Ətraflı axtarış
Baxanların
12783
İnternetə qoyma tarixi: 2008/01/01
Sualın xülasəsi
Bidət nədir və İslamda onun meyarı nədir?
Sual
Bidət nədir və İslamda onun meyarı nədir?
Qısa cavab

Lüğətdə “bidət” yeni iş və misli görünməmiş bir şey mənasınadır. Termində isə:  “dində olmayan bir şeyi dinə daxil etmək”dir. Yəni həqiqətdə dinin və şəriətin bir hissəsi olmayan, eləcə də İslamın heç bir qayda-qanunları ilə uyğun olmayan şeyləri dinə daxil etməkdir. Buna görə də İslamın külli qada-qanunlarının yeni nümunələrə tətbiq edilməsi bidət deyildir.

Ətreaflı cavab

Cavabın aydın olması üçün diqqətinizi bir neçə məsələyə cəlb edirik:

1. Dində bidət qoymaq böyük günahlardan biridir və onun haram iş olmasında heç bir şəkk-şübhə yoxdur. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur:

کُلُّ مُحْدَثَةٍ بِدْعَةٌ وَ کُلُّ بِدْعَةٍ ضَلاَلَةٌ وَ کُلُّ ضَلاَلَةٍ فِي النَّارِ

“Dində olmayan hər bir şeyi dinə daxil etmək bidətdir, hər bir bidət azğınlıqdır və hər azğınlıq da cəhənnəm odundadır.”[1]

2. Bidət hər hansı bir şeyi şəriətə artırmaq və ya azaltmaq yolu ilə dində dəyişiklik etməkdir. Buna əsasən, hər yerdə yeniliyin dinə və şəriətə heç bir aidiyyəti olmasa, əksinə adi bir məsələ ünvanı ilə baş verərsə, bidət olmayacaqdır. Məsələn, əgər hər hansı bir xalq müəyyən bir günü özləri üçün bayram və şadlıq günü təyin etsələr – şəriətdə belə bir göstəriş verilməsi məqsədi olmadan bu işi görsələr, bu, bidət deyildir. Baxmayaraq ki, o işin halal və ya haram olmasını başqa cəhətlərdən araşdırıb tədqiq etmək lazımdır.

Deməli, bəşəriyyətin incəsənət, idman, sənaye və s. sahələrdəki ixtira və yenilikləri termindəki bidət hüdudlarından xaricdir və bu kimi işlər barəsində irəli çəkilən məsələ onların başqa cəhətlərdən halal və ya haram olmasıdır ki, bunun da özünə məxsus meyarları vardır.

3. Məqsəd dində misli görünməmiş yeni bir iş icad etməkdir ki, İslamın cüzi və küllü qayda-qanunlarının heç  biri ilə uyğun gəlməsin  və İslamın küllü qanunları yeni nümunələrə tətbiq edilə bilməsin.[2]

İzah: Bidətin əsası bu nöqtəyə qayıdır ki, hər hansı bir şeyi dinin fərman verdiyi şəri bir iş ünvanı ilə qəbul edək, halbuki onun şəri olması üçün dini mənbələrdə heç bir əsas və qayda-qanun olmasın. Amma insan bir işi “dini əməl” ünvanı ilə yerinə yetirəndə onun şəri olmasına (xüsusi, külli və ümumi şəkildə) şəri bir dəlil olsa, o əməl bidət olmayacaqdır. Buna görə də böyük şiə alimi Əllamə Məclisi (rəhmətullahi əleyh)  buyurur:

وَ الْبِدْعَةُ فِي الشَّرْعِ مَا حَدَثَ بَعْدَ الرَّسُولِ ]بِمَا اَنَّهُ مِنَ الدِّينِ[ وَ لَمْ يَکُنْ فِيهِ نَصٌّ عَلَي الْخُصُوصِ وَ لاَ يَکُونُ دَاخِلاً فِي بَعْضِ الْعُمُومَاتِ

“Şəriətdə bidət o şeydir ki, əziz Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra vücuda gəlsin və onun caizliyinə dair xüsusi və ümumi şəkildə şəri dəlil olmasın.”[3]

Məşhur sünnü alimi İbni Həcər Əsqəlani deyir:

اَلْبِدْعَةُ مَا اُحْدِثَ وَ لَيْسَ لَهُ اَصْلٌ فِي الشَّرْعِ، وَ مَا کَانَ لَهُ اَصْلٌ يَدُلُّ عَلَيْهِ الشَّرْعُ فَلَيْسَ بِبِدْعَةٍ

“Bidət o şeydir ki, şəriətdə onun caizliyindən hekayət edən heç bir dəlil olmadığı halda vücuda gətirilmiş olsun. Dində əsli və kökü olan şeylər bidət olmayacaqdır.”[4]

Yuxarıdakı bəyanla çoxlarını şəkk-şübhəyə salan bir çox puç şübhələrin cavabı aydın olur. Nümunə üçün: Dünya müsəlmanlarının əksəriyyəti Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in milad gününü bayram keçirdikləri halda, kiçik bir qrup bu işi bidət adlandırır! Halbuki yuxarıda qeyd etdiyimizə əsasən, bidətin meyarı heç vaxt ona tətbiq oluna bilmir. Çünki o həzrətə ehtiram qoyub bu cür məhəbbət göstərmək şəriətdə gəlməsə də, lakin o həzrətin özünə və ailəsinə məhəbbət izhar etmək İslamda danılmaz prinsiplərdən biridir. Müsəlmanlar bu kimi dini mərasimləri o külli qanunun təzahürü hesab edirlər. Quran bu barədə  buyurur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

“(Ya Peyğəmbər! ümmətə) de: Mən bu risalətin təbliği yolunda  ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa sizdən heç nə istəmirəm.”[5]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)  buyurur:

لاَ يُؤْمِنُ اَحَدُکُمْ حَتَّي اَکُونَ اَحَبَّ اِلَيّهِ مِنْ مَالِهِ وَ اَهْلِهِ وَ النَّاسِ اَجْمَعِينَ

“Sizlərdən biriniz yalnız o zaman həqiqi mömin olar ki, mən onun nəzərində özünün mal-dövlətindən, övladlarından və bütün insanlardan sevimli olam.”[6]

Bu prinsip müsəlmanların fərdi və ictimai həyatının müxtəlif sahələrində özünə çoxlu nümunələr tapa bilər. Milad mərasimlərində bayram keçirmək Allahın xeyir-bərəkət və rəhmətinin o günlərdə nazil olmasını zehinlərdə canlandırır, bu iş Allah dərgahına şükür etmək sayılır. Bu məsələ (rəhmətin nazil olduğu günü bayram keçirmək) əvvəlki şəriətlərdə də mövcud olmuşdur. Quranın aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) Allahdan dostlarına asimani bir süfrə nazil etməsini istədi ki, bunu (süfrə nazil olmasını) onun özü, ardıcılları və sonrakı nəsillər də bayram keçirsinlər. Həzrət İsa (əleyhis-salam) deyir:

اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء تَكُونُ لَنَا عِيداً لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ

“Pərvərdigara, ey bizim Rəbbimiz! Səmadan bizə bir süfrə nazil et ki, bizim üçün – əvvəldəkilərimiz və axırdakılarımız üçün bayram olsun və həm də Sənin tərəfindən bir nişanə olsun!”[7]

Diqqət yetirmək lazımdır ki, imamlarımızın rəvayətləri mütəvatir “Səqəleyn” hədisinin hökmü ilə şəriətin nümunələrindən və dini hökmlərin dəlillərindən hesab olunur. Buna əsasən, onların sözlərinə tabe olmaq eynilə dinə tabe olmaqdır və dində bidət qoymaq ünvanı ona aid olmaz.

4. Bidətin mənasına diqqət yetirməklə mədəni-maarif, siyasi və ictimai məsələlərdə özünə məxsus rol ifa edən mühüm bir mətləb əldə olunur. O da bundan ibarətdir ki,  batilin – özünün həqiqi və əsl simasında – tərəfdarı yoxudur. Çünki o, sırf puçluq və boşluqdur. Deməli, batil diqqəti cəlb etmək üçün zahirdə özünü haqq formasına salaraq həqiqət rənginə boyanmalıdır. Bütün insanlar, hətta bütün varlıqlar həqiqəti və gerçəkliyi axtarır. Tarix boyu batil cəbhəsinin öz çirkin simasını gözəl və gerçək qələmə vermək üçün ən mühüm fəaliyyət dairəsi mədəni-maarif hövzəsində olmuşdur.

Qurani-kərim 20-dən artıq ayədə batil cəbhəsinin istifadə etdiyi bu vasitəni “təzyin” (gözəl qələmə vermək) təbiri ilə bəyan edir. Misal üçün: “Şeytan onların çirkin əməllərini nəzərlərində gözəl qələmə verdi.”[8] Başqa bir ayədə: “Yoxsa pis əməlləri öz nəzərində gözəlləşdirilən və onu yaxşı və gözəl görən şəxs (həqiqəti olduğu kimi dərk edən bir şəxs kimidirmi)?!”[9]

Buna görə də bütün tarix boyu – qədim dövrlərdən indiyə qədər zalım və qaniçən hakimlərin öz mənfur məqsədlərini həyata keçirmək üçün istifadə etdikləri ən mühüm vasitələrdən biri – cürbəcür dinlər və məzhəblər düzəltmək, müxtəlif ideyalar irəli sürməkdir. Onlar bu yolla ilahi dinlərin müqabilində müqavimət göstərərək haqq cəbhəsini problemlə qarşılaşdırmaq istəmişlər.

Əlbəttə, düşmənin müxtəlif təbliğat vasitələrini dəqiq şəkildə araşdırıb, zahirdə gözəl və aldadıcı simalar arasında gizlənən batilin simasını kəşf edib camaata təqdim etmək çox da asan iş deyildir. Bu işin öhdəsindən o kəslər  gələ bilər ki, yüksək elmi məharətə, güclü ideoloji bacarığa malik olsunlar. Bəlkə də İslamda din alimləri ilə oturub-durmaq üçün çoxlu təkid edilməsinin sirri və fəlsəfəsi də[10] həmin məsələ ola bilər; belə ki, həqiqi alimlərlə əlaqə saxlamaq nəticəsində insan azğınlığa düşməkdən amanda qala bilər.

5. Digər bir məsələ budur ki, inhiraf və azğınlığı onun təkcə ibtidai mərhələlərində araşdırmamalıyıq; əksinə zamanın axarlarında davam edən bu azğınlığı daimi və müntəzəm şəkildə araşdırmaq lazımdır. Belə ki, həndəsə də düz xətdən müəyyən bucaq altında fasilə salan istiqamətin (şüanın) azğınlıq (inhiraf) dərəcəsi əvvəldə ümumiyyətlə diqqət mərkəzində olmur. Lakin əsl yoldan cüzi bucaq ilə ayrılan bu fasilə davam etdikcə həmin az fasilə yüzlərlə, hətta minlərlə kilometrə çata bilər.

Buradan elmiyyə hövzələrində rəvacda olan klassik fiqhə səy göstərilməsinin və mərcəyi-təqlidlərə tabe olmağın zərurətinin sirri və fəlsəfəsi, eləcə də bu üslubun nə üçün məsum imamlar tərəfindən dəstəklənməsi aydın olur.[11] Bu üslub dini mətnlərin həqiqətini başa düşüb dərk etmək üçün ən möhkəm üslub  və ən gözəl əqli yoldur.[12]

Hər bir halda, dində bidət qoymağın siyasi, ictimai və mədəni cəhətdən dağıdıcı və təxribatçı təsirləri vardır. Onun ən mühüm amili cəmiyyətdə və dində təxribatçılıq yaranmasıdır. Bəlkə də həmin xoşagəlməz təsirlərə görə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) “Zirar” məscidinin dağıdılmasına göstəriş vermişdi.[13] Quran bu barədə  buyurur: “(Müsəlmanlara) ziyan vurmaq, küfrü (gücləndirmək), möminlər arasında təfriqə salmaq və əvvəlcədən Allah və Onun Peyğəmbəri ilə mübarizə üçün pusqu qurmaq üçün məscid tikənlər...; onlar and içmişdilər ki, yaxşılıq və xidmətdən başqa heç bir məqsədləri yoxdur! Amma Allah şahiddir ki, onlar yalan deyirlər!”[14]

 


[1] “Biharul-ənvar”, 2-ci cild, səh. 263; “Müsnəd”, Əhməd ibni Hənbəl, 4-cü cild, səh. 126

[2] Cəfər, Sübhani, “Mənşuri əqaid”, səh. 219-dan sonra

[3] “Biharul-ənvar”, 74-cü cild, səh. 202

[4] “Fəthul-Bari”, 5-ci cild, səh. 156

[5] “Şura” surəsi, ayə: 23

[6] “Camiul-üsul”, 1-ci cild, səh. 238

[7] “Maidə” surəsi, ayə: 114

[8] “Nəhl” surəsi, ayə: 24

[9] “Fatir” surəsi, ayə: 8

[10] “Kafi”, 1-ci cild, “mucaləsətul-uləma və söhbətuhum” babı

[11] “Vəsailuş-şiə”, 18-ci cild, səh. 19. İmam Sadiq (əleyhis-salam)-dan belə rəvayət olunur:

مَنْ کاَنَ مِنْکُمْ قَدْ رَوَي حَدِثيَنَا وَ نَظَرَ فِي حَلَالِنَا وَ حَرَامِنَا عَرَفَ اَحْکَامَنَا... فَاِنِّي قَدْ جَعَلْتُهُ حَاکِمًا

“Sizlərdən hər kəs bizim rəvayətlərimizi nəql etsə, bəyan etdiyimiz halal-haramları dərin nəzərlə tədqiq edərək onları tanısa... belə bir şəxsi mən sizə hakim qərar verirəm.”

Şeyx Səduq “Kəmalud-din və təmamun-nemət” kitabında (2-ci cild, səh. 844) imam Zaman (əleyhis-salam)-dan belə nəql edir:

وَ اَمَّا الْحَوَادِثُ الْوَاقِعَةُ فَارْجِعُوا فِيهَا اِلَي رُوَاةِ اَحَادِثيِنَا فَاِنَّهُمْ حُجَّتِي عَلَيْکُمْ وَ اَنَا حُجَّةُ اللهِ

“Qarşıya çıxan hadisələrə gəldikdə isə, bizim hədislərimizi rəvayət edənlərə müraciət edin. Çünki onlar mənim sizə olan höccətimdir, mən də Allahın höccətiyəm.”

[12] Əlavə məlumat üçün üsuli-fiqh və istidlali fiqhi kitablara müraciət edin.

[13] “Sireyi İbni Hişam”, 2-ci cild, səh. 530; “Biharul-ənvar”, 20-ci cild, səh. 253

[14] “Tövbə” surəsi, ayə: 107

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    9428 Nizamlar hüquq və əhkam 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Dəccal kimdir? Onun barəsində olan rəvayətləri izah etmənizi istərdik.
    9024 Qədim kəlam 2011/08/23
    Zühurynəlamətlərindənbiridəinsanlarızəlalətəsalanvəazdıran “Dəccal” adlıbir
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
    7423 Nizamlar hüquq və əhkam 2011/06/12
    Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    8731 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...
  • “Əməli əsl” və “ictihadi dəlil” dedikdə məqsəd nədir və bunların arasında nə kimi əlaqə vardır?
    6117 Nizamlar hüquq və əhkam 2012/02/18
    Əməli əsl“Əməli əsl” üsuli-fiqh elmində bir termindir. Onun mənası şəri hökmün təyinində şəkk yaranan zaman mükəlləfin əməli (şəri) vəzifəsini aydınlaşdıran bir qaydadan ibarətdir – dəlil və əmarə tapmadıqdan sonra. Başqa sözlə desək, əməli əsl, yaxud əməliyyə əslləri şəkk-şübhəyə düçar olan bir şəxsin əməlini ...
  • can verən halla ölüm səkəratı arasında farq nədir?
    7016 حقانیت مرگ 2015/06/02
    Ərəbcədən ehtizar sözü iftial şəklində olub, həzər sözünün yəni, hazır olmaq mənasındandır. Bəziləri deyirlər, insanın son anında ölüm mələklərinin hazır olmasına görə bu hala, ehtizar deyilir.[1] Belə bir hala düşən insana isə möhtəzər (can verən) deyilir.[2] Ehtizar yəni, can verən vaxt ...
  • Nə üçün bəzi müsəlmanların əməlləri onların din və məzhəb əqidələriylə üst- üstə düşməyib əksinə olur?
    6454 Əməli əxlaq 2011/05/15
    İnsan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır; ruhi və İlahi, maddi və mənəvi, ictmai və atifi və... təbəqələrdən ibarətdir. Bu təbəqələr həmişə bir- biriylə mübarizədədirlər ki, bu da insanı əqidəsiylə əməlləri arasında müxalifətə doğru yol açır. İlahi dinlər, xüsusiylədə İslam dini insanları nəfsin istəkləri tələsindən qurtarıb onu ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6743 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    10576 Nizamlar hüquq və əhkam 2012/01/19
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164675 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163733 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113679 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110524 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94037 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54839 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54123 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46130 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45746 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...