Ətraflı axtarış
Baxanların
8739
İnternetə qoyma tarixi: 2011/08/23
Sualın xülasəsi
Vəhhabilərin əsas etqadları və onların şiələrə olan iradlarını açıqlayın?
Sual
Mən bir filmyazanam və hal hazırda islamda vəhdət və möhkəmlik mövzusunda işləyirəm. Çox bilmək istərdim ki, islamda ifrata düşən ən çox firqələr hansılardır xüsusilə, vəhhabilər və onların şiələrə olan iradları əsas nədən ibarətdir?
Qısa cavab

 Vəhhabilər Məhəmməd ibn Əbdül-Vəhhabın tərəfdarlarıdırlar. O da İbni Teymiyyə və onun şagiridi İbn Qəyyim Cuzinin məktəbinin davamçısıdır. Onlar Ərəbstan yaramadasında təzə etiqad meydana gətirmişlər. Vəhhabiyyət, islamda sonradan meydana gəlmiş firqələrdən biri olub, Ərəbistan yarmadasında və sair ölkələrdə o cümlədən, Pakistanda və Hindistanda tərəfdarları vardır. Onların etiqadlarına görə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm), İmamlardan (əleyhimussalam) hacət istəmək və ziyarətgahlarda və qəbrlərin ziyarətlərində olmaq bidət, bütpərəstlik, böyük günah sayılır  və haramdır. Onlar namazdan başqa yerlərdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) salam və ehtiram etməyi izacə vermirlər və o Həzrətin ömrünün sonu ilə onun ehtiram və əzəmətinin də sonluğu kimi qələmə verirlər. Dahilərin qəbrlərinin üzərində hər növ günbəz, nişanə və sair qoymağı bidət və haram bilirlər. Bu etiqaddadırlar ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) hər bir adi insan kimi bütün üstünlük və zəiflərini nəzərə almaqla, artıq dünyadan getmiş və bu günkü dünyamzla heç bir əlaqəsi yoxdur. Buna görə də onun qəbrinin ziyarəti də haramdır. Beləliklə, vəhhabilərin etiqadına görə yuxarıda qeyd etdiklərimizi tərk etməyən hər bir insan müsəlman sayılmır. Onu da qeyd etmək lazımdır ki, belə bir etiqad həm şiə və həm də sünni İslam alimləri tərəfindən rədd olunmuşdur.

Ətreaflı cavab

 Vəhhabilər, Məhəmməd ibn Əbdül-Vəhhab ibn Süleyman Nəcdinin (1115-1206) tərəfdarlarıdırlar. O da İbni Teymiyyə və onun şagirdi İbn Qəyyim Cuzinin məktəbinin davamçısıdır.  Onlar Ərəbstan yaramadasına təzə etiqad gətirmiş  və bu firqənin adı isə onun özünün adı yəni, Əbdul-Vahab adından götürülmüşdür.[1]

   Vəhabiyyət, İslamın sonradan yaranmış firqələrindən biri olub, Ərəbistan yarmadasında və sair ölkələrdə o cümlədən, Pakstanda və Hindistanda tərəfdarları vardır. Məhəmməd Cavad Müğniyə özünün “Budur Vəhhabiyyət” kitabında Məhəmməd ibn Əbdul-Vəhhabın əsərlərinə istinad edərək yazır: “Vəhhabilərin nəzərində sonradan qeyd edəcəyimiz əməlləri tərk etməyən hər bir insan, nə müsəlman və nə də təkallahlı sayılır.[2] Halbuki, bütün müsəlmanların etiqadı budur ki, hər kəs kəlmeyi şəhadətini (yəni, La ilahə illəllah, Məhəmmədən rəsululluh) desə müsəlman sayılır, qanı, malı və canı hamının yanında möhtərəm və hifz olunmalıdır. Amma, vəhhabilər deyirlər ki, sözün əməlsiz etibarı yoxdur. Beləliklə, hər kəs Kəlimeyi şəhadətin desə, sonradan ölülərdən kömək diləsə müşrik və kafir olar. Həmçinin onun malı, canı və qanı halaldır.

 Vəhhabi məzhəbi hazırda Ərəbistan yarmadasında rəsmi məzhəb sayılır və bu məzhəbin alimlərinin fətvaları rəsmi Ərəbstan dövləti tərəfindən icra olunur. Onlar məzhəblərinin xırda məsələlərində Əhməd ibn Həmbəliyə tabedirlər və heç bir sünnü məzhəbinə (Hənəfi, Şafei, Hənbəli və Maliki) irad tutmurlar. Amma, digər məzhəb tərfdarlarını o cümlədən, şiə və zeydiyyələrin məzhəblərinə çox tənə vururlar.[3]

 Vəhhabilərin etiqadlarının açıqlamasına başlamazdan əvvəl şirk haqqında bir neçə məsələni aydınlaşdırmaq lazımdır. Şirk, lüğətdə otraq qərar vermək və ya iki şərikin bir şeydə bağlaşmasına deyilir.[4] Quran terminində isə şirk, paklığın müqabilində qərar tutmaq mənasında olub, Allah-Taalının müqabilində kimi və ya nəyi isə qərar verməyə deyilir. Hənif yəni, zəlalət və azğınlıq yolundan düzlük və düz yola tərəf meyl etməkdir. Tövhid tərəfdarlarına şirk və azğınlıqdan pak və xalis yola yəni, Allah-Taalanın yolunda qərar tutduqlarına görə onlara hənif deyilir. Allah-Taala Qurani-Kərimdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “(Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbim məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"[5]  Həmçinin, buyurur: “ (De ki:) Mənə əmr olunmuşdur ki, batildən haqqa tapınaraq üzünü o pak dinə çevir ki, hər cür şirkdən pakdır və müşriklərdən olma!”[6]

 Beləliklə, Quran baxımından şirk, pak dinin müqabilində qərar tutur. Şirki tanımaqdan ötrü pak dini (hənif) tanımaq lazımdır. Başqa tərəfdən isə belə bir məsəl var deyərlər “hər bir şeyin tərifi onun ziddi ilə tanınar”. Bir sözlə demək olar ki, şirk tövhidin müqabilindədir və tövhidin mərtəbələri olduğu kimi şirkin də mərtəbələri vardır. Külli bir bölümdə şirk iki qimsə bölünür:

a) Etiqadda şirk; b) Əməldə şirk; Etiqadda şirkin özü də üç qismə bölünür:

A) Etiqadda şirk;

 1.İlahiyyətdə olan şirk; elə bir varlığa etiqad bağlamaq ki, Allah-Taala kimi tam müstəqil və mütləq kamal və camal sifətlərinə malik olsun. Allah-Taalanın müqabilində qərar tutan belə bir etiqad küfrə səbəb olur.[7] Ona görə də Allah-Taala buyurur: "Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular.”[8]

 2.Yaradılışda şirk; Belə şirkdə, insan kainatdan ötrü iki müstəqil yaradıcıya inanır. Belə ki, onların hər birisi bu aləmdə müstəqil şəkildə təsərrüf və malikiyyəti vardır. Necə ki, məcuslar (zərdüş dinində) həm xeyir (Yəzdan) və həm də şər (Əhrimən) tanrısına inanırlar.

 3. Pərvərdigarda şirk; Belə şirkdə insan mötəqiddir ki, aləmdə çoxlu pərvərdigarlar var və onların hər biri xüsusi bir tədbirlə məşğuldur. Yəni, Allah-Taala bütün pərvərdigarların Allahıdır. Yerdə qalanlara da hər birinə müstəqil tədbir tökmək imkanı verilmişdir. Tarixdə həzrət İbrahimin (ələyhissalam) dövründə də müşriklər belə bir yanlış əqidəyə mübtəla olmuşdular. Bir dəstə ulduzları, bir dəstə ayı və bir dəstə də günəşi aləmlərin tədbirtökəni bilirdi.  

b) Əməldə şirk; Əməl məqamında şirk, ibadət və itaətdə olur. Bu mənada ki, insanın qorxu və hürküsü o şəxslərdən görə olsun ki, onları ilahi məqama yaxud, xaliq kimi qələmə versin və onlara ehtiram göstərsin. Bütün bunlar, Qurandan ələ gətirdiyimiz şirk haqqında meyarlardır.

 Amma, vəhhabilər bütün bunlardan əlavə, ifrət dərəcədə çoxlu şirk meyarları kəşf etmiş və onların hər biri ilə müsəlmanları şirkdə ittiham edirlər.

 Bizim nəzərimizcə vəhhabilərin kəşf etdikləri şirk növlərinin heç birinin şəri və etibarlı əsası yoxdur. Çükni, onların şirkdəki meyarları Quran ayələrinin, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimusllam) qanunları və əməlləri ilə heç də uyğun gəlmir. Bu anda vəhhabilərin bir neçə etiqadlarına işarə edirik:

  1.Allahdan qeyrisinə qeybi etiqadın olması şirkdir; onlar mötəqiddirlər ki, “əgər kimsə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) və övliyalardan kömək tələb etsə, belə ki, onların duasını eşidir, vəziyyətlərindən xəbərdardırlar və hacətlərini yerinə yetrə bilərlər və s..bütün bunlar müxtəlif şirk növləridir

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Məsumların kəlmələrinin və işlərinin höcciyyət ölçüsü nə qədərdir?
    6572 ولایت، برترین عبادت 2012/09/13
    İslamın mötəbər dəlillərindən biri, Peyğəmbərin (s) və digər Məsumların (ə) sünnətidir ki, Quran ayələri kimi Müsəlmanlar üçün höccətdir, üç şəkildə bizim əlimizdədir. Məsumun sözü, işi və təsdiqi. Məsumların hədislərdə və rəvayətlərdə gəlmiş sözləri "Məsumun qovlu (sözü)" onların etdikləri fellər və işlər "Məsumun feli" onların başqalarının işini yaxud ...
  • O hansı ayədir ki, nazil olarkən onu 70 min mələk müşayiət edirdi?
    7748 Təfsir 2012/02/07
    Rəvayətlərdə gəlmişdir ki, bu xüsusiyyət Ənam surəsi zikr olunur.İmam Sadiq ə. Bu barədə buyurur: Ənam surəsi bir dəfəyə nazil olmuşdur. 70 min mələk onu müşayiət edirdi. Həzrət Məhəmməd (s) göndərilmişdir. Onu əziz tutun. Allah taalanın adı orada 70 yerdə işlədilmişdir. Camaat bu surənin hansı həqiqətlərinin olduğunu bilsəydilər onu tərk ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    9232 موت اختیاری 2012/09/01
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...
  • On ilə yaxındır ki, bir nəfərlə nişanlıyam. Biz, qanuni izdivacdan qabaq şəriət əqdini yerinə yetirə bilərikmi?
    6455 Nizamlar hüquq və əhkam 2012/02/12
    Bu barədə təqlid mərcələrinin cavabı belədir:1.             Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.2.             Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.3.             Safi Gülpayqani: Mömin ...
  • Quslun fəlsəfəsi nədir?
    9840 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Bəsirət gözü ilə Allahı görmək qəlbi şühuddurmu?
    14539 شهود قلبی 2012/09/01
    İmam Əlinin (ə) hədisində Allahın bəsirət gözü ilə görülməsi bəyan edilmişdir. Allahın görülməsi kəlam elmində bəhs edilir. Buna görə burada düzgün fikir bəsirətlə görmə qəlbi təcəlli və adi gözlə görmədən fərqlənir ki, bu Allah barəsində imkansızdır. Amma bəsirət gözü ilə görmə yaxud da həmin Ləqallah baş verə ...
  • hər hansı malın, xüsusilə əl işlərinin satışında şəri cəhətddən nə qədər faydalanmaq olar?
    5730 Alış satış 2015/05/28
    Bu sualın cavabında, nəzərinizi Böyük məqam sahibi Rəhbərin (Allah hifz etsin) bu suala cavabına cəlb edirəm: Sual: Mən, elektirik malları istehsal edənlərdənəm. İcazə var ki, bu malları bazarda hər qiymətə istəsəm və qəbul etsələr satım ya yox? Cavab: Dövlət tərəfindən qiymət təyin olunmamış malı, satıcı ilə alıcının ...
  • Дин нәдир?
    11662 Din fəlsəfəsi 2009/06/13
    Дин барәсиндә гәрб алимләри тәрәфиндән мүхтәлиф нәзәријјә вә мәтләбләр ирәли сүрүлүб. Гуран ајәләриндә “дин” ики мөвзуда ишләнмишдир.1-Гејби гүдрәтә олан һәр һансы етигад, истәр батил, истәрсә дә һагг ...
  • Axirət aləmində cismi dəyişikliklərdən əlavə ruhi vəziyyətdə (sadizmin cinsi meyli kimi) dəyişiləcəkmi?
    6908 Qədim kəlam 2012/03/11
    Quran ayələrindən alınan nəticə budur ki, ruhi dəyişikliklər behişt əhli üçün baş verəcək və onların ruhi xəstəliklərinin çoxu müalicə olunacaq. Həmçinin insanın axirətdə mənəvi inkişafını nəzərə alaraq bu dünyada onun arxasınca olduğu, rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq və nəfsani istəklərindən daha uca ləzzətlərə yetişəcək. ...
  • Müqəddəs məkanlarda yatmağın kökmü nədir?
    6362 Nizamlar hüquq və əhkam 2011/10/09
    İmamların ziyarətgahları və məzhəbi məkanlar bütün müsəlmanların hörmət göstərdikləri yerlər olmuşdur. Çünki bu məkanlara hörmət orada dəfn olunan İmam və böyüklərə hörmət əlamətidir. Buna görə bu məkanlarda onlara hörmətsizliyə səbəb olan bəzi hərəkətlərdən çəkinmək lazımdır. Lakin fiqhi və şəri cəhətdən belə məkanlarda, məscidlərdə və s yatmağın eybi yoxdur. Yəni ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168778 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166606 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122018 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115917 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115148 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96596 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60912 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56642 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49373 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47376 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...