Ətraflı axtarış
Baxanların
7445
İnternetə qoyma tarixi: 2008/11/30
Sualın xülasəsi
Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin əvəz olunması ilə cümlə mənaları tam dəyişə bilər?
Sual
Quranının təhir olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin əvəz olunması ilə cümlə mənaları tam dəyişə bilər?
Qısa cavab
Təhrif haqqında müxtəlif mənalar səsləndirilib.İslam alimləri Quranın azaldılması və ya çoxaldılması cəhətdən, təhrifin olmamasına yekdilliklə rəy veriblər. Bu mənada ki, nə xaricdən Qurana bir şey əlavə olunub və nə də Quranın əsl mətinindən bir şey azaldılıb. Amma Quran hərflərinin hərəkələrinin və ya səsli hərflərin dəyişdirilməsi haqqında da onu demək olar ki, Quranda heç bir hərfdə də istər səs cəhətdən, istərsə də hərf cəhətdən təhrif (dəyişiklik) olmamışdır. Bu günkü Quran qiraəti İslamın əvvəlindən oxunmuş qiraətlərdir və sonradan qeyri-məşhur qiraətləri əlavə edənlərin heç bir dəlili yoxdur.
Hər halda,əgər fərz etsək ki, Quranın avazla oxunuşunda müxtəlif səliqələr var amma, Quranın əsl mətni dəyişməz olaraq, qəti şəkildə İslamın əvvəlindən nazil olandır və heç bir şey Quranın əsalətinə və əbədi olmasına zərər yetirə bilməz.
 
Ətreaflı cavab
Təhrif haqqında müxtəlif mənalar və təriflər verilib. hər şeydən əvvəl müsəlmanlar arasında təhrif haqqında tərifi  aydınlaşdarıb sonra əsl mövzuya başlamaq lazımdır:
1.Mənəvi təhrif:  Mənəvi təhrif budur ki, ayəni elə təfsir və məna etsinlər ki, əsl və həqiqi mənasının əksinə olsun.[1]  Bu tərifə əsasən, bu günə qədər və bundan sonra Qurana verilən bütün şəxsi rəyilə təfsirlər və yanlış fikirlər və əsassız nəzəriyyələrin hamısı bir növ Quranın təhrifi sayılıb və sayılacaq.[2]
2.Quran mətnin, hərflərinin, hərəkələrinin təhrif olunması amma, hafizələrdə hifz olunması və aradan getməməsi;  belə ki, xaricdən ümumiyyətlə, əsl Quranın hansı olduğu məlum olmasın. Məsələn, Quranın müxtəlif qiraət üsulları vardır. Qəti olaraq demək olar ki, bu qiraətlərdən biri düzgündür amma, hansı məlum deyil. O bir qiraətdən başqa hamısı ya Qurana bir şey artırıb ya da əskildib.[3]
Bəzi şiə alimləri belə nəzərdədirlər ki, bu gün ən çox məhşur olan asimdən nəql olunmuş Həfzin qiraəti ən düzgün qiraətdir və bu qiraət nəsldən-nəslə , sinədən sinəyə keçərək bu zəmanəyə kimi bizə çatmışdır.  Bu gün müsəlmanlar arasında olan əsl Quran həmindir və yerdə qalan qiraətlərin hamısı ictihaddır.[4] Həmçinin, bu Quranının qiraətinin Həfzə nisbət verilməsi o mənada deiyl ki, bu qiraət Havzdəndir və müsəlmanlar Həfzdən təqlid edirlər. Bəlkə də bu mənadadır ki, Həfzin özü müsəlmanlar arasında ən məhşur qiraətdən təqlid edib.[5]
həmçinin, Məsum İmamların (əleyhimussalam) rəvayətlərində də nəql olunub ki, Quran yeganə Allah-Taala tərəfindən bir hərf üzərində nazil olub. Bu rəvayətin özü qiraətlər içində yalnız birinin düzgün digərlərinin isə səhv olduğuna bir dəlildir.[6] Əgər rəvayətləri digər rəvayətlərdə İmamların (əleyhimussalam) müsəlmanlara – Quranı cəmiyyət necə oxuyursa sizə elə oxuyun – göstərişi ilə birləşdirsək,[7] belə nəticə alırıq ki, qiraətlər içində ən məşhur qiraət elə ümumi müsəlmanlar arasında ən məhşur olanıdır. Bəs, əsl Quran mətni də elə həmin Qurandır. Beləliklə, Quranın hərf və səslərində heç bir təhrifə yol verilməmişdir.
3. Təhrif, yəni Quranın əsli qalmaqla yanaşı bəzi kəlmə və ya kəlmələrinin azaldılıb və ya artırılması mənasındadır;
Bəziləri qeyd edirlər ki, İslamın əvvəlrində Quranda belə təhriflər baş verib. Amma, Osmanın tək bir Quranı meyar qərar verməsi proqramı ilə bu müşkül həll olur. Osman bütün Quran vahid bir nüsxədə cəm etdikdən sonra bütün şəhər başçılarına tapşırır ki, müsəlmanların əllərində olan Quranların hamısını alıb baxsınlar, təzə cəm olunmuş vahid nüsxə ilə müxalif olan müshəflərin hamısı yandırsınlar. (Əlbəttə, şiə əqidəsinə görə Osmanın əlində olan Quran, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləmin) zamanında olan məhşur Quran olub) Beləliklə. bu mənada olan Quran təhrifi Osmanın zamanından sonra əməli cəhətdən qət oldu. Amma, ondan əvvəl baş vermişdi.[8]
4.Təhrif, yəni ayənin, ayələrin və ya surənin azalıb ya artırılmasıyla yanaşı əsl Quranın hifz olunması; Həmçinin, hamının İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qiraətində bir olması. Belə bir təhrifin nümunəsi kimi qeyd etmək olar ki, Əhli-Beyt (əlehiymasslam) məktəbinə əsasən, Quranda Tövbə surəsindən başqa bütün surələrin əvvəlindəki  Bismillahir-Rəhmanir-Rəhim ayəsi surəninin özündəndir. Amma, əhli-təsənni arasında bəziləri Bismillahı surədən hesab edir, bəziləri  isə surədən saymırlar. Əlbəttə, onu da qeyd edək ki, bütün müsəlmanların ittifaq nəzəri var ki, İslam Peyğəmbəri  (səlləllahu ələyhi və alihi və səlləm) Tövbə surəsi istisna olmaqla yerdə qalan bütün surələrin əvvəlindən Bismillahı qiraət edərmiş.[9]
5. Təhrif yəni azaltma və ya çoxaltma; yəni, belə fərz olunsun ki, bu gün əlimizdə olan Quran ya bütöv və tam Quran deyil və ya xaricdən bu Qurana nə isə əlavə olunub.  Belə bir təhrifin Quranda baş verməsi şiə alimləri tərəfindən ən möhkəm dəlillərlə inkar olunur və lazım olan yerda bu dəlillər qeyd olunub.[10]
Beləliklə, Qurandakı hərəkələr, səsli hərflər haqqında bu günkü qiraətlərdən başqa digər qiratələrdə müxtəliflik olmasına baxmayaraq, demək olar ki, məşhur qiraətdən başqa hamısı şəxsi ictihaddır və mütəvatir olması sübut olunmayıb.  Əlbəttə, alimlər arasında bu qiraətlərində arasında hansının daha dəqiq nəzərə gəlməsi üçün müəyyən me  yarlar təyin olunmuşdur.[11] Amma, hətta Quranda belə bir təhrifin fərz olunmasını nəzərə alsaq da, bu təhrif (qiraətdə fərqlər) Quranın əsl mətn möhkəmliyinə və əbədi olmasına heç bir təsir qoya bilməz. Çünki, bü qiratələr arasında əsl qiraət də vardır.  Quranın əbədi olmasına təsir edən yeganə təhrif, Quranın azalmasına və ya hərf, kəlmə və ya xarcidən kəlmələrin ona əlavə olunmasını fərz etməkdir. Bu sahədə isə bütün müəsəlman alimlərinin möhkəm etiqadı budur ki, belə bir təhrif və yanlış Qurani-Kərimdə baş verməmişdir.
Aidiyyatlı mövzular:
1.Quranda hərəkə və söz təhrifi olmayıb; sual:1114 (saytda:1158)
2.Quranının təhrifi mümkün deyil; sual: 453 (saytda:486)
3.Quranın cəm olunması; sual: 71 (saytda: 314)
 

[1] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, c.11; səh.29; Darul-kutubul-İslamiyyə, Tehran, səh.1374 şəmsi ili.
[2] Seyyid Əbul-Qasim Xoi; Ət-Tibayan fi təfsiril-Quran nəqlinə əsasən; səh.197-199; Nəşr Ümid; Bütün bu bölmələr Xoyinin kitabından nəql olunur.
[3] Ət-Tibayan fi təfsiril-Quran nəqlinə əsasən; səh.197-199;
[4] Mərifət, Hadi, Təlxisut-Təmhid; səh.399-400; Müəssisətul-nəşr İslami;
[5] Mərifət, Hadi, Təlxisut-Təmhid; səh.399-400; Müəssisətul-nəşr İslami;
[6] Mərifət, Hadi, Təlxisut-Təmhid; səh.399-400; Müəssisətul-nəşr İslami;
[7] Mərifət, Hadi, Təlxisut-Təmhid; səh.399-400; Müəssisətul-nəşr İslami;
[8] Xoi Əbul-Qasim, Ət-Tibayan fi təfsiril-Quran, səh.197-199; Nəşr Ümid.
[9] Хои Əbul-Qasim, Ət-Tibayan fi təfsiril-Quran, səh.197-199; Nəşr Ümid.
[10] Хои Əbul-Qasim, Ət-Tibayan fi təfsiril-Quran, səh.197-199; Nəşr Ümid; səh.200-259; Siyanətul-Quran minət-təhrif, Məhəmməd Hadi Mərifət, Müəssiseyi nəşril-İslami; Həmçinin, şiənin belə bir təhrifin inkarı haqqında dəlilləri ilə 453-cü sualın (saytda: 486) cavabında açıqlanıb.
[11]  Мərifət, Hadi, Təlxisut-Təmhid; səh.399-400; Müəssisətul-nəşr İslami;
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Görmədiyiniz qızla söhbət etməyin iradı varmı?
    8375 Nizamlar hüquq və əhkam 2011/10/11
    Müqəddəs İslam şəriəti nəzərindən qızla oğlan arasında evləndikdən qabaq olan hər cür əlaqə, (bir- başa və bir- başa olmayan hər cür əlaqə) əgər (cinsi) ləzzət qəsdi ilə ya o əlaqədə günaha düşmək qorxusu olsa, olmaz və iradı var. Amma təhsil, elm, peşə və işlə bağlı olan əlaqə, əgər ...
  • Arestotelin peyğəmbər olması.
    6737 تاريخ بزرگان 2011/09/11
    Arestotel Yunanlı böyük alim, fizika alimi və filosofu, miladdan 184 il qabaq Yunanistanın şimalında yerləşən İstagira şəhərində dünyaya göz açdı. Atası Niku maxus Makedoniya padşahının saray həkimi idi. Aristotelin yəxminən yeddi yaşı olarkən təhsil almaq üçün Atenə getdi və miladdan 368 il qabaq Əflatunun akademiyasının üzvü oldu. İyirmi il müddətinə ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    11446 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • Aya başqalarının işinə rəy verməmək və axtarış aparmamaq barəsində və söz gəzdirməmək barəsində bir hədis vasitəsiylə, ailəvi problemimi həll edə bilərsinizmi?
    6316 Əməli əxlaq 2012/06/13
    Sizin diqqətnizi bir necə nöqtəyə cəlb edirik: 1- Sizin əriniz şəri cəhətdən yenidən ailə qura bilər, lakin ədalətin riayət olunması lazıdır. 2- Hesab edək ki, siz onun birinci həyat yoldaşısınız, umumi olaraq birinci qadın ərinin ikinci yoldaşına xusisi həsaslıq bildirir.Odur ki, tövsiyə edirik ...
  • Һәгиги дини неҹә әлдә етмәк олар? Изаһ един!
    6729 Din fəlsəfəsi 2009/06/18
    Бу ишдә үч јол тәсәввүр олунур:1) Вәһј2) Нәгл3) ӘглАди инсанлар јалныз, нәгли вә әгли јолла динин һәгигәтинә вара биләрләр. Хүсуси ...
  • Məscidul-əqsa müsəlmanların ilk qibləsi olduğu zaman orada namaz qılınırdımı? Hansı tərəfə?
    8247 Fiqh tarixi 2012/03/14
    Beytul-müqəddəs müsəlmanların qibləsi olduğu zaman orada heç bir müsəlman yox idi və orada necə namaz qılınması ilə əlaqədar bəhs irəli sürülmürdü. Amma sübut məqamında zahirən, onun hökmü Kəbə barəsində olan hökm kimi idi. Fəqihlər bu barədə buyurmuşlar: “Vacib namazları Kəbə evinin içində və onun damında qılmaq məkruhdur ...
  • İslam təlimləri nəzərindən insandan başqa sair canlı varlıqlar üçün də hüquq təyin olunmuşdurmu?
    6702 Hədis elmləri 2012/02/18
    Dini mənbələrdə mövcud olan bir çox rəvayətlər göstərir ki, haqq yalnız insanlara aid deyil, Allahın sair məxluqları da müəyyən hüquqlara malikdir və onlara riayət etmək lazımdır. Misal üçün, “Mən la yəhzuruhul-fəqih” kitabında “həqqud-dabbəti əla sahibiha” (heyvanın öz sahibi üzərində olan haqqı) adlı bir bölmədə qeyd olunan bəzi ...
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7591 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • Əgər namaz qılmayan bir şıxsin arxasınca danışılarsa qeybət sayılırmı?
    7477 Nizamlar hüquq və əhkam 2011/05/31
    Şeyx Ənsari (rəh) qeybətin tərifində: Hədislərdən və Alimlərin qeybətin tərifi barəsində olan sözlərindən nəticə alırıq ki, qeybət ibarətdir: İnsanların arxasınca danışmaq, bir söz ki, qeybəti olunan şəxs o sözləri sevmir.[1] Qeybət (kəbirə) böyük günahlardan sayılır, ayə və rəvayətlərdə onun tərk edilməsinə təkid ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6675 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164418 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    162368 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119478 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113094 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    109339 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93572 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54670 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53054 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45783 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45430 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...