Please Wait
5967
Qadınların namazı ucadan qılması barəsində vəzifələrini iki qrupa ayırmaq olar:
1. Zöhr və əsr namazlarının həmd və surəsi alçaqdan qılınmalıdır.[1]
2. Sübh, məğrib və işa namazlarının həmd və surələri iki şəkildə oxunur:
A. Naməhrəm onun səsini eşitmədiyi halda.
B. Naməhrəm onun səsini eşitdiyi halda.
Birinci halda Mərcə təqlidlər belə buyurmuşlar: Qadın sübh, məğrib və iş namazlarının həmd və surəsini ucadan yaxud astadan oxuya bilər.[2]
Amma ikinci halda əksər Mərcə təqlidlər buyururlar ki, qadın ehtiyate vacibə əsasən namazı ahəstə qılmalıdır. Bəzi mərcə təqlidləri isə müstəhəb ehtiyata əsasən ahəstə qılmalı olduqlarını buyurmuşlar. [3]
Bir çox mərcə təqlidləri naməhrəmə səsi eşitdirməyi haram hesab etmişlər və ahəstə oxumaqa fətva verirlər.[4]
Buna görə əgər namaz qılan şəxs namazı astadan oxumalı olduğu yerdə ucadan qılarsa, namazı batildir.[5] Şübhəsiz sırf qəlbin daha da rahat olması üçün namazın şərtlərinə riayət etməmək olmaz.
[1] - Tozihul məsail mərace, 992 məsələ.
[2] - Tozihul məsail mərace, 994 məsələ.
[3] - Ayətullah Zəncani: Ehtiyate müstəhəbə əsasən ahəstə qılmalıdırlar. Ayətullah Məkarim Şirazi: ehtiyate müstəhəbə əsasən ahəstə qılmalıdırlar. Ayətullah Xoyi, Təbrizi: Əgər naməhrəm səslərini eşidərsə ehtiyata əsasən ahəstə qılmalıdırlar.
[4] - Ayətullah Sistani: Naməhrəmə səsini eşitdirmək haramdır. Əgər bilə- bilə ucadan oxuyarsa, ehtiyata əsasən namazı batildir. Ayətullah Behcət: Əzhərə əsasən əgər naməhrəm səsini eşitsə, gərək yavaşdan oxusun. O surətdəki, onun səsin eşitmək haram olsa, məsələn fitnə fəsad orxusu və ya ləzzət almaq məqsədi olsa
[5] - Tozihul məsail mərace, 995 məsələ.