Ətraflı axtarış
Baxanların
13694
İnternetə qoyma tarixi: 2014/06/03
Sualın xülasəsi
Müaviyə ibn Əbu Sufyanın qısa həyatı və zirəkliyi haqqında nə demək olar?
Sual
Müaviyənin siyasi həyatı və huşyarlığı haqqında izah verin.
Qısa cavab
Müaviyə ibn Əbu Süfyan elə bir şəxsiyyətdir ki,İslam dinin zühurundan iyirmi il sonra yəni, Məkkənin fəthindən sonra atası, anası və qardaşı ilə birlikdə İslamı qəbul etmiş və "müslimətül-fəth" və ya "Məkkənin fəthindən sonrakı müsalmanlar" dəstəsi adı ilə tanınmışlardandır. O, İslamı qəbul etməzdən əvvəl müşriklərin qoşunları sırasında qərar tutmuş və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) müqabilində Onunla vuruşmuşdur. Yəzid adlı qardaşı isə İslama gəldikdən sonra müsəlman qoşunlarından birinin başçısı olub, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra Şam şəhəri və ətrafını ələ gətirməkdən ötrü o məntəqəyə həmlə etmişdir. Həmin səbəbə görə, Şamın hökumətliyini qardaşı Yəzid öldükdən sonra Müaviyənin ixtiyarında qouyurlar və həmin vaxtdan da Müaviyə Şam şəhəri və ətrafına əl tapır.
Müaviyə ilk müəsəlmandır ki, İslamın sadə yaşayış şüarını pozur və elə bir vəziyyətə çatır ki, ikinci xəlifə Şama səfər edərkən, Müaviyəni ərəblərin Kəsrası adlandırır. O, təxminən, iyirmi il Şam və tərafına hökumətlik edir. Ondan sonra isə təxminən, iyirmi ilə bütün İslam məmləkətinə hökümranlıq edir.
O, baxmayaraq ki, rumluların müqabilində İslam sərhədlərini qoruyur amma, Əmirəl-möminin Əlinin (ələyhissalam) və oğlu İmam Həsənin (ələyhissalam) imamətliyi müqabilində qiyam edir, qanlar tökür, böyük səhabələrdən məsələn, Əmmar Yasir, Hicr ibn Ədini şəhadətə çatdırır. Yalan hədis düzəltməkdə çox çalışır.  Nəhayət, öz hakimiyyətini oğlu Yəzidə ötürə bilir və o da İslam tarixində ən böyük cinayətləri o cümlədən, İmam Hüseynin (ələyhissalam) şəhadətini və Mədinəyə həmlə edib qarət etmək kimi hadisələrin baisi olur.
 
Ətreaflı cavab
Əbu Süfyanın oğlu Müaviyə qureyşin böyüklərindən sayılırdı. Anası Hind Ütbənin qızı idi.[1]  Müaviyə, Əbu Əbdür-Rəhman künyəsi ilə də tanınır.[2]  Məşhur tarixçilər onun dünyaya gəlişini besətdən (İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) peyğəmbərliyinin elan olunmasının) beş il əvvəl olduğunu yazırlar.[3]
Atası, Əbu Süfyan da qureyş tayfasının böyüklərindən və İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) müxalif olanların başçılarından olub. Müaviyə atası kimi İslam zühur edəndən iyirmi il sonra yəni, Məkkənin fəthinə qədər İslamı qəbul etməmişdir. Təkcə, atası, anası və qardaşı ilə birlikdə Məkkənin fəthindən sonra "müslimətül fəth" və ya "Məkkə fəthindən sonra olan müəsəlmanlar" adı ilə tanınmış dəstə ilə bir yerdə müsəlman olmuşdur.[4]  Onun bu səbkidə müsəlman olması, həmişə başqaları tərəfindən ona irad kimi tutulmuşdur.
Qeys ibn İbadə öz məktbunda ona belə yazır: "...Zorla İslama gəlmisən...."[5] Həmçinin, Müaviyə və  atası Məkkədə "qəlbləri zəif olanlar"dan olub.[6] İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) onların İslamdan qaçmamasından ötrü hər birinə yüz dəvəni, döyüş qəniməti kimi vermişdir.[7]
Əlbəttə, bacısı Ümmü Həbibə yolunu öz ailəsindən ayrı salmış və Məkkənin fəthindən əvvəl iman gətirmiş, daha sonra İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcəsi olmuşdur. O cəhətdən, bəzi müaviyəçi tarixçilər bu mövqiyyətdən istifadə etmiş ona "möminlərin xalı" ya " möminlərin dayısı" ləqəbi vermişlər.[8]
Halbuki, onun kimi şəxsiyyətlər məslən, Məhəmməd ibn Əbi Bəkr və Əbdullah ibn Ömər belə vəsflərdən uzaq olublar.
Həmçinin, bəziləri onu İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəhy yazanlarındın biri kimi də qələmə verib.[9]  Amma, tarixi cahətdən, Müaviyənin islama gəlməsi  İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) son üç ildə həyatda olması  və onun bu son üç ildə Mədinəyə köçməsi və hansısa vəhyi yazması çox uzaq nəzərə gələn bir məsələdir.  Belə nəticə almaq olar ki, onun vəhy yazılışında o qədər də rolu olmamışdır.
 
Şamın hakimiyyətindən ta bütün müsəlmanlara hakimiyyətinə qədər;
İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra müsəlmanların rumlular və iranlılarla çoxlu döyüşləri olmuş və böyük qələbələr əldə etmişlər. Qərb tərəfdə, müsəlmanların Şamın fəthi, Beytül-Müqəddəsin alınması kimi böyük qələbələrini qeyd etmək olar. Əbu Sufyanın oğlu Yezid  Şam döyüşlərində ordu rəhbərlərindən biri olmuş və həmin mövzu səbəb olmuşdur ki, mərkəzi hökumət tərəfindən, o məntəqənin rəhbəri təyin olunsun. Tainki, Yezid hicrətin on səkkizinci ilinə qədər o məntəqədə baş verən taun xəstəliyindən dünyasını dəyişir. İkinci xəlifə, Yəzid ibn Əbi Sufyanın qardaşını yəni, həmin Müaviyəni qardaşının yerinə canişin təyin edir və bununla da, Müaviyə Şam məntəqəsinin hakimiyyətini ələ keçirir.[10]
Belə nəzərə gəlir ki, Müaviyə ilk müsəlman hakimi olub ki, İslam hakimiyyətində İslamın sadə yaşayış stilini dəyişir və bər-bəzəkli yaşayış tərzini hakimiyyət qəsrinə daxil edir. Ondan əvvəl və onun zamanında hətta, ikinci xəlifə hakimiyyət çərçivəsində sadə yaşayış tərzinə diqqət etmiş və riyaət etmişdilər. Hər halda, Müaviyə xəlifə sözünə o qədər də qulaq vermir və öz padşahlıq taxtı kimi bərbəzəkli saray tərizi qurur. Belə ki, ikinci xəlifə Şama səfəri zamanı açıq şəkildə Müaviyəni ərəb Kəsrası adlandıdır. O, Müaviyənin bütün bu bərbəzəkli saray yaşayışını görüb təccüblə soruşur: "Bütün bu mal-dövlətin hamısı sənindirmi?
Müaviyə cavab verir: Bəli!
Xəlifə soruşur: Belə bir bəsat açmısan halbuki, mənə xəbər gəlir ki, sənin şəhərində fəqirlər hökumət darvazasının qapısına kimi gəlirlər!? Müaviyə cavab verir ki, bu mövzuda elmim olan halda belə bir şərait yaratmışam. Nəhayət, xəlifənin suallarına son cavab olaraq belə bir bəhanə ilə dəlil gətirir ki, biz elə bir məntəqədə yaşayırıq ki, bir çox düşmənlərimizin cəsusları bizi görür. Biz, İslam qüdrətini və izzətini göstərməkdən ötrü belə bir əzəmətli vəziyyəti göz önünə qoymalıyıq. Yenə əgər əmriniz varsa, mən xidmətdə varam!
Xəlifə cavabında deyir: Sən həmişə öz cavablarınla məni belə məngənədə qərar verirsən. Əgər söylədiyin dəlil doğrudursa, düzgün qərara gəlmisən. Əgər, sözündə yalan varsa, hiyləgərlik sənin özündəndir.[11]
Bu məqamda, diqqət çəkən məsələ budur ki, ikinci xəlifə həmişə adəti üzrə bütün şəhər başçılarına ağıla gəlməz və bəzən də səhabələrin etirazına səbəb olan çətinlikləri tutardı amma, Müaviyənin müqabilində belə asanlıqla təslim olur və ona tabe olur.
İkinci xəlifənin qətlindən və Osmanın iş üstə gəlməsindən sonra İslam cəmiyyəti tam şəkildə dəyişir və Müaviyənin zövqlü tərzi hakimiyyəti hər yerdə baş alıb gedir. Belə ki, şahzadələr kimi yaşayış tərzi, əgər xəlifənin ölümündən əvvəl Müaviyəyə məxsusu idisə, Osmanın hakimiyyətə gəlişindən sonra ümumiyyət tapır və şəhər başçıları bərbəzəkli həyat tərzi keçirməklə yenilik gətirirlər. Müaviyə isə tam israrla öz tərzi hakimiyyətini qüdrətləndirir və davam etdirir.[12]
Osmandan sonra Əmirəl-möminin Əli (ələyhissalam) hakimiyyəti ələ alır amma, heç vaxt Müaviyənin hakimiyyətini və Şamda hökumətini qəbul etmir. Müaviyə Şamda artıq hakimiyyətinin əsaslarını möhkəmlətdiynə gərə, İslamın mərkəzi hökumətinə də tabe olmur və mərkəzi islami hökumətlə üzbəüz dayanır. O səbəbdən, İmam Əli (ələyhissalam) ilə hərbi yolu seçir və döyüşə hazırlaşır. İslam tarixində ilk dəfə olaraq, islamın mərkəzi hökumətə tabe olmamaq adətini də Müaviyə yola salır. İmam Əlinin (ələyhissalam) vəfatından sonra, o, zər və pulla İmam Həsənin (ələyhissalam) ətrafını ələ alır və İmamı (ələyhissalam) xilafətdən əl çəkib, sülh razılığına vadar edir. Bununla da, bütün İslam məmələkətlərinin yeganə xəlifəsi sayılır.
O, ümümilikdə iyirmi il Şam məntəqəsində hakim olur.[13] Ondan sonra isə iyirmi il heç bir qüdrətli müxalifəti olmayan halda, İslam məmələkətlərinə hakimiyyətlik edir.[14]
Müaviyə bu qırx il ərzində baxmayaraq ki, bəzən sərhəd məntəqələrində İslam düşmənləri  məsələn, rumlular kimi ölkələrlə döyüşmüş və onların İslam torpaqlarına təcavüzünün qarşısını almışdır. Amma, mənfi əməlləri o cümlədən, xilafətin qəsbi, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) haq canişini ilə müharibə etməsi, böyük səhabələri o cümlədən, Əmmar Yasir və hücr ibn Ədi kimi şəxsiyyətləri şəhadətə çatdırması, hədis düzəlməyə cəhd etməsi, İmam Həsənin (ələyhissalam) zəhərlənməsi, İmam Hüseynin (ələyhissalam) şəhadətində əli olması və s...əməlləri, bu nəticəni verir ki, təkcə şiə yox, bir çox əhli-təsənni məzhəbləri tərəfindən şiddətlə məzəmmət olunsun. Sonda, Müaviyə hicrətin altımışıncı ilində dünyadan gedir.[15]
Yezidə vəsiyyət:
Tarix səhifələrində Müaviyənin oğlu Yezidə vəsiyyəti nəql olunuru və biz bu vəsiyyəti nəzərdən keçirməklə, Müaviyənin əsl iç üzünü və etiqadını daha yaxşı tanımış oluruq:
Müaviyə dünyadan köçməyinə az qalmış, bunu hiss edir və vəsiyyət ünvanı ilə bir məktub yazıb Zəhhak ibn Qeys və Müslim ibn Əqəbəyə verir ki, onu oğlu Yezidə çatdırsın. Vəsiyyətin mətni belə olur: "Ey mənim oğlum!  Mən səni müsafir və ora-bura qaçmaqdan ehtiyacsız etdim. Mən, bütün işləri sənin üçün hazırladım və çətinlikləri aradan qaldırdım. Çətinlikləri asan, müşkülləri xar etdim. Düşmənləri zəlil və tabe etdim. Ərəb başlarını aşağa əydim və onları sənə  baş əydirdim.  Mən, hər şeyi sənin üçün hazırladım və cəm etdim ki, bu vaxta qədər kimsə üçün belə bir şərait hazırlamaq imkanı olmayıb.
Sən Hicaz əhlinə bax ki, onlar əsl və sənin əhlindirlər....
İraq əhlinə də diqqət elə ki onlar hər gün səndən əmirlərini dəyişməsini tələb edəcəklər. Onların meyli ilə hərəkət elə, rəhbərlərinin birini çıxart o birini təyin et!  Çünki, bir nəfər başçını işdən çıxartmaq, yüz min şəmşirlə üzbəüz olmaqdan daha yaxşıdır.
Şam əhlini də yaddan çıxarma ki, onlar sənin arxandırlar. Onlar sənin zənbilindir. Hər zaman düşmənlərin baş qaldırsalar, Şam əhlindən kömək istə, əgər düşmənlərini həlak etsələr, yenə də Şam əhlini yerində otuzdur. Çünki, əgər onları başqa şəhərlərdə yerləşdirsən xasiyyətləri dəyişəcək.  Mənim Şam əhlindən sənin haqqında heç bir qorxum yoxdur. Çünki, onlar nə qədər ki, öz şəhərlərində qalıblar səninlə heç bir müxalifət və düşmənçilik etməyəcəklər.
Mən, qureyşdan dörd nəfərdən qorxuram ki səninlə müxalifət etsin və bu xilafəti özləri üçün istəsinlər. Onlar, Hüseyn ibn Əli, Əbdullah ibn Ömər, Əbdullah ibn Zübeyr, və Əbdür-Rəhman ibn Əbi Bəkrdir....."[16]
Bu vəsiyyət, tam şəkildə nişan verir ki, Müaviyədə Allahdan qorxusu və həqiqi dindar olmasa da, dünya işlərində çox zirək və insan tanıyan olub. Hakimiyyəti övladına qorumaqdan və ötürməkdən ötrü hər şeyi etmiş və hazırlamışdır.
Müaviyə, İmam Əlinin (ələyhissalam) kəlamında:
Qəti və yəqin olaraq demək olar ki, İmam Əlinin (ələyhissalam) dövründə Müaviyə, O Həzrətin ən ciddi düşməni olub. İmam Əlinin (ələyhissalam) Müaviyə haqqında çoxlu sözlari var ki, onların hamısını bir bəhsdə açmaq olmur. Amma, onlardan bizim bəhsimizlə çox əlaqədə olan iki nümunəsini qeyd edirik:
1.İmam Əli (ələyhissalam), Müaviyəni, O Həzrətdən daha zirək hesab edənlərin cavabında belə buyurur: "Allah and olsun ki, Müaviyə məndən zirək deyil! Amma, o xəyanət edir və günah edir. Əgər hiylə pis əməl olmasaydı, mən insanların ən zirəngi olardım. Amma, hər bir hiylə günahdır və hər bir günah, bir növ Allaha qarşı bir küfrdür. Hər bir hiyləgərin bir əlaməti var ki, Qiyamətdə o əlamətlə tanınacaq." [17]  İmam Əli (ələyhissalam) baxmayaraq ki, işarəvari də olsa, Müaviyənin zirəkliyini təsdiq edir amma, onun bu zirəkliyi dini təlimlərin və əxlaqın ayaqlar altına atılması və günah üzərində işlərin tənzim olunması hesabına olur. Ona görə də, bu zirəklik həqiqi sayılmır. Çünki, çox insanlar var ki, Müaviyə kimi rəftarlar edə bilərlər amma, Allah qorxusundan belə rəftarlardan çəkinirlər.
2. İmam Əli (ələyhissalam) öz məktublarından birində, Müaviyəni belə tanıtdırır: "onun bəsirəti yoxdur ki, ona yol göstərsin. Onun rəhbəri yoxdur ki, ona düzgün yol göstərsin. Həvayi-nəfsi onu dəvət edir, o da qəbul edir. Zəlalət, onu özünə tərəfə çəkir, da həmişə ondan itaət edir. Bəs, sayaqladı və bihudə fəryad etdi.  Zəlalətə düşdü və xəta yolu getdi."[18]
 

[1]  İbn Səd, Katibi Vaqidi, Məhəmməd ibn Səd, Ət-Təbəqətul-kubra, təhqiq edən Əta, Məhəmməd Əbdul-Qadir, c.7; səh.285; Beyrut, Darul-kutubul-elmiyyə nəşryyatı, birinci çap, 1410 h.qəməri
[2]  İbn Əbdül-birr, Yusif ibn Əbdullah, Əl-İstiab fi mərifətil-Əshab, təhqiq edən Bicavi, Əli Məhəmməd, c.3; səh. 1416;Beyrut, Darul-cəbəl nəşriyyatı, birinci çap,  1412 h.qəməri
[3]  İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabəti fi təmyizis-Səhabə; təhqiq edən Əbdül-mövcud, Adil Əhməd, Müəvviz, Əli Məhəmməd, c.6; səh.120; Beyrut, Darul-kutubul-elmiyyə nəşryyatı, birinci çap, 1415 h.qəməri
[4] İbn Əbdül-birr, Yusif ibn Əbdullah, Əl-İstiab fi mərifətil-Əshab, təhqi edən Bicavi, Əli Məhəmməd, c.3; səh. 1416; İbn Əsir Curzi, Əli ibn Əbil Kərəm, Əsədül-ğabə fi mərifətil səhabə, təhqiq edən Əli Məhəmməd, Əbdul-mövcud, Adil Əhməd, c.4; səh.433; Beyrut, Darul-kutubul-elmiyyə nəşryyatı, birinci çap, 1415 h.qəməri
[5]  "Ey Müaviyə! Həqiqətən sən, Məkkənin büt oğlu bütlərindənsən! İslama zorla daxil olmusan və öz ixtiyarınla ondan xaric olmusan!." Bilazəri, Əhməd ibn Yəhya, Ənsabul-Əşraf, təhqiq edən Zekar, Süheyl, Zerkili, Riyaz, c.3; səh.40; Beyrut, Darul-fikr nəşriyyatı, 1417 h.qəməri ili
[6] İbn Əbdül-birr, Yusif ibn Əbdullah, Əl-İstiab fi mərifətil-Əshab; C.3; səh.1416
[7]  Bələmiyə mənsub, Tarixçeyi Təbəri, təhqiq edən Məhəmməd Roşən, c.3; səh.280; Tehran, Suruş nəşriyyatı, 1378 şəmsi ili
[8] İbn Kəsir Deməşqi, İsmayil ibn Ömər, Əl-Bidayə vən-nəhayə, c.4; səh.143; Beyrut, Darul-fikr, 1407 h.qəməri
[9]  Şeybani, Əbu Əbdullah. Əhməd ibn Məhəmməd, Müsnəd Əhməd, təhqiq edən Əl-Ərunut, Şüeyb, Mürşid, Adil və başqaları, Əşraf nəşriyyatı; Türki, Əbdullah ibn Əbdul-Möhsin, c.4; səh.397; Beyrut, Müəssiseyi Risalət, birinci çap, 1421 h.qəməri ili; Bəzzar, Əbu Bəkr, Əhməd ibn Əmr ibn Əbdul-Xaliq, Müsnəd Bəzzar (Əl-Bəhruz-zixar), Mədinə, Məktəbətul-ulum vəl-hökm nəşriyyatı, birinci çap, 1988-2009 miladi ili
[10]  İbn Qətibə, Əbdullah ibn Müslüm, Əl-Maarif, təhqiq edən Sərvət Əkaşət, səh.345; Qahirə, Əl-heyətul-miriyyəti lil kitab nəşriyyatı, ikinci çap, 1992 milad ili; Ət-Təbəqatul-kubra, c.7; səh.285
[11]  Əl-İstiab, c.3; səh.1417
[12]  Ənsabul-Əşraf, c.5; səh.13
[13]  Ət-Təbəqatul-kubra, c.7; səh.285
[14] Əl-İsabət, c.6; səh.121,  haşimi Bəğdadi, Məhəmməd ibn Həbib ibn Üməyyə, Əl-Mühbər, təhqiq edən İlzət Lixtən Şətitər, səh.20; Beyrut, Darul-afaqul-cədidə nəşriyyatı, BiTa
[15] Əsədi Əbul-Həsən, Əli ibn Hüseyn, Murucuz-Zəhəb və məadinul-cöhər, təhqiq edən Dağər, Əsəd, c.3; səh.3; Qum, Darul-hicrət nəşriyyatı, ikinci çap, 1409 h.qəməri ili
[16]  İbn Əsir Cürzi, Əli İbn Məhəmməd, Əl-Kamil fit-tərix, c.4; səh.6; beyrut, Dar Sadir nəşriyyatı, 1385 h.qəməri ili
[17]  Şərif Rəzi, Məhəmməd ibn Hüseyn, Nəhcül-Bəlağə, təhqiq edən Sübhi Saleh, səh.318; Qum, Hicrət nəşriyyatı, birinci çap, 1414 h.qəməri ili
[18]   Nəhcül-bəlağə, səh.367
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Вилајәти-фәгиһин шәраити нәдир?
    7847 Nizamlar hüquq və əhkam 2010/02/06
    Исламда рәһбәрлијин әсаслары бунлардан ибарәтдир: фәгиһлик, әдаләт вә ислам ҹәмијјәтини идарә етмәк гүдрәти. Иран Ислам Республикаснын конститусијасынын 109-ҹу маддәсиндә бу үч шәртә ишарә олунуб.Рәһбәрин шәраит вә сифәтләри:
  • Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?
    6591 تاريخ کلام 2012/04/09
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in besətindən sonra, habelə islamın coğrafi sərhədləri Ərəbistan yarımadasının bir hissəsində olduğu zaman və müsəlmanların əlaqələrinin cüzi və mühüm ümumi hadisələrin az olduğuna görə bir müddət zamanı bilmək üçün tarixin başlanğıcının və hadisələrin baş vermə zamanının müqayisə olmaması heç bir problem yaratmırdı. İkinci ...
  • Quran və rəvayətlərdə həzrət Xızır (ə) barəsində bəhs olunmuşdurmu?
    24494 تاريخ بزرگان 2011/11/21
    Qurani- kərimdə bir başa olaraq həzrət Xəzər (ə)- ın adı gəlməmişdir bəlkə bu ünvanla: " عَبْداً مِنْ عِبادِنا آتَیْناهُ رَحْمَةً مِنْ عِنْدِنا وَ عَلَّمْناهُ مِنْ لَدُنَّا عِلْماً" [i] ki, onun elm və bəndəlik məqamını açıqlayır və Musa ibni İmranın müəllimi olaraq ondan yad edilmişdir. Bir çox rəvayətlərdə böyük ...
  • Tükümün tökülməsinə görə, yapşqanla başıma parik qoymağa məcbur olmuşam. Mənim dəstəmaz və qüslümün hökmü nədir?
    5355 Nizamlar hüquq və əhkam 2012/03/11
    Həzrət Ayətullah əl- uzma Hadəvi Tehrani (damət bərəkatuh)- nin cavabı belədir: Əkilmiş tük, təbii inkişaf edən olsa və bədənin hissəsi sayılsa, şəxsin tük, təbii və inkişaf edən olsa və bədənin hissəsi sayılsa, şəxsin tükü hökmündədir. Əkilmiş tük, inkişafsız təbii ya süni liflər ...
  • Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi nədən ibarətdir?
    6633 شهادت امام علی ع 2014/05/18
    Qədr gecəsi, Qurani-Kərimdə məqamına təkid olunmuş ən mühüm zamanlardan biridir və bu gecənin mənəvi məqamı haqqında çox hədislər vardır. Qədr surəsində belə bir xüsusi məqamın səbəbinə o cümlədən, Quranın[1] və mələklərin[2] nazil olması işarə olunur. Quran-Kərimdə bu gecə başdan-başa mənəviyyətlə dolu ...
  • “Аллаһын илк јаратдығы әглдир” – сөзүнүн мәнасы нәдир?
    7127 İslam fəlsəfəsi 2010/10/13
    Фәлсәфи терминолоҝијада әгл (шәриәт вә Гуранда дејилән мәләк дә адландырмаг олар) елә бир субстансијадыр (ҝөвһәрдир) ки, һәм затән (өзлүјүндә) вә һәм дә фелән (ишдә)  мүҹәррәддир. Јәни, затән мадди олмајыб, ишләрини һәјата кечирмәкдә бәдән кими мадди аләтә еһтиајҹы јохдур. Әлбәттә бу там мүҹәррәд варлығы ...
  • Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
    5630 Qədim kəlam 2012/06/23
    Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
  • Fiqhi hökmlərin fəlsəfəsi haqqında sual etmək olarmı?
    7648 Əhkam və hüquq fəlsəfəsi 2015/08/01
    Bu sualın cavabı aşağadakı mövzuda cavablınır; 1.İlahi hökmlərin həmişə məsləhətlər və fəsadları nəzərə almaqla olduğuna görə heç vaxt hansısa hökm heç bir səbəb olmadan halal və ya haram və vacib ola bilməz. Heç də belə deiyl ki, ilahi hökmlər heç bir meyar və hikmət olmadan bəşəriyyətə gəlmiş ...
  • Rəvayət vardır ki, Allah- Taala Fatimənin paklığına xatir onun övladlarını cəhənnəmə aparmaz. Xahiş edirik onu təhlil edin.
    6043 Hədis elmləri 2012/01/08
    Bu rəvayət şiə və Əhli- sünnə kitablarında vardır və onu nəql edən ravilərin və mənbələrin çoxluğu ona etimad etməyə dəlildir.Amma bu qeyri- müəyyənlik həmişə olubdur ki, bu hədisin genişliyi və əhatə dairəsi hara kimidir? Başqa rəvayətlərə əsasən bu nəticəyə gəlmək olar ki, ancaq həzrət Zəhranın (s.ə.) vasitəsiz övladları o ...
  • Kimlər cənnətə daxil olacaq?
    12008 Qədim kəlam 2011/02/14
    Bir çox Quan ayələrində tədqiqat aparıldığı zaman, bu nəticəni əldə etmək olur ki, cənnət Allahın insanlara verdiyi bir vədədir. Cənnət o insanlara nəsib olur ki, "müttəqi" "mömin" Allahın və onun rəsulunun göstərişlərini tamamlaya yerinə yetirsin. Bu cür insan səadətə çatmış və xoşbəxt insandır. Allahın və həzrət rəsul əkrəmin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163757 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158583 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118631 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111664 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    104931 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92425 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54038 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    48841 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44789 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44212 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...