Ətraflı axtarış
Baxanların
7749
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
“Yer üzü heç vaxt ilahi höccətdən boş qalmaz” hədisinə diqqət yetirməklə həzrət İsa (əleyhis-salam)-ın asimanlara aparıldığı dövrdən Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in besətinə qədər yer üzündə Allahın höccəti kim idi?
Sual
Hər bir zamanda məsum insanın və ilahi höccətin varlığının zərurəti “ümumi imamət” bəhslərindəki çoxlu əqli dəlillərə əsasən isbat olunmuşdur. Belə olan halda həzrət İsa (əleyhis-salam)-ın asimanlara aparıldığı dövrdən Peyğəmbərimiz həzrət Muhəmməd (səlləllahu əleyhi və alih)-in besətinə qədərki zaman ərzində Allahın yer üzündəki höccəti kim olmuşdur?
Qısa cavab

Bəzi rəvayətlərdə qeyd olunan “iki peyğəmbərin besəti arasındakı zaman fasiləsindən ibarət olan “fətrət dövrü”nün varlığı “yer üzü heç vaxt Allahın höccətindən boş qalmaz” rəvayəti ilə ziddiyyətli deyildir. Çünki “höccət” kəlməsi ümumi mənaya malikdir və həm məsum imamlara, həm də peyğəmbərlərin vəsilərinə şamildir. İslami mənbələrdə qeyd olunur ki, yer üzü ya aşkar və məlum şəkildə, ya da irticaçı mühitdə və gizli şəkildə yaşayan ilahi höccətdən boş qalmaz. Səbəbi də budur ki, Allahın höccətləri və Onun aydınlıq gətirən dəlilləri batil (əbəs) olmasın.

Ətreaflı cavab

Şəriət sahibi olan iki peyğəmbərin göndərildiyi zamanlar arasında fasilənin mövcudluğu mümkündür. Amma bu iş höccətin əsl vücudunun varlığında rəva deyildir. Buna görə də hər bir zamanda Allahın höccətinin mövcud olması zəruridir ki, yaradılış aləmi onun səbəbi ilə qalıb davam etsin; istər camaat o höccəti tanısın, istərsə də yer üzündə tanınmaz surətdə olsun.

Həzrət İsa (əleyhis-salam)-dan etibarən hazırkı vaxta qədər məsum canişinlərin varlığına dəlalət edən rəvayətlər çoxdur. O canişinlər: (İsa peyğəmbərdən sonra) Həmunun oğlu Şəm`un, Zəkəriyyanın oğlu Yəhya, Münzər, Səlimə, Bərdə... Sonra həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən başlayaraq həzrət Məhdi (əleyhis-salam)-a qədər davam edir.[1]

Əli (əleyhis-salam)-ın xüsusi səhabələrindən olan Kümeyl deyir: İmamla birlikdə səhraya getmişdik. Soyuq ah çəkdi, sonra müəyyən sözlər buyurdu və davamında dedi: “Yer üzü dəlil və bürhan əsasında Allah üçün qiyam edən bir höccətdən boş qalmaz. O höccət ya zahir və məlumdur, ya da pərdə arxasında və gizlindir. Səbəbi budur ki, Allahın höccətləri və Onun aydın dəlilləri batil olmasın.”[2]

Digər müfəssəl bir rəvayətdə isə deyilir: İmam Sadiq (əleyhis-salam)-ın səhabələrindən bəziləri güman edirdilər ki, ondan sonrakı imam onun oğlu İsmaildir. Amma İsmail İmam Sadiq (əleyhis-salam)-ın sağlığında dünyadan getdikdə həmin şəxslər “yer üzü imamsız qalmışdır!” deyə şəkk-şübhəyə düşdülər. Bundan sonra imam Sadiq (əleyhis-salam)-ın hüzuruna gəldilər, həzrət onlara belə cavab verdi:

هَیْهَاتَ هَیْهَاتَ أَبَى اللهُ وَ اللهِ أَنْ یَنْقَطِعَ هَذَا الْأَمْرُ حَتَّى یَنْقَطِعَ اللَّیْلُ وَ النَّهَارُ

“Xeyr, əsla! Allaha and olsun! Dünyanın axırına qədər imamətin riştəsi (silsiləsi) heç vaxt kəsilməz!”[3]

Şeyx Səduq (rəhmətullahi əleyh)-in “Kəmaluddin” kitabında nəql etdiyi bir rəvayət buna dəlalət edir ki, Adəmin yaradıldığı vaxtdan qiyamət gününə qədər yer üzü heç vaxt Allahın höccətindən boş qalmayacaqdır.[4]

Şeyx Səduq bu məsələ ilə əlaqədar həmin kitabda kamil izah da vermişdir.



[1] Şeyx Səduq, “Kəmalud-din”, 1-ci cild, 22-ci bab, səh. 212, “Darul-kutubil-islamiyyə”, Qum, 1395-ci qəməri il

[2] Nö`mani, Məhəmməd ibni İbrahim, “Əl-ğeybət”, səh. 136, “Məktəbətu Səduq”, Tehran, 1397-ci qəməri il

[3] Yenə orada, 2-ci cild, səh. 657

[4] “Kəmalud-din”, 1-ci cild, bab 22, səh. 212 (Mərhum Şeyx Səduq bu məsələ ilə əlaqədar münasib izahlar da vermişdir ki, o kitaba müraciət edə bilərsiniz.)

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...