
    “Bismillahir-Rəhmanir-Rəhim”in Quranın surə və ayələrinin hissəsi olub-olmaması ilə əlaqədar müsəlman alimləri arasında fikir ayılığı vardır. İmamiyyə[1] və şafei alimləri,[2] Məkkə və Kufə qariləri və onların fəqihləri[3] “Həmd” və sair surələrdə “Bismillah”ı surənin bir hissəsi hesab edirlər. Amma Mədinə, ...
  • Аллаһа јахынлыг (гүрбәтән илаһллаһ) нәдир? Нечә нөвдүр вә неҹә әлә ҝәлир?
    7290 Əməli irfan 2010/04/22
     “Гүрб” лүғәтдә бир шејин диҝәр бир шејә јахынлашмасына дејилир. Бу јахынлашма, бәзән мәкан вә бәзән дә заман ҹәһәтдән ола биләр. Демәли, гүрб ја мәкан, ја да заманладыр. Халг арасында да гүрб (јахын) сөзүнүн башга бир мәнасы да вар. О да бир фәрдин диҝәринин ...
  • Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir haldaki, hazırda bəşər aya və başqa planetlərə gedir?
    18791 Təfsir 2013/02/03
    "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz!" «یَا مَعْشَرَ الجِْنّ‏ِ وَ الْانسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَ الْأَرْضِ فَانفُذُواْ لَا تَنفُذُونَ إِلَّا ...
  • Namazı tərk etmək orucu batil edirmi?
    5119 Nizamlar hüquq və əhkam 2015/05/27
    İslamın bütün hökmləri insanın kamala yetməsi və inkişafı üçün nəzərdə tutulmuşdur onların hər birinə əməl etmək insanın özünə faydası var. Bütün bu qanunlar topolumu bir yerdə tam əməl olunduqda insana nəticə verə bilər. Belə olan surətdə namazsız oruc və orucsuz namaz təbii ki lazım olan nəticəsi olmaz. ...
  • İdman məqsədi ilə dans etməyin işkalı var?
    6858 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Rəqs etmək əgər şəhvəti təhrik etməyə səbəb olarsa, ya haram işə səbəb olarsa, ya fəsada gətirib çıxararsa və ya qadının qəsdən naməhrəm kişilər arasında olarsa. haramdır. Həzrəti ayətullah- ul- üzma ...
  • “Аллаһын илк јаратдығы әглдир” – сөзүнүн мәнасы нәдир?
    7533 İslam fəlsəfəsi 2010/10/13
    Фәлсәфи терминолоҝијада әгл (шәриәт вә Гуранда дејилән мәләк дә адландырмаг олар) елә бир субстансијадыр (ҝөвһәрдир) ки, һәм затән (өзлүјүндә) вә һәм дә фелән (ишдә)  мүҹәррәддир. Јәни, затән мадди олмајыб, ишләрини һәјата кечирмәкдә бәдән кими мадди аләтә еһтиајҹы јохдур. Әлбәттә бу там мүҹәррәд варлығы ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164970 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164937 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120010 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114178 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111590 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94384 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55157 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55002 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46535 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46048 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...