Please Wait
10486
- bölüşdürülməsi
Ləvat yəni, bir kişinin aləti digər bir kişiyə daxil olmasına deyilir.[1] Bu ən böyük günahlardandır ki, Allah- Taala Quranda, Lut qövmünün bu günahıları ücün əzaba dücar olduqlarını xəbər verir.[2] Böyük günahlardan sayılan bir günahdır ki. Rəvayətlərdə ondan “Allaha küfr” etmək kimi zikr olunmuşdur.[3] Əlbətdə bu ləvat edən və edilən hər iki şəxsə şamildir. İslamda bu cür şəxslər ücün ağır cəzalar təyin edilmişdir o cümlədən onların öldürülüb və yaxud edam olunmaları.[4]
Doğrudur ki, Allah həqiqi tövbəni qəbul edəndir, lakin bu həqiqətdən də qəflət etmək olmaz ki, ləvat əməlinin öz mənfi təsirləri (ləvat edən şəxs, ləvat edilən şəxsin qızı, bacısı və anasıyla ailə qura bilməz ) vardır ki, tövbə vasitəsiylə belə ona icazə yoxdur.[5]
[1] - Məhəmməd Təqi, Behcət, Camiul-Məsail, cild 5, səh 174.
[2] - Hud, 82.
[3] - Məhəmməd ibni Həsən, Hürrü Amuli, Vəsailuş-şiyə, cild 20, səh 340.
[4] - Tozihul-məsail (əl-məhşa lil – imam Əl- Xumeyni )cild 2, səh 818.
[5] - Ləvatın mənfi təsirləri, sual 1647 (sayt 1657)- yə müraciət edin.