Ətraflı axtarış
Baxanların
8939
İnternetə qoyma tarixi: 2010/09/29
Sualın xülasəsi
İnsanların ixtiyarlı olmasıyla, Allahın günahkarların qəlblərinə möhür vurması arasında ziddiyyət yoxdurmu?
Sual
Bir tərəfdən insan İslamnəzərindən ixtiyarlıdır, digər tərəfdən isə Allah bir dəstənin ürək, qulaq və gözlərinə möhür vurur. (Xətəməlləhu əla qulubihim). Bu iki məsələ arasında ixtilaf və ziddiyyət yoxdurmu?
Qısa cavab

Quranın çoxlu ayələrində kafirlərin və münafiqlərin ürək, göz və qulaqlarına möhür vurulmasından və günahkarların yolundan azmalarından söz etmişdir.

"Xətm" və "təb" sona çatmaq, möhür vurmaq, rəsm çəkmək, çap etmək və əşyaları müəyyən bir formaya çevirmək mənasındadır.

"Qəlb" bəzən bədənin bir üzvü mənasında işlənir (bədəndəki ürək), bəzən də ondan məqsəd nəfs, ruh və can və sairdir. (Mənəvi və ruhani qəlb)

Allahın bəzi insanların qəlblərinə (ruhani və batini) möhür vurması, onların hidayət olunmaları və ürəklərinin ilahi elimləri anlamağa bağlanmaları və yaxşılığa qayıtmamaq mənasındadır.

Allah tərəfindən bir dəstənin ürək, qulaq və gözlərinə mögür vurulması, onların ixtiyarı işlərinin və İlahinin dəfələrlə etdiyi xəbərdarlığa etinasızlıqlarının nəticəsidir. Bundan əlavə baxmayaraq ki, onların qəlb, qulaq və gözlərinə möhür vurulur. Lakin, qəlbin möhürlənib və bağlanmasının dərəcələri var. Əgər günahın zülmət və qaranlığı, qəlbin hamısını tutarsa, onda heç vaxt yaxşılığa və hidayətə doğru qayıtmayacaq. Baxmayaraq ki, hidayət və işıqlığa qayıtmaq qeyri mümkün bir iş deyil və ölən zamanına kimi dəyişilmə mümkündür. Deməli onların ixtiyarları əllərindən alınmır. Onlar öz ixtiyarları ilə həm öz yollarıyla hedə bilərlər və həm də möhkəm iradə ilə (çətin olmasına baxmayaraq) yollarını dəyişib hidayət yoluna doğru irəliləyərlər və əbədi xoşbəxtliyə yetişmək üçün, İlahi hidayətdən istifadə edə bilərlər.

Başqa sözlə, insanın qəlbi nə qədər günaha aludə olub və bağlanarsa, bir o qədər də İlahi ayələri anlamaqdan və ilahi nur və hidayətdən istifadə etməkdən məhrum olar. Qəlbin bağlanması, kafirlərə və münafiqlərə məxsus deyil.

Ətreaflı cavab

Əvvəlcə Qurani kərimin iki ayəsini tərcümə edirik, sonra isə sualın cavabını verəcəyik.

«إِنَّ الَّذِینَ کَفَرُواْ سَوَاءٌ عَلَیْهِمْ اَاَنذَرْتَهُمْ اَمْ لَمْ تُنذِرْهُمْ لاَ یُؤْمِنُونَ

خَتَمَ اللّهُ عَلـٰی قُلُوبِهمْ وَعَلـٰی سَمْعِهِمْ وَعَلـٰی اَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِیمٌ»

"Kafir olan şəxslər üçün fərqi yoxdur, onları qorxutsan da qorxutmasan da iman gətirməyəcəklər. Allah onların qəlb və qulaqlarına möhür vurub və onların gözlərinə pərdə atmışdır və şiddətli əzab onları gözləyir".[1]

«... وَطَبَعَ اللّهُ عَلـٰی قُلُوبِهِمْ فَهُمْ لاَ یَعْلَمُونَ»

"Allah onların qəlblərinə möhür vurmuşdur və onlar bilmirlər.[2]"

Xətm, təb və qəlbin mənası: "Xətm" "fəth" sözünün qarşısında (fəth bağlamaq və açmaq mənasındandır) və bitirmək və sona yetişmək mənasındadır. Xətm sözünün fars dilində "möhür vurmaq" mənasında işlədilməsinin sirri bundadır ki, məktuba möhür vurmaq, onun sona çatmasının əlamətidir. Məktuba o zaman möhür vurulur ki, sona çatmış olsun və daha ona bir şey əlavə etmək olmaz.[3]

"Təb" möhür vurmaq (xətmin mənasına yaxın olan bir məna) rəsm çəkmək, çap etmək və əşyaları xüsusi bir formaya (qızıl pul) çevirmək mənasındadır.[4]

"Qəlb": "Qəlb" Qurani kərimdə müxtəlif mənalarda işlədilmişdir. Məsələn: ruh, ürək, nəfs, ağıl, elm və s.[5]

Amma insanın iki cür qəlbə olduğunu demək olar: Cismani qəlb və ruhani (mənəvi) qəlb.[6]

Cismani qəlb fiziologiya elmində və həmçinin camaatın dilində, sənubər formasında bir ət parçasıdır ki, bədəndə qanı saflaşdırmaq və qan dövranı vəzifəsini daşıyır və insanların çoxunda, sol döş qəfəsində yerləşir. Ruhani qəlb isə, insanın ruhu və canı mənasındadır.[7] Amma əxlaq və irfan elmində və Quran və hədisdə, qəlb ikinci mənadadır və insanın ali meyl və niyyətlərinin başlanğıc mərkəzi və Allahın təcəliyyatını müşahidə etmək və elmlərini əldə etməyin ilahinin vəhy və ilhamlarını almaq üçün yollardan biri sayılır.[8]

Bu iki işlənmənin müştərək formasını belə deyiblər: "Qəlb" lüğətdə alt- üst olmaq və çevrilmək" mənasındadır. Ətdən olan qəlb qanı alt- üst edib, saflaşdırmaq və qan dövranı vəzifəsini daşıdığına görə, qəlb adlandırılmışdır. Həmçinin insanın niyyət və hisslərinin daimən dəyişilməsinə görə onun mərkəzi və başlanğıc nöqtəni qəlb adlandırır.[9]

Allahın qəlblərə möhür vurması: Quranı kərimdə inadkarların, münafiqlərin və kafirlərin ürəklərinin bağlanması və hidayət oluna bilməsi barəsində müxtəlif ibarətlər işlədilmişdir. Məsələn: xətm, təb, sərf, qofl, mərəz, rəyn və.sair.[10]

Əlbəttə, ürəyin bağlanması və alt- üst olmasıkafirlərə və münafiqlərə məxsus deyil, əksinə insanın ürəyi nə qədər günaha bulansa, bir o qədər də, bağlanar və alt- üst olar və İlahi ayələri anlamaqdan məhrum olar.[11]

Deməli, qəlblərə möhür vurmaqdan məqsəd, ilahi ilham, elm və imanı almaq kanalının bağlanmasıdır. Onun bağlanmaq forması aşağıdakı rəvayətdən aydın olur:[12] Zürarə İmam Baqir (ə)-dən rəvayət edib ki, buyurdu: Bütün bəndələrin qəlbində ağ bir nöqtə var. Günah etdikdə, qara bir nöqtə onda tapılır. Sonra əgər tövbə etsə, o qara nöqtə aradan gedər. Əgər günah etməyə davam etsə, o qara nöqtə böyüyər. Belə ki, ağ nöqtəni örtər. Ağ nöqtə bütövlüklə qara ləkə ilə örtüldükdən sonra, o şəxs heç vaxt yaxşılığa doğru qayıtmaz.

Budur uca Allahın buyurduğundan məqsəd: "Belə deyil (ki, dediklərimiz yalan və əfsanə olsun ta bunlar ona tərəf üz tutmasınlar) əksinə həmişə əldə etmək istədikləri şey onların qəlblərinə paslaşma mögür vurubdur (və bunlar anlamaq və hidayət olmaq qabiliyyətlərini itiriblər)"[13]

Bəzi şeylər qəlbdə paslaşmaya səbəb olur. Quranı- kərimin ayələrində, aşağıdakı işlən, qəlblərə möhür vurulması ilə nəticələnən səbəblər kimi, sayılmışlar:

Küfr[14], daimi qəflət[15], fasiqlik və əhd- peymanı sındırmaq[16], İlahi kəlamı təhrif etmək və tərslik[17], yəqinin əksinə əməl etmək və həva- həvəs pəstlik[18], quhumlarla əlaqəni kəsmək və yer üzündə fəsad etmək[19].

Deməli bu mane və hicabların, qəlbə, qulağa və gözə gəlməsi, insanın özünün ixtiyarı əməllərinin nəticəsidir. İlahi möhür cəzadır nə ibtidai çünki, insanın fikir, niyyət və əməlləri ilə onların nəticə və səmərələri arasında, qaçılmaz və zəruri rabitə var.

Amma ona görə Allaha nisbət verilir ki, insanın fikir, niyyət və işləri ilə inların nəticələri arasındakı səbəb və müsəbbəb rabitəsi, Allahın zəruri və qaççılmaz höküm və təqdirlərindəndir, heç vaxt dəyişilməzlər, məgər o zaman ki, digər bir səbəb, tövbə, ilahi xəbərdarlıq, bəla və müsibətlər və ya ilahi övliyalar kimi bir nəfəsi kimi səbəblər ona təsir qoya və onu tədriclə dəyişə və paslaşmanı qəlbindən silə və hidayət olma qabiliyyətini yenidən ona bağışlaya.

Başqa sözlə, ilahi qəza və qədər, tam səbəb mövcud olan zaman, müsəbbəbin vücuda gəlməsinin zəruriliyi və varlıq aləminə hakim olan qanunlardan ibarətdir. İnsanın ixtiyarı işlərində, onun iradə, qəsd və niyyəti, iradə etdiyi işlərin yaranması üçün tam səbəblərin mühüm hissələrindən sayılır. İnsan bir iş gördükdə, onun təsirləri, onun ruh və canına təsir qoyur və bu qaçılmazdır. Buna əsasən əgər onun özü möhür vurulmağa şərait yaratsa, varlıq aləminin qanununa əsasən, onun təsirləri ondan əl çəkməyəcək.

Yuxarıdakı deyilənlərə əsasən, bunlar aydın olur:

1. Qəlblərə möhürün vurulması, insanın ixtiyarı əməllərinin nətəcəsidir.

2. Qəlblərə möhürün vurulması, ilahinin qəza və qədər sisteminə əsasən olduğuna görə, Allaha nisbət verilir.

3. Qəlbi paslaşmış insan, keçmiş xətaları təkrar edib, onun paslaşmasını daha da çoxalması mümkündür. Amma bu hərəkət onun öz ixtiyarı ilə yerinə yetirilir.

4. Qəlbini pas bürümüş günahkar insanın doğru yola qayıtmasının, çox çətin və asan olması nəzərə çarpmasına baxmayaraq[20] bu iş qeyri mümkün deyil və bu həmişə baş verə bilər. O öz ixtiyarı və möhkəm iradəsi ilə, pasları aradan aparmağa çalışa bilər[21] başqa sözlə əgər kafir və münafiq və sairin can və qəlbi elə qaralmış, alt- üst olmuş və möhürlənmiş olsa ki, daha ağ bir nöqtə qalmaya, Quranın ibarətiylə desək, daha onun işi bitib və hidayət olmağa ümidi olmayacaq[22], o özünün ixtiyarından pis istifadə edərək, hidayət və işıq yolunda olmayıb və tövbə qapısını öz üzünə bağlamışdır.

 

Mənbələr:

1.     Cavadi Amili, Əbdüllah,Quranda əxlaq mərhələləri, İsra, çap 3, 1379, Qum.

2.     Cavadi Amili, Əbdüllah, Quranda əxlaqın başlanğıcları, İsra, çap 3, 1379, Qum.

3.     Musəbi xumeyni, Ruhulla, qırx hədisinşəkhi, İmam Xumeyninin əsərlərinin nəşr və tənzim müəssisəsi, çap 12, 1376, Tehran.

4.     Misbah Yəzdi, Məhəmməd Təqi, maarifi Quran, haqq yolu, çap 2, 1368, Qum.

5.     Bu ayələrə aid müxtəlif təfsirlər: Bəqərə, 74 və 88, Ənam, 25, Əraf, 101,Məhəmməd, 24, Casiyə, 23, Mütəffifin, 14, Zümər, 12, Maidə, 3



[1] - Bəqərə- 7, Ənam- 46, Casiyə- 23, Şura- 24 ə müraciət edin.

[2] - Tövbə- 93, Tövbə- 87, Nisa- 155, Nəhl- 108, Məhəmməd- 16, Əraf- 100, Yunus 74 ə müraciət edin.

[3] - Cavadiyi Amili, Əbdüllah, Təsnim təfsiri, c 2, səh 223, Məcməül- bəyan, cild 1, səh 129 Təfsiri nümunə, cild 1, səh 53- ə müraciət edin.

[4] - Rağib İsfəhani, Möcəm müfrədat əlfazi Quran, xətm və təb maddəsinin altında, məcməül- bəyan cild 1, səh 129- a müraciət edin.

[5] - Təfsiri nümunə, cild 1, səh 54, Möcəm mefrədat əlfazi Quran, qəlb maddəsinin altında, Əl- mizan, cild 2, səh 223- 224, Məcməül- bəyan, cild 1, səh 130- müraciət edin.

[6] - Cavadi Amoli, Əbdüllah, Təsnim təfsiri, cild 2, səh 227 və 228 müraciət edin.

[7] - Şəhid Mütəhəri, Mürtəza, Həmd surəsinin təfsiri, səh 29

[8] - Misbah Yəzdi, Məhəmməd Təqi, Əxlaq quranda, cild1, səh 226-250 və həmçinin bax: Misbah Yəzdi, Məhəmməd Təqi, maarifi Quran, cild 3, səh 395- 403.

[9] - Təsnim təfsiri, cild 2, səh 227

[10] - Həmin, səh 234

[11] - Üsuli Kafi, İman və küfr kitabı, hədis 13 və 20

[12] - Üsuli kafi, iman və küfr kitabı, zunuc babı, hədis 13 və 20

[13] - Mütəffifin, ayə 14

[14] - Bəqərə, ayə 88

[15] - Əraf, ayə 179

[16] - Əraf, ayə 102, Maidə, ayə 13

[17] - Bəqərə, ayə 64- 74

[18]- Casiyə, ayə 23

[19] - Məhəmməd, ayə 22

[20] - Bəlkə "heç vaxt asanlıqla qayıtmaz" ibarəti ki, yuxarıdakı rəvayətdə zikr oldu, həmin çətinliyə işarə ola bilər.

[21] - Müraciət edin: Cavadi Amili, Əbdüllah, Quranda əxlaqın başlanğıcları, səh 83- 103

[22] - Müraciət edin: Quranla tanışlıq, Həmd surəsinin təfsiri, səh 79

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    11557 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Paxla sousunu hazırlayarkən, əgər istehsal zamanı paxlalı bitkilərdən spirt xaric olarsa, caizdirmi?
    6256 خوراکی های صنعتی 2012/05/19
    Böyük mərcə təqlidləri bu suala belə cavab verirlər: Həzrət ayətullah ul üzma Xamenei: Əgər məsd edici olmasa, eybi yoxdur. Həzrət ayətullah ul üzma Məkarim Şirazi: Əgər spirt elə miqdarda olarsa ki, məsdə səbəb olarsa, həmçinin əgər öncədən məsd edici ...
  • Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
    7677 Təfsir 2010/10/03
    Allah iman və saleh əməl sahiblərindən razıdır, amma çünki iman və saleh əməllər qüdrət və zəif mərtəbəsindən fərqlidir, Allahında razılğı onlar üçün fərqlidir.Behiştin ən uca mərtəbəsi behişti rizvandır. Onun sahibləri, yəni Peyğəmbərlər, övsiya övliya və Allah dərgahında yaxşı olanlardır. Bu dəstənin şəfaətə ehtiyacı yoxdur və bunlar ...
  • Qibti bir kişinin Musa (əleyhissalam) tərəfindən öldürülməsi onun isməti ilə necə uyğun gəlir?
    8950 Qədim kəlam 2011/10/24
    Bütünilahipeyğəmbərlər (müxtəlifdərəcələrlə) məsum, kamalhəddindəvəAllahaənyaxıninsanlardır. Onların
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8571 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    9665 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Kamala yetişmək yolu
    6376 Əməli əxlaq 2011/08/23
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?
    10912 دستور العمل ها 2013/02/02
    Təzkiyə, yəni nəfsin çirkinliklərdən təmizlənməsi. Qurani kərimdə də nəfsin təmizlənməsinin əhəmiyyəti bəyan edilmişdir. Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Möminlər üçün isə birinci mərhələ özünü tənbeh və ...
  • Müvəqqəti əqiddə iddə saxlamağın hikməti nədir?
    9402 Əhkam və hüquq fəlsəfəsi 2011/05/10
    Yaisə qadının iddə saxlaması lazım deyil. Yaisə qadından məqsəd seyyidə olmayan (qeyri Qüreyşi) və yaşı 50- ni keçmiş (doğuş vaxtı bitmiş), seyyidə olan (Qüreyşi) yaşı 60- ı keçmiş qadınlar nəzərdə tutulur. Amma sonsuz qadınlar yaisə (doğuş vaxtı bitmiş) sayılmadıqları üçün evləndikdən sonra iddə onlara vacib olur. Amma bunun fəlsəfəsi ...
  • Nə üçün bəzi namazları uca səslə qılmaq lazımdır?
    9540 Nizamlar hüquq və əhkam 2020/02/03
    Sübh namazı uca səslə qılınmalıdır deyildikdə nə nəzərdə tutulur?Nə dərəcə uca? Əgər yatmış şəxsləri nəzərə alaraq aram səslə qılsaq, nə müşkülü olacaqdır?Ana və ya balaca körpə ola bilsin ki,bizim uca səsimizdən oyansınlar.Ümumuyyətlə, uca səslə qılmaq vacibdirmi? Mən kiminsə mənim namaz qıldığımı anlamamasını üstün tuturam. Çünki,belə olan halda, ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168805 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166625 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122039 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115926 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115172 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96622 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60987 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56655 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49401 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47394 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...