Please Wait
6233
Yuxarıdakı sual mərcəyi-təqlidlərin bəzilərindən başqa formalarda da soruşulmuşdur. Onların cavabı belədir:
Həzrət Ayətullah Xamenei: “Ovlanmış balıq halaldır.”
Həzrət Ayətullah Sistani: “Ehtiyat-vacibə görə haramdır.”
Mərhum Ayətullah Fazil Lənkərani: “Əgər əti halal olan balıqlardan olsa, halaldır.”
Həzrət Ayətullah Məkarim Şirazi: “Ehtiyat ondan çəkinməkdir.”[1]
Mərhum Ayətullah Əraki: “Əhvət çəkinməkdir. Çünki (balığın qarnından) çıxarılan zaman diri olmasına elmimiz yoxdur və bu zaman təzkiyə olunmadığına hökm edilir.”[2]
Ayətullah Nuri Həmədani: “Halaldır.”[3]
Gördüyümüz kimi, yuxarıdakı sualla əlaqədar mərcəyi-təqlidlər arasında fikir ayrılığı gözə dəyir. Amma məcmu halında bunu demək olar ki, əgər ovlanmış balığın qarnındakı ov balıq, yaxud əti halal olan (başqa) su heyvanlarındandırsa və onu çıxaran zaman diri olmasına elmimiz olsa, halaldır. Amma əgər belə olmasa, misal üçün, ovlanmış balığın qarnını yaran zaman onun qarnındakı balığın əvvəlcədən ölmüş olduğunu bilsək, onun təzkiyə olunmadığına hökm olunur və yeyilməsi caiz deyildir. Amma üçüncü fərzdə (diri olub olmamasına dair elmimiz olmayan halda) mərcəyi-təqlidlərin fikir ixtilafı vardır. Buna görə də hər mükəlləfin öz mərcəyi-təqlidinin nəzərinə əməl etməsi zəruridir.