Please Wait
7707
İslam nəzərindən təlaq vüemək kişinin (ərin) əlindədir.[1] Buna əsasən, qadın özünü boşaya bilməz. Kişinin ailəsinin xərclərini verməməsi, qadına özünü boşamaq ixtiyarını vermir. Bunun nəticəsində iddə saxlamaq və onun başlamaq məsələləri də, ortaya çıxacaq. Əlbəttə qadın şəriət hakiminə[2] müraciət edib və öz məsələsini (kişinin xərcləri verməməsi, ailəni tərk etmək və ...) açıqlaya və xərcləri istəməkdən əlavə, boşanmağı da tələb edə bilər ki, şəriət hakimi, əri xərcləri ödəməyə məcbur etməkdən əlavə, lazım olarsa, qiyabi formada şəri təlaq da verə bilər. hər halda, əhər ər, şəri üzr olmadan, xərcləri verməsə, şəriət hakimi qadını boşaya bilər. İddə də təlaq veriləndən sonra başlayır. Xoşbəxtlikdən, hazırda telefon, imeyl, təsviri poçt, və ... kimi əlaqə yaratma imkanları ola- ola, müsəlman qadınlar, dünyanın hansı bir yerində olsalar da, öz problemlərini həll edə bilərlər.
Ayətullahul- üzma Məkarim Şirazinin dəftərinin cavabı:
Əgər ər heç bir şəri üzr olmadan xərcləri verməsə, şəriət hakimi onu şəri boşaya bilər. İddə təlaq oxunduqdan sonra başlayır.
Ayətullahul- üzma Fazil Lənkəraninin rəftərinin cavabı:
Xeyr, Məhkəməyə müraciət etməlidir. İddə təlaq oxunandan sonra başlayır.
Ayətullahul- üzma Bəhcətin dəftərinin cavabı:
Xeyr, edə bilməz. Təlaqı ərindən tələb etməlidir. Əgər əri istəsə boşaya bilər.