Ətraflı axtarış
Baxanların
12478
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın əhəmiyyət və fəlsəfəsi nədən ibarətdir?
Sual
İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın əhəmiyyət və fəlsəfəsi nədən ibarətdir?
Qısa cavab

İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın əhəmiyyət və fəlsəfəsini başa düşmək üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:

1. Quranda yüksək məqamlı insanların, böyük şəxsiyyətlərin və ilahi övliyaların dəyərli səciyyələrinin və fəzilətlərinin canlı saxlanmasına dair çoxlu təkidlər edilmişdir.

2. Böyük şəxsiyyətli şiə imamları Kərbəla hadisəsinin canlı saxlanması üçün müxtəlif yollarla çoxlu tövsiyələr etmiş, camaatı imam Hüseyn (əleyhis-salam)-ın ziyarətinə və əzadarlıq mərasiminin keçirilməsinə təşviq etmişlər:

a) Əzadarlıq mərasimlərinin təşkilinə təşviq;

b) İmam Hüseyn (əleyhis-salam)-a ağlamaq və başqalarını ağlatmağa təşviq,

v) Şairlərin mərsiyə oxumağa və yazmağa dair təşviqi;

q) İmam Hüseyn (əleyhis-salam)-ın ziyarətinə təşviq.

3. Məhərrəm ayı qanın qılınca qələbə çalan, zalımlarla mübarizəyə ilham verən aydır və imam Hüseyn (əleyhis-salam)-ın dünya səviyyəli nidasının yayılmasında mühüm yol ifa edir.

4. Tarix boyu imam Hüseyn (əleyhis-salam)-a əzadarlıq mərasimi müxtəlif xalqların və millətlərin arasında vəhdət yaranıb, uğur və müvəffəqiyyət qazanmasının mühüm amili olmuşdur. Dünyada milli-azadlıq inqilablarının çoxu rəşadət yaradan Kərbəla qiyamına diqqət yetirməklə başlamışdır. Onun bir nümunəsi Hindistanda ingilis istismarçılarının əleyhinə baş verən milli-azadlıq hərəkatıdır. Daha mühüm nümunəsi isə İranda islam inqilabının əzəmətli qələbəsidir. Sonuncu nümunəsi kimi də Livanın cənubunda hizbullahın təcavüzkar sionistlərə qələbəsini qeyd etmək olar. Deməli, imam Hüseyn (əleyhis-salam)-a əzadarlığın çoxlu müsbət təsir və nəticələri vardır: izzət və başıucalıq, dini-islami mədəniyyətin əbədi qalması və s. bu məsələnin mühüm əhəmiyyət kəsb etməsini göstərir.

Ətreaflı cavab

İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın əhəmiyyət və fəlsəfəsini dərk etmək üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:

1. Seçilmiş və görkəmli ilahi şəxsiyyətlərin yüksək səciyyəvi fəzilətlərinə diqqət.

Quranın bir çox ayələrində təkid olunan məsələlərdən biri də tarixdəki ilahi və görkəmli şəxsiyyətlərin xatirəsini daim canlı saxlamaq, onların həyatından ibrət almaqdır. “Məryəm” surəsində (ayə 41) buyurulur: “Bu kitabda İbrahimi də yad et, o, çox düzdanışan şəxs və Allahın peyğəmbəri idi.” Sonra onun büt və bütpərəstliklə ciddi və barışmaz mübarizəsi bəyan olunur.

Digər bir ayədə buyurulur: “Kitabda (Quranda) İdrisi yad et; o, çox düz danışan və (böyük) peyğəmbər idi, Biz onu yüksək məqama çatdırdıq.”[1] Bunun ardınca ilahi nemətlərdən bəhrələnən sair peyğəmbərlərin adı çəkilir.

Başqa bir ayədə isə buyurulur: “Bizim bəndəmiz Əyyubu xatırla, o zaman ki, Rəbbini çağırdı (və dedi:) “Pərvərdigara! Şeytan məni əzab-əziyyətə salmışdır.” (Ona dedik:) “Ayağını yerə vur, sənin üçün içmək və yuyunmaq üçün sərin su çıxar.” Ailəsini də ona bağışladıq və onun mislini ona əlavə etdik ki, Bizim tərəfimizdən bir rəhmət, düşüncə sahibləri üçün bir xatırlatma olsun.”[2]

Bu və digər ayələrdə böyük şəxsiyyətlərin həyatının şəxsi yönlərinə, ailə mühitinə və adi işlərinə diqqət yetirilməmişdir; əksinə onların qurucu proqramları, əxlaqi fəzilətləri və gözəl səlahiyyətləri irəli çəkilmişdir. Bu da onu göstərir ki, belə görkəmli və tarixi şəxsiyyətlərin xatirəsi əziz saxlanmalı, onların gözəl məram və bəyanları, əxlaqi səciyyəli diqqət mərkəzində olmalıdır. Buna görə də məsum imamlar (əleyhimus-salam) Kərbəla şəhidlərinin, xüsusilə şəhidlərin sərvəri imam Hüseyn (əleyhis-salam)-ın ad və xatirəsinin həmişə canlı saxlanmasında müxtəlif üslublardan istifadə etmişlər.

2. Böyük şiə imaları imam Hüseyn (əleyhis-salam)-a əzadarlıq keçirilməsi üçün çoxlu yollardan istifadə etmişlər. O cümlədən:

a) Əzadarlıq məclislərinin təşkil olunması

Məsum imamların imam Hüseyn (əleyhis-salam)-ın hərəkat və məramının canlı saxlanması ilə əlaqədar istifadə etdikləri yollardan biri də əzadarlıq məclisləri təşkil etmək, o həzrətə və Kərbəlanın ürəkyandıran müsibətlərinə ağlamaq, başqalarını ağlatmaq, münasib zamanlarda o hadisəni xatırlatmaqdır.

İmam Səccad (əleyhis-salam) öz imaməti dövründə daim Aşura faciəsində matəmli idi. Bu müsibətdə o qədər ağlamışdı ki, özünə “bəkkain”dən (həddindən çox ağlayanlardan) biri ləqəbini almışdı.[3]

Əlqəmə Həzrəmi nəql edir ki, imam Baqir (əleyhis-salam) hər il Aşura günündə öz evində İmam Hüseyn (əleyhis-salam) üçün matəm məclisi təşkil edir, öz cəddi üçün ağlayır və təqiyyə də etmirdi. Evində olan şəxslərə buyururdu: “Həzrət Hüseyn üçün əzadarlıq edin, onun müsibətində bir-birinizə başsağlığı verin!”[4]

İmam Sadiq (əleyhis-salam) Davud Riqqiyə buyurdu: “Mən hər vaxt sərin su içəndə imam Hüseyn (əleyhis-salam)-ı yad edirəm.”[5]

İmam Riza (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: Məhərrəm ayı daxil olanda bir kəs atamın (imam Kazim (əleyhis-salam)-ın) üzünün güldüyünü görməzdi. Qəm-qüssə və kədər bütün vücudunu bürüyürdü. Nəhayət onuncu gün – Aşura günü gəlib çatırdı. Bu gün atamın müsibət, qəm-qüssə və ağlamaq günü idi. Həzrət buyururdu: “Bu gün elə bir gündür ki, bu gündə imam Hüseyn (əleyhis-salam) şəhid olmuşdur.”[6]

Məsum imamlar təkcə özləri şəhidlərin ağasının matəmində ağlamırdı, camaatı da həmişə o həzrətə ağlamağa təşviq edirdilər. Bir rəvayətdə deyilir: “Hər kəs imam Hüseyn (əleyhis-salam) üçün ağlasa, yaxud (hətta) bir nəfəri ağlatsa, onun mükafatı behiştdir. Hər kəs özünü ağlamaq halına vursa da, mükafatı behiştdir.”[7]

b) Şairlərin mərsiyə yazmağa təşviq edilməsi

Bir çox şairlər Kərbəla müsibətini nəzmə çəkərək, müxtəlif yığıncaqlarda oxuyurdular. Bu şairlər həmişə məsum imamlar tərəfindən xüsusi ehtirama və mərhəmətə layıq görülürdülər. Onlardan Kumeyt Əsədi, Di`bil Xuzai, Seyid Himiyəri və s.ni qeyd etmək olar.

v) İmam Hüseyn (əleyhis-salam)-ın ziyarətinə təşviq

Böyük şəxsiyyətlərin xatirəsinin əziz saxlanması məqsədi ilə o qəhrəmanların qəbrini ziyarət etmək gözəl bir adət-ənənədir ki, qədim dövrlərdən etibarən müxtəlif dünya xalqları və ümmətləri arasında diqqət mərkəzində olmuşdur, hal-hazırda da belədir. Bunların arasında şəhidlərin sərvəri və ağası, azadlıqsevərlərin rəhbəri imam Hüseyn (əleyhis-salam) bir günəşə bənzəyir. Onun əzəməti çox yüksəkdir, adı və xatirəsi tam əzəmətlə yad edilməlidir. Hüseyn (əleyhis-salam)-ı Kərbəlada ziyarət etməyin fəziləti ilə əlaqədar pak və məsum imamların kəlamları həddindən artıq çoxdur. Ona görə də Allahın seçilmiş bəndələri hər bir münasib şəraitdə və fürsətdə camaatı şəhidlərin ağasının nurani qəbrini ziyarət etməyə təşviq edir və bu proqramın icrasını özlərinə vacib bilirdilər. Bu iş müsəlmanların o böyük hidayət imamına ruhən və mənən bağlılığına səbəb olmaqdan əlavə, bir növ zülm və zalımlarla, zorakılıq, haqsızlıqla ən yaxşı mübarizə üslubu da hesab olunur. O Həzrətin ziyarəti barəsində nəql olunan çoxlu hədislərdən birini qeyd etməklə kifayətlənirik:

İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs qiyamət günü nur süfrəsinin başında oturmaq istəyirsə, imam Hüseyn (əleyhis-salam)-ın ziyarətinə getsin.”[8]

3. Qanın qılınca qələbə çaldığı məhərrəm ayının xüsusiyyətləri

Məhərrəm ayının gündüzləri və gecələri, saatları və saniyələri ilahi mərifət, insaniyyət, şərafət, izzət, azadlıqsevərlik dərslərindən ibarət olan çox böyük və dəyərli bir kitabdır. O, insana necə yaşamağı, necə ölməyi öyrədir. İmam Hüseyn (əleyhis-salam) incilərlə dolu olan bu kitabı “heyhat minnəz-zillət” (zilləti qəbul etmək bizdən çox-çox uzaqdır) deməklə bütün nəsillərə, zəmanələrə və qərinələrə dərs vermiş və buyurmuşdur: “Ey Adəm övladı, ey haqq tələb edənlər, ey ədalət axtaranlar! Qiyam edin və şeytani hökumətlərin, zorakıların və zalımların müqabilində təslim olmayın, onlara boyun əyməyin!...”

Bundan əlavə, imam Hüseyn (əleyhis-salam) ömrünün son anlarında təpədən-dırnağa silahlanmış minlərlə qaniçən cəlladın müqabilində “bir kömək edən varmı ki, bizə kömək etsin?!” cümləsi ilə sanki hər zamanda olursa olsun, bütün nəsillərdən və ayıq insanlardan kömək istəyirdi. O bir neçə dəqiqə öncə özünün ən əziz adamlarını və köməkçilərini biri digərindən sonra əldən vermiş, o əziz cavanı Əli Əkbərin tikə-tikə doğranan cənazəsini çəkə-çəkə xeyməyə gətirmişdi. Bir neçə dəqiqə öncə Bəni-Haşimin Qəməri, əziz qardaşı və vəfalı ələmdarı Həzrət Abbası qanına qəltan görmüşdü, onun heç bir köməkçisi yox idi və sağ qalacağına ümidi də yox idi. O həzrət bilirdi ki, tezliklə susuz ağızla cəddi Rəsulullahın görüşünə gedəcəkdir. Onda görəsən, nə üçün kömək istəyirdi?! Kimlərdən kömək istəyirdi?! O “həl min nasirin” (bir kömək edən varmı) sədasını ölümdən nicat tapmaq üçün ucaltmamışdı. O, gələcək nəsillərdən kömək istəyirdi ki, qurumaqda olan tövhid və yeganəpərəstlik ağacını unutmasınlar, onun və köməkçilərinin qanı ilə suvarılan bu ağacı həmişə qoruyub saxlasınlar ki, Aşura hərəkatı əbədiyyətə qədər canlı qalsın, Kərbəla şəhidlərinin rəşadətləri həmişəlik qalaraq islama zəmanət versin.

4. Əzadarlıq vəhdət amili və müvəffəqiyyət rəmzidir

Hər bir xalqın müvəffəqiyyət qazanması, qalıb davam etməsi üçün vəhdətə ehtiyacı vardır. Şübhəsiz, Əhli-beyt (əleyhimus-salam) ardıcıllarının arasındakı vəhdətin ən mühüm amillərindən biri də imam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı köməkçilərinə əzadarlıq mərasimi təşkil olunmasıdır. Bu mərasim son dərəcə az zəhmət və büdcə ilə milyonlarla insanı bir yerə cəm edə bilər. Bu amil insanların zülm və haqsızlıqdan xilas olmasına səbəb olur. Tarix boyu Kərbəla şəhidlərinə matəm və əzadarlıq böyük qiyamlara və inqilablara şərait yaratmışdır. O cümlədən Yezidin tərəfdarları ilə müharibəyə qalxaraq qiyam edən “təvvabin”in qiyamını qeyd etmək olar. Muxtar qiyam edərək Kərbəladakı cəlladların əksəriyyətini öz mənfur əməllərinin cəzasına çatdırmış və əməvi qüvvələrinə çox ağır zərbələr endirmişdi.

Bəzi nəzər sahiblərinin fikrinə görə dünya inqilablarının əksəriyyəti Kərbəladakı rəşadət yaradan qiyamdan nəşət tapır. Onun bir nümunəsini Hindistandakı milli-azadlıq hərəkatında görmək olar ki, bu inqilabla ingilis istismarçılarının qanlı caynaqlarından xilas oldular. Bu inqilabın rəhbəri Qandi deyir: “Mən Hindistan xalqı üçün təzə bir şey gətirməmişəm; bunu yalnız Kərbəla qəhrəmanının həyat tarixi barəsində mütaliə və tədqiqatlarından nəticə almış və Hindistan xalqına ərməğan gətirmişəm. Əgər Hindistan xalqını xilas etmək istəyiriksə, gərək Hüseyn ibni Əli (əleyhis-salam)-ın keçdiyi yolu keçək.”[9]

Aşura və Kərbəla hadisəsinin digər əzəmətli nümunəsi imam Xomeyninin (rəhmətullahi əleyh) rəhbərliyi ilə İranda baş vermən İslam inqilabıdır ki, bütün dünyanı lərzəyə gətirmişdir. Onun sonuncu nümunəsi isə Livanda imam Hüseyn (əleyhis-salam) məktəbinə bağlı olan hizbullah müqavimət hərəkatıdır. Onlar başdan-ayağa silahlı olan sionist İsrail rejiminin əleyhinə müqavimət göstərdilər. Düşmənlər hizbullahın fədakarlıq, rəşadət və iman qüdrəti qarşısında heyrətdə donub qaldılar və rüsvayçı məğlubiyyətlə geri oturdular.

Ümidvarıq ki, biz də imam Hüseyn (əleyhis-salam)-ın müqəddəs məramına həqiqi mənada məhəbbət bəsləyənlərdən, o böyük şəxsiyyətin həqiqi ardıcıllarından olmaqla onun xüsusi mərhəmətinə layıq görək.



[1] “Məryəm” surəsi, ayə: 56-57

[2] “Sad” surəsi, ayə: 41-43

[3] “Vəsailuş-şiə”, 2-ci cild, səh. 922

[4] “Vəsailuş-şiə”, 10-cu cild, səh. 398

[5] “Əmali”, Şeyx Səduq, səh. 142

[6] “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Məhərrəm ayının əməlləri” bölməsi

[7] “Biharul-ənvar”, 24-cü cild, səh. 284

[8] “Kamiluz-ziyarət”, səh. 135

مَنْ سَرَّهُ اَنْ یَکُونَ عَلَی مَوَائِدِ النُّورِ یَوْمَ الْقِیَامَةِ، فَلْیَکُنْ مِنْ زُوَّارِ الْحُسَیْنِ بْنِ عَلِیٍّ عَلَیْهِمَا السَّلَامُ

[9] “İmam Hüseyn (əleyhis-salam)-ın həyatına bir baxış”, Məhəmməd Məhəmmədi İştihardi, səh. 109

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    7970 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • Buda dini, ilahi din olubdurmu?
    8225 Qədim kəlam 2010/12/05
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    7007 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Rəhbərin fətvasına əsasən, məğrib və işa namazları nə vaxt qəza olur?
    32694 Nizamlar hüquq və əhkam 2011/05/05
    Rəhbərin dəftərinin cavabı: Məğrib və işa namazının axır vaxtı, şəri gecə yarısıdır (şəri zöhrdən 11/15 saat sonra). Ehtiyat budur ki, əgər o vaxta kimi namaz qılmayıbsa, sübh azanına kimi mafizzimmə [1] niyyəti ilə yerinə yetirsinş ondan sonra namaz qəza olur.[2] Gecə yarısından sonra ya ...
  • Siffeyn və Nəhrəvan müharibələrinin baş vermə səbəbləri nə idi?
    18269 تاريخ کلام 2012/04/19
    Siffeyn müharibəsinin ən mühüm səbəbi Müaviyənin həzrət Əli (əleyhis-salam)-a beyətdən imtina etməsi idi. O, Əli (əleyhis-salam)-ı Osmanın qətlində müttəhim edirdi. Bu müharibədə Əli (əleyhis-salam)-ın qoşunu tam və qəti qələbə ərəfəsində olan zaman Əmr Asın hiyləsi ilə Müaviyənin xeyrinə tamam oldu və həkəmeyn (münsiflər) hadisəsi ilə imam Əli ...
  • Məskən faizsiz borc hesablarında yığılan pullara xums düşürmü?
    6479 Nizamlar hüquq və əhkam 2011/05/31
    Bir şəxsin yaşamaq üçün evi yoxdur və ev almaq ya ehtiyacı olduğu şeyləri almaq üçün əmanətə pul qoyubdur, bu pula xums düşürmü? Sualının cavabında Rəhbər buyurur: Qazanc mənfəətindən əmanətə qoyulan pul, əgər yaşayış xərclərini ödəmək üçün olarsa, xums ilinin əvvəlində, xumsu var. Yox əgər əmanətə qoyulan pul yaşayışın zəruri şeylərini ...
  • Hansı şərtlər daxilində dua mütləq qəbul olunur?
    27870 Əməli əxlaq 2011/03/06
    “Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda “dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.Dua bir növ ibadət olduğundan, sair ibadətlər ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    14549 Əməli əxlaq 2011/09/07
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    6316 Cürbəcür 2012/09/15
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Müntəzər (intizarı çəkilən) Məhdi barəsində şiənin nəzəri nədir?
    10624 Qədim kəlam 2010/11/10
    Yuxarıdakı sual çox külli və ümumi olduğundan, qərara almışıq ki, həzrət Məhdi (əleyhis-salam)-ın həyatı, qeybət dövrünün xəbərləri və zühur əlamətlərinə qısaca işarə etmiş olaq. O həzrətin adı “ م.ح.م.دM.h.m.d”dir. Onun çoxlu ləqəbləri vardır, o cümlədən: Qaim, Müntəzər, Sahibul-əsr və s. O həzrətin əziz atası imam ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168860 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166648 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122062 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115943 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115224 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96659 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61048 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56677 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49424 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47412 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...