Ətraflı axtarış
Baxanların
9040
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
Nə üçün qadın müctəhid ola bilməz?
Sual
Qadının müctəhid ola bilməməsinə əsas səbəb nədir?
Qısa cavab

Din alimlərinin və mütəxəssislərinin qadının müctəhid və hakim olması mövzusunda nəzərləri müxtəlifdir. Həmçinin bu mövzu islam dininin zəruri qanunlarından sayılmır. Qadının müctəhid və şəri hakim ola bilməməsini iddia edənlər də öz növbələrində hədislərə və alimlərin icmasına istinad edirlər. Bunu da qeyd edək ki, bu mövzu olduqca geniş bir mövzudur.Amma biz burada konkret olaraq buna toxunacağıq. Bu mövzunun fəlsəfəsi barəsində bir neçə məsələ irəli sürülmüşdür. Biz də öz növbəmizdə bu kiçik məqalədə onların bir neçəsini qeyd edirik:

1). Qadın və kişi arasında fiziki və ruhi fərq olduğu üçün, yəni bəzi məsələlərdə kişi qadından daha iradəli olduğu üçün bu işlər daha çox kişilərə aid edilmişdir. Həmçinin bu işlərdə qadınların heç bir məsuliyyəti yoxdur.

2). Qadınlarda olan psixoloji xüsusiyyətlərdən biri də onların daha çox öz hisslərinə qapılmasıdır. Həmçinin ictihad, hökm, məhkumiyyət, o cümlədən qisas və həddin kəsilməsi məsələləri bu xüsusiyyətlərlə uyğunlaşmır. Bu səbəbdən də bu məsələlərin məsuliyyəti kişilərin öhdəsinə qoyulmuşdur.

Əlbəttə bunu da qeyd edək ki, bəzi alimlər bu dəlilləri qəbul etməyərək ictihad və məhkəmə məsələlərinin qadınlarında öhdəsində olduğunu iddia edirlər.

Ətreaflı cavab

Din alimləri və mütəxəssisləri qadının müctəhid şərii hakim olması məsələlərində müxtəlif fikirlər irəli sürürlər. bunu da qeyd edək ki, bu kimi məsələlər dinin zəruri məsələlərindən sayılmır.

Amma qadının müctəhid və hakim olması məsələləri ilə müxalif olan alimlər daha çoxdur. Çünki bu barədə çoxlu xəbərlər və hədislər vardır.

İmam Sadiq (ə) buyurmuşdur: Baxın araşdırın! Aranızda olan kişilərdən hansı bizim fətvalarımızı və nəzərlərimizi daha yaxşı bilir, onu özünüzə qazi təyin edin. Mən onu sizin aranızda şəri hakim təyin edirəm.[1]

Əbu Xədicənin hədisindən belə nəticə alırıq ki, Qqazilik" məsələsi yalnız kişilərin öhdəsindədir.[2] Yəni qadınlar bu kimi işlərdən azaddırlar.[3] Həmçinin qadınların müctəhid və şəri hakim olması ilə müxalif olan alimlərin əsas istinad etdikləri hədis budur.[4]

Bundan əlavə isə bəzi dəlillərə əsaslanırlar ki, onların ikisini burada qeyd edirik.

1). Məsuliyyətlər insanların qüdrətinə uyğun olaraq bölünmüşdür.

İslam dininin baxışında qadın və kişinin mahiyyəti eynidir. Yəni hər ikisi Allahın bəndəsidir.[5] Baxmayaraq ki, məqam və şəxsiyyət baxımından bunların arasında fərq yoxdur, amma insan olaraq iki müxalif cinsə ayrılmışdırlar. Həmçinin bu iki müxalif arasında fasiləli siniflər mövcuddur. Quran- kərim bu barədə buyurur: "Kişilər qadınların üzərində ixtiyar sahibidirlər. Çünki bəzi işlərdə Allah- Taala onları bir- birindən üstün qərar vermişdir.[6] Kişilərin fiziki[7], və fikri emosiyaları qadınlarla müqayisədə çox olduğu üçün ən mühüm ictimai məsələlər, o cümlədən şəri hakim, müctəhid və bir sıra hakimiyyət məsələləri kişilərin öhdəsinə qoyulmuşdur.[8]

Deməli kişilər bəzi məsələlərdə qadınlardan üstün olduqları üçün bu və digər vəzifələr onların öhdəsinə həvalə edilmişdir. Amma belə nəticə almaq olmaz ki, bu cəhətdən qadınlar naqisdirlər və onların üzərinə bütün kamal qapıları bağlanmışdır. Əksinə, kişilər əvvəl qaradılışda fiziki cəhətdən qadınlardan üstün yaradıldıqları üçün bu vəzifə onların ğhdəsindədir. Yəni məsələni düzgün təhlil etsək islam dininin bu məsələdə qadınlara azadlıq bağışladığını əldə edirik. Bunu da qeyd edək ki, kişilərin bu vəzifəyə təyin olunmaları onlar üçün heç bir üstünlük kəsb etmir. Yəni bu və digər məsuliyyətlər kişilərin Allaha daha da yaxın olmaqlarına səbəb ola bilməz.

2). Müctəhid və şəri hakim olmaq qəti iradə tələb edir.

Qadınlardan ayrılmayan psixoloji hisslərdən biri də onlarda olan hisslərə qapılmaq (kövrəklik və ürəyi yumşaqlıq) və ülfət hissləri icazə vermir ki, qazilik işlərində qətiyyətlə hökm versinlər. bundan əlavə qadınlar kişilərə nisbətən tez yumşalır, tez fikirlərini dəyişir, öz nigaranlıqlarını və şadlıqlarını daha tez biruzə verirlər. Təbiidir ki, bu və digər məsələlər hakimlik və məhkəmə işlərində özünü əks etdirəcəkdir. Həmçinin bu məsələlərdə qisas, hədd, din düşmənlərinə qarşı qəti tədbir görmək kimi işlər vardır ki, bu məsələlərin öhdəsindən yalnız möhkəm iradəli insanlar gələ bilər.

Başqa sözlə desəl qadınların yaradılışı eşq- məhəbbət və ülfət dolu həyatdan ibarətdir. Bu səbəbdən bir çox işlərdə ciddilik və qətiyyətli olmaq onlar üçün çətin olur. bu və digər qəzəb tələb edən işlər kişilərin öhdəsindədir. Bu işin qadınların öhdəsindən götürülməsi islam dininin qadınlara verdiyi dəyər və qiymətdən irəli gəlmişdir.

Amma bəzi alimlər isə yuxarıda qeyd etdiyimiz dəlilləri qəbul etməyərək qazilik və ictihad məsələlərinin qadınlara da şamil olduğunu iddia edirlər.[9] Onların fikirinə nəzər salaq: "Müctəhidlik, qazilik və imam cüməlik vəzifə olaraq qadınların öhdəsində deyildir.  « َیسَ عَلَى النِّسَاءِ جُمُعَةٌ وَ لَا جَمَاعَةٌ ... َو لَا تَوَلِّی الْقَضَاء ...»[10] Çünki bəzi hədislərdə belə gəlmişdir. Amma hədisdə gəlməmişdir ki, bu iş onlara haramdır.[11] Adəcə onların vəzifəsi deyil" yazılmışdır.

Bundan əlavə, qadında məhəbbət hisslərinin çox olması onun zəkasının düzgün hökm verməməsinə sübut deyildir. Qadınlarda kişilərdən fərqlənmədən ictihad və məhkəmə məsələlərində öz qətiyyətini qorumaqda düzgün fətva verə bilərlər. belə məsələlərin mehr- məhəbbətlə belə də əlaqəsi yoxdur. Mümkündür bu məsələlərdə qadınlar daha çox çalışsınlar və daha çox təsirlənsinlər. amma bir halda ki, işin nəticəsi eyni ola bilər, (yəni qadınlarda kişilər kimi hökm verə bilərlər) bəs nə üçün bu və digər işlərdən məhrum olmalıdırlar.[12]

Əgər qəbul etsək ki, ictihad, hakimlik və bir çox ictimai rəhbərlik məsələləri xətərli[13] və çətin işdir, bu səbəbdən də qadınların bu işdə olması qadağandır. Gərək bu sualada cavab verək ki, hansı səbəbə əsasən qadının fətva vermək hüququ yoxdur? Bunların arasında nə kimi əlaqə vardır?!

Hətta əgər bütün icma və fəqihlərin nəzəri yuxarıdakı nəzərin xilafına olsada belə, yenə də bu məsələdə (qadınların fətva və hakimlik məsələsi) tutarlı dəlilə əsaslanmalıdır.[14]



[1] - Üsuli kafi, cild 1, səhifə 67.

[2] - Bax: Hadəvi Tehrani, Mehdi, qəzavət və qazi, səhifə 91- 92

[3] - İcma, fiqh elmində fəqihlərin qəbul etdikləri sənəddir.

[4] - Cəvahirul kəlam kitabı, cild 40, səhifə 14, məfatihul kəramə kitabı, cild 10, səhifə 9, Camiul şitat kitabı, cild 2, səhifə 680.

[5] - Nisa surəsi, ayə 1, bax: Cüzvətül hüquqi zən dər islam, Quran mübahisələri silsiləsindən, Misbah yəzdi, Məhəmməd Təqi.

[6] - Nisa surəsi, ayə 34.

«الرجال قوامون علی النساء بما فضل الله بعضهم علی بعض ...»

[7] - qadınların bədən quruluşları kişilərlə müqayisədə olduqca zərif və zəifdir. Adətən kişilərin fiziki gücləri qadınlardan çoxdur. Bundan əlavə qadınlar əlli yaşına kimi hər ay heyz olurlar. Bu və süd vermə kimi işlər qadınların cismi cəhətdən zəif olmasına gətirib çıxarır.

[8] - Əl- mizan təfsiri, cild 14, səhifə 343

[9] - Bax: Cavadi Amuli, zən dər ayineye cəlal və camal kitabına, səhifə 348- 354.

[10] - Mən la yəhzuhul fəqih kitabı, cild 4, səh 362.

[11] - Cavadi Amuli, yenədə ora, səh 350.

[12] - Yenədə ora, səhifə 353.

[13] - Hadəvi Tehrani, Məhdi, Vilayət və dəyanət kitabı, səhifə 138- 143.

[14] - Cavadi Amuli, yenədə ora, səhifə 349- 353.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qurani-kərimin qissələri və əhvalatları tarixi gerçəklik əsasında bəyan olunmuşdur, yoxsa gerçəkliyi olmayan təmsillər və simvolik məqsədlər daşıyır?
    12607 Quran elmləri 2012/03/14
    Qurandakı əhvalatlar və qissələr haqq əsasındadır, sadiq və doğru hadisələrdir, onda gerçəkliyin əksinə olan heç bir şey yoxdur. Buna görə də Quran qissələrinin (mətləbi başa düşmək üçün) “xəyali və simvolik əfsanəyə və s.” bölgüsünün heç bir düzgün izahı yoxdur. Çünki Quranda bəyan olunan tarixi hadisələrin hamısı tamamilə ...
  • Беһишт вә ҹәһәннәмдә дә өлүм вармы?
    7199 Qədim kəlam 2012/05/20
    Гуран ајәләри, рәвајәтләр вә әгли дәлилләрин һамысы јекдилликлә она дәлаләт едир ки, инсан Беһиштә вә ја ҹәһәннәмә ҝетдикдән сонра бир даһа өлүм ҝөрмәјәҹәк. Гурани-Кәрим бир тәрәфдән Гијамәти Әбәди ҝүн адландырыр, диҝәр тәрәфдән исә Беһишт әһлини һәмишәлик галанлар кими вәсф едир. Рәвајәтләрдә ҝәлиб ки, беһиштликләрә вә ҹәһәннәмликләрә хитаб ...
  • Hermonotik nədir və onunla nisbiliyin arasında nə kimi əlaqə vardır?
    7478 Təzə kəlam 2012/09/24
    Hermonotik kəlməsi iki termində işlənir: a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur. b) Xüsusi ...
  • Bir müsəlman ailədə doğulan övlad ilk növbədə müsəlmandır, yoxsa adi insan?
    6727 Qədim kəlam 2012/01/18
    İnsanın insaniyyəti onun zati bir xisləti olduğuna görə bu cəhətdən insaniyyət ondan ayrıla bilməz. Amma müsəlman olmaq insanın zati xüsusiyyəti deyil, arizidir. Yəni ola bilər ki, bir insan müsəlman olmasın. Hal-hazırda qeyri-müsəlman insanların hamısını misal çəkmək olar. Buna görə də dünyaya gələn insan ilk növbədə və zatən insandır, amma həddi-buluğa ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    8245 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Бәда, Лөвһ-мәһфуз, Китаби-мубин (ашкар китаб), Лөвһи мәһв вә исбатын мәнасы нәдир?
    8126 Qədim kəlam 2010/03/11
    Бәда, лүғәтдә ҝизлиндән сонра ашкар олан мәнада ишләнир. Гурани-Кәримдә дә һәмин мәнада ишләнмишдир. “Вə (o зaмaн) Аллaһдaн oнлaрa ҝүмaн eтмəдиклəри ҝөрүнəҹəкдир.” [i] Алимләр арасында јарадылыш аләминдә “бәда” сөзү, шәриәтдәки нәсх мәнасына бәнзәр бир мәна вә рәјин ...
  • Allah təalanın məkrinin mənası nədir?
    10615 Təfsir 2012/09/01
    Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” ...
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8620 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • Namaz qılmayan şəxslər qətiyyətlə cəhənnəm əhlidirlərmi? Hətta əgər çoxlu yaxşı işlər görsələr də?
    13730 Qədim kəlam 2012/04/17
    Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir ...
  • İslam nəzərindən süni mayalanmanın hökmü nədir?
    20239 Nizamlar hüquq və əhkam 2011/09/18
    Süni mayalanma xüsusilə insanın süni mayalanması yeni məsələlərdən biridir, ona görə də onun hökmü ayə və rəvayətlərdə açıqlanmayıbdır. Amma şiənin fəqih alimləri ayə və rəvayətlərdə ictihad üslubundan istifadə etməklə bu barədə nəzərlərini bildiriblər. Hazırda bu barədə şiə fəqihləri arasında neçə nəzər var:1.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168964 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166749 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122173 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    116018 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115355 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96760 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61213 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56748 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49534 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47490 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...