Please Wait
19533
Ərəbi lüğətdə "əb" (kişilərdə) və "ümm" (qadınlarda) ön şəkilçiləri ilə birlikdə işlənən adlar dəstəsinə "künyə" deyirlər. Ərəb qəbilələri arasında şəxslər üçün künyə formasında ad qoymaq ənənəsi o şəxs üçün hprmət və ehtiram nümunəsi (əlaməti) sayılır;[1]
Məsələn: Əbul- Qasim, Əbul- Həsən, Ümmü Sələmə, Ümmü Gülsüm və s...
İslam şəriətində də ona böyük diqqət olunubdur. Ğəzali bu barədə yazır: "Peyğəmbər (s) öz səhabələrini, onların qəlblərini ələ almaq üçün ehtiram nümunəsi olaraq künyə ilə səsləyirdi, künyəsi olmayanlar üçün künyə seçərdi və sonra onları o künyə ilə çağırardı. Ondan sonra camaatda o şəxsi həmin künyə ilə çağırardılar. Hətta o kəslər ki, övladları yoxuydu və künyə seçmək onlar üçün çətin idi. Peyğəmbər (s) onlar üçün də künyə seçirdi. Peyğəmbərin (s) adəti idi ki, hətta uşaqlar üçün də künyə seçərdi və onları künyə ilə çağıraraq onların qəlblərini ələ alardı."[2]
İmam Rza (ə) buyurub:
«إذا کان الرجل حاضرا فکنه و إن کان غائبا فسمه»[3]
"Əgər bir nəfərin adını onun hüzurunda (hazır olan halda) çəkmək istəyirsənsə, künyəsi ilə çağır və əgər hazır deyilsə adı ilə çağır".
Həmçinin Allahın Rəsulundan (s) nəql olubdur ki, buyurdu:
«السُّنَّةُ وَ الْبِرُّ أَنْ یُکَنَّى الرَّجُلُ بِاسْمِ ابْنِهِ»[4]
"Gözəl adət- ənənələrdən biri də odur ki, insan öz künyəsini oğlunun adı ilə seçsin".
Künyədən təqdim olunan tərifə əsasən İslam Peyğəmbərinin (s) Əbul- Qasim künyəsi ilə çağırılması ona görədir ki, Qasim, Həzrətin (s) oğul övladlarından birinin adı olub[5] və buna görə də əbul- Qasim künyəsi ona qoyulub; İmam Hüseynin (ə) əba Əbdillah künyəsi kimi. Bu künyə onun südəmər övladı Əbdullaha (Əli Əsğər) xatirdir.
Əlbəttə, demək lazımdır ki, bəzi yerlərdə camaatın hövsələsi olmur ki, bəzilərinin künyələrini eşidə; şəxsi təhqir etmək üçün künyəyə oxşar ad düzəldirlər və o şəxsi onunla çağırardılar. Nəticədə o şəxs onunla tanınardı; əbu Cəhl kimi ki, İslamdan qabaq künyəsi əbu Həsən olub. Elə ki, İslam və Peyğəmbərin (s) bərabərində müxalifətçilik etdi, artıq həqiqətən belə bir künyə onun üçün rəva deyildi. Buna görə də onun üçün əbu- Cəhl künyəsini seçdilər.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Müraciət et: Dehxodanın lüğətnamısi, cild 11, səh 16452, "künyə" kəlməsi, Tehran universiteti, Tehran, yeni dövrənin birinci çapı, 1373 hicri qəməri.
[2] - Hüseyni Dəşti, Mustafa, Maarif və məşhur, cild 8, səh 595, Əhli- beyt təlimlərinin nəşri və təhqiqatı müəssisəsi.
[3] - Təbərsi, əbul- Fəzl Əli ibn Həsən, Mişkatul- ənvar, səh 324, Heydəriyyə kitabxanası, Nəcəf, 1385 hicri qəməri.
[4] - Hürr Amuli, Vəsailüş- şiə, Alul- beyt (ə) müəssisəsi, Qum, 1409 hicri qəməri.
[5] - İslam Peyğəmbərinin (s) bu oğul övladı həddi- büluğa çatmazdan əvvəl və uşaqlıq dövranında (vaxtında) dünyadan getdi.