Baxanların
6647
İnternetə qoyma tarixi: 2012/04/17
Saytın kodu fa13472 Arxiv kodu 23674
Sualın xülasəsi
Həzrət Məryəm (s) üçün “aləm qadınlarının ağası (seyyidəsi)” deyilmişdir. Məgər bunun Həzrət Zəhra (s) üçün işlədiləməsinin eybi yoxdur?
Sual
Qurani kərimdə həzrət Məryəm (s) “Aləm qadınlarının ağası kimi yad edilmişdir. Eyni halda biz bu sifəti həzrət Zəhraya (s) üçün də işlədirik. Zəhmət olmazsa bu iki tərəfliliyi izah edin.
Qısa cavab

“Aləm qadınlarının seyyidəsi (başçısı)” cümləsi müstəqil şəkildə Quranda qeyd olunmamışdır. Bu cümlə Al İmran surəsinin 42- cü ayəsindən götürülmüşdür. Allah təala həzrət Məryəmə (s) müraciət edir:

«و اصطفاک علی نساء العالمین»

“Allah təala səni aləm qadınlarının arasından seçdi”. Bu ayədə məqsəd, Allah təalanın həzrət Məryəmi (s) öz əsrinin qadınlarının içərisindən seçməsidir. Amma bununla yanaşı din öncüllərindən bizə gəılib çatan məlumatlara əsasən həzrət Zəhra (s) bütün gəlib- keçmiş aləm qadınlıarının ağasıdır.

Ətreaflı cavab

“Aləm qadınlarının ağası” ləqəbu bu iki böyük xanım, həzrət Zəhra (s) və Məryəm (s) üçün qeyd olunur. Amma rəvayətlər göstərir ki, bu ləqəbin bu iki xanım üçün istifadəsi bir- birindən fərqlənir. Buna görə ikitərəflilik burada yaranmır.

Həzrət Məryəmə (s) bu sifətin  deyilməsi, Al- İmran surəsinin 42- cü ayəsindən götrülmüşdür:

«إِذْ قالَتِ الْمَلائِكَةُ يا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفاكِ وَ طَهَّرَكِ وَ اصْطَفاكِ عَلى‏ نِساءِ الْعالَمين‏»

“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər:”Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.”[1]

Həzrət Zəhra (s) üçün bu ləqəb rəvayətlərdə qeyd edilmişdir. Rəvayətlərdən belə görsənir ki, bu iki hal bir- birindən fərqlənir. Buna görə heç bir ziddiyyət yoxdur. Aşağıdakı rəvayət bu iddiaya bir dəlildir:

Mofzəl deyir: İmam sadiqə (ə) dedim: Peyğəmbərin (s) Fatimeyi Zəhra (sa) barəsində dediyi “O bütün dünya qadınlarının böyüyüdür” sözünü mənə izah et: Məgər o, öz zəmanəsinin ən böyük qadını olmuşdur? Buyurdu: Bu məqam həzrət Məryəm (s) üçündür ki, öz zəmanəsinin qadınlarından üstün idi. Amma Fatimə (sa) başlanğıcdan sonadək bütün dünya qadınlarının ağa və başçısıdır. [2]

Buna oxşar sualı Qurani kərim İsrail övladlıarının “Yaqubun (ə) övladlarının” aləmlərdən üstünlüyünü mətrəh etmişdir:

«يا بَني‏ إِسْرائيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتي‏ أَنْعَمْتُ عَلَيْكُمْ وَ أَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعالَمين»

“Ey Yaqub övladları! Sizə verdiyimiz nemətləri xatırlayın və sizi seçdik və bütün insanlara üstün etdik.”[3] Aydındır ki, onların üstünlüyü müsəlmanlardan deyil,  öz zəmanələrinin insanlarından üstünlükləridir. Buna görə İmam Həsən Əsgəriyə (ə) məxsus təfsirdə Allah Rəsulunun, Əhli- beytinin və ümmətinin bütün gəlib- keçmiş peyğəmbərlərdən, insanlardan üstünlüyü barəsində müfəssəl şəkildə rəvayət nəql olunmuşdur.  Həmçinin buyurur: Ey Musa! Məgər bilmədin ki, Muhəmmədin əshabı bütün peyğəmbərlərin əshabından üstün və fəzilətlidir, Muhəmmədin Əhli- beytinin bütün peyğəmbər ailələrindən üstünlük və fəziləti kimi! Və həmçinin Muhəmmədin bütün göndərilənlərdən üstünlük və fəzilətli olması kimi!?[4]

Həmçinin ayə İbrahim və İmran ailəsinin bütün aləmlərdən üstünlüyünü bəyan etməsi,[5] onların nisbi üstünlüyünün göstərgəsidir.

Deyilənlərdən belə aydınlaşır ki, bu iki böyük xanıma bu sifətin söylənməsində heç bir ziddiyyət yoxdur.

 


[1] - Al İmran surəsi, ayə 42.

[2] - Səduq, Muhəmməd bin Əli, məanil əxbar, səh 107, came müdərrisin nəşriyyatı, Qum, 1361 h.ş.

[3] - Bəqərə surəsi, ayə 122, 47.

[4] - İmam Həsən Əsgəri (ə), təfsire İmam Əsgəri, səh 32, İmam Mehdi (ə) mədrəsəsi, Qum, 1409 h.q.

[5] - Al- İmran surəsi, ayə 33.

 

Başqa dillərdə Q tərcümələr