Please Wait
6631
Hicab kəlməsinin mütləq maddi mənada işlənməsinin lüzumu yoxdur. Çünki əqli və nəqli dəlillərə əsasən, Allah maddi varlıq deyildir.[1] Buna görə də yuxarıdakı ayədə işlənən hicab kəlməsi maddi məna daşımır. Necə ki, sair ayələrdə də işlənən hicab kəlməsindən maddi şeylər nəzərdə tutulmur:
وَ إِذَا قَرَأْتَ الْقُرْءَانَ جَعَلْنَا بَیْنَکَ وَ بَینَْ الَّذِینَ لَا یُؤْمِنُونَ بِالاَخِرَةِ حِجَابًا مَّسْتُورًا
“Sən Quran tilavət etdiyin zaman səninlə axirətə iman gətirməyənlərin arasında görünməz hicab qərar veririk.”[2]
Sualda qeyd olunan ayədə də müfəssirlər “məhcub” kəlməsini “məhrum” kimi təfsir etmişlər.[3] Yəni onlar Allahın rəhmətindən, kəramətindən, ehsanından, Pərvərdigarın qürb məqamından məhrum olacaqlar.”[4] Deməli, ondan maddi məna çıxarılmamalıdır.
Nəticədə ayənin tərcüməsi belə olur: “Xeyr, (onların təsəvvür etdikləri kimi deyildir) onlar həmin gündə Pərvərdigarlarının (rəhmət və kərəm) nəzərlərindən məhrum olacaqlar.”[5]
[1] Bu barədə əlavə məlumat almaq üçün bax: sual 1286 (sayt 1330), sual 2217 (sayt 2359)
[2] “İsra” surəsi, ayə: 45
[3] Əlavə məlumat üçün bax: sual 6838 (sayt 6928)
[4] Təbərsi, Fəzl ibni Həsən, “Məcməul-bəyan fi təfsiril-Quran”, 10-cu cild, səh. 689, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1372-ci şəmsi il; Hüseyni Həmədani, Seyid Məhəmməd Hüseyn, “Ənvari derəxşan”, 18-ci cild, səh. 44, “Lütfi” kitab mağazasının nəşriyyatı, Tehran, birinci çap, 1404-cü qəməri il; Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 26-cı cild, səh. 263, “Darul-kutubil-islamiyyə”, Tehran, birinci çap, 1374-cü şəmsi il
[5] “Mütəffifin ” surəsi, ayə: 15, İlahi Qumşeinin (rəhmətullahi əleyh) tərcüməsi