Please Wait
5877
«صدقاتهن»"Saduqatihinnə"[1], daimi izdivaca (həmişəlik evlilik) aid olan bəhsdə gəlibdir və mehriyyədən "sidaq" ünvanına ad aparıbdır.[2]
Bu kəlmənin işləndiyi ayə, qadınların qəti hüquqlarından birinə işarə edir və təkid edir ki, öz həyat yoldaşının mehriyyəsini ödəsin.[3] Amma qadın öz mehriyyəsini bağışlasa lazım deyil ödəsin.[4]
Həmçinin bu kəlmə, dolayı yolla izdivac müqaviləsində düzgünlüyə və səmimiyyətə işarə edir.[5]
Amma «صدقاتهن» "Ucurahunnə"[6], müvəqqəti izdivac (evlilik) məsələsinə və "mütə" termininə işarə edir və deyir:
"Mütə (müvəqqəti izdivac) etdiyiniz qadınların mehriyyəsini bir vacib ünvanına gərək ödəyəsiniz".[7]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Nisa surəsi, ayə 4.
«وَ آتُوا النِّساءَ صَدُقاتِهِنَّ نِحْلَةً فَإِنْ طِبْنَ لَکُمْ عَنْ شَیْءٍ مِنْهُ نَفْساً فَکُلُوهُ هَنیئاً مَریئاً»
Qadınların mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!
[2] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 3, səh 262, Darul- kutubul- İslamiyyə, Tehran, birinci çap, 1374 h.ş. Təbatəbayi, seyyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 4, səh 169, İntişarate İslami dəftərxanası, Qum, beşinci çap, 1417, h.q.
[3] - Nümunə təfsiri, cild 3, səh 262: Hüseyni Corcani, seyid Əmir əbul- futuh, Ayətul- əhkam, təhqiq, İşraqi Sərabi, Mirzə Vəliyullah, cild 2, səh 329 və 330, Nəvid intişaratı, Tehran, birinci çap, 1404 h.q.
[4] - Ayətul- əhkam, cild 2, səh 330; Təbərsi, Fəzl ibn Həsən, Məcməul- bəyan fi- təfsiril- Quran, Bəlağinin girişi ilə, Məhəmməd Cavad, cild 3, səh 12, Nasir Xosrov nəşriyyatı, Tehran, üçüncü çap, 1372, h.q.
[5] - Hüseyni Həmədani, seyid Məhəmməd Hüseyn, Parlayan nurlar, təhqiq, Behbudi, Məhəmməd Baqir, cild 3, səh 342 və 343, Lütfi kitab mağazası, Tehran, birinci çap, 1404 h.q.
[6] - Nisa surəsi, ayə 24; İstifadə (müvəqqəti izdivac) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!
«... فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَریضَةً ...»
[7] - Nümunə təfsiri, cild 3, səh 335.