Ətraflı axtarış
Baxanların
6861
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
Sual
“Ali-İmran” surəsinin 42-ci ayəsində həzrət Məryəm (əleyha-salam) bütün aləm qadınlarına üstün edilmiş və bu məsələ mütləq (qeydsiz-şərtsiz) gəlmişdir. Şeyx Səduqun (rəhmətullahi əleyh) rəvayətlərinə istinad etməklə “bu ayə həzrət Məryəm (əleyha-salam)-ın öz dövrünə məxsusdur” deyə qeyd vurmaqla əlaqədar aşağıdakı suallara cavab verin: 1. Bu mövzunun oxşarı, yəni ayəyə rəvayətlə qeyd vurulması (buna təxsis deyilir) digər mövzularla əlaqədar əhli-sünnətin mənbələrində də mövcuddurmu? 2. Bunun dəlil-sübutunu, yəni ayənin aşkar bəyanı müqabilində hədisə istinad etməyin necəliyini bəyan edin. 3. Qurani-Kərimdə müxtəlif mövzularla əlaqədar həzrət Məryəm (əleyha-salam)-ın adı 34 dəfə gəlmişdir. Bəzi hallarda onun üçün elə yüksək fəzilətlər sadalanır ki, tarix boyu digər bir qadın və ya kişi üçün o fəzilətin mislini görmürük. Misal üçün, onun Cəbrəillə görüşüb danışması, İsaya atası olmadan möcüzəli şəkildə hamilə olması, asimandan ona təam (yemək) gəlməsi, həzrət Zəkəriyya kimi ilahi peyğəmbərin bu işdən təəccüblənməsi, onun Allah-taala tərəfindən paklaşdırılması və s. Bu xüsusiyyətlərə diqqət yetirməklə sual budur: Şiənin mötəbər sayılan dörd hədis kitabında – “Kutubi ərbəə”də həzrət Fatimeyi-Zəhra (əleyha-salam)-ın Məryəmdən fəzilətli olmasını göstərən bir hədis nəql olunmuşdurmu? 4. Zahirdə ləfzi təvatür həddinə çatan və əhli-sünnət alimləri üçün də sübuta yetən “Fatimətu bəz’ətun minni” (Fatimə mənim canımın parasıdır) Peyğəmbər hədisinə istinad etməklə həzrət Fatimə (əleyha-salam)-ın bütün aləm qadınlarından fəzilətli olmasını isbat etmək olarmı? Bu dəlil-sübut, yəni Quran ayəsinin aşkar bəyanı müqabilində rəvayətə istinad edilməsi düzgündürmü? 5. Deyə bilərikmi ki, həzrət Məryəm Fatimeyi-Zəhradan (əleyhiməs-salam) sonrakı məqamda aləm qadınlarının seyyidəsidir? Xahiş edirik ki, bu xüsusda bəyan edə biləcəyiniz başqa hər növ mövzunu da təfsilatı ilə buyurasınız. Allah tövfiqinizi artırsın!
Qısa cavab

“Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində olan şahidlər “aləm qadınlarının ən üstünü” məqamının təkcə həzrət Məryəmə məxsus olmadığını göstərir; qadınlardan bəziləri də onun kimi aləm qadınlarından üstündür. Bu bəyanla aləm qadınlarından üstünlük təkcə həzrət Məryəmə məxsus edilmir.

“Aləmin” kəlməsinin ümumi olduğuna, habelə sünnü alimi və “Təfsiri Kəbir”in müəllifi Fəxr Razinin də dediyinə görə, həzrət Fatimeyi-Zəhra Məryəmin dövründə hələ dünyaya gəlmədiyinə görə Məryəmin həzrət Fatimeyi-Zəhra (əleyha-salam)-dan da üstün olması sübuta yetmir. Daha dəqiq desək, Fatimeyi-Zəhranın Məryəmdən üstünlüyünü göstərir. Bu da Quran ayələrinə təxsis vurulması mənasına deyildir; əksinə həzrət Zəhra “aləmin” kəlməsinin aid olma hüdudlarından təxəssüsən (bu hökmün mövzusundan avtomatik olaraq) xaricdir.

Quran təfsirlərinə və rəvayətlərə diqqət yetirməklə məlum olur ki, həzrət Məryəm təkcə öz dövründəki qadınların, həzrət Fatimeyi-Zəhra isə əvvəldən axıra qədər olacaq bütün qadınların ən fəzilətlisi və üstünüdür.

Ətreaflı cavab

Cavabı bir neçə hissədə bəyan edir, axırda isə sual verən şəxsin işarə etdiyi bir neçə fər’i (ikinci dərəcəli) məsələyə işarə edirik.

1. Əvvəlcə “aləmin” kəlməsinin mənasını araşdırırıq: görəsən, “aləmin” kəlməsi bütün zamanlara və dünyanın hər yerində olan insanlara aiddirmi, yoxsa yalnız bir zamanda yaşayan insanlar barəsində işlənmişdir?

Quranda bu kəlmənin işlənmə yerlərindən, eləcə də müfəssirlərin bu kəlmə barəsindəki sözlərindən məlum olur ki, bu kəlmə yalnız bir zamanda yaşayan insanlara aid edilmişdir.[1] Aşağıda bəzi sünnü müfəssirlərinin nəzəriyyələrini qeyd edirik:

a) Məşhur sünnü alimi Süyuti öz təfsirində Əbdür-Rəzzaqdan və Əbd ibni Həmiddən, o da Qütadədən belə nəql edir: “Hər bir zaman üçün bir aləm vardır.”[2]

b) Böyük sünnü alimi olan Fəxr Razi وَ أَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعالَمِينَ (və həqiqətən Mən sizi aləmlərə üstün etdim)” ayəsinin izahında, onun Peyğəmbərimiz həzrət Məhəmməd (səlləllahu əleyhi və alih)-ə şamil olmamasını qeyd etdikdən sonra yazır: “Bəni-İsrailin (hamıdan) üstünlüyü onların dövründə yaşayanlara aid idi. Amma Peyğəmbərimiz o dövrdə dünyaya gəlmədiyindən, “aləmin” kəlməsi ona aid edilmir, çünki mə’dum (vücudu olmayan şey) “aləmin”dən sayılmır.”[3]

v) Fəxr Razi yenə də İshaq ibni Bişrdən və İbni Əsakir də İbni Abbasdan “وَ اصْطَفاكِ عَلى‏ نِساءِ الْعالَمِينَ[4] ayəsinin izahında belə nəql edir: “وَ اصْطَفاكِ” səni (Məryəmi) seçdi, “عَلى‏ نِساءِ الْعالَمِينَ” yəni “öz ümmətinin aləmlərinə.”[5]

2. Amma ayələrə rəvayət vasitəsi ilə təxsis (qeyd) vurulmasına (və nəticədə ayənin əhatə dairəsinin məhdud edilməsinə) gəldikdə isə, bu məsələ sünnü alimləri arasında da mövcuddur. Aşağıda onlardan yalnız bir neçəsinə işarə edirik:

a) Allah-taalanın Bəni-İsrailə buyurduğu: وَ أَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعالَمِينَ (və həqiqətən Mən sizi (Bəni-İsraili) aləmlərə üstün etdim)[6] ayəsi; Müsəlmanlardan heç biri şəkk etməz ki, bu ayə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in özünə şamil deyildir, halbuki bu ayənin zahiri ümumidir və ona ayədə heç bir təxsis (qeyd) vurulmamışdır.

Süyuti öz təfsirində Əbdur-Rəzzaqdan və Əbd ibni Həmiddən, o da Qütadədən “Və inni fəzzəltukum ələl-aləmin”[7] ayəsinin izahında yazır: “Bunlar (Bəni-israil qövmü) o zamandakı aləmlərdən üstün idilər.”[8]

Fəxr Razi bu ayə ilə əlaqədar yazır: “Yəni öz dövrlərində olan aləmlərə üstün idilər.”[9]

b) Allah-taalanın həzrət Məryəm (əleyha-salam) barəsində buyurduğu “vəstəfaki əla nisail-aləmin”[10] ayəsi barəsində də bəzi sünnü alimlərinin nəzəriyyələrini qeyd edirik:

Süyuti “əla nisail-aləmin” ifadəsinin təfsirində yazır: “Yəni (Allah Məryəmi) öz dövründəki ümmətlərdən (qadınlarından) üstün etdi.”[11]

Sünnü alimlərindən digər biri deyir: “Allah-taala İsanın anasını seçdi, onu hər növ zahiri və batini çirkinliklərdən pakladı və onu öz dövrünün qadınlarından üstün etdi.”[12]

3. Əhli-sünnət və şiə təfsirlərində mövcud olan çoxlu şahidlərə əsasən aləm qadınlarından üstünlük təkcə həzrət Məryəmə məxsus deyildir; bir çox qadınlar da onun kimi aləm qadınlarından üstün olmuşlar. Bu barədə yalnız bir nümunəni qeyd etməklə kifayətlənirik:

Ənəs ibni Malik deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Aləm qadınlarının ən fəzilətlisi dörd nəfərdir: İmranın qızı Məryəm, Fironun arvadı (və Müzahimin qızı) Asiya, Xüveylidin qızı Xədicə və Rəsulullahın qızı Fatimə.”[13]

 

Nəticə

Şahidlərlə bəyan olunan bəzi incə nöqtələrə diqqət yetirməklə aydın olur ki, “aləmin” kəlməsinin mənası ümumi deyildir və “Təfsiri Kəbir”in müəlli Fəxr Razinin dəlillərində də qeyd olunduğu kimi, həzrət Fatimə Məryəmin dövründə mövcud olmadığından onun həzrət Fatimədən üstün olması sübuta yetmir. Başqa sözlə desək, həzrət Fatimənin Məryəmə üstünlüyü və fəziləti olması Quran ayələrinə təxsis (qeyd) vurmaq deyildir, əksinə həzrət Zəhra ayədəki “aləmin” kəlməsinin əhatə dairəsindən təxəssüsi (bu hökmün mövzusundan avtomatik) şəkildə xaricdir.

Rəvayətlər Quranın bəyan edicisi və müfəssiri olduğundan, “kiçik siql” ünvanı ilə təbir olunur. Şərif ayənin təfsirində olan rəvayətlər həzrət Məryəmi yalnız öz dövründəki qadınlardan üstün və fəzilətli hesab edir. Fatimeyi-Zəhra (əleyha-salam) isə əvvəldən axıra qədər bütün aləm qadınlarının fəzilətlisi və seyyidəsidir.[14]

(Əlavə məlumat almaq üçün bax: “Aləm qadınlarının seyyidəsi Fatimə və Məryəm”, sual 13764 (sayt 13472)

 

İncəliklər

1. Əgər Quranda hər hansı bir şəxsin və ya qrupun adı başqalarından artıq gəlmiş olsa, qəti olaraq o şəxsin və ya qrupun başqalarından üstün olmasına çatdırmır. Çünki Bəni-israil kəlməsi Quranda qırx dəfə təkrar olunmuşdur, halbuki “müslim” (müsəlman) kəlməsindən (və bu kökdən alınan kəlmələrdən) yalnız iyirmi dörd yerdə istifadə olunmuşdur. Habelə, digər peyğəmbərlərin adı Quranda bizim Peyğəmbərimiz həzrət Məhəmməd (səlləllahu əleyhi və alih)-dən daha çox təkrar olunmuşdur. Amma bununla belə, nə Bəni-İsrailin müsəlmanlardan üstünlüyü sübuta yetir, nə də başqa peyğəmbərlərin bizim Peyğəmbərimizdən üstün olması.

2. Sualda irəli çəkilənlərin əksinə olaraq, əvvəla, bu hədis fiqhdə فَاطِمَةَ سَیدَةَ نِسَاءِ الْعَالَمِین “Fatimə aləm qadınların seyyidəsidir” şəkilində “Fəqih” [15], “Təhzib” [16] və “Kafi”[17] kitablarında gəlmişdir (bunların hər üçü şiənin dördlük təşkil edən mötəbər kitablarındandır). İkincisi, məgər şiələrin rəvayət kitabları yalnız bunlardan ibarətdirmi və onlardan başqa heç bir kitab mötəbər deyildirmi?! Belədirsə, onda başqaları tərəfindən yüzlərlə digər hədis kitabının yazılmasına nə lüzum vardı?!

3. Məgər mələklə görüşmək, vəhyin və asimani yeməklərin göndərilməsi yalnız həzrət Məryəm barədə baş vermişdimi?! Peyğəmbərlərdən bir çoxu Allahın mələkləri ilə görüşməyiblərmi?! Allah-taala Bəni-İsrail üçün asimani yemək göndərməmişdimi, dəryadan keçməkləri üçün dəryanın suyunu qurutmadımı?! Bəni-İsrail uzun müddət ilahi nemətlərdən bəhrələnmədilərmi?! ... Bunların hamısı həzrət Məryəmdən üstün, yoxsa onunla bərabər idilərmi?

4. Həzrət Fatimənin Məryəmdən üstün olmasına inananlar həzrət Məryəmin məqam və mənzilətini azaltmaq istəmirlər.[18] Necə ki, “bizim Peyğəmbərimiz əvvəlki peyğəmbərlərdən üstündür” dedikdə onların məqamı azaldılmır.

 


[1] Yalnız xüsusi hallar istisna olunur. Misal üçün, Allah barəsində işlənən, yaxud şahidlə yanaşı olduğu hallarda bütün aləmlərə şamildir, o cümlədən, الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمين “Əl-həmdu lillahi Rəbbil-aləmin”.

[2] Süyuti, Cəlaləddin, “Əddurrul-mənsur fi təfsiril-mə’sur”, 1-ci cild, səh. 68, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum, 1404-cü h.q

[3] Fəxruddin Razi, Əbu Əbdillah Məhəmməd ibni Ömər, “Məfatihul-ğeyb”, 2-ci cild, səh. 444, “Daru ehyait-turasil-ərəbi”, 3-cü çap, Beyrut, 1420-ci h.q

[4] “Ali-İmran” surəsi, ayə: 42

[5] “Əddurrul-mənsur fi təfsiril-mə’sur”, 2-ci cild, səh. 24

[6] “Bəqərə” surəsi, ayə: 47 və 122

[7] Yenə orada

[8] “Əddurrul-mənsur fi təfsiril-mə’sur”, 1-ci cild, səh. 68

[9] “Məfatihul-ğeyb”, 3-cü cild, səh. 484

[10] “Ali-İmran” surəsi, ayə: 42

[11] “Əddurul-mənsur fi təfsiril-mə’sur”, 2-ci cild, səh. 24

[12] Təntavi, Seyid Məhəmməd, “Əttəfsirul-vəsit lil-Quranil-kərim”, 2-ci cild, səh. 101

[13] Şövkani, Məhəmməd ibni Əli, “Fəthul-Qədir”, 1-ci cild, səh. 390, "Daru İbni Kəsir”, “Darul-Kəlimit-Təyyib”, birinci çap, Dəməşq-Beyrut, 1414; İbni Kəsir Dəməşqi, “Təfsirul-Quranil-əzim”, tədqiq: Məhəmməd Hüseyn Şəmsəddin, 2-ci cild, səh. 34, “Darul-kutubil-elmiyə”, “Mənşuratu Məhəmməd Əli Beyzun”, birinci çap, Beyrut

[14] Şeyx Səduq, “Məanil-əxbar”, səh. 107, “Camieyi müddərisin” nəşriyyatı, Qum, 1361-ci şəmsi il

[15] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, 4-cü cild, səh. 169, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1413-cü qəməri il

[16] Şeyx Tusi, “Təhzibul-əhkam”, 3-cü cild, səh. 110, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci il

[17] Şeyx Kuleyni, “Kafi”, 1-ci cild. Səh. 459, "Darul-kutubil-islamiyyə", Tehran,  1365-ci hicri şəmsi ili.

[18] Həzrət Məryəmin məqam və mənziləti ilə əlaqədar “Həzrət Məryəmin məqamı” görünüşünə – sual 6591 (sayt 8306) baxa bilərsiniz

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...