Ətraflı axtarış
Baxanların
6868
İnternetə qoyma tarixi: 2008/08/24
Sualın xülasəsi
Siz şiələr əgər, Müaviyənin saxta hədis istehsal edən fabriki olduğunu deməyiniz doğrudursa, əhli-təsənni mənbələrində Müaviyə və Yezid haqqında neçə təriflənmiş hədis var və ən azı birinin ünvanını mənə verə bilərsizmi?
Sual
Siz şiələr əgər, Müaviyənin saxta hədis istehsal edən fabriki olduğunu deməyiniz doğrudursa, əhli-təsənni mənbələrində Müaviyə və Yezid haqqında neçə təriflənmiş saxta hədis var və ən azı birinin ünvanını mənə verə bilərsizmi?
Qısa cavab
Müaviyənin haqqında saxta hədislərin mövzusunda heç bir şəkk yoxdur. Alimlərdən bir dəstəsi məslən, İbn Həcər kimiləri Müaviyənin fəziləti haqqında  "Təthirul-cinan vəl-lisan" adlə xüsusi kitab yazmış, bir dəstə sünnü alimləri isə Müaviyənin tərifləmədiyinə görə şiə ünvanı ilə ittiham olunmuşlar. Amma, bişirilmiş bu şorba o qədər duzlu olub ki, hamının etirazına səbəb olmuş və o həddə qədər ki, aşpazbaşı da etiraz etmişdir. Bütün bu hədislər həmin əhli-təsənni alimlari tərəfindən inkar olunmuş və xüsusi qeyd olunmuşdur ki, Müaviyənin tərifi haqqında hətta, bir ədəd olsa səhih hədis yoxdur. Amma həmin az bir qism də Müaviyə haqqında tərif ediblər. Sorxi adlı biri Müaviyə haqqında deyir:Allah ondan razı olsun səhabələrin böyüklərindən, vəhy katiblərindən və əmirəl-möminin olub. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) onun haqqında xəbər verib ki, Ondan sonra mülk sahibindən olacaq.  Bir gün O Həzrət, Müaviyəyə buyurur: "Elə ki ümmətimin işini öhdənə götürdün, onlarla xoş davran yoxsa, sənin xilafətdə növbən Əlinin (Allah ondan razı olsun) növbəsindən sonradır." -  Bir müddət xilafət müddətindən keçir. Müaviyə Əlinin (ələyhissalam) xilafətinə maneçilik törədir və ona verilmiş rəhbərlikdə vacib əməli tərk edir. Onun haqqında bundan çox bir söz demək olmaz."  İbn Teymiyyə Müaviyə haqqında yazır: "Səhih sənədlərdə Müaviyə üçün heç bir fəzilət gəlməyib amma, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə birlikdə Hənin, Taif, Təbuk döyüşündə və Vida Həccində olub və vəhy yazanlardan biri olub. O, elə şəxsiyyətlərdən olub ki, başqa səhabələr kimi İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) vəhy yazmaqda ona etmad və etibar edib."
 
Ətreaflı cavab
Müaviyənin hədis quramaq məsələsinə çox möhkəm cavab verdik amma, bir neçə nöqtəni xüsusi qeyd etmək lazımdır. Müaviyənin haqqında hədislərin düzəldilməsi mövzusunda heç bir şəkk yoxdur. Amma, bişirilmiş bu şorba o qədər duzlu olub ki, hamının etirazına səbəb olmuş və o həddə qədər ki, aşpazbaşı da etiraz etmişdir.[1]  Ona görə bir çox alimlər tərəfindən belə qurama hədislər rədd olunmuşdur.
Əvvəldə Müaviyənin və yezidin haqqında hədis qoşanlar və hətta, kitab yazanlara işarə edəcik daha sonra isə Müaviyə haqqında olan hədislərin  ümumiyyətlə səhih olub olmaması haqqında bəhs açacıq.
Birinci bəhs:  Bir dəstə əhli –təsənni ravilərindən Müaviyə və yezid haqqında hədis düzəldiblər. Aşağadakı mətləbdə bu mövzuya qısa da olsa nəzər salacayıq:
Bir dəstənin Müaviyə ilə dostluğu səbəb olur ki, bəziləri Müaviyə üçün çoxlu yalan hədislər düzəltsinlər. Məhəmməd ibn Əbdul-Vahid əbu Ömər, Ğulam Sələb, əlləri çox günaha batmış bu şəxs haqqında risalə yazmış və təriflər vermişdir. Belə ki İbn Həcər Lisanul-Mizan kitabının 1-ci cildi 374-cü səhifəsində İshaq ibn Məhəmməd Susi adının altında yazır: "Bu şəxs, Müaviyənin fəzilətləri haqqında çox çirkin yalan hadislər nəql etmiş[2] və Übeydullah Səqti də ondan nəql etmişdir. O, ravinin sözlərini özünə sənəd kimi götürmüş və yalan hədisi nəql etmişdir."[3]  İbn həcər Məkki Müaviyə haqqında "Təthirul-cinan vəl-lisan adlı xüsusi kitabla Müaviyənin fəzilətlərindən yazır.[4] Hafiz Əbdül-Müğis saxta mətləblərlə Müaviyə haqqında xüsusi saxta fəzilətlər kitabı yazmışdır.[5]  Əbu Ömər Əz-Zahid saxta hədislərdən Müaviyə ibn Süfyan haqqında saxta fəzilətlərlə dolu kitab yazmışdır. Bərdani adı şəxs Müaviyə haqqında saxta hədis düzəldirmiş.[6]
Kitabuş-şəriyət lilacir kitabının 5-ci cildində Müaviyə ibn Əbu Süfyanın saxta fəzilətlərə dolu mövzunu oxumaqla bu məsələ ilə daha yaxından tanış ola bilərsiz.
İbn Teymiyyə Əlləmə Hillinin Teyr hədisinə istinad etməsinin cavabında yazır: Teyrdən heç bir səhabə  hədis nəql etməmiş və hədis rəhbərləri onu düzgün hədis nəql edən kimi təsdiq etməmişdir. Bəli, bu o hədsilərdəndir ki, bəziləri rəvayət etmişlər.  Necə ki, Əlidən (ələyhissalam) başaqsı üçün də fəzilət hədisləri  nəql etmişlər. Həmçinin, Müaviyə haqqında da çox fəzilət hədisləri nəql etmiş və çoxlu kitablar yazılmışdır. Amma, hədis elminin səhabələri nə Əlinin şənində, nə də Müaviyənin haqqındakı hədisləri təqdsiq etmişlər.[7] Başqa tərəfdən İbn Teymiyyə Müaviyə haqqında olan fəzilt hədislərini təsdiq edib nəql etmədiyinə görə şiə olmağında ittiham etmişdir."[8]
Halbuki, əvvlədə qeyd etdiyimiz kimi elmi əhli Müaviyə haqqındakı saxta fəzilət hadislərini təsdiq etmir. [9] Bu ziddiyyəti necə həll etmək olar?![10]   Əlbəttə, belə rəftar təkcə Nişapuri ilə yox, başqaları ilə də olmuşdur. Məsələn, Sünən sahibi Nisai Vəfayatul-əyan[11] kitabında qeyd olunduğu kimi şiə adı ilə ittiham olunur. Çünki, o da Əmirəl-möminin Əlinin (ələyhissalam) xüsusi fəzilətləri adı kitab yazmışdır. O Müaviyə haqqında belə yazır: "Onun (Müaviyənin) haqqında heç bir fəzilət bilmirəm yalınz onu bilirəm ki, heç vaxt qarnı doymamışdır."[12]
Həmçinin, Əllamə Sərxəsi özünün Kitabul-ikrah kitabının "Məbsut" fəslində yazır: Məsruqdan belə nəql olunur ki, bir sıra heykəlləri Hindistanda satmaqdan ötrü adam yollayır. Bu halda yollanmış şəxs Məsruqla rastlaşır. Söhbət Müaviyədən açılır. Müaviyənin büt satmaqdan ötrü yolladığı şəxs əsəbi halda deyir: Allaha and olsun əgər bilsəm ki o məni öldürməklə əl çəkəcək bütün bu bütləri atardım dənizə amma, çox qorxuram ki mənə şiddətli əzəb versin və iftiralar yağdırsın. Vallah mən bilmirəm Müaviyə necə adamdır?! Elə bir kişidir ki, pis əmlləri ona ziynət olub ya elə bir insandır ki artıq Axirətdən ümüdünü üzüb?! Nəql olunur ki, bu bütlər döyüş zamanı qənimət kimi ələ gəlibmiş. Müaviyə əmr edir ki, o bütləri Hindistanda bazara çıxırsınlar və onun vasitəsi ilə silah və sair malları alsınlar. Məsruqun tabesindən olan Surxui , Müaviyənin bu işdə çox böyük bir günaha düşdüyünə etiraf etmişdir. Buna baxmayaraq, Surxi Məsruqun şəninin böyük olmasına etiraf edan halda, Müaviyənin bu alvera icazəsini üstün qərar verir. Həmçinin, Surxi Məsəruqin sözündən o qədər pərişan olur ki, Müaviyəni bu işini təsdiqləməkdən əlavə. Onu tərifləməyə və ondan ötrü saxta fəzilətlər qeyd etməyə başlayır. Surxu özü bu kitabda etiraf edir ki, Müaviyəni tərifləməkdə təqiyyə etməklə heç bir günaha düşməmiş və bəzi şeyləri müəyyən şəraitə görə tərk edilməsinin qorxusu yoxdur. Beləliklə, Surxi Müaviyə haqqında yazır: "amma, o İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə Hənində, Taifdə, Təbuk döyüşündə və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) son Vida həccində Onunla görünmüşdür. Vəyh yazarmış və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) etimad etdiyi şəxslərdən olub. Başqa səhabələr kimi o da vəyh yazarmış." Bu iddianın cavabını Əbəqatul-ənvar fi imamətil-əimmətül-əthar kitabının, c.15; ikinci hissə; səh.415-də oxuya bilərsiz.[13]
Əl-Ğədir itabının müəllifi Əllamə Əmini Müaviyənin saxta fəzilətləri barəsində yazır: Bu mövzua nə İbn Kəsirin dedi-qodularına və nə də Şam dağlıqlarından gələn bu sözə - "hər kəs Müaviyəyə kin bağlasa, cəhənnəm atəşi onu tutacaq və cəhənnəmin dibinə düşəcək" -  qulaq vermədim. Nə də ibn Kəsirin yuxulu və xəyallı şəkildə verdiyi cavablara fikir vermədim  ki yazır "bir nəfər nəql edir ki, yuxuda İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi və səlləm) gördüm. Əbu Bəkr, Ömər, Osman, Əli və Müaviyə ilə birlikdə idilər. Birdən bir kişi gəldi. Ömər əlini gələn kişiyə uzadıb deyir: Ya Rəsulullah! Bu kişi bizi təhqir edir. Guya Rəsulullah o kişini tənbeh edir. O kişi deyir: EY Allahın Rəsulu! Mən onlara təhqir nəzəri ilə baxmıram. Bəlkə o kişiyə (Müaviyəni göstərir) belə baxıram. Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: Vay olsun sənə! Məgər o Mənim səhabələrimdən biri deyilmi?! Və bu sözü üç dəfə təkrarladı. O zaman Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) xəncərini çıxarıb Müaviyəyə verir və buyurur: "Vur onun başına!" Müaviyə, o xəncərlə kişini başına vurur və mən tez yuxudan ayıldım və tez evə getdim. O zaman eşitdim ki, o gecə yuxuda gördüyüm kişi vurulub və ölüb. O, həmən Raşid-Əl-Kəndi adı bir nəfər idi." Həmçinin, Səid ibn Müsəyyəbin etiqadına baxdım ki yazır: " Hər kim Əbu Bəkrin, Ömərin, Osmanın, Əlinin məhəbbəti ilə ölsə və etiraf etsə ki, o on nəfər Cənnətə gedəcək həmçinin, hər kəs Müaviyəyə salam göndərsə, Allaha vacibdir ki, onun işini və hesab-kitabını asan tutsun."[14]  Nə də Ömər ibn Əbdül-Əzizə söylənilən yuxulara diqqət etdim ki, bu yuxuda Müaviə deyir: "Kəbənin Allahına and olsun ki bağışlandım!"  Nə Əhməd ibn Hənbəlinin Müaviyə haqqındakı sözlərinə fikir verdim ki yazır: "Müaviyə ilə nə işləri var? Allahdan sağlamlıq və bağışlanmaq istəyirik."[15]  Əlbəttə, Müaviyənin haqqında əhli-təsənni mənbələrində gələn saxta fəzilətlərin cavablarını mütaliə etməkdən ötrü Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının 11-ci cildi, səh 92 və Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.21; səh.119-dan sonranı baxmaq kifayətdir. Məslən, Firdövsül-əxbar kitabında Müaviyənin saxta fəzilətlərindən olan hədsilərdən birində gəlib: "Mən elmin şəhəriyəm, Əli onun qapısı, Müaviyə isə dəstəyidir."[16]  Baxmayaraq ki, Səxavi və İbn həcər Məkki bu rəvayətin zəifliyinə və saxtalığını təsdiq ediblər amma, Mənavi bu məsələyə göz yumaraq, özünün Kunuzul-Həqaiq kitabında bu hədisi nəql edir.
Bir məsələyə də diqqət etmək lazımdır ki. Əllamə Əmini (rəhmətullah) həmin Əl-Qədir kitabının tərcüməsinində (onuncu cilddə)[17] şiəyə saxta hədis nəql etməyi böhtan atanların cavabında"saxta hədsilərin necəliyi və növləri" adlı bir fəsl açımş və ümumi olaraq əhli-təsənni raviləri içərisindən yeddi yüz nəfərin adını gətirir və onların saxta hədis nəql etmələrini sübuta yetirir. Onlardan təkcə 43 nəfəri tarixdə yarım milyon ədəd[18] saxta hədis düzəltmişlər. Onlar yüzdən çox saxta hədisi sünnü alimlərinin adından nəql edirlər ki, hamısında dörd xəlifənin fəzilət və tərifindən əlavə, Müaviyə, yezid, Mənsur Dəvaniqi həmiçnin, digər Bəni Üməyyə və Bəni Abbas xəlifələrini də tərifləmişdər.[19]
İkinci bəhs: Müaviyə haqqında ümumiyyətlə səhih bir hədis varmı?
Əbdullah ibn Əhmət ibn Hənbəl yazır: Atamdan Əli və Müaviyə haqqında soruşdum dedi: Bil ki, Əlinin düşmənləri çoxdur. Hər nə qədər istədilərsə, onda bir eyb tapa bilmədilər. Sonda o kəslərin yanında cəm oldular ki, onunla müharibəyə hazırlaşırdılar və onu Əlinin əleyhinə məkr və hiyləyə təhrik etdilər."[20] Hakim yazır: "Əbul Əbbas Məhəmməd ibn Yəqub ibn Yusufdan eşitdim ki deyir: "Atamdan eşitdim ki deyir: İshaq ibn İbrahim Hənzəlidən eşitdim ki deyir: Müaviyənin fəziləti haqqında heç bir düzgün hadis yoxdur.[21]  Buxarı öz hədislərin içində Müaviyənin fəziləti haqqında heç bir hədis təpmır və səhabənin fəzilətindən söz açdıqda naçar qalıb Müaviyə haqqında da bir fəsl açıb, adını " Müaviyədən xatirə" qoyur.[22]  İbn Həcər Əsqəlani özünün Fəthül-bari kitabında (7:83) yazır:bu məsələnin özü bir dəlildir ki, Müaviyənin haqqında nəql olunan fəzilətlərin haqqında sənəd cəhətdən ixtilaf olması, hədislərin saxta olmasına dəlalət edir. Müaviyə haqqında çoxlu fəzilət hədisləri gəlib ki heç birinin düzgün sənədi yoxdur. [23]İshaq ibn Rahiviyyə və Nisai və başqları da bu fikirdədirlər. Müaviyənin fəziləti haqqında heç bir səhih hədis tapmayan müslüm və İbn Macə öz kitablarında səhabənin fəziləti adlı fəsl açımşlar. Termizi də bir zəif hədisdən başqa bir şey nəql etməmişdir. O hədisdə deiylir:İlahi! Onu hidayət edən və hidayət olunan qərar ver ki, başqaları da onun əli ilə hidayət olsunlar!. Sonra deyir ki, bu hədis "qərib" hədislərdəndir.[24]  Halbuki bu hədis belədir: "İlahi! Onu hidayət elə! " İbn Temiyyə özünün Minhac kitabında (c.2:207) yazır: Bir dəstə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) Müaviyənin haqqında fəzilət hədisləri nəql ediblər və onun hamısı yalandır." Firuzabadi özünün Səfərus-səadət, Əculuni isə Kəşfül-xifa kitabının 420-ci səhifəsində "Müaviyənin fəziləti" fəslində yazır: Bu haqda heç bir səhih hədis yoxdur. Eyni "Ümdətül-qari" kitabında yazır" əgər deyirsənsə, Müaviyənin fəziləti haqqında hədis çoxdur, fərz etsək ki, bəli! Amma o hədislərin heç birinin dəqiq və düzgün yolla sənədi yoxdur. Şövkani, Fəvaidul Məcmuə kitabında yazır:Bütün hədis hafizləri yekdilliklə bu nəzərdədirlər ki, Müaviyənin fəziləti haqqında heç bir səhih və düzgün hədis yoxdur.[25]
Nəticə budur ki, bir dəstə Müaviyə və yezidin günahlarını tarixdə silməkdən ötrü işə başlamışlar. Amma bu işdə müvəffəq olmamış və bu adamların özləri onlar haqqında səhih və düzgün sənədli hədisin olmamasına iqrar etmişlər. İbn Teymiyyə və Surxəsinin kəlamlarında bnu açıq müşahidə etdik.
 

[1]  Fars dilində belə bir məsəl var deyirlər "şorba o qədər duzlu olub ki xan da başa düşüb və ya aşpaz da anlayıb."
[2] Çoxlu yalan və düzəltmə hədislər
[3] Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.21; səh.127
[4] Əbəqatul-ənvar fi imamətil-əimmətül-əthar, c.13; ikinci hissə; səh.35; Əbəqatul-ənvar fi imamətil-əimmətül-əthar, c.13; birinci hissə; səh.126; İbn Həcərin rəvayətlərinə gətirilən sənədlərə bu qismətdə rədd cavabı yazılıb; Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb, c.10; səh.510-dan sonra; Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.20; səh.267-278
[5]  Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.10; səh.120
[6] Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.5; səh.449
[7] İbn Teymiyyə Əlləmə Hillinin Teyr hədisinə istinad etməsinin cavabında yazır: Teyrdən heç bir səhabə  hədis nəql etməmiş və hədis rəhbərləri onu düzgün hədis nəql edən kimi təsdiq etməmişdir. Bəli, bu o hədsilərdəndəir ki, bəziləri rəvayət etmişlər.  Necə ki, Əlidən (ələyhissalam) başaqsı üçün də fəzilət hədisləri  nəql etmişlər. Həmçinin, Müaviyə haqqında da çox fəzilət hədisləri nəql etmiş və çoxlu kitablar yazılmışdır. Amma, hədis elminin səhabələri nə Əlinin şənində, nə də Müaviyənin haqqındakı hədisləri təqdsiq etmişlər. Minahcus-sünnə, c.2; səh.207; Bu iddianın cavabını Əbəqatul-ənvar fi imamətil-əimmətül-əthar kitabının, c.13; ikinci hissə; səh.33-də oxuya bilərsiz.
[8] Həqiqətən, Teyrin hədisi mərifət əhlinin nəzərində saxta hədislərdən sayılır. Əbu Musa Hafiz Mədəni deyir: Bir dəstə hədis hafizləri etibar və mərifətinə görə Teyrin tərəfini tutmuşdur. Məsələn, Hakim Nişapuri, Əbi Nəim, İbn Mərdəviyyə, . Hakimdən Teyrin hədisi haqqında soruşulur.  O deyir: Səhih deyil. Baxmayaraq ki, Nişapurini şiə olmaqda ittiham edirlar. Ondan Müaviyənin fəziləti haqqında hədis nəql etməsini tələb edirlər o isə cavabında deyir: Qəlbim cavab vermir, qəlbim bu hədislə dirilmir.
[9] Əbəqatul-ənvar fi imamətil-əimmətül-əthar, c.13; ikinci hissə; səh.38;
[10]  Əlbəttə o Minhacus-sünnə kitabında yazır: Müaviyənin fəziləti haqqında heç bir səhih sənədlə hədis yoxdur. Amma, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə Hənində, Taifdə, Təbuk döyüşündə və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) son Vida həccində Onunla görünmüşdür. Vəyh yazarmış və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) etimad etdiyi şəxslərdən olub. Başqa səhabələr kimi o da vəyh yazarmış. Bu iddianın cavabını Əbəqatul-ənvar fi imamətil-əimmətül-əthar kitabının, c.15; ikinci hissə; səh.415-də oxuya bilərsiz.
[11] Ən-Nisai, Əhməd ibn Əli ibn Şüeyb, Əbu Əbdurrahman Əl-Hafiz; Əsli Xorasanın  Nəsa məntəqəsindəndir. Vətənindən köç etmiş və Misiri özünə Vətən seçmişdir. Dövrünün alimləri ona paxıllıq edir. Ordan Fələstinin Rəmlə şəhərinə tərəf çıxır. Müaviyənin fəziləti haqıında ondan soruşurlar. Amma o, heç bir fəzilət nəql etmir. Məsciddən çıxarkən onu qapı arasında sıxırlar və bağarsağı partlayır və çox çəkimr ki dünyasını dəyişir. Beytül-Müqəddəs məscidində dəfn edirlər.  Onun haqqında belə də nəql olunur ki, hicrətin 303-ü ilində Misrdən Məkkəyə tərəf  Həccə yola çıdır və yolda vəfat edir; Vəfayatul-əyan, c.1; səh.21; Bu qeyd olunan məsələni alimlərdən Sədəfi Vafi bil-vəfayatda, Yafei öznün Miratul-cinanında, Səbəki Təbəqat şafeiyyədə, İbn Həcər Əsqəlani özünün Təhzibut-təhzibində, Əbdül-Həqq Əsmaulr-Ricalında, Əbul-Həccac Yusuf ibn Zəkiyy Əl-Mərzi özünün Təhzibul-kamal fi əsmail-Ricalında Nisainin hayatını naql etdikdən bu mövzunu yəni, onun necə öldüyünü nəql ediblər.
[12] Əbəqatul-ənvar fi imamətil-Əimmətül-əthar, c.15; ikinci hissə; səh.411-415; Dəlailus-sidq kitabının tərcüməsi, c.1; səh.7
[13] Əllamə Sərxəsi özünün Kitabul-ikrah kitabının "Məbsut" fəslində yazır: Məsruqdan belə nəql olunur ki, bir sıra heykəlləri Hindistanda satmaqdan ötrü adam yollayır. Bu halda yollanmış şəxs Məsruqla rastlaşır. Söhbət Müaviyədən açılır. Müaviyənin büt satmaqdan ötrü yolladığı şəxs əsəbi halda deyir: Allaha and olsun əgər bilsəm ki o məni öldürməklə əl çəkəcək bütün bu bütləri atardım dənizə amma, çox qorxuram ki mənə şiddətli əzəb versin və iftiralar yağdırsın. Vallah! Mən bilmirəm Müaviyə necə adamdır?! Elə bir kişidir ki, pis əmlləri ona ziynət olub ya elə bir insandır ki artıq Axirətdən ümüdünü üzüb?! Nəql olunur ki, bu bütlər döyüş zamanı qənimət kimi ələ gəlibmiş. Müaviyə əmr edir ki, o bütləri Hindistanda baza çıxırsınlar və onun vasitəsi ilə silah və sair malları alsınlar. Məsruqun tabesindən olan Surxui , Müaviyənin bu işdə çox böyük bir günaha düşdüyünə etiraf etmişdir. Buna baxmayaraq, Surxi Məsruqun şəninin böyük olmasına etiraf edan halda, Müaviyənin bu alvera icazəsini üstün qərar verir. Həmçinin, Surxi Msəruqin sözündən o qədər pərişan olur ki, Müaviyəni bu işini təsdiqləməkdən əlavə. Onu tərifləməyə və ondan ötrü saxta fəzilətlər qeyd etməyə başlayır. Surxu özü bu kitabda etiraf edir ki, Müaviyəni tərifləməkdə təqiyyə etməklə heç bir günaha düşməmiş və bəzi şeyləri müəyyən şəraitə görə tərk edilməsinin qorxusu yoxdur. Beləliklə, Surxi Müaviyə haqqında yazır: "amma, o İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə Hənində, Taifdə, Təbuk döyüşündə və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) son Vida həccində Onunla görünmüşdür. Vəyh yazarmış və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) etimad etdiyi şəxslərdən olub. Başqa səhabələr kimi o da vəyh yazarmış." Bu iddianın cavabını Əbəqatul-ənvar fi imamətil-əimmətül-əthar kitabının, c.15; ikinci hissə; səh.415-də oxuya bilərsiz.
[14]  Tarix ibn Kəsir, c.8; səh.139,140
[15] Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.19; səh.301
[16] Bu hədisin saxta olması haqqındadaha çox məlumat üçün Əbəqatul ənvar fi imamətil əimmətil əthar kitabının 15-ci cildi, səh.415; Nəfəxatul-Əzhar fi xülasətil ənvar kitabının 12-i cildi səh.165-171-ə baxın.
[17]  Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.5; səh.301
[18] Əlbəttə, bu söz heç də təzə və təccüblü deyil. Çükni, İbn Həcər özünün Fəthül-Bari kitabının müqəddəməsində səhifə 4-də yazır ki, Əba Əli ĞƏssani Buxarıdan belə nəql edir ki belə deyib:" Mən bu hədsiləri 600 min hədisin içindən seçib saflaşdırıb yazmışam. Bu da məlumdur ki, Səhih Buxarıda təkrar olmasa cəmi 2761 hədis vardır.
[19]  Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.10; səh.8
[20]  Tarix xüləfa Syuti, səh.133; Fəthül-bari, səh.7; Əs-Səvaiq, səh. 76
[21] Əl=Ləail məsnuə, c.1; səh.83; (7D)
[22]  Səhih Buxarı, c.3; .1373.bab.28;
[23] Fəthul-Bəri, c.7; səh.83 (7.104)
[24] Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.10; cilddə bu hadisin saxta olması isbat olunub.
[25]  Əl-Ğədir fil-Kitab vəs-sünnə vəl-ədəb kitabının tərcüməsi; c.10; səh.126-127; Nurul-vilayət və Məktəbətül-şamiyyə elektron proqramının vasitəsi ilə.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    9428 Nizamlar hüquq və əhkam 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Dəccal kimdir? Onun barəsində olan rəvayətləri izah etmənizi istərdik.
    9024 Qədim kəlam 2011/08/23
    Zühurynəlamətlərindənbiridəinsanlarızəlalətəsalanvəazdıran “Dəccal” adlıbir
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
    7423 Nizamlar hüquq və əhkam 2011/06/12
    Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    8731 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...
  • “Əməli əsl” və “ictihadi dəlil” dedikdə məqsəd nədir və bunların arasında nə kimi əlaqə vardır?
    6117 Nizamlar hüquq və əhkam 2012/02/18
    Əməli əsl“Əməli əsl” üsuli-fiqh elmində bir termindir. Onun mənası şəri hökmün təyinində şəkk yaranan zaman mükəlləfin əməli (şəri) vəzifəsini aydınlaşdıran bir qaydadan ibarətdir – dəlil və əmarə tapmadıqdan sonra. Başqa sözlə desək, əməli əsl, yaxud əməliyyə əslləri şəkk-şübhəyə düçar olan bir şəxsin əməlini ...
  • can verən halla ölüm səkəratı arasında farq nədir?
    7016 حقانیت مرگ 2015/06/02
    Ərəbcədən ehtizar sözü iftial şəklində olub, həzər sözünün yəni, hazır olmaq mənasındandır. Bəziləri deyirlər, insanın son anında ölüm mələklərinin hazır olmasına görə bu hala, ehtizar deyilir.[1] Belə bir hala düşən insana isə möhtəzər (can verən) deyilir.[2] Ehtizar yəni, can verən vaxt ...
  • Nə üçün bəzi müsəlmanların əməlləri onların din və məzhəb əqidələriylə üst- üstə düşməyib əksinə olur?
    6454 Əməli əxlaq 2011/05/15
    İnsan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır; ruhi və İlahi, maddi və mənəvi, ictmai və atifi və... təbəqələrdən ibarətdir. Bu təbəqələr həmişə bir- biriylə mübarizədədirlər ki, bu da insanı əqidəsiylə əməlləri arasında müxalifətə doğru yol açır. İlahi dinlər, xüsusiylədə İslam dini insanları nəfsin istəkləri tələsindən qurtarıb onu ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6743 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    10576 Nizamlar hüquq və əhkam 2012/01/19
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164675 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163733 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113679 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110524 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94037 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54839 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54123 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46130 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45746 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...