Ətraflı axtarış
Baxanların
9284
İnternetə qoyma tarixi: 2012/05/09
Sualın xülasəsi
عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ وَ جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ “Qadınların ağlı onların gözəlliyində, kişilərin gözəlliyi isə ağıllarındadır” hədisinin sənədi mötəbərdirmi? Bu hədisin mənası nədir?
Sual
Rəvayətdə deyilir ki, عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ وَ جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ “Qadınların ağlı onların gözəlliyində, kişilərin gözəlliyi isə ağıllarındadır.” 1. Bu rəvayətin mətn və sənədi nə dərəcədə etibarlıdır? 2. “Qadınların ağlı onların gözəlliyindədir” dedikdə məqsəd nədir? Xüsusilə, hədisin ikinci hissəsinin şahidliyi ilə?
Qısa cavab

Yuxarıdakı hədis bir çox hədis kitablarında gəlsə də, səhih və ya mötəbər hədislərdən hesab olunmur. İslamda Allah dərgahında yaxınlaşmaqda və insani gövhər baxımından qadınla kişi arasında heç bir fərq yoxdur. Onların arasında əql baxımından mövcud olan fərqlər isə, “vasitə yönlü olan əql” barəsindədir, yəni o əql ki, onun vasitəsi ilə hövzə və ali məktəbdə tədris alsın və güzəranını təmin edə bilsin. Buna görə də “bir elmdə mütəxəssis və ə’ləm olan şəxs Allah dərgahına yaxındır” deyilmir, lakin deyilir ki, “ən təqvalı olanlar Allah dərgahına daha yaxındır.” Digər tərəfdən, qadın özünün insani düşüncəsini və əqlini zərif atifədə (insani və ülvi duyğularda), gözəl danışıqda və layiqli rəftarda göstərə bilər. Kişi də (öz vəzifəsi ünvanı ilə) bacarıq və hünərini insani düşüncə və əqlani təfəkkür qalibində büruz etdirə bilər. Hədisdən məlum olur ki, qadının vasitəçi əqli onun gözəlliyindən təsirlənir. Yəni, bir qadın hər hansı bir yerdə işləyirsə, hər şeydən öncə ürəyi yanan həyat yoldaşı, mehriban ana, bacarıqlı evdardır. O kişi gözəl və camal sahibi sayılır ki, elm ilə zinətlənsin, ağıllı tədbirlərdən istifadə etməklə ailə və cəmiyyət üçün faydalı bir ünsür olsun.

Ətreaflı cavab

عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ وَ جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ “Qadınların ağlı onların gözəlliyində, kişilərin gözəlliyi isə ağıllarındadır” hədisi bir çox kitablarda – o cümlədən Şeyx Səduqun “Məanil-əxbar”, Əllamə Məclisinin “Biharul-ənvar”, Şeyx Təbərsinin “Mişkatul-ənvar fi ğürəril-əxbar” kitablarında nəql olunsa da və mərhum Şeyx Hürr Amili “Əl-fəvaidul-tusiyyə” kitabında onu şərh edərək müxtəlif izahlar versə də[1] onun sənəd silsiləsində siqə (mötəbər) olmayan bəzi şəxslər olduğuna görə qeyri-müvəssəq hədislər cərgəsində yerləşdir.

Sualın ikinci hissəsinə cavab vermək üçün bir neçə məsələni xatırlatmaq zəruridir:

İlk baxışda hədisin zahiri məfhumu budur ki, qadınların əqli zahiri gözəlliyi və camalı ilədir, lakin kişilərdə ağıl onların gözəlliyidir. Başqa sözlə, zahirdə qadınlara təkid olunur ki, gözəlliyin ardınca getsinlər, kişilər isə ağlın fikrində olsunlar. Çünki kişinin gözəlliyi – ağıl sahibi olmasındadır. Amma belə nəzərə çarpır ki, bu hədis zahiri mənadan yüksəkdə olan daha dəqiq və incə bir mənaya dəlalət edir. Bir hədisi dəqiq başa düşmək üçün onu əlaqədar ayə və rəvayətlərlə birlikdə araşdırmaq lazımdır ki, onun dəqiq mənasını əldə edə bilək. Əks halda, təkcə bir hədisə nəzər salmaqla – onun məqsəd və əsaslarını nəzərə almadan – tərcümə və məna etmək olmaz. Çünki məsumların (əleyhimus-salam) bəşəriyyəti haqqa hidayət edib yol göstərmək məqsədi daşıyan nurani kəlamları hər hansı zaman və məkan hüdudlarına sığmır. Onların batini (və həqiqi) mənaları əsas etibarı ilə hər bir zaman dövründə bəşər həyatı ilə mütənasib olan, bütün siyasi, ictimai, iqtisadi və mədəni sahələri əhatə edən insan mənəviyyatını quran qayda-qanunlara işarə edir. Biz inanırıq ki, islam dini bütün üzvləri bir-biri ilə sıx və qırılmaz əlaqələrə malik olan hərtərəfli bir sistemdir. İslamda təkid olunan mühüm məsələlərdən biri də qadınla kişinin xilqətdə və Allah dərgahına yaxınlaşmaqda bərabər olmasıdır. Bu cəhətdən islam dini qadınla kişi arasında heç bir fərq qoymur. “İnsan ruhu dini vəzifələrə əməl etməkdən hasil olan mənəvi qidalanma yolu ilə ilahi qürb məqamına çataraq Allahın isim və sifətlərinin məzhəri ola bilər. Bu istedad və bacarıq müştərək şəkildə qadınla kişinin hər ikisinin ixtiyarında qoyulmuşdur və hər ikisi belə bir vücud mərhələsinə çata bilər. Bu məqama çatmaq yolu da birdir: iman və əməli-saleh.”[2] Buna əsasən, dəyər, etibar və mütəal Allah dərgahında yaxınlaşmaq baxımından insanın xilqətində qadınla kişi arasında heç bir fərq yoxdur.

1. Hədisin mətnində (cəm forması uqul olan)“əql” kəlməsi gəldiyinə görə bu kəlmə barəsində bir qədər tədqiqat aparmağı münasib görürük. Filosoflardan bəziləri əqli iki qismə bölürlər: nəzəri əql və əməli əql. Birincisi başa düşür, ikincisi isə iş görür (nəzəri əqllə dərk edir, əməli əql ilə iş görür). Qəti etiqad, zən (güman), vəhm, xəyal və bu kimi şeylər nəzəri əqlə aid olan işlərdir. Amma niyyət, əzm, ixlas, iradə, məhəbbət, sevmək, nifrət etmək, təqva, ədalət və bu kimi şeylər əməli əqlin hissələridir ki, insanda fəzilətin meyarı da məhz budur (əməli əqldir).[3] Aydındır ki, insanı ilahi qürb məqamına çatdıran və başqalarından üstün edən şey zehni məlumat anbarına çevirən əql deyil, əməli əqldir. Allah dərgahında dəyərə malik olan, fəzilət və üstünlük meyarı sayılan şey o əməldir ki, onda ixlas olsun. Əgər əqli baxımdan qadınla kişi arasında fərq olsa, bu, vasitəçi əql barəsindədir, yəni o əql ki, insan onun vasitəsi ilə hövzə və ali məktəblərdə təhsil ala bilir ki, güzəranını təmin edə bilsin. Buna görə də hədislərdə “mütəxəssis və elmli şəxs Allah dərgahına daha yaxındır” deyilmir, amma deyilir ki, “ən təqvalı şəxs Allah dərgahına ən yaxın olan şəxsdir”.[4]

Deməli, əgər bir kəs qadınla kişi arasında mühakimə yürütmək istəsə, termində elm mənasına olan əqli (nəzəri əqli) yox, əksinə insanın Allah dərgahına yaxınlaşma vasitəsi və fəzilət meyarı olan əməli əqli meyar götürməlidir. Məhz belə olan zaman qadınla kişinin hər ikisinin camalı o əqldən ibarətdir ki, عُبِدَ بِهِ الرَّحْمَانُ وَ اکْتُسِبَ بِهِ الْجِنَانُ “onun vasitəsi ilə Allaha ibadət olunsun və cənnət əldə edilsin.” Yalnız bu zaman həm جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ “kişilərin gözəlliyi əqllərində”, həm də عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ “Qadınların gözəlliyi əqllərində” hədisi səhih olur.[5]

2. Rəvayətlərdə təkrar olaraq qeyd olunduğu kimi, ruhun gözəlliyi insanın imanı ilədir. Allah-taala buyurur: “Allah imanı sizin üçün sevimli etdi və onu sizin qəlblərinizin zinəti qərar verdi.”[6] Bu ayədən məlum olur ki, Allah-taala imanı qəlblərə sevimli etmiş və onu insan ruhunun zinəti qərar vermişdir. İnsanın ruhu mücərrəd (qeyri-maddi) olduğuna görə iman da maddi yox, mənəvi bir iş olacaqdır. Mənəvi və mücərrəd iş olan iman da insan ruhunun camalı və gözəlliyi olacaqdır. Kişi və qadın olmağın insanın həqiqətində – mücərrəd ruhunda və imanında heç bir təsiri yoxdur. Yəni insanın həqiqəti, iman və s. məsələlər nə kişiliyə, nə də qadınlığa aid deyil, əksinə bu, qadın və kişidə eyni səviyyədə mövcud olan bir məsələdir. Deməli, kişi və ya qadınlığı imanın həqiqəti (yəni o şey ki, onun vasitəsi ilə hər bir insan Allah dərgahında yüksək məqama malik olur) hesab etmək olmaz.

Buna əsasən, əvvəldə deyilən hədisdən vəsfi mənanı yox, göstəriş mənasını başa düşmək olar. Yəni bu hədisdə məqsəd insanlardan iki sinfini vəsf etmək deyildir ki, qadının əqlini onu zahiri gözəllik və camalında xülasələşdirərək məzəmmət xarakteri daşısın, habelə kişinin gözəllik və camalını onun əqlində qoyaraq tərifləsin. Əksinə, o göstərişin mənasının məzəmmət deyil, qurucu yönlü bir vəsf olması mümkündür. Yəni qadının vəzifəsi əməl, rəftar, davranış və sair kimi gözəllik və atifə (ülvi-insani duyğular) tutumundan bəhrələnərək özünün insani əqli və düşüncəsini təqdim etməkdir və ya bu işləri görə bilər. Eləcə də hər bir bacarıq, istedad  və hünərini insani düşüncədə və özünün əqlani təfəkküründə büruz etdirmək kişinin vəzifəsidir və ya bu işi görə bilər.[7]

Qadın öz ağlını mehr-məhəbbət, mərhəmət, sədaqət və paklıqla dolu olan hünər və zəriflik əsasında qurulan gözəl rəftarda təqdim edə bilər, bu da ictimai fəzilətlər üçün dəyərli bir baza olacaqdır. Belə ki, qadın özünün rəftar və gözəlliyində gizlənmiş olan əqli ilə ailənin daxili sistemini tənzim edə bilər.

Ali təhsil almış, habelə şəhadət, fədakarlıq və canından keçmə mədəniyyətinə agah olan bir qadın eyni zamanda mehriban bir ana kimi övladını cihada təşviq edə bilər, onu cəbhəyə yola salan zaman öz zərif və lətif əlqini gözəl incəsənət libasında təqdim edə bilər. Yaxud döyüş meydanından qalib halda gələn oğlunun pişvazına çıxan zaman özünün güclü ağlı ilə – gözəllik libasında intizar və şövq göstərə bilər. Eləcə də bacarıqlı kişilər bunun qarşılığına malikdirlər: incə və zərafətli hünərlərini zərif əql paltarında hekayət edə bilərlər. Bir sözlə, qadın gərək hikmət incəliklərini hünər zərafətlərində təqdim etsin, kişi də gərək hünər zərafətlərini hikmət qalibində nümayiş etdirsin. Yəni qadının cəlalı onun camalında gizlənmiş, kişinin camalı isə onun cəlalında təcəlli etmişdir. Bu cür bölgü nə qadın üçün məzəmmət, nə də kişi üçün bir tərifdir; əksinə onların hər biri üçün əməli göstərişdir ki, hər kəs özünə məxsus olan işləri yerinə yetirsin. Onlar özünə məxsus olan göstərişləri yerinə yetirdiyi halda tərifə layiq görülür, imtina etdiyi surətdə isə məzəmmət olunurlar. Deməli, kişi ilə qadının fərqləri düzgün təfəkkür təqdim etməkdə zahir olur. Əks halda, qadın da kişi kimi elm və maarifi öyrənmək ləyaqətinə malikdir və bu istiqamətdə tərifə layiq görülə bilər.[8]

3. Yuxarıdakı hədisdən qeyd olunan hallarla əlaqəli olan digər bir çıxarış da qadınla kişinin ruhi səviyyə və quruluşunun fərqlərinə təkid etməkdir. Bu məsələ həmin hədisdə çox zərif və gözəl şəkildə bəyan olunmuşdur. Amma bəziləri bu məsələ barədə məlumatsızlıq ucbatından qadını kişidən aşağı səviyyədə qərar verirlər.

Ustad Mütəhhəri (rəhmətullahi əleyh) buyurur: “Məni təəccübə salan mövzulardan biri budur: bəziləri israr edirlər ki, qadınla kişinin fərqlərini ruhi və cismi istedadlardakı fərqlərdə: qadının naqis, kişinin isə kamil olması əsasında izah etsinlər. Onlar israrla demək istəyirlər ki, xilqət qanunu müəyyən məsləhətlər əsasına qadını naqis yaratmışdır.”[9]

Amma həqiqətdə islam elə həqiqətlərə işarə edir ki, həm hazırkı dövrdə, həm də keçmiş dünyada ona etinasızlıq nəticəsində qadın hüquqları tapdalanmışdır. Dünənki dünyada qadına qarşı zülm və haqsızlıq rəva görülür, onu heyvanlarla bir səviyyədə qərar verir, onun üçün heç bir hüquq olmadığına inanır və irs nəticəsində varislərə çatan mal-dövlətin bir hissəsi hesab edirdilər. Bu məsələ dünyanın müxtəlif yerlərində geridə qalmış cəmiyyətlərdə hələ də mövcuddur. İnkişaf etmiş modern dünyada da qadının vəziyyəti əvvəlki dövrlərdən heç də yaxşı deyildir. Hazırkı dünyada “qadınla kişinin bərabər hüquqlara malik olması” bəhanəsi ilə qadınları cəmiyyət və iş (istismar) meydanına çəkərək onun gözəlliyini qul bazarında olduğu kimi hərraca qoyurlar.

Hazırkı qərb cəmiyyətlərində qadın gözəlliyinə övladının tərbiyəsinə çalışan, mehribanlıq və məhəbbət təlimlərini övladının qulağına zümzümə edən bir ana kimi yox, sadəcə olaraq cinsi bir əmtəə kimi nəzər salınır. Həmin cəmiyyətlərdə qadın artıq Quran  ayələrinin buyurduğu kimi “ailə və cəmiyyətin möhkəm sütunları” deyil, əksinə çox qabarıq şəkildə hiss olunan şey cinsi ehtiraslar, həvəsbazlıq, əyyaşlıq və şəhvətləri söndürmək bir vasitədir ki, əlbəttə, bu zaman ilk qurbanlar qadın, sonra isə ailələrdir.

“Qadının ağlı onun gözəlliyindədir” hədisində məqsəd budur ki,  qızğın ailə mühitinin icad olunmasında və kişinin məhəbbətli ailə ocağına doğru cəlb edilməsində qadının gözəlliyə diqqət yetirməsi çox təsirlidir. Bu gözəllik qadının əqlini və digər istedadlarını təsir altına salır. Buna əsasən, onun gözəlliyini ictimai çarpışmalar meydanında qərar vermək olmaz.

İnsani əlaqələr sayəsində qadının gözəlliyi hər bir ailə üçün qızğın məhəbbət ocağı ola bilər. O ailənin hər bir üzvü ana məhəbbətindən sirab olmaqla (ana bu məhəbbət dolu ailənin əsl ünsürüdür) din alimi, mütəfəkkir, fədakar əsgər, görkəmli arif, şərafətli fəhlə, məharətli həkim, bacarıqlı yazıçı, qüdrətli incəsənət ustası və mahir sənətkar qalibində zahir ola bilər. “Hər bir müvəffəq kişinin arxasında müvəffəq bir qadın dayanır” sözü inkar olunmaz bir həqiqətdir.

Deməli, qadın özünün əsl vəzifəsindən və bacarığından qafil olmamalı, onun üçün çox da zəruri olmayan sahələrə daxil olmamalıdır. Əgər daxil olsa, bilməlidir ki, onun istedadları və yaradıcılıq qüvvələri həqiqətdə ailədə mehr-məhəbbət icad etməkdir, ailədəki asayiş onun xilqətinə borcludur. Deməli, bu hədisdən başa düşülür ki, qadının vasitəçi əqli onun gözəlliyindən təsirlənir. Yəni qadının işi-peşəsi  böyük bir şirkətin rəisi, məharətli cərrah, qüdrəti natiq, ağıllı bir ustad və s. olmaqdan öncə ürəyi yanan həyat yoldaşı, mehriban ana və bacarıqlı evdardır.

Amma kişinin xilqəti cəmiyyətin və həyatın təlatümlərində bir dəyirman daşına bənzəyir. Onun gözəlliyi ailənin məişət və güzəranını təmin etmək üçün səyləridir, onun əqlaniyyəti həyatın necə idarə edilməsindədir. O kişi gözəl hesab olunur ki, elm ilə zinətlənsin, ağıllı tədbirlərdən istifadə etməklə həm ailəsi, həm də cəmiyyəti üçün faydalı bir ünsür olsun. Onun ağlı və tədbiri nə qədər düzgün işləyib artsa, onun camalı da bir o qədər gözəl olacaqdır.

Əlaqədar görünüşlər:

“İmam Əli (əleyhis-salam)-ın kəlamında qadınların əqli və imanı”, sual 4897 (sayt: 5464)

“Qadınların əqli barəsində imam Əli (əleyhis-salam)-ın nəzəri”, sual 13260 (sayt az13139)

“Əql və onun fəaliyyət dairəsi”, sual: 11724 (sayt: az11546)

“Əməli və nəzəri hikmət”, sual 507 (sayt 548).

 


[1] “Məanil-əxbar” kitabında o hədisin sənəd silsiləsi belədir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُمَرَ بْنِ مُحَمَّدِ بْنِ سَالِمِ بْنِ الْبَرَاءِ الْجِعَابِيُّ الْحَافِظُ الْبَغْدَادِيُّ قَالَ حَدَّثَنِي أَحْمَدُ بْنُ عُبَيْدِ اللَّهِ الثَّقَفِيُّ أَبُو الْعَبَّاسِ قَالَ حَدَّثَنَا عِيسَى بْنُ مُحَمَّدٍ الْكَاتِبُ قَالَ حَدَّثَنِي الْمَدَائِنِيُّ عَنْ غِيَاثِ بْنِ إِبْرَاهِيمَ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ ع قَالَ قَالَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ص عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ وَ جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ‌

[2] Cəmşidi, Əsədullah, “Cəstari dər həsti şenasiye zən”, səh. 52, “İmam Xomeyni” adına elmi tədqiqat müəssisəsi, Qum, 1388-ci şəmsi il

[3] Cavadi Amuli, Əbdullah, “Qadın camal və cəlal güzgüsündə”, səh. 255, “İsra”, nəşriyyatı, Qum, 4-cü çap, 1378-ci il

[4] Yenə orada

[5] Yenə orada, səh. 258

[6] “Hucurat” surəsi, ayə: 24: حَبَّبَ إِلَيْكُمُ الْإِيمانَ وَ زَيَّنَهُ فِي قُلُوبِكُمْ وَ كَرَّهَ إِلَيْكُم

[7] Yenə orada, səh. 33-35

[8] Yenə orada, səh. 35-36

[9] Mütəhhəri, Murtəza, “İslamda qadın hüququ”, səh 200, “Sədra” nəşriyyatı, 21-ci çap, Qum, 1374-cü şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    11557 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Paxla sousunu hazırlayarkən, əgər istehsal zamanı paxlalı bitkilərdən spirt xaric olarsa, caizdirmi?
    6256 خوراکی های صنعتی 2012/05/19
    Böyük mərcə təqlidləri bu suala belə cavab verirlər: Həzrət ayətullah ul üzma Xamenei: Əgər məsd edici olmasa, eybi yoxdur. Həzrət ayətullah ul üzma Məkarim Şirazi: Əgər spirt elə miqdarda olarsa ki, məsdə səbəb olarsa, həmçinin əgər öncədən məsd edici ...
  • Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
    7677 Təfsir 2010/10/03
    Allah iman və saleh əməl sahiblərindən razıdır, amma çünki iman və saleh əməllər qüdrət və zəif mərtəbəsindən fərqlidir, Allahında razılğı onlar üçün fərqlidir.Behiştin ən uca mərtəbəsi behişti rizvandır. Onun sahibləri, yəni Peyğəmbərlər, övsiya övliya və Allah dərgahında yaxşı olanlardır. Bu dəstənin şəfaətə ehtiyacı yoxdur və bunlar ...
  • Qibti bir kişinin Musa (əleyhissalam) tərəfindən öldürülməsi onun isməti ilə necə uyğun gəlir?
    8950 Qədim kəlam 2011/10/24
    Bütünilahipeyğəmbərlər (müxtəlifdərəcələrlə) məsum, kamalhəddindəvəAllahaənyaxıninsanlardır. Onların
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8571 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    9665 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Kamala yetişmək yolu
    6376 Əməli əxlaq 2011/08/23
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?
    10912 دستور العمل ها 2013/02/02
    Təzkiyə, yəni nəfsin çirkinliklərdən təmizlənməsi. Qurani kərimdə də nəfsin təmizlənməsinin əhəmiyyəti bəyan edilmişdir. Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Möminlər üçün isə birinci mərhələ özünü tənbeh və ...
  • Müvəqqəti əqiddə iddə saxlamağın hikməti nədir?
    9402 Əhkam və hüquq fəlsəfəsi 2011/05/10
    Yaisə qadının iddə saxlaması lazım deyil. Yaisə qadından məqsəd seyyidə olmayan (qeyri Qüreyşi) və yaşı 50- ni keçmiş (doğuş vaxtı bitmiş), seyyidə olan (Qüreyşi) yaşı 60- ı keçmiş qadınlar nəzərdə tutulur. Amma sonsuz qadınlar yaisə (doğuş vaxtı bitmiş) sayılmadıqları üçün evləndikdən sonra iddə onlara vacib olur. Amma bunun fəlsəfəsi ...
  • Nə üçün bəzi namazları uca səslə qılmaq lazımdır?
    9540 Nizamlar hüquq və əhkam 2020/02/03
    Sübh namazı uca səslə qılınmalıdır deyildikdə nə nəzərdə tutulur?Nə dərəcə uca? Əgər yatmış şəxsləri nəzərə alaraq aram səslə qılsaq, nə müşkülü olacaqdır?Ana və ya balaca körpə ola bilsin ki,bizim uca səsimizdən oyansınlar.Ümumuyyətlə, uca səslə qılmaq vacibdirmi? Mən kiminsə mənim namaz qıldığımı anlamamasını üstün tuturam. Çünki,belə olan halda, ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168805 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166625 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122039 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115926 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115172 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96622 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60987 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56655 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49401 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47394 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...