Ətraflı axtarış
Baxanların
11306
İnternetə qoyma tarixi: 2010/04/17
Sualın xülasəsi
Nə üçün din siyasət əhatəsinə daxil olur?
Sual
Bilmək istəyirəm nə üçün din siyasətə qarışmalıdır?
Qısa cavab

Dinin siyasətdən ayrı olması nəzəriyyəsi, dinin insan həyatının müxtəlif mərhələlərindən kənar olmasını himayət edir. Bu nəzəriyyəyə əsasən, insanlar öz ağıl və elmi çərçivəsində maarif, siyasət, qəzavət, iqtisadi, ticarət, əxlaq və ictimai rəftarlarla bağlı qanunları tanımağa malik və onları sadir etməyə qadirdirlər; odur ki, insan öz həyatını idarə etməkdə dinə ehtiyacı yoxdur.

Bu nəzəriyyənin əsl hakimiyyəti orta əsrlərdə və ondan sonra təhrif olmuş zəif məsihiyyət və Kilsə rəhbərliyinin daxilində öz qüdrətini itirməsi və o cümlədən İncil təlimləriylə elm və ağıl arasında olan ixtilafdan irəli gəlmişdir.

İslam aləmində dinin siyasətdən ayrı olması nəzəriyyəsi üç dəstə tərəfindən açıqlanmışdır:

  1. Cinayətkar hakimlər ki, istəyirdilər xilafəti, sultanlığa çevirsinlər.
  2. Xarici istismarçılar

3. Xəstənin açıq fikirli cərəyanı.

Dinin siyasətdən ayrı olmasına etiqadı olan insanların cavabında möhkəm və geniş cavab və dəlillər bəyan olunmuşdur ki, biz onlardan ikisinə işarə edərək kifayətlənirik:

  1. İslam tarixinə, mənbə və əsas kitablarına müraciət etmək.
  2. Peyğəmbər (s) və Məsum İmamların (ə) həyatı və rəftarları.

Bu mövzulara diqqət etdikdə, məlum olur ki, din heç bir halda siyasətdən aydı deyil, çünki dinin böyük bir hissəsi siyasi və ictimai məsələlərə aiddir.

Beləliklə dinin siyasətdən ayrı olmasına etiqadı olanların dəlilləri qarşısında, ətraflı cavabda bu nəzəriyyə sahibləri tərəfindən bir dəlili təhlil edirik.

Ətreaflı cavab

Cavabın məlum olması üçün ilk növbədə dinin siyasətdən ayrı olması əsasına işarə edib sonra isə dinin siyasətdən ayrı olmadığına işarə edəcəyik:

Dinin siyasətdən ayrı olması (Secularism) nəzəriyyəsi bir fikirdir ki, insan həyatında o cümlədən siyasi, hakimiyyət, elm, əxlaq və...dinin olmamasına və ya dinə etinasızlığı bildirir. Bu nəzəriyyəyə əsasən bəşər öz elmi və təcrübəsi əsasında o cür ki, təbiəti tanımaqla kifayətlənir və odur ki, maarif, siyasət qəzavət, etiqad, ticarət, mədəniyyət və həyatında lazım olan hər bir şeyi öz elmi və təcrübəsiylə əldə etməyə malikdir; odur ki, öz həyatını idarə etmək üçün dinə ehtiyacı yoxdur. Aksfor maarifi sekularizmi bu cür tərif edur: Qanun, təlim və tərbiyəyə inam və... elm əsasında olmalıdır nəinki məzhəb. Dinin siyasətdən ayrı oması nəzəriyyəsinin mənşəyi qərb ölkələri olmuşdur.

Orta əsrlərdə və ondan sonra bir çox alimlər nəticəsində bu nəzəriyyə qərb mədəniyyətinə hakim olmuşdur.

Bir tərəfdən təhrif olunmuş mədəniyyət anlaşılmaz düşüncə və qəbul edilməz fikirlərlə kilsə hakimiyyəti kənarında yer tutması və başqa bir tərəfdən İncil təlimlərində elm və ağıl arasında müxalifətin olması səbəb oldu ki, dinlə müasirlik arasında fərq yaransın. Bir ixtilaf ki, dinlə siyasətin ayrılmasına səbəb və nəticədə din elmin bütün səhnələrindən kənarlaşdırıldı.

İslam dünyasında, dinin siyasətdən ayrı olması nəzəriyyəsi üç dəstə tərəfindən həyata keçirilmişdir:

İlk dəstə: Əvvəl zalım hakimlər tərəfindən ki, istəyirdilər xilafəti sultanlığa çevirsinlər misal üçün hicrətin qırxıncı ilində Müaviyə İslam rəhbəri olduğu zaman İraqa gəlib dedi:

Mən sizinlə namaz oruc üçün döyüşmürdüm bəlkə istəyirdim sizə hakim olum və öz məqsədimə çatım.[1] Ondan sonra İslam hakimiyyəti dini mühitindən çıxaraq sultanlığa çevrildi. Zalım sultanlar hər bir dövrdə din alimləriylə mübarizə üçün, həmişə dini siyasətdən ayrı və din alimlərini siyasətdən daha yüksək olduqları kimi bildirmişlər.[2]

İkinci dəstə: Xarici istismarçı idi. İstemarçılar din tərəfindən gördükləri ən böyük zərbələr, dini təlimlər və din alimlərinin rəhbərliyi tərəfindən olmuşdur; odur ki, istemarçılar tərəfindən İslam ölkələrinə nəşr olunan mədəniyyət, dinin siyasətdən ayrı olması idi.[3]

Üçüncü dəstə: Xəstə aydın fikirli cərəyanı idi ki, qərbdə təhsil almış insanlar tərəfindən başlamış və səy olunurdu ki, bu cərəyan, dinin siyasətdən ayrı olması qərbdə bunu İslama təhlil etsinlər lakin bundan xəbərsiz ki: İslam Məsihiyyətdən ayrıdır. İkinci: Orta əsrlər qərb dövlətlərində olan Məsihiyyət, əsl Məsihiyyət dini deyildi. Üçüncü: İslam alimləri nəinki hakimiyyət üçün ixtilaf etməmişdirlər və heç bir zaman elmlə müxalif də olmamışdırlar; o cür ki, İslam alimlərin ixtiyarında olan qüdrət dövründə elm də inkişaf etmiş bir dövr kimi tanınmışdır. Ümumi olaraq, bu nəzəriyyənin qarşısında geniş və dəlil əsasında cavablar verilmişdir. Burada onlara işarə etmək mümkün deyildir, odur ki, ümumi olaraq onlardan iki növünə ki,

Bu nəzəriyyənin əksinədir işarə edirik:

1. İslam mənbə və əsas kitabları və tarixə müraciət.

2. Peyğəmbər (s) və Məsum İmamların (ə) həyatı və əməlləri. İslam dinində ictimai əhkamları və dini siyasi məqsədləri nəzərə alaraq, onun əsl məqsəd və hədəflərini əldə etmək olar. İmam Xumeyni bu barədə buyurur: İslam siyasət dinidir, siyasətin bütün mövqelərində ona naildir. Bu nöqtə hər bir kəs üçün ki, ən kiçik bir miqyasda hakimiyyət siyasət, ictimai və İslam iqtisadiyyatında düşüncə onun üçün aşkar olacaqdır. Bəs hər bir şəxs düşünsə ki, din siyasətdən ayrıdır, din və siyasətin heç birini tanımamışdır.[4]

Quran ayələrinə və İslam qanunlarına qısa nəzər saldıqda məlum olur ki, İslam dini elə bir dindir ki, insan həyatının müxtəlif məqamlarını (şəxsi və ictimai, maddi və mənəvi dünya və axirət) nəzərdə tutmuş və insanları ibadət və yeganə Allaha dəvət, əxlaq göstərişləri və insan nəfsini təmizləməsinin əhkamı olduğu kimi, hakimiyyət, siyasət, iqtisadi, qəzavət və cəmiyyətin beynəlxalq hüququ və düzgün idarə olunması üçün də hökmləri vardır. O cümlədən hüquq, qəzavət, ictimai əlaqələr, iqtisadi məsələlər və… məsələlərə şamildir ki, məlum olduğu kimi onları icra etmək üçün müəyyən bir qüvvənin olmadığı bir halda həyata keçməyəcəkdir. Dini hakimiyyət, o hakimiyyətdir ki, cəmiyyəti İlahi qanunlar əsasında idarə etsin və insanların kamil və istedadlarının inkişafı o cümlədən sağlam cəmiyyəti insanlar üçün hazır və fəsad və ictimai əxlaqsızlıqla mübarizə etsin. Qurani- kərim bu barədə buyurur:

«الَّذينَ إِنْ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقامُوا الصَّلاةَ وَ آتَوُا الزَّكاةَ وَ أَمَرُوا بِالْمَعْرُوفِ وَ نَهَوْا عَنِ الْمُنْكَرِ وَ لِلَّهِ عاقِبَةُ الْأُمُور»[5]

Yəni həmin kəslər ki, yer üzündə onlara qürdət verdik, namazı bərpa edirlər, zəkat verib, əmr be məruf və nəhy əz münkər (xeyir işə dəvət və pis işdən çəkidirmək) edirlər, bəs həqiqətən bütün işlər Allaha məxsusdur! Peyğəmbərin rəftar və əməlləri bunu göstərir ki, din siyasətdən ayrı deyil; çünki O həzrət hakimiyyət təşkil verərək onun məsuliyyət və icrasını öz öhdəsinə götürmüşdür.

İmam Əli (ə)- da İlahi hökmlər və ədalət çərçivəsində hakimiyyət təşkil vermişdir. İmam Həsənin (ə) qısa müddətli hakimiyyəti və İmam Hüseynin (ə) qanlı qiyamı və dövrlərində olan hakimiyyətlərin haqq olmadığını bildirir və digər İmamlar bunun bir həqiqət olduğunu açıqlayır ki, hakimiyyət təşkil vermək İslamın zəruri məsələlərindəndir. Bu mövzuda bir çox ayələr vardır o cümlədən:

1)-

«لَقَدْ أَرْسَلْنا رُسُلَنا بِالْبَيِّناتِ وَ أَنْزَلْنا مَعَهُمُ الْكِتابَ وَ الْميزانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَ أَنْزَلْنَا الْحَديدَ فيهِ بَأْسٌ شَديدٌ وَ مَنافِعُ لِلنَّاسِ...»[6]

Yəni, biz Peyğəmbərimizi açıq- aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir- biriylə) ədalətlə rəftar etsinlər.

Biz həqiqətən artıq möhkəm və insanlara fayda verən dəmiri də icad (nazil) etdik…

2)-

«يا أَيُّهَا الَّذينَ آمَنُوا كُونُوا قَوَّامينَ لِلَّهِ شُهَداءَ بِالْقِسْطِ وَ لا ...»[7]

Ey iman gətirənlər, Allah qarşısında sabit qədəm və ədalətli şahidlər olun.

3)-

«وَ لَقَدْ بَعَثْنا في‏ كُلِّ أُمَّةٍ رَسُولاً أَنِ اعْبُدُوا اللَّهَ وَ اجْتَنِبُوا الطَّاغُوتَ ...»[8]

Yəni, biz hər ümmətə, Allaha ibadət edin və tağutdan çəkinin deyə Peyğəmbər göndərdik.

4)-

«وَ ما لَكُمْ لا تُقاتِلُونَ في‏ سَبيلِ اللَّهِ وَ الْمُسْتَضْعَفينَ مِنَ الرِّجالِ وَ النِّساءِ وَ الْوِلْدانِ الَّذينَ يَقُولُونَ رَبَّنا أَخْرِجْنا مِنْ هذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُها وَ اجْعَلْ لَنا مِنْ لَدُنْكَ وَلِيًّا وَ اجْعَلْ لَنا مِنْ لَدُنْكَ نَصيراً»[9]

Yəni, sizə nə olub ki, Allah yolunda, “Ey Rəbbimiz bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəni göndər, yardımçı yolla deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?

5)-

«يا أَيُّهَا الَّذينَ آمَنُوا أَطيعُوا اللَّهَ وَ أَطيعُوا الرَّسُولَ وَ أُولِي الْأَمْرِ مِنْكُمْ...»[10]

Yəni, Ey iman gətirənlər! Allah, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Və bir çox ayələr ki, onlarda kitab, (Quran) mizan, (tərəzi və ya ədalət), dəmir və onun faydaları, ədalətlə şahid olmaq, tağutdan uzaq olmaq, zəiflər və Allah yolunda döyüşmək, məhrumlara nicat vermək, Allah yolunda hicrət etmək və… söz açılmışdır, məlum olur ki, bunlar ictimai məsələlərdir ki, İlahi kitabda onlara əmr edilmişdir. Əlbəttə bu ayələrin hər birinin şərhi və təfsiri o cümlədən Peyğəmbərlər vasitəsiylə hakimiyyətin təşkil olunmasının zəruri olmasını sabit etmək üçün geniş bəhsə ehtiyac vardır ki, bu yazıda ona imkan verilmir. Burada siyasi fikirlərin ən mühüm əsaslarına və dinin siyasətlə olan rabitəsinə işarə edirik:

  1. Allah və onun xüsusi övliyaları üçün hər tərəfli maddi vəmənəvi, dünyəvi və axirət baxımından vilayət hakimiyyətini sabit etmək üçün (Maidə ayə 55, Yusif, ayə 40, Maidə ayə 42 və 43).
  2. Onlar üçün Peyğəmbər və İmamların siyasi və ictimai rəhbərliyini sabit etmək üçün (Nisa ayə 58 və 59), Maidə, ayə 67)
  3. Bəzi əvvəlki Peyğəmbərlər üçün yer üzündə xilafət və hakimiyyətin sabit olması misal üçün həzrət Davud (ə) və Süleyman (ə) (Sad, ayə 10 və 26, Nəml, ayə 26 və 27, Nisa, ayə 54).
  4. Quran, insanlar arasında olan ixtilafın həll edicisini İlahi Peyğəmbərlərin olduğunu bildirir, Nisa, ayə 58- 65, Maid, ayə 42, Ənbiya, ayə 78, Ənam, ayə 89
  5. Birlikdə və toplum şəklində iş görməyə dəvət (Şura surəsi, ayə 38, Ali- İmran surəsi, ayə 109).
  6. Fəsadla mübarizə, zülmün qarşısını almaq və ədaləti bərpa etmək iman əhlinin əsas vəzifələrindəndir, (Bəqərə, ayə 279, Hud, ayə 113, Nisa, ayə 58, Nəhl, ayə 90, Sad, ayə 28, Həcc, ayə 41).
  7. İlahi dinlərin əsas siyasəti, insanların hüquqlarına hörmət və insanlara əzəmət verməkdir. (İsra, ayə 79, Ali- İmran, ayə 19, Nisa, ayə 32).
  8. Cihada əmr və zalım, zülmkar və tağutla mübarizə və o cümlədən müdafiə üçün imkanların əldə olunması. (Bəqərə, ayə 218, Təhrim, ayə 9, Nisa, ayə 75, Ənfal, ayə 60, Əraf, ayə 56).
  9. İzzət və məqamı Allaha və iman əhlinə məxsus bilmək və hər növ əsarət və zilləti onlardan uzaq bilmək.(Munafiqun, ayə 8, Məhəmməd, ayə 35, Hud, ayə 113, Ali- İmran, ayə 145- 149)
  10. Camaatla rəhbər arasında qarşılıqlı vəzifənin bəyan olunması.

(Nəhcül- bəlağə, xütbə 216, səh 335 – 336).

  1. Hakimiyyət və səltənəti bəzi saleh və adil hakimlər üçün isbat etmək, misal üçün Talut və Zülqərneyn kimi, (Bəqərə, ayə 246- 247, Kəhf, ayə 83- 98)
  2. Hüquq və əmval məsələlərini müsəlmanların vəlisi və İslam hakimiyyətinin ixtiyarında, bəzi işlərdə istifadə etmək üçün qərar vermək, (Üsuli- kafi, bab silətul- İmam və bab əlfa və ənfal və təfsirul- xums).

Bütün bunlardan məlum olur ki, İslam barəsində dinin siyasətdən ayrı olması şamil deyil və İslam maarifi və təlimlərinin böyük bir hissəsi siyasi və ictimai məsələlərdən ibarətdir. İmam Xumeyni (rəh) buyurur: Təqribən 57, 58 fiqh kitabından yalnız 7, 8- i ibadət məsələlərinə aid və digərləri isə siyasi, iqtisadi qəzavət və siyasi münasibətlərə aiddir.

Sonda, bu nəzəriyyə tərəfdarlarının qarşısında necə dəlil gətirməyi öyrənmək üçün, xülasə olaraq bu nəzəriyyə tərəfdarlarının mühüm dəlillərindən birini təhlil edirik:

Bu nəzəriyyə tərəfdarlarından olan Əli Əbdul- rəzzaq Quran ayələrindən istifadə edərək, misal üçün:

«قُلْ لَسْتُ عَلَيْكُمْ بِوَكيل»[11]

«إِنْ عَلَيْكَ إِلاَّ الْبَلاغ»[12]

iddia edir ki, Quran vəzifələrdən əlavə məsuliyyətləri Peyğəmbərin (s) öhdəsindən götürmüşdür.[13]

Mühəndis Bazarqan da Qurandan bu cür istifadə etmişdir.[14]

Bunun cavabında demək lazımdır ki, bu nəzəriyyə Quranın zahirinə nəzər salmaqdan irəli gəlir. Bu ayələr Peyğəmbərin vəzifəsini risalət və axirətdən qorxutmaq çərçivəsində müəyyən etmir ki, Peyğəmbərin digər məsələlərdə fəaliyyətinin qarşısını alsın. Bizim bu sözlər, Quranın digər ayələrindən ki, həzrət üçün qəzavət və hakimiyyətin olduğunu açıqlayır, məlum olur. Quranda bu cür ayələr çoxdur, lakin macal olmadığı üçün onlardan yalnız bir ayəyə işarə edirik:

«النَّبِيُّ أَوْلى‏ بِالْمُؤْمِنينَ مِنْ أَنْفُسِهِمْ وَ ...»[15]

Bu ayə Peyğəmbərin müsəlmanların əmvalından istifadə etməkdə daha layiqli bilir. Bir mənalı olaraq bu üstünlük, O həzrətin Peyğəmbərlik məqamından əlavə nəzərdə tutulmuşdur.

İmam Baqirdən (ə) rəvayətdir ki, O həzrət bu ayənin təfsirində buyurmuşdur:

Bu ayə hakimiyyət və rəhbərlik barəsində nazil olmuşdur.[16]

Quranın bəzi ayələrində, Peyğəmbərlərin cəmiyyətdə ədaləti bərpa etmələrinə işarə olunmuşdur:

«لَقَدْ أَرْسَلْنا رُسُلَنا بِالْبَيِّناتِ وَ أَنْزَلْنا مَعَهُمُ الْكِتابَ وَ الْميزانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَ أَنْزَلْنَا الْحَديدَ فيهِ بَأْسٌ شَديدٌ وَ مَنافِعُ لِلنَّاسِ...»[17]

Mümkündür ki, cəmiyyət islah olmadan və hakimiyyəti ələ almadan,ədalət bərpa olunsun?

O cümlədən Allah- Taala Qurani- kərimdə Peyğəmbərlərin göndərilməsindən məqsədi belə bəyan edir:

«كانَ النَّاسُ أُمَّةً واحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرينَ وَ مُنْذِرينَ وَ أَنْزَلَ مَعَهُمُ الْكِتابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فيمَا اخْتَلَفُوا فيهِ وَ...»[18]

Bu Ayədə Peyğəmbərlərin nazil olmasından məqsəd insanlar arasında olan ixtilafların həll olunması kimi bəyan olunmuşdur. Əgər insanlar arasında ixtilaf qəbil və olan bir məsələdirsə, o ixtilafı həll etmək zəruri və cəmiyyətdə qayda- qanun qurulması və ixtilafların həll olunması daha böyük əhəmiyyət daşıyır. Əlbəttə söhbət, nəsihət və məsələ bəyan etməklə cəmiyyətin çatışmamazlığını həll etmək mümkün deyildir. Odur ki, heç bir şəriət sahibi olan Peyğəmbər gəlməmişdir, bu məsələlərdən əlavə hakimiyyət məsələsində icra etmişdir. Allah- Taala bu ayədə buyurur: Peyğəmbərlər təlim- tərbiyə və insanlara vədə və qorxutmaq vasitəsiylə cəmiyyətdə olan ixtilafı həll edirlər; bəlkə buyurur: “hökm” vasitəsiylə bu ixtilafları həll edirlər; çünki ixtilafları hökm və hakimiyyət olmayan halda, həll etmək mümkün deyildir. Bunun üçün də hər bir məktəb ki, bəşər üçün şəriət gətirən Peyğəmbər olsa, ictimai və şəxsi hökmləri də əhatə etmişdir. Bu hökmlər o zaman faydalı olar ki, icra olunsun, odur ki, İlahi qanunların icra olunması da hər bir halda hakimiyyətə ehtiyacı vardır ki, bunlara əməl və zamin olsun. Belə olmayan halda, İlahi əhkam qanunları icra olunmayacaq və ya əgər icra olunsa ixtilaf və müxalifətlə bir olacaqdır. Qanunun olması, cəmiyyətdə öz təsirini qoymayacaqdır yalnız o zaman ki, Qüdrətli və qeyb aləmiylə rabitəsi olan bir şəxs, müdür və onun hifz olunması vasitəsiylə icra olunsun.

Sual: Əgər siyasi rəhbərlik və hökumət təşkil vermək Peyğəmbərlik vəzifəsinin bir hissəsidirsə, bəs nə üçün bəzi İlahi Peyğəmbərlər hakimiyyət təşkil verməmişdirlər?

Cavab: Burada bir neçə ehtimal verilir:

Birinci: Mümkündür hakimiyyət təşkil vermək, xüsusi şəraitdə bir Peyğəmbər üçün nəzərdə tutulmamışdır; misal üçün, Peyğəmbər Əkrəmin (s) ilk Peyğəmbərlik illərində hakimiyyət təşkil etməyə icazəsi yox idi.

İkinci: Mümkündür bir Peyğəmbərin hakimiyyəti dövründə digər İlahi Peyğəmbərlər o Peyğəmbərin risalət daxilində yalnız əhkam təbliği hüquqları var idi və hakimiyyət təşkil verməyə icazə verilirdi; Misal üçün. Həzrət Lut (ə) ki, onun Peyğəmbərliyi həzrət İbrahimin (ə) Peyğəmbərliyi nəzarətində olmuşdur. Quran buyurur:

«فَآمَنَ لَهُ لُوطٌ و ...»[19]

Bu heç bir şeydən qorxmurdu; çünki bu cür şəxslərin nübüvvəti, o böyük Peyğəmbərlərin şüasıdır ki, öz məntəqəsinin risalətini və rəhbərliyini daşıyır. Qurani- kərim bir başqa bir yerdə həzrət İbrahimin (ə) Allah tərəfindən ümmət üçün rəhbər olduğunu bəyan etmişdir:

«قالَ إِنِّي جاعِلُكَ لِلنَّاسِ إِماما ...»[20]

Buna əsasən heç bir Peyğəmbər hakimiyyətsiz olmamışdır; istər tək istərsə də digər Peyğəmbərə bağlı olsun; çünki qeyd olunmuş misalda həzrət Lut (ə) İbrahim Peyğəmbərin (s) hakimiyyəti altında, özünü və digərlərinin siyasi və ictimai həyatına xüsusi mühitdə işarə edirdi. Odur ki, Peyğəmbərlərin siyasi və ictimai səhnələrdə olması Quranda zəruri sayılır:

«وَ كَأَيِّنْ مِنْ نَبِيٍّ قاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثيرٌ ..»[21]

Nə çox Peyğəmbərlər ki, bir çox İlahi şəxslər onlarla birlikdə müharibə etdilər...! Baxmayaraq ki, Quranda həzrət Nuh, İsa və bəzi Peyğəmbərlərin siyasi hakimiyyətləri barəsində işarə olunmamışdır və onların hakimiyyət təşkil etmədiklərinə dəlalət etmir belə bu üzündəndir:

«... وَ رُسُلاً لَمْ نَقْصُصْهُمْ عَلَيْكَ وَ ...»[22]

Yəni, o cür ki, bəzi İlahi Peyğəmbərlər tarixdə olmuş və onların adları Quranda gəlməmişdir, bundan əlavə Quranda adları çəkilmiş Peyğəmbərlərin bütün xüsusiyyətləri zikr olunmamışdır. Bunun üçün də İlahi Peyğəmbərlər tərəfindən hakimiyyətin təşkil olunmasından əlavə ki, zəruridir, onlar şərait və imkan o cümlədən qüdrətləri olduğu bir halda onu həyata keçirmirdilər. Quranın bir çox ayələrinin buna dəlalət etməmişdən əlavə, İslam Peyğəmbərinin hakimiyyət təşkil verməsi və... digər bir dəlildir ki, bu cür nəzəriyyəni (dinin siyasətdən ayrı olması) Quran ayələrindən əldə etmək heç bir halda düzgün deyildir.[23]

Əlavə məlumat əldə etmək üçün bax sual 7883, göstərici: Sekularizm dəlillərinin təhlili və o cümlədən aşağıdakı kitablara müraciət edin:

  1. İmam Xumeyni və hökukəte İslami, nömrə 1. Mıbani Kəlami, konqireye İmam Xomeyni və əndişeye hökuməte İslam.
  2. Kazım Qazizadə, əndişeye fiqhi siyasiye İmam Xumeyni 3
  3. İmam Xumeyni, Vilayəte fəqih
  4. Ayətullah Cavadi Amuli, Vilayəti fəqih
  5. Ayətullah Məkarim Şirazi, Nümunə təfsiri, cild 2.
  6. Məhəmməd Cavad Növruzi, Nizame siyasiye İslami
  7. Nəbiyullah İbrahimzadə Amuli, hakimiyyəte dini
  8. Əli Zu elm, məbəniye Qurani vilayəte fəqih
  9. Abdullah Nəsri, İntizare bəşər əz din, səh 307
  10. Həsən Qədrdan Qəraməliki, Sekularizm dər İslam və Məsihiyyət.

 


[1] - İbni Əbil Hədid, Şərhe Nəhcül- bəlağə, cild 4, səh 160

[2] - Səhifeyi nur, cild 83, səh 217? Rza Şahın Ayətullah Kaşani barəsində sözü

[3] - Suruş Məhəmməd, din və dövlət dər əndişeye İslami, səh 120- 126

[4] - Səhefeyi nur, cild 1, səh 6

[5] - Həcc surəsi, ayə 41

[6] - Hədid surəsi, ayə 25

[7] - Maidə surəsi, ayə 8

[8] - Nəhl surəsi, ayə 36

[9] - Nisa surəsi, ayə 75

[10] - Nisa surəsi, ayə 59

[11] - Ənam surəsi, ayə 66

[12] - Şura surəsi, ayə 48

[13] - Əli Əbdul- rəzzaq, İslam və üsulul- hökm, səh 171

[14] - Kiyan məcəlləsi, nömrə 28, səh 51

[15] - Əhzab surəsi, ayə 6

[16] - Məcməul- bəhreyn, cild 1, səh 457, “vəli” kəlməsi

[17] - Hədid surəsi, ayə 25

[18] - Bəqərə surəsi, ayə 213

[19] - Ənkıbut- surəsi, ayə 26

[20] - Bəqərə surəsi, ayə 124

[21] - Ali- İmran surəsi, ayə 146

[22] - Nisa surəsi, ayə 164

[23] - Din və siyasət məqaləsindən götürülmüşdür.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Məsumların kəlmələrinin və işlərinin höcciyyət ölçüsü nə qədərdir?
    6572 ولایت، برترین عبادت 2012/09/13
    İslamın mötəbər dəlillərindən biri, Peyğəmbərin (s) və digər Məsumların (ə) sünnətidir ki, Quran ayələri kimi Müsəlmanlar üçün höccətdir, üç şəkildə bizim əlimizdədir. Məsumun sözü, işi və təsdiqi. Məsumların hədislərdə və rəvayətlərdə gəlmiş sözləri "Məsumun qovlu (sözü)" onların etdikləri fellər və işlər "Məsumun feli" onların başqalarının işini yaxud ...
  • O hansı ayədir ki, nazil olarkən onu 70 min mələk müşayiət edirdi?
    7748 Təfsir 2012/02/07
    Rəvayətlərdə gəlmişdir ki, bu xüsusiyyət Ənam surəsi zikr olunur.İmam Sadiq ə. Bu barədə buyurur: Ənam surəsi bir dəfəyə nazil olmuşdur. 70 min mələk onu müşayiət edirdi. Həzrət Məhəmməd (s) göndərilmişdir. Onu əziz tutun. Allah taalanın adı orada 70 yerdə işlədilmişdir. Camaat bu surənin hansı həqiqətlərinin olduğunu bilsəydilər onu tərk ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    9232 موت اختیاری 2012/09/01
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...
  • On ilə yaxındır ki, bir nəfərlə nişanlıyam. Biz, qanuni izdivacdan qabaq şəriət əqdini yerinə yetirə bilərikmi?
    6455 Nizamlar hüquq və əhkam 2012/02/12
    Bu barədə təqlid mərcələrinin cavabı belədir:1.             Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.2.             Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.3.             Safi Gülpayqani: Mömin ...
  • Quslun fəlsəfəsi nədir?
    9840 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Bəsirət gözü ilə Allahı görmək qəlbi şühuddurmu?
    14539 شهود قلبی 2012/09/01
    İmam Əlinin (ə) hədisində Allahın bəsirət gözü ilə görülməsi bəyan edilmişdir. Allahın görülməsi kəlam elmində bəhs edilir. Buna görə burada düzgün fikir bəsirətlə görmə qəlbi təcəlli və adi gözlə görmədən fərqlənir ki, bu Allah barəsində imkansızdır. Amma bəsirət gözü ilə görmə yaxud da həmin Ləqallah baş verə ...
  • hər hansı malın, xüsusilə əl işlərinin satışında şəri cəhətddən nə qədər faydalanmaq olar?
    5730 Alış satış 2015/05/28
    Bu sualın cavabında, nəzərinizi Böyük məqam sahibi Rəhbərin (Allah hifz etsin) bu suala cavabına cəlb edirəm: Sual: Mən, elektirik malları istehsal edənlərdənəm. İcazə var ki, bu malları bazarda hər qiymətə istəsəm və qəbul etsələr satım ya yox? Cavab: Dövlət tərəfindən qiymət təyin olunmamış malı, satıcı ilə alıcının ...
  • Дин нәдир?
    11662 Din fəlsəfəsi 2009/06/13
    Дин барәсиндә гәрб алимләри тәрәфиндән мүхтәлиф нәзәријјә вә мәтләбләр ирәли сүрүлүб. Гуран ајәләриндә “дин” ики мөвзуда ишләнмишдир.1-Гејби гүдрәтә олан һәр һансы етигад, истәр батил, истәрсә дә һагг ...
  • Axirət aləmində cismi dəyişikliklərdən əlavə ruhi vəziyyətdə (sadizmin cinsi meyli kimi) dəyişiləcəkmi?
    6908 Qədim kəlam 2012/03/11
    Quran ayələrindən alınan nəticə budur ki, ruhi dəyişikliklər behişt əhli üçün baş verəcək və onların ruhi xəstəliklərinin çoxu müalicə olunacaq. Həmçinin insanın axirətdə mənəvi inkişafını nəzərə alaraq bu dünyada onun arxasınca olduğu, rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq və nəfsani istəklərindən daha uca ləzzətlərə yetişəcək. ...
  • Müqəddəs məkanlarda yatmağın kökmü nədir?
    6362 Nizamlar hüquq və əhkam 2011/10/09
    İmamların ziyarətgahları və məzhəbi məkanlar bütün müsəlmanların hörmət göstərdikləri yerlər olmuşdur. Çünki bu məkanlara hörmət orada dəfn olunan İmam və böyüklərə hörmət əlamətidir. Buna görə bu məkanlarda onlara hörmətsizliyə səbəb olan bəzi hərəkətlərdən çəkinmək lazımdır. Lakin fiqhi və şəri cəhətdən belə məkanlarda, məscidlərdə və s yatmağın eybi yoxdur. Yəni ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168778 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166606 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122018 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115917 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115148 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96596 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60912 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56642 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49373 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47376 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...