Ətraflı axtarış
Baxanların
7221
İnternetə qoyma tarixi: 2014/11/08
Sualın xülasəsi
Nəsnasın keyfiyyəti və varlığı necədir?
Sual
Nəsnasın keyfiyyəti və varlığı necədir?
Qısa cavab
Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar.
Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər.
 
Ətreaflı cavab
“Nəsnasın”mahiyyət və keyfiyyəti barədə müxtəlif fikirlər söylənilmişdir:
  1. Nəsnas xəyali bir heyvan və varlıqdır ki, insan şəklində təsəvür etmişlər. Ümumi dildə isə meymun növü mənasında işlədilir.[1]
  2. İnsana bəzi cəhətlərdən oxşayan və digər cəhətlərdən onunla fərqi olan məxluqlardır. Onlar Adəm nəslindən olmayıblar.[2] Buna əsasən bəzi rəvayətlərdə və bəzi təfsirçilərin fikrində Adəm (ə) ın yaradılışından öncə “Nəsnas” adlı varlıqlar yerdə yaşayıblar. Onlar daha çox fəsad və öldürməklə məşğul olublar. Həmin səbəbə Allah buyuranda: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm” Mələklər dedilər: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”.[3] Buna əsasən bu məxluqların öncəki bəd davranışları səbəb oldu Mələklər insana da bəd güman olsunlar. Məhz buna görə insanı nəsnasla müqayisə etdilər.[4]
Unutmayaq ki, bəzi rəvayətlərdə Adəm (ə) ın yaradılışından öncə nəsnas adı və nəsli qeyd olunub. Amma bəzi digər rəvayətlərdə Adəm (ə) dan öncəki varlıqlar kimi və ad qeyd edilmədən işarə olunubdur.[5] Burada iki rəvayətlə kifayətlənirik:
Həzrəti Əli (ə) buyurdu: “Elə ki Allah istəyirdi sonsuz qüdrəti ilə bir varlıq yaratsın, Cin və nəsnasın yaradılışından yeddi min il keçirdi”.[6] Bu hədis bir sıra mövcudların, o cümlədən Nəsnasın yaradılışını İnsanların yaradılışından öncə göstərir.
İmam Məhəmməd Baqir (ə) Cabir bin yəzid Cəfinin cavabında buyurur: “Sən elə güman edirsən ki, Allah təkcə bu aləmi yaradıb, və sizdən başqa bir bəşər yaratmayıb, Allaha and olsun Allah min min aləm yaradıb, min min Adəm və sən bu aləmin və Adamların sonuncundasınız”.[7], [8]. Bu hədisdə ancaq Həzrəti Adəm nəslindən olan insanlardan öncə mövcud olan varlıqlardan söhbət gedib, amma nəsnasdan söhbət getməyib.
  1. Bir hədisə[9] istinadən Nəsnas, insanlardan bir növ və bəni Adəm nəslindən olublar. Məsx səbəbi ilə bir əl və bir qol olublar və heyvanlar kimi otlayırmışlar.[10] Bu mənaya əsasən deyə bilərik ki, nəsnasın nümunələri Ad qövmündə var idi. Bunun Həzrəti Adəmdən (ə) öncə ki, varlıqlarla da ziddiyyəti yoxdur. Çünki, bəzi rəvayətlərə əsasən, insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmaq, heyvani hisslərinin güclü olması və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən və bu ayənin “إِنْ هُمْ إِلَّا كَالْأَنْعامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا”[11] aydın göstəricilərdindən hesab ediliblər.[12]
 

[1] - Bostanı, Fuad əfram, ərəbcə- farsca əbcəd lüğəti, tərcüməçi: Məhyar, Rıza, Səh 912, “Nəsnas” termini, İslam nəşriyyatı, Tehran, İkinci çap, 1375, hicri şəmsi ili ilə.
[2] - Fərahidi, Xəlil bin Əhməd, Kitabul eyn, cild 7, səh 200, Hicrət nəşriyyatı, Qum, ikinci çap, 1410 hicri qəməri tarixi ilə; Türeyhi, Fəxrəddin, Məcməul bəhreyn, cild 4, səh 111, Mürtəzəvi kitabçısı, Tehran, üçüncü çap, 1375 hicri şəmsi tarixi ilə.
[3] - Bəqərə surəsi, ayə 30.
[4] - Baxın: Bəlaği Nəcəfi, Məhəmməd Cavad, Alaur-Rəhman fi təfsirul Quran, Araşdırmaçı və tərtibatçı: İslam araşdırmalar mərkəzi, cild 1, səh 83, Besət birliyi, ilk çap, Qum, 1420 hicri qəməri tarixi ilə; Təbatəbayi, Seyid Məhəmməd Hüseyn, Əl mizan, fi təfsirul Quran, cild 1, səh 119, İslam nəşriyyatı ofisi, Qum, beşinci çap, 1417 hicri qəməri tarixi ilə; Feyz Kaşani, Molla Möhsün, Təfsirus- Safi, cild 1, səh 106, Sədr nəşriyyatı, Tehran, ikinci çap, 1415 hicri qəməri tarixi ilə; Məkarim Şirazi, Nasir, Nümunə Təfsiri, cild 1, səh 174, Darul kutubul İslamiyyə, Tehran, ilk çap, 1374 hicri şəmsi tarixi ilə.
[5] - Bu göstəricilərə baxın: Mağarada yaşayan insanlar nəsli, 636 cı sual (sayt: 695); Adəm, insandan səkkizinci nəsil, 5901 ci sual (sayt: 6471)
[6] - Şeyx Səduq, Məhəmməd bin Əli, İləlüş- Şəraye, cild 1, səh 104, Davəri kitabçısının nəşriyyatı, Qum, İlk çap, 1385 Hicri şəmsi tarixi ilə.
[7] - Şeyx Səduq, Məhəmməd bin Əli, Xisal, Mühəqqiq və müsəhhih: Ğəffarı, Əli Əkbər, cild 2, səh 652, Camieye müdərrisine Qum, İlk çap, 1362 Hicri şəmsi tarixi ilə.
[8] - 6618 cavabından iqtibas.
[9] - Hədis belədir: “Ad qövmündən bir dəstə öz peyğəmbərləri ilə müxalifət etdiklərinə görə , Allah onları məsx edib, nəsnas sifətinə gətirdi. Onlardan hər birinin bir əli və bir ayağı vardı. Bədənin bir tərəfindən yerlə sürünür və heyvanlar kimi otlayırdılar”. Məclisi, Məhəmməd Baqir, Bəharül Ənvar, cild 24, səh 96, Dar ehya ul turasul ərəbi, beyrut, ikinci çap, 1403 hicri qəməri tarixi ilə.
[10] - Məcməul bəhreyn, cild 4, səh 111; Hüseyni Zübeydi, Məhəmməd Mürtəza, Tacul Ərus min cəvahirul Qamus, cild 9, səh 11, Darul fikr, Beyrut, İlk çap, 1414 hicri qəməri tarixi ilə
[11] - Furqan surəsi, ayə 44: “Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar”.
[12] - Baxın: Kuleyni, Məhəmməd bin Yəqub, Əl kafi, tədqiqatçı və təshihçi: Ğəffarı, Əli Əkbər Axundi, Məhəmməd, cild 8, səh 244 və 245, Darul kütübul İslamiyyə, Tehran, Dördüncü çap, 1407 hicri qəməri tarixi ilə; Təyyib, Syid Əbdül Hüseyn, Ətyəbül bəyan fi təfsirul Quran, cild 1, səh 388, İslam nəşriyyatı, Tehran, ikinci çap, 1378 hicri şəmsi ili ilə; Mühəqqiq Səbzvari, Hadiül müzəllin, səh 256 və 257, Mədəni şəxsiyyətlər və əsərlər birliyi nəşriyyatı, Tehran, ilk çap, 1383 hicri şəmsi ili ilə.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
    11912 Əməli əxlaq 2012/04/19
    Fəzilətinə dair məsumlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunan aylardan biri də rəcəb ayıdır. Bu ayın əməlləri: oruc tutmaq, istiğfar (günahlardan tövbə) etmək, zikr demək, qüsl etmək, namaz qılmaq, ümrə əməllərini əncam vermək, imamları, xüsusilə iman Hüseyn və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək. ...
  • İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
    7752 کیفیت زندگی امام غایب 2012/06/23
    Bu barədə üç cür rəvayətlə qarşılaşırıq: Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə ...
  • Ömər Əbu- Hüreyrəni saxta hədis düzəltməsinə görə cəzalandırıbdırmı?
    15340 Hədis nəql edənlər 2011/09/18
    Buxari, Müslim, Zəhəbi, İmam Əbu Cəfər İskafi, Müttəqi Hindi və digərləri nəql ediblər ki, ikinci xəlifə Əbu- Hüreyrəni Peyğəmbər (s)- ə nisbət verdiyi çoxlu əsassız rəvayətlərə görə şallaqladı və ona öz hökumətinin sonuna kimi rəvayət nəql etməyi qadağan etdi.Ömərin Əbu- Hüreyrəni pis gümanda olmasının səbəbləri aşağıdakılardan biri ola bilər:
  • Həzrət Müslim kim idi?
    16493 اهل بیت و یاران 2012/07/22
    Əqilin oğlu Müslim üç imamla müasir olmuşdur: İmam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam). Üçüncü imamın dövründə canını öz mövlasına fəda etdi və Übeydullah ibni Ziyadın (lənətullahi əlehy) göstərişi ilə şəhid edildi. İmam Hüseyn (əleyhis-salam) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərdi, amma o, ...
  • Aya İslamın tez- tez bir mətləbi oxumaq barəsində nəzəri vardırmı? Xahiş edirik bu məsələyə də işarə edin ki, hansı mövzularda tez- tez oxumağa İslam razıdır?
    6996 2012/02/09
    Tez- tez və yaxud yavaş- yavaş oxumaq mütaliə edən şəxsə bağlıdır. Din təlimlərində bu mövzuya işarə olunmamışdır. Amma Quran oxumaq barəsində budur ki, Quranı yavaş- yavaş və aşkar şəkildə oxuyun: Quranı kəlmə- kəlmə oxuyun. «وَ رتّلِ القُرآنَ تَرتیلاً»[1]
  • İstimna ilə izdivacın fərqi nədir?
    28571 Əhkam və hüquq fəlsəfəsi 2011/11/24
    İstimna insanın cinsi ehtiyaclarını gerçək və həqiqi şəkildə təmin etmir; o, aldadıcı və müvəqqəti bir təminedicidir. Yəni insanın şəhvət hissləri məninin xaric olması ilə təmin olunub aradan qalxmır, əksinə bu hisslərin kamil şəkildə təmin olunması eşq, insani duyğular, atifə, üns-məhəbbətlə yanaşı olmalıdır. Odur ki, bu əmələ qurşananlar öz daxillərini daim ...
  • Əhli- sünnə qardaşların xilafətin siyasi və İmamətin dini vəzifə olmalarını bilib və İmamların (ə) İmaməti ilə heşb bir problemlərinin olmamasının sualının cavabı nədir?
    8262 کلیات 2012/10/01
    Əhli- sünnə siyasi rəhbərlik üçün Əbu Bəkri və digər xəlifələri və onların bir dəstəsi İmam Əli (ə)- ın elmi və mənəvi rəhbərliyə layiq bilsələr də, lakin şiənin nəzərindən İmamət və xilafət arasındakı bu ayrı salma, düzgün bir düşüncə ola bilməz. Şiə İmaməti xüsusi bir mənada ...
  • Cəhənnəm və behiştdə şəxslərin yaşı nə qədər olacaq?
    7512 Təfsir 2012/02/09
    Yaşın və ilin dəyişməsi ilə insanların şəklinin dəyişməsi bu dünyaya aid olan mövzularındandır, amma axirət aləmi, məxsusən behişt belə təsvir edilməz ki, insanlar müxtəlif şəkl və qiyafələrdə, məsələn bir dəstə kiçik yaşlı, bir dəstə orta yaşlı, bəziləri qoca və s... olalar. Hətta əgər axirət aləminin də maddi ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    7533 Zaman 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Nə üçün müsəlmanlar müxtəlif dini mərasimlərdə və əlamətdar hadisələrdə qoyun və ya başqa heyvan kəsirlər?
    7720 Əhkam və hüquq fəlsəfəsi 2011/07/28
    İnsan bütün məxluqların ən şərafətlisidir. Allah-taala bütün varlıqları, o cümlədən heyvanları onun üçün xəlq etmişdir ki, onların mənfəətindən istifadə etsin (ətindən yemək, minmək, ağır yükləri daşımaq və sair). Bayramlarda və dini mərasimlərdə heyvan kəsilməsi ilahi göstərişdən qaynaqlanır. Kəsilməyə yararlı ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168695 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166538 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121950 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115874 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115068 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96533 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60792 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56583 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49304 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47317 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...