Ətraflı axtarış
Baxanların
7946
İnternetə qoyma tarixi: 2011/04/14
Sualın xülasəsi
Adəm (əleyhis-salam)-ın behiştdən aşağı enməsinin mənası nədir?
Sual
Adəm (əleyhis-salam)-ın behiştdən aşağı enməsinin mənası nədir?
Qısa cavab

“Hübut” kəlməsi “yuxarı çıxmaq” mənasına olan “süud”un antonimidir və “yüksəklikdən aşağı enmək” mənasını ifadə edir. Bəzi hallarda da müəyyən bir məkanda hülul etmək (yerləşmək) mənasına işlənir.

Adəm (əleyhis-salam)-ın behiştdən hübutu, eləcə də “hübut” kəlməsinin mənasının araşdırılması ilk növbədə o həzrətin məskunlaşdığı behiştin necə məna edilməsinə bağlıdır. Yəni görəsən o, dünya behişti idimi, yoxsa axirət behişti? Onun əbədi behişt olmadığı qəti məsələdir. Buna əsasən, “hübut” dedikdə məqam cəhətindən aşağı enmək nəzərdə tutulur. Yəni Adəmin behiştdən aşağı enməsinin mənası onun dünyəvi behiştdən qovulması, belə bir behişt həyatından məhrum edilərək yer üzündə məskunlaşdırılması, əzab-əziyyət və məşəqqətlə yanaşı olan həyatdan bəhrələnməsi mənasınadır ki, çoxlu Quran ayələrində ona işarə edilmişdir.

Ətreaflı cavab

“Hübut” lüğətdə yüksəklikdən aşağı səviyyəli, alçaq yerə enmək mənasınadır.[1] Çoxlu ayələrdə Adəm (əleyhis-salam)-ın behiştdən ixrac edilərək yer üzündə məskunlaşdırılması “hübut təbiri ilə gəlmişdir. O cümlədən:

1. “Biz onlara dedik: Hamılıqla yer üzünə enin, halbuki bəziniz digərinizin düşməni olacaqsınız.” [2]

2. “Biz dedik ki, hamılıqla aşağı enin! Hər vaxt sizin üçün Bizim tərəfimizdən bir hidayət gəlsə, ona tabe olanlar üçün nə qorxu var, nə də qəm-qüssəli olarlar.”[3]

3. “Öz məqamınızdan aşağı enin, halbuki bəziniz digərlərinə qarşı düşmən olacaqsınız. (Şeytan sizin düşməninizdir, siz də onun düşmənisiniz.) Sizin üçün yer üzündə müəyyən vaxta qədər bəhrələnmək vasitəsi və qərargah veriləcəkdir.”[4]

Quranda “hübut” kəlməsi bir məhəllədə (şəhərdə) qərarlaşmaq, onun içində yerləşmək mənasına da gəlmişdir. Belə ki, həzrət Musa (əleyhis-salam) və Bəni-İsrailin barəsində buyurulur: “Musa dedi: “Yaxşı yeməklərin yerinə pis yeməkləri seçirsinizmi?! (Onda, çalışın, bu səhradan) bir şəhərə enin. Çünki orada istədiyiniz şeylər sizin üçün vardır.”[5]

Adəmin hübutu, eləcə də bu hübutun hansı mənaya olmasının araşdırılması onun məskunlaşdığı behiştin hansı mənaya götürməyimizə bağlıdır: Görəsən, o behişt dünya (yer və ya bərzəx) behişti idimi, yoxsa axirət behişti? Qəti məsələ budur ki, əbədi behişt olmamışdır. Deməli, hübut – məqam cəhətindən olan enməkdir. Hər bir halda bu məsələ həm müfəssirlərin, həm də fəlsəfəçilərin tərəfindən irəli çəkilir, hər biri də bu barədə müxtəlif nəzəriyyə və ehtimallar irəli sürürlər. Biz yalnız müfəssirlərin nəzəriyyəsini qeyd edirik:

Mərhum Təbərsi “Məcməul-bəyan” təfsirində buyurur: “Nüzul, hübut və vüqu kəlmələri eyni mənayadır. Bunların da mənası – “yüksəklikdən alçaqlığa doğru hərəkət etmək”dir. Bəzən “ihbitu misrən” ayəsində olduğu kimi, hübut – hülul, yəni hər hansı bir məkanda yerləşmək mənasında işlənir (ayənin mənası belə olur: bir şəhərə daxil olun, orada yerşəlin).”[6]

Mərhum Əllamə Təbatəbai bu barədə buyurur: “Hübut – behiştdən çıxmaq, yer üzündə qərarlaşmaq və məşəqqətlə dolu olan bir həyata daxil olmaq mənasınadır. “Qulnəhbitu bəzukum libəzin əduvv, və ləkum fil-ərzi mustəqərrun və mətaun ila hiyn” ayəsinin, eləcə də ondan sonrakı “qalə fiha təhyəvnə və təmutunə” ayəsinin zahiri mənası budur ki, hübutdan sonrakı məşəqqət və çətinliklərlə yanaşı olan həyatın necəliyi, ondan əvvəlki (behişt həyatındakı) həyat ilə fərqli idi. Lakin behiştdəki həyat asimani bir həyat olmuşdur ki, onda acmaq, susamaq, çətinlik və sair yox idi.”

Bu alim buyurur: “Adəmin behişti asimanda idi, amma axirət behişti və əbədi behişt deyildi. (Çünki, hər kəs axirət behiştində daxil olsa, bir daha ordan xaric olmur.)”

O böyük alim başqa bir yerdə “Asimanın mənası nədir? Asimani behişt hansı məna daşıyır?”[7] kimi sualları araşdıraraq buyurur: “Adəmin behişti dünya behiştlərindən idi. Məqsəd budur ki, bərzəx yönlü behiştlərdən olmuşdur. Bu da əbədi behiştin müqabilinə dayanır.”[8]

O alim Adəmə səcdə əmrindən sonra İblisin (imtina edərək) mələklərin cərgəsindən çıxmasının – hübut etməsinin mənasını bəyan edərkən buyurur:[9] “Fəxruc innəkə minəs-sağırın – (burdan) xaric ol, çünki sən zəlillərdənsən” – cümləsi “fəhbitu minha” cümləsi üçün bir təkidir. Çünki, hübut elə xaric olmaqdır. Onun xaric olmaqla fərqi yalnız bundadır ki, hübut müəyyən bir məqamdan xaric olaraq ondan aşağı dərəcəli bir məqama enməkdir. Həmin məna dəlildir ki, hübut dedikdə məqsəd yüksək məkandan aşağı enmək deyildir; əksinə, məqsəd yüksək bir məqamdan nisbətən aşağı məqama enməkdir. Bu da müddəamızı dəstəkləyir. Belə ki, biz dedik ki, “minha” və “fiha” kəlmələrindəki əvəzlik (ha – o) asiman və ya behişt kəlməsinə deyil, mənzilət və məqam kəlməsinə qayıdır.

“Əvəzliyin qayıtdığı yer asiman və ya behişt kəlməsidir” deyənlərin məqsədi həmin məqamdır. Buna əsasən, ayənin mənası belə olur ki, Allah-taala buyurur: “Sənə əmr etdiyimiz zaman səcdə etmədiyin üçün (bu günah üzündən) gərək öz məqamından aşağı enəsən! Çünki sənin məqamın bəndəlik və itaət məqamı idi və sən belə bir məqamda təkəbbür etməli deyildin. Belə isə, buradan xaric ol! Çünki sən xar və zəlil edilmişlərdərsən.”[10]

Əllamə (r) başqa yerdə digər bir mühüm bir məsələyə işarə edərək buyurur: “Hübut ilə əlaqədar edilən əmr təkvini bir əmirdir (təkvini təklif, vəzifədir) ki, behiştdə məskunlaşdıqdan və səhvə düçar olduqdan sonra baş vermişdi. Deməli, ilahi nəhy (qadağa) ilə müxalifət və onun həmin ağaca yaxınlaşması zamanı heç bir din yox idi və ilahi təklif də verilməmişdi. Buna əsasən, mövla qarşısında günah və bəndəlik məqamında məsiyət baş verməmişdir.”[11]

“Əl-mizan”ın buyurduğu bu kəlamın izahında demək lazımdır ki, məxsus ağaca yaxınlaşmağın qadağan edilməsi irşad yönlü bir nəhy olmuşdur. Misal üçün, təbib xəstəyə deyir ki, əgər filan yeməyi yesən, filan xəstəliyə tutulacaqsan. Burada da Allah-tala buyurur ki, bu ağaca yaxınlaşma, onun meyvəsindən yemə. Çünki onun meyvəsindən yeməyin nəticəsi behiştdən çıxmaq olacaqdır. Əllamənin bu kəlamından hübutdan məqsədin nə olduğu və onun səbəbi gözəl şəkildə aydın olur.

Ayətullah Cavadi Amuli bərzəx behiştini Adəmlə Həvvanın məskəni ünvanı ilə qəbul etdikdən sonra buyurur: “Həzrət Adəm təbiət aləminin fövqündə olan bir həyatdan təbiət hüdudlarına nəql olundu. Belə bir nəql olunma (köç etmə) vücud və məkan cəhətindən tənəzzüldür (enmədir). Bu, eynilə insanların hidayəti üçün Quranın Allah dərgahından aşağı enməsi kimidir. Bədənlə bir məkana enməsi nəzərdə tutulmur. Bundan əlavə, bu hübut həzrət Adəmin təzərrösü (ilahi dərgahda ah-nalə və yalvarışı) və tövbəsi ilə yanaşı olduğundan, o, “vilayət və xilafət hübutu” kimi təbir olunur.”[12]

İblisin enməsi məqam və mənzilət baxımından olan enmədir. Lakin Adəm insani kəramətin hifz olunması ilə eyni zamanda yer üzünə enmişdi. Yəni yer üzündə qərarlaşmaq Adəm ilə İblisin arasında müştərək idi, amma İblis özünün əvvəlki məqamını əldən verməklə yer üzünə endirildi, Adəm isə əvvəlki məqamını qorumaqla yer üzündə qərarlaşdı.[13] Deməli, İblisin iki hübutu vardır:

1. Adəmə səcdə ilə əlaqədar əmrin qarşısında təkəbbür göstərdikdən sonra mələklərin məqam və mənzilətindən aşağı enmək; bu da onun yüksək məqam və mənzilət ünvanı daşıyan behiştdən hübutu idi və “qaləhbitu minha” ayəsi[14] ona işarə edir.

2. Müvəqqəti bir yaşayış yeri olan Behiştdən aşağı enmək. Belə ki, Adəm ilə Həvvanı aldatmaq üçün ora yol tapmışdı. Bu hübut Adəmlə Həvvanı aldatdıqdan sonra o ikisi ilə birlikdə yer üzünə enməklə həyata keçdi.[15]

"Təfsiri-nümunə" kitabında “Adəmin behişti hansı behişt idi?” sualının cavabında deyilir:

Bəzilərinin o behiştin yaxşı, əməli saleh və pak insanlara vədə verilən behişt hesab etsələr də, zahir budur ki, o həmin behişt deyil, yer üzündəki gözəl ab-hava və münasib iqlim qurşağına malik olan məntəqələrdən birində yerləşən, ruh oxşayan və naz-nemətlə dolu olan bağlardan biri idi. Çünki:

Əvvəla, vədəsi verilən behiştin nemətləri əbədidir. Quran ayələrinin çoxunda onun əbədi olmasına işarə edilir və ondan çıxmağın mümkün olmadığı vurğulanır.

İkincisi, imansız və ruhən aludə varlıq olan İblisin o behiştə daxil olmasına yol yoxdur. Çünki ora nə şeytani vəsvəsələrin, nə də Allah qarşısında itaətsizliyin yeridir.

Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan hədislərdə bu mövzu aşkar şəkildə bəyan edilmişdir.

Ravilərdən biri deyir ki, İmam Sadiq (əleyhis-salam)-dan Adəmin behişti barəsində soruşduqda həzrət buyurdu: “(O behişt) Dünya bağlarından olan bir bağ idi ki, günəş və ay onda saçırdı. Əgər əbədi behişt olsaydı, Adəm heç vaxt oradan qovulmamalı idi.”[16] 

Buradan aydın olur ki, Adəmin yer üzünə nazil olması (hübutu) məkan cəhətindən deyil, məqam cəhətindən nazil olmaqdır. Yəni o, özünün çox dəyərli məqamından, belə bir naz-nemətlə dolu və sər-səbz behiştdən aşağı endirildi.

Belə bir ehtimal da verilmişdir ki, bu behişt əbədi behişt olmasa da, başqa səma cisimlərində olan behişt olmuşdur. Bəzi rəvayətlərdə bu behiştin asimanda olmasına işarə edilmişdir. Lakin bu kimi rəvayətlərdə “səma” kəlməsinin yüksək məkana yox, yüksək məqama işarə edilməsi mümkündür.

Hər bir halda çoxlu şahidlər göstərir ki, bu behişt axirət aləmindəki behiştdən tamamilə fərqli olmuşdur. Çünki o, (axirətdəki behişt) insanın seyr yolunun sonudur, bu isə onun seyrinin əvvəlidir. Bu behişt onun əməl və proqramının müqəddiməsi, o (axirətdəki) isə əməl və proqramlarının nəticəsidir.[17]

Bu təfsirin başqa yerinə deyilir: “Hübut – lüğətdə icbar üzündən (qeyri-ixtiyari) aşağı enməyə deyilir. Misal üçün, daşın yüksəklikdən aşağı düşməsi kimi. İnsan barəsində işlədilən zaman isə cəzalandırılma ünvanı ilə yüksəklikdən aşağı qovulması mənasınadır.”

Adəm (əleyhis-salam) yer üzündə yaşamaq üçün yaradılmışdı və həmin cəhətdən behişt də çox naz-nemətli və təravətli bir məntəqə idi. Adəmin bu yerdən nüzulu və hübutu (enməsi) məkan cəhətindən deyil, məqam cəhətindən endirilməkdir. Yəni tərki-ovla etdiyi üçün Allah-taala onun məqamını aşağı endirdi və bu kimi gözəl behişt nemətlərindən məhrum edərək bu dünyanın əzab-əziyyətlərinin və məşəqqətlərinə düçar etdi.[18] [19]



[1] “Əl-eyn”, 4-cü cild, səh. 21, 44; “Lisanul-ərəb”, 7-ci cild, səh. 421; “Məcəmul-bəyan”, 4-cü cild, səh. 279

[2] “Bəqərə” surəsi, ayə: 36, Məkarim Şirazinin tərcüməsi

[3] “Bəqərə” surəsi, ayə: 38, Məkarim Şirazinin tərcüməsi

[4] “Əraf” surəsi, ayə: 24, Məkarim Şirazinin tərcüməsi

[5] “Bəqərə” surəsi, ayə: 61, Məkarim Şirazinin tərcüməsi

[6] Əlbəttə, Adəmlə Həvvanın behiştdən ixrac edilərək yer üzünə endirilməsi cəzalandırma yönünə malik deyildi; çünki mövcud dəlillərə əsasən, ilahi peyğəmbərlər (əleyhimus-salam) heç bir halda qəbahətli işə, günaha düçar olmurlar. Onların cəzalandırılmasını rəva bilən insanlar onların haqqında cəfaya yol vermiş, Mütəal Allaha qarşı ən böyük töhməti rəva görmüşlər. Çünki Adəm (əleyhis-salam) behiştdə qadağan olunmuş ağacın meyvələrindən yediyinə görə Allah onu oradan çıxartdı. İlahi məsləhət, hikmət və tədbir də tələb etdi ki, onu yer üzünə gətirsin, dünyada ağır ilahi vəzifələrə düçar etsin. “Məcəmul-bəyan”, 1-ci cild, səh. 196 -197

[7] “Əl-mizan”, 1-ci cild, səh. 135; “Əl-mizan”ın tərcüməsi, 1-ci cild, səh. 208

[8] “Əl-mizan”ın tərcüməsi, 1-ci cild, səh. 213

[9] “Taha” surəsi, ayə: 117

[10] “Əl-mizan”ın tərcüməsi, 8-ci cild, səh. 35

[11] Yenə orada, səh. 137

[12] “Təsnim” təfsiri, 3-cü cild, səh. 383

[13] “Təsnim” təfsiri, 3-cü cild, səh. 374, 408, 466

[14] “Taha” surəsi, ayə: 117

[15] “Təsnim” təfsiri, 3-cü cild, səh. 371-375

[16] “Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh. 62

[17] "Təfsiri-nümunə", 1-ci cild, səh. 187

[18] "Təfsiri-nümunə", 13-cü cild, səh. 333

[19] Bax: Görünüş, “Adəm (əleyhis-salam)-ın behişti”, sual 273 (sayt 112)

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Digər bir şəxsə sili vurmağın və üzün qızarması və yaxud qaralmasının diyəsi nə qədərdir?
    6215 Hüdud, Qisas və diyat 2014/01/30
    A və B, bu mövzuda, göstərici: « Üzə sili vurmağın diyəsi» sual 3269- u mütaliə edin. Başa zərər yetirilərsə, sağlam və yaxud əlil insanın qarşılığı təyin edilir.[1] Sili vurmaq və bunun kimilərin diyəsi, kişi və qadın, böyük və kiçik, o cümlədən bədən üzvləri arasında ...
  • Bu ibarətdən məqsəd nədur?
    7351 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    9060 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • İslamda ağılın rolu nə qədərdir hansı yerlərdə və necə ondan istifadə olunur?
    13090 Təzə kəlam 2011/01/05
    Ağıl qiymətli bir qüvvədir ki, Allah taala onu insanın vücudunda qərar vermiş və bir neçə mərhələdən ibarətdir.Nəzəriyyə ağılı: Bunun işi bundan ibarətdir ki, hadisələri dərk edib tanıyır və onun haqqında qəzavət edir.
  • Xarici kəsrət və nəfsi kəsrətin mənası nədir?
    7816 کثرت موجودات 2013/07/15
    Kəsrət: Kəsrət və vəhdət məntiqi tərifə ehtiyacı olmayan məlum mənalardandır. Ona görə də, onlara edilən tərif ləfzi tərif və ismin izahıdır. Məsələn kəsrətin tərifində belə deyilir: "Kəsrət bölünmə heysiyyətidir". Yəni qisimləri var. Bölünə bildiyinə görə ona kəsrət deyilir.[1] Xarici və nəfsi kəsrət: Xarici ...
  • Üzə sili vurmağın şəri hökmü ki, qızartı, şiş və qaralmamışdır, nədir?
    6720 Hüdud, Qisas və diyat 2013/12/19
    Müctəhidlərin fətvasına əsasən, əgər üzə sili vurmaq üzün şiş, qızartı və qaralmasına səbəb olsa hər birinin xüsusi diyəsi vardır, bu cür olmadıqda diyəsi yoxdur. Lakin üz olmasa və bədənin digər üzvlərindən olsa və şiş, qızartı və qaraltıya səbəb olsa, onun diyəsi üzün diyəsinin yarı miqdarındadır. Üzə sili ...
  • Airobika idman növünün hökmü nədir?
    7269 İdman hərəkətləri musiqi ilə birlikdə 2012/04/18
    Həzrət Ayətullah uzma Xameneinin dəftrəi: Ümumiyyətlə ləhvi musiqi yaxud da günah məclislərinin musiqisinə uyğun yaxud da şəhvəti təhrik edən yaxud da haram işlə olarsa və ya fəsad olarsa, caiz deyil. Həzrət Ayətullah uzma Sistaninin dəftəri: Əgər musiqi ləhvo ləb məclislərinin musiqisi ...
  • Kişinin ailə məsələlərində qadının üzərində hakim olmasını Qurani kərim necə başa salır? Quranın bu barədə olan nəzərini açıqlayın.
    24274 Nizamlar hüquq və əhkam 2011/02/15
    Ailə məsələlərində kişinin hakim olması haqda Quranda beə buyurulmuşdur: «الرجال قوامون علی النساء»Amma ayənin həqiqi mənası bu deyil ki, kişilər qadınların üzərində hakimdirlər və hər nə istəsələr edə bilərlər. Əksinə təfsirçilərin və lüğətşunasların nəzərlərinə əsasən "qivan" ...
  • İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
    8245 Nizamlar hüquq və əhkam 2011/06/12
    Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
  • Иман нәдир?
    7668 Təzə kəlam 2010/07/18
    Иман инсан үчүн мүгәддәс олан мәнәви ишләрә сәмими гәлбдән бағланмаға дејилир вә бу јолда өз ешг, мәһәббәт вә шүҹаәт ҝөстәрмәјә һазырдыр.    Гуранда иманын ики ганады вар; елм вә әмәл. Елм әмәлсиз күфрлә нәтиҹәләнә ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168484 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166403 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121784 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115794 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114866 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96406 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60422 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56453 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49081 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47210 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...