Ətraflı axtarış
Baxanların
23789
İnternetə qoyma tarixi: 2008/01/18
Sualın xülasəsi
Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
Sual
Şiə alimlərinin sehr barəsindəki nəzəri nədir? Onu necə batil etmək olar?
Qısa cavab

Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst insanlardır, onların işlərinin əsası həqiqətlərin təhrif olunmasıdır və əksər hallarda bəzilərinin xurafata və vəhmlərə həddindən artıq diqqət yetirməsindən sui-istifadə edərək özlərinə bazar açırlar. Aydındır ki, insanların elm və agahlıq səviyyəsinin yüksəldilməsi bu kimi işlərlə mübarizə aparmağın ən yaxşı yoludur.

Böyük islam rəhbərlərindən nəql olunan rəvayətlərdə sehr kəskin şəkildə məzəmmət və qadağan edilmişdir. İslam fəqihləri yekdil nəzərlə buyururlar ki, sehri öyrənmək, ondan istifadə etmək və cadugərliklə məşğul olmaq haramdır. Yalnız sehrkarların sehrini təsirsizləşdirmək üçün onu öyrənməkdən başqa bir yol olmayan hallar istisnadır. Bəzən də bir dəstə adam vacibi-kifai ünvanla onu öyrənməlidir ki, əgər yalançı iddiaçı bu yolla camaatı aldatmaq və ya azdırmaq istəsə, onun sehrini və cadusunu batil edərək yalanını aşkar etsinlər.

Sehri aradan aparmaq üçün mövcud olan ayə və dualar rəvayət kitablarında mövcuddur.

Ətreaflı cavab

Quran nəzərindən sehr iki qismə bölünür:

1. Bu işdə əsas məqsəd camaatı aldatmaq, göz bağlamaq olduğuna görə heç bir həqiqəti yoxdur: Quranda buyurulur:

فَإِذا حِبالُهُمْ وَ عِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِنْ سِحْرِهِمْ أَنَّها تَسْعى

“(Musanın zamanındakı) cadugərlərin çəlikləri və iplərinin sehr nəticəsində hərəkət etməsi təsəvvür olunurdu.”[1]

Başqa bir ayədə buyurur:

فَلَمَّا أَلْقَوْا سَحَرُوا أَعْيُنَ النَّاسِ وَ اسْتَرْهَبُوهُمْ

“Onlar iplərini yerə atdıqları zaman camaatın gözlərini sehr etdilər və onları qorxutdular.”[2]

Bu ayələrdən aydın olur ki, sehrin əşyalarda təsərrüf etmək və təsir qoymaq üçün heç bir həqiqəti yoxdur. Bu, sadəcə sehrkarların sürətli hərəkətləri və ya göz bağlamasıdır.

2. Bəzi Quran ayələrindən məlum olur ki, sehrin müəyyən növləri gerçəkdə təsir qoyur. Məsələn, aşağıdakı ayədə buyurulur ki, onlar ərlə arvad arasında ayrılıq salan sehrləri öyrənirdilər:

فَيَتَعَلَّمُونَ مِنْهُما ما يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَ زَوْجِهِ

Başqa bir ayədə də bəyan olunur ki, وَ يَتَعَلَّمُونَ ما يَضُرُّهُمْ وَ لا يَنْفَعُهُمْ “onlar öz zərərlərinə tamam olan və faydası olmayan sehrləri öyrənirlər.”[3]

Amma “görəsən sehr yalnız ruhi və xəyali təsirlərə malikdir, yoxsa fiziki və xarici təsirlərə də malik ola bilər?” sualına yuxarıdakı ayələrdə işarə edilməmişdir. Buna görə də bəziləri inanırlar ki, sehr yalnız ruhi və xəyali yönlərdə təsir qoyur.[4]

Hər bir halda bir təsniflə demək olar: Sehr xariqüladə bir əməldir və insanların vücudunda öz təsirini qoyur. O bəzən sürətli hərəkət və göz bağlamadır, bəzən isə ruhi və xəyali təsirlər və təlqindir. Habelə, bəzi hallarda şeytanlardan yardım almaqla, bəzi hallarda isə cisimlərin və maddələrin bəzi naməlum kimyəvi və fiziki xassələrindən istifadə olunmaqla baş verir. Əlbəttə, sehrkarlar azğın və dünyapərəst insanlardır, işlərinin əsası həqiqətin təhrif olunması əsasındadır.

Müasir dövrdə qədim insanlar üçün məxfi qalan maddələrin bəzi xassələri aşkar olmuş və müxtəlif varlıqların əsrarəngiz və qəribə təsirləri barəsində çoxlu kitablar yazılmışdır. Buna görə də sehrkarların işinin böyük bir qismi (məsələn, maddələrin kimyəvi xassələri, işığın bəzi xassələri və s. ilə əlaqədar olan qisimləri) aşkar olmuş və onların bazarları müəyyən qədər kasadlaşmışdır. Amma hal-hazırda sehrin varlığını inkar etmək və onların hamısını xurafat saymaq olmaz. Onun bəzi növləri (Hindistan yoqlarının işi kimi) hal-hazırda da rəvacdadır və onun həqiqəti hələ də tanınmamışdır.[5]

Əksər hallarda sehr camaatın azmasına, həqiqətin təhrif edilməsinə və sadə insanların etiqadlarının sarsılmasına səbəb olduğundan böyük islam rəhbərləri və məsum imamlardan (əleyhimus-salam) nəql olunan hədislərdə sehr şiddətlə qadağan edilmişdir. O cümlədən:

İmam Əli (əleyhis-salam) buyurur: “Hər kəs sehr öyrənsə, istər az, istərsə də çox, kafir olmuşdur və onun Allahla əlaqəsi tamamilə kəsilmişdir...”[6]

Deməli, islam nəzərindən sehrin əncam verilməsi, öyrədilməsi, öyrənilməsi və onunla pul qazanmaq qadağan və haram edilmişdir, özü də böyük günahlardandır. Bəzi rəvayətlərdə sehrin təliminin və öyrənilməsinin küfrə səbəb olduğu deyilir.

İslam fəqihləri müttəfiq fikirlə buyurmuşlar: Sehri və cadugərliyi öyrənmək və ondan istifadə etmək haramdır. Amma əgər sehrin zərərsizləşdirilməsi onun öyrənilməsindən başqa yolla mümkün olmazsa, bu halda onu öyrənməyin eybi yoxdur, üstəlik müəyyən hallarda bəzi şəxslər vacibi-kifayi ünvanı ilə sehri öyrənməlidirlər ki, yalançı iddiaçı şəxs sehr yolu ilə camaatı aldadıb azğınlığa salmaq istədikdə onun sehr və cadusunu batil edərək yalanını aşkar etsinlər. Bu istisna halın dəlili imam Sadiq (əleyhis-salam)-dan nəql olunan aşağıdakı hədisdir: Sehr əməli müqabilində pul alan cadugərlərdən biri imam Sadiq (əleyhis-salam)-ın hüzuruna gəlib dedi: “Mənim peşəm sehr idi, ondan pul qazanırdım. Məişətim də həmin yolla təmin olunurdu. Əldə etdiyim həmin pulla Allah evinin həccinə getdim. Amma indi onu tərk və tövbə etmişəm. Mənim üçün nicat yolu varmı?” Həzrət cavabında buyurdu: “Sehr düyünlərini aç, amma cadugərlik düyünü vurma!”

Bu hədisdən məlum olur ki, sehrin düyünlərini açmaq məqsədi ilə onu öyrənmək və əməl etməyin eybi yoxdur.[7] Həmçinin, bəzi digər hallarda da islam sehri öyrənməyə icazə vermişdir. O cümlədən:

1. Sehr olunma nəticəsində xəsarət görən şəxslərdən sehrin təsirlərini aradan aparmaq üçün onu öyrənmək;

2. Yalandan nübüvvət iddiası edənlərin iddiasını batil etmək üçün onu öyrənmək;

3. Sehrkarların sehrini aradan aparmaq üçün öyrənmək. Bəzi kitablarda[8] və rəvayətlərdə sehri məhv etmək üçün müəyyən ayələri və duaları oxumaq tövsiyə edilmişdir. Nümunə üçün, bir neçəsini qeyd edirik:

1. Məhəmməd ibni İsa deyir ki, imam Riza (əleyhis-salam)-dan sehr barəsində soruşdum, həzrət buyurdu: “Sehrin həqiqəti vardır və Allahın izni ilə təsir qoyur. Hər vaxt sənə sehr etsələr, əllərini üzünün müqabilinə qaldıraraq bu duanı oxu:

بِاسْمِ اللهِ الْعَظِيمِ بِاسْمِ اللهِ الْعَظِيمِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اِلاَّ ذَهَبَتْ وَ انْقَرَضَتْ

2. İbni Abbas deyir: Yəhudi Ləbid Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə sehr etmiş və sehri yazaraq Bəni-zəriq quyusuna atmışdı. Bu zaman Peyğəmbər xəstələndi. O həzrət yatmış olanda iki mələk gəldi: biri onun baş tərəfində, digəri isə ayağının yanında oturaraq xəbər verdilər ki, sizə sehr edilmiş, sehri dərinin altına qoymuş və “Zərvan” quyusunda bir daşın altında gizlətmişlər. Peyğəmbər Əlini, Zübeyri və Əmmarı göndərdi. Onlar quyunun suyunu çəkdilər və daşı qaldıraraq dərini çıxartdılar. Gördülər ki, onun üzərində bir qədər tük var, darağın dişləri və iynə ilə ona on bir düyün vurmuşlar. Bu zaman “Müəvvəzəteyn” (“Nas” və “Fələq” surələri) gəldi. Hər düyünü açanda onlardan bir ayə oxuyurdular. Bundan sonra həzrət Peyğəmbər özündə yüngüllük hiss etdi və qalxıb oturdu. Sanki, zəncirlərdən azad olunmuşdu. Cəbrəil deyirdi:

بِسْمِ اللهِ اُرْقِيكَ مِنْ كُلِّ شَيْ‏ٍءٍ يُؤْذِيكَ مِنْ حَاسِدٍ وَ عَيْنٍ وَ اللهُ يَشْفِيكَ

3. Sehr olunan şəxs gərək aşağıdakı ayələri həmişə özü ilə yanaşı gəzdirsin:

قالَ مُوسى‏ ما جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ إِنَّ اللَّهَ لا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ، وَ يُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِماتِهِ وَ لَوْ كَرِهَ الْمُجْرِمُونَ"

"وَ أَوْحَيْنا إِلى‏ مُوسى‏ أَنْ أَلْقِ عَصاكَ فَإِذا هِيَ تَلْقَفُ ما يَأْفِكُونَ، فَوَقَعَ الْحَقُّ وَ بَطَلَ ما كانُوا يَعْمَلُونَ، فَغُلِبُوا هُنالِكَ وَ انْقَلَبُوا صاغِرِينَ".[9]

4. Bu ayəni sehr olunan şəxsə yeddi dəfə oxusunlar:

سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَ نَجْعَلُ لَكُما سُلْطاناً فَلا يَصِلُونَ إِلَيْكُما بِآياتِنا أَنْتُما وَ مَنِ اتَّبَعَكُمَا الْغالِبُونَ[10]

Deməli, ümumiyyətlə sehrkarların sehrindən Allaha pənah aparmaq lazımdır.[11]

Yuxarıda bəyan olunanların məcmusundan aydın olur ki, sehri məhv edib aradan aparmaq üçün onu öyrənmək olar. Amma diqqət yetirmək lazımdır ki, camaatın sehr təsəvvür etdiyi şeylərin əksəriyyəti bir dəstə adamın xurafata və xəyali şeylərə həddindən artıq diqqət yetirməsi və bir dəstə adamın hazırkı şəraitdən sui-istifadə etməsindən irəli gəlir. Halbuki onların sehr barəsində məlumatı yoxdur. Bundan əlavə, sehrin müəyyən hissəsi insanın xəyal qüvvəsində təsərrüf etməklə bağlıdır – həzrət Musanın (əleyhis-salam) sehrkarlarla qarşılaşdığı zaman baş verən hadisələrdə olduğu kimi. Camaatın elm və agahlıq səviyyəsinin yüksəlməsi ilə bu kimi işlər təsirdən düşəcəkdir. Hər bir halda əgər doğrudan da sehr baş vermiş olsa, ondan xilas olmaq üçün rəvayətlərdə qeyd olunan dualardan istifadə etmək lazımdır. Əgər sehrdən qurtarmaq yalnız onu öyrənməklə mümkün olarsa, sehri batil etmək üçün sehrin özündən istifadə etmək caizdir. Əlbəttə, bu halda sehri öyrənmək o şəxslər üçün caiz olacaqdır ki, yoldan azmamalarına xatircəm olsun. Yəni onu öyrənmək müəyyən qeyd və şərtlər daxilində caizdir.

 


[1] “Taha” surəsi, ayə: 66

[2] “Əraf” surəsi, ayə: 116

[3] “Bəqərə” surəsi, ayə: 102

[4] Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “Sehr insanın hiss orqanlarında bir növ təsərrüfdür, belə ki, (sehr olunan) şəxs həqiqəti olmayan şeyləri eşidir və ya görür. (“Əl-mizan”ın tərcüməsi, 8-ci cild, səh. 275). O təsərrüflərdən biri insanların xəyal qüvvəsinə təsir qoymaqdır və buna “gözün sehr olunması” deyilir. Sehrin bu qismi danılmaz və təsiri doğrudur. (“Əl-mizan” təfsiri, 1-ci cild, səh. 368); “Təfsiri-nümunə”, 1-ci cild, səh. 379

[5] “Təfsiri-nümunə”, 13-cü cild, səh. 241

[6] “Vəsailuş-şiə”, bab 25, hədis 7:

مَنْ تَعَلَّمَ شَيْئًا مِنَ السِّحْرِ قَلِيلًا اَوْ كَثِيرًا فَقَدْ كَفَرَ وَ كَانَ آخِرَ عَهْدِهِ بِرَبِّه

“Təfsiri-nümunə”, 1-ci cild, səh. 380

[7] “Təhrirul-vəsilə”, 1-ci cild, səh. 498, məsələ 16

[8] Həmçinin “Məfatihul-cinan” kitabının haşiyəsində “sehri batil etmək üçün təviz” ünvanlı bir bölmə vardır.

[9] “Yunis” surəsi, ayə: 81-82; “Əraf” surəsi, ayə: 117-119

[10] “Qəsəs” surəsi, ayə: 35

[11] Rəziyəddin, Həsən ibni Fəzl Təbərsi, “Məkarimul-əxlaq”, Mirbaqirinin tərcüməsi, 2-ci cild, səh. 326-329

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya qadın edə bilər ailəsinin icazəsi olmadan internetdə başqalarıyla rabitə yaratsın?
    6619 Nizamlar hüquq və əhkam 2012/02/07
    Müctəhidlərin bu sual qarşısında olan cavabları ibarətdir: 1.             Xamineyi: Əgər kişinin malından istifadə etmirsə, icazə lazım deyil, amma diqqət etmək lazımdır naməhrəmlə rabitə həmişə fəsadla birlikdədir və ya günaha düşmək qorxusu vardır və caiz deyildir (icazə verilmir).
  • Başqasının uşağını validenylərinin icazəsi ilə ədəbləndirməkdən ötrü döymək olarmı?
    4298 Cürbəcür 2015/05/30
    Sualın mövzusunda həddi buluğa çatdıqdan sonra icazə yoxdur və artıq bu yaşda ata-ananın icazəsinin təsiri yoxdur. Amma bəzi fəqihlər[1] zərurət olan halda buna icazə verirlər və o həddə qədər ki, uşağın bədəni qızarmış və qaralmış olmasın. Əlavələr: Mərce təqlid alimlərinin bu suala cavabları:
  • Məsum kəlməsinin xarici mənası nədir?
    10589 Qədim kəlam 2012/06/13
    İsmət daxili bir qüvvə və nəfsani bir xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki, qala günah etməyə) saxlayır. Elmi termində, səhv, unutqanlıq və günahdan qorunmaq mənasındadır. Ümumi bir bölümdə ismət iki növdür: 1. Ümumi məsumluq və günahdan qorunma.
  • Başqasının malından vəqf etməyin hökmü nədir?
    6178 Nizamlar hüquq və əhkam 2011/10/11
    Vəqf etmək o vaxt düzgün olar kivəqf edən özü sahib olduğu maldan vəqf etsin.[1] Nəticədə zorla aldadmaqla və nahaq başqalarından mal ilə verilmiş vəqf batildir vəqf edən o mala zamindir və boynunda həqqunnas var başqa sözlə desək bu vəqf etməklə boynundan həqqunnas götürülmür.
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7627 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • Tarixdə imamların bir baxışla insanları batini (mənən) hidayət etmələrinin nümunəsi vardırmı?
    5734 Qədim kəlam 2012/04/10
    İmamət məqamının “haqq məzhəbinin ali hədəflərini həyata keçirmək və məqsədə çatdırmaq mənasından ibarət olan hidayət” olmasına diqqət yetirməklə bu məqam təkcə zahirdə yol göstərməyə deyil, təkvini hidayətə də şamildir. Bu, hazırlığı olan qəlblərə imamın ruhi nüfuzu, batini təsiri, vücud şüasının saçması və onları mənən hidayət etməsi mənasınadır. ...
  • Niyə İslami ölkələrdə fəsad rəvac tapır və yayılır?
    6841 Nəzəri əxlaq 2010/06/15
    Qurani kərim baxışından İslami məmləkətlərdə fəsadın yayılması və səbəbləri bir cümlədə xülasə olur: Allaha imanın olmaması və zalıma küfr etməməklə açıqlanər. Yəni Allahla olmayan və Allah rənginə boyanmayan hər şey fəsada çəkilir. Qarşəsənda isə Allaha inanc və zalımlasra boyun əyməmək, əlbəttə hər ikisi olan surətdə və bir- birinin ...
  • Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ədalətli olması ilə ziddiyyəti yoxdurmu?
    19298 Təfsir 2011/04/13
    Bu ayə təlaq verilmiş (boşanmış) qadınlar barəsində olan ayədir və rəci təlaqın hökmlərindən biri yəni iddə zamanında onların ərlərinin qayıtmasıdır. Ümumi bir qanuna yəni qadınların hüquq və vəzifələrinin bərabər olmasına işarədir. Quran ayələrinin cəmindən və bu ayədən məlum olur ki, Allah üstünlüyü təqvada bilir. Hökmlərdə qadınla kişinin bərabər olmasını ...
  • haqqında qeybət olunandan hallallıq almadan edilən qebyətdən tövbə etmək olarmı?
    6416 Əməli əxlaq 2015/05/28
    Qeybətin haqunnas olduğunu nəzərə alaraq, ilk mərhələdə halallıq və razılıq lazımdır. Ondan sonra Allah dərgahında tövbə etmək zalımdır. Amma, hər hansı dəlilə görə qeybət olunmuş şəxsdən hallalıq almaq mümükün olmasa, əgər məsələ açıqlansa daha acınacaqlı hadisələrə səbəb olarsa ...bu halda, Məsum İmamların (əleyhimussalam) rəvayətlərinə əsasən, istiğfar etməli ...
  • Məsxərə etməyin dəqiq mənası nədir? Karikatura çəkmək də məsxərənin nümunəsi hesab olunmur?
    12902 Nizamlar hüquq və əhkam 2012/03/14
    Lüğət alimləri və Quran müfəssirlərinin əksəriyyəti məsxərə və istehzanın eyni məna daşıdığını demişlər. Məsxərə və istehza etməyin mənası odur ki, bir şəxsi təhqir etsinlər, onun məqam və şənini alçalsınlar, yaxud dini və insani təlimlərdən, prinsiplərdən və əsaslardan hər hansı birini dəyərsiz qələmə versinlər və ona rişxənd etsinlər. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164567 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163157 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119632 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113421 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110067 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93844 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54775 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53662 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45971 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45638 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...