Ətraflı axtarış
Baxanların
5611
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
Nə üçün Quranda kafirlərlə əlaqədar فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیمٍ “onlarla dərdli əzab müjdəsi ver” cümləsində “müjdə” ifadəsi gəlmişdir, halbuki müjdə yaxşı şeylərdə olur?
Sual
Nə üçün Quranda kafirlərlə əlaqədar فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیمٍ “onlara dərdli əzabı müjdə ver” ifadəsi gəlir, halbuki müjdə müsbət məna ifadə edir?
Qısa cavab

Quran və lüğətdə “bişarət” kəlməsi həm sevinc gətirən xəbərlər, həm də qəm-qüssəli hadisələr barədə işlədilir. Amma şahidlər (buna qərinə deyilir) əsasında bu iki mənadan hansı birinin nəzərdə tutulduğu müəyyən olunur. Qurani-kərimdə müjdənin qəm-qüssəli xəbərlərdə işlənməsi bir növ istiarə, yaxud təhəkkümdür. Yəni mənası bu olur ki, onlar üçün əzabdan başqa heç bir şey yoxdur. Moizə, öyüd-nəsihət kafirlərin və bütpərəstlərin qəlbində heç bir təsir qoymadığına görə Allah-taala Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xitab edərək “onları dərdli əzabla müjdələ” – deyə buyurur.

Ətreaflı cavab

Quran və lüğətdə “bişarət” kəlməsi həm sevinc gətirən xəbərlərdə (müjdə), həm də qəm-qüssə gətirən xəbərlərdə işlənir,[1] amma şahidlərə (qərinə) əsasında bu iki mənadan hansı birinin nəzərdə tutulduğu müəyyən olunur.

“Bişarət” kəlməsinin özü Quranda gəlməmişdir, amma ondan alınan sair kəlmələr gəlmişdir, o cümlədən “buşra”:

وَ مَا جَعَلَهُ اللَّهُ إِلاَّ بُشْرَى‏ لَکُمْ

“Allah onu (mələklərin kömək etməsini) yalnız sizin üçün şadlıq gətirən bir xəbər qərar vermişdir.”[2]

Bu və sair oxşar ayələrdə “buşra” kəlməsi sevinc gətirən müjdəli xəbər mənasına işlənmişdir. Amma Qurandakı “bəşşir” (müjdə ver) kəlməsi “bişarət”in hər iki mənasına gəlmişdir:

بَشِّرِ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْری مِنْ تَحْتِهَا الْأَنْهار

“İman gətirib saleh (layiqli) işlər görənlərə müjdə ver ki, onlar üçün ağaclarının altından çaylar axan behişt bağları vardır.”[3]

Bu ayədəki “bəşşir” kəlməsi müjdə və şad xəbər mənasına gəlmişdir.

بَشِّرِ الْمُنافِقِینَ بِأَنَّ لَهُمْ عَذاباً أَلِیماً

“Münafiqlərə müjdə ver ki, dərdli əzablar onların intizarını çəkir.”[4]

فَبَشِّرْهُمْ بِعَذابٍ أَلِیم

“Onlara dərdli əzabla müjdə ver.”[5]

Bu ayələrdə “bəşşir” kəlməsi “qəm-qüssəli xəbər” mənasına gəlmişdir. Bu kəlmənin belə işlədilməsi bir növ istiarə, yaxud təhəkkümdür. Yəni onlar üçün əzabdan başqa heç bir şey yoxdur.[6] Öyüd-nəsihət kafirlərin və bütpərəstlərin qəlbində heç bir təsir qoymadığından Allah-taala Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xitab edərək buyurur ki, dərdli əzabları və işgəncələri onlara elan et. Bu da bir növ tənə vurmaq və məzəmmət etməkdir.[7]

 



[1] Qurəşi, Seyid Əli Əkbər, “Qamusul-Quran”, 1-ci cild, səh. 194, “Darul-kutubil-islamiyyə”, Tehran, 6-cı çap, 1371-ci il; Türeyhi, “Məcməul-bəhreyn”, tədqiq: Hüseyni, Seyid Əhməd, 3-cü cild, səh. 221, “Mürtəzəvi” kitab mağazasının nəşri, Tehran, 3-cü çap, 1375-ci il

[2] “Ali-İmran” surəsi, ayə: 126

[3] “Bəqərə” surəsi, ayə: 25

[4] “Nisa” surəsi, ayə: 138

[5] “İnşiqaq” surəsi, ayə: 24

[6] “Qamusul-Quran”, 1-ci cild, səh. 194; “Məcməul-bəhreyn”, 3-cü cild, səh. 221

[7] Hüseyni Həmədani, Seyid Məhəmməd Hüseyn, “Ənvari derəxşan”, təhqiq Behbudi, Məhəmməd Baqir, 18-ci cild, səh. 62 və 63, “Lütfi” kitab mağazasının çapı, Tehran, 1-ci çap

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Görəsən nəfsin saflaşdırılmasında ustadın (müəllim) olması zəriridirmi?
    5647 Əməli əxlaq 2011/04/13
    Aydın məsələdir ki, belə bir çətin yolda əxlaq ustadının olması zəruridir. İlkin surətdə insanın əxlaq ustadı Allah- Taala özüdür. Çünki, insanı ilk gündən fitrətin (daxilən) vasitəsi ilə yaxşılıqlara doğru sövq etmişdir. Həmçinin bu yolda insanlara yardımçı olaraq Peyğəmbərlər də göndərmişdir. Əgər bu yolda bundan əlavə əməlləri saleh və mömin bir ...
  • İslamın və İmam Xomeyninin (rəhmətullah) istirahət və zarafat haqqınıda nəzəri nədir?
    7878 Nizamlar hüquq və əhkam 2012/04/16
    İslam baxımından insanın yarnmasından əsl hədər onun kamala yetməsidir. Bütün digər varlıqlar da bu böyük hədəfin həyata keçməyin yolunda yaranmışdır. Çünki, insan bütün yaranmışların ən şərəflisidir. Quranda oxuyuruq: "Mən cinləri və insanları yalnız, Mənə ibadət etmək üçün yaratdım!"[i] Təfsirçilərin açıqlamalarına əsasən, ayədə ibadətdən məqsəd ...
  • İmtina edilmişə hakimin vilayəti qaydasının mənası nədir?
    5100 Nizamlar hüquq və əhkam 2012/02/15
    Qaydanın qısa və açıq tərifi budur ki, müsəlmanların hakimi, bir nəfər öhdəsinə olan hüquqları (ümumi mənada) ödəməkdən imtina edən zaman, hakim onu öhdəsində olan haqqı yerinə yetirməyə məcbur edir.Fiqhi əsərlərə qısa və səthi baxışda, insana bu nəticəni qəbul etdirir ki, imtina edilmişə hakimin vilayəti, möcüzə qaydası olaraq ...
  • İslam və şiəlik nəzərindən ixtiyar və azadlığın hüdudları nədir?
    6489 Qədim kəlam 2011/04/16
    Azadlığın müxtəlif mənaları vardır və bu mənalara diqqət yetirməklə onun hüdudları bir-birindən fərqlənir: 1. Vücud baxımından istiqlaliyyət mənasına olan azadlıq.Bu, mütləq vücuda – mutəal Allahın müqəddəs zatına məxsusdur ki, Onda heç bir məhdudiyyət yoxdur.2. İxtiyar mənasına olan azadlıq.
  • Öz iradəmizi necə gücləndirək?
    12208 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Дини плүрализм нәзәријјәси вә динин мүхтәлиф тәфсирләрини изаһ един вә фәргләрини ачыглајын?
    8095 Təzə kəlam 2010/07/18
     1; Плүрализм мүхтәлиф саһаләрдә, о ҹүмләдән, дин вә әхлаг фәлсәфәсиндә, һүгуг вә сијаси вә саир ... саһәләрдә чохлуға тәрәф мејл мәнасында олуб, мүхтәлиф истифадәләри вар вә үмуми мәнада олараг тәк мејллилик вә ја мүнһәсирлијин гаршысында чох мејллилијин рәсми танынмасы демәкдир. Дини плүрализмин ...
  • Birincisi: Behişt əhlinin hamısı cavanlardırlar? kincisi: Peyğəmbərlər və İmamların arasında, niyə yalnız imam Həsən (ə) və İmam Hüseyn (ə) behişt əhlinin seyidləri və sərvərləridirlər?
    6470 Qədim kəlam 2011/12/25
    Həsən və Hüseyn (ə) Peyğəmbərin (s) bu iki nəvəsi behişt əhlinin hamısının ağası və sərvəridirlər. Behiştdə hamı cavanlıq yaşlarında olsalar da, amma onların seyidliyi cavanlıqda şəhid olub və ya dünyadan gedənlərin hamısından daha çox özünü göstərəcək. Bunların hamısı da digər Peyğəmbərlər və İmamların behişt əhlinə olan sərvərliyi ilə ziddiyyətdə olmayacaqdır. ...
  • Airobika idman növünün hökmü nədir?
    5879 İdman hərəkətləri musiqi ilə birlikdə 2012/04/18
    Həzrət Ayətullah uzma Xameneinin dəftrəi: Ümumiyyətlə ləhvi musiqi yaxud da günah məclislərinin musiqisinə uyğun yaxud da şəhvəti təhrik edən yaxud da haram işlə olarsa və ya fəsad olarsa, caiz deyil. Həzrət Ayətullah uzma Sistaninin dəftəri: Əgər musiqi ləhvo ləb məclislərinin musiqisi ...
  • Siffeyn və Nəhrəvan müharibələrinin baş vermə səbəbləri nə idi?
    11147 تاريخ کلام 2012/04/19
    Siffeyn müharibəsinin ən mühüm səbəbi Müaviyənin həzrət Əli (əleyhis-salam)-a beyətdən imtina etməsi idi. O, Əli (əleyhis-salam)-ı Osmanın qətlində müttəhim edirdi. Bu müharibədə Əli (əleyhis-salam)-ın qoşunu tam və qəti qələbə ərəfəsində olan zaman Əmr Asın hiyləsi ilə Müaviyənin xeyrinə tamam oldu və həkəmeyn (münsiflər) hadisəsi ilə imam Əli ...
  • İmam ilə xəlifənin fərqi nədir?
    9789 Qədim kəlam 2011/05/17
    Bəzi sünnü alimlərinin, o cümlədən İbni Xəldunun nəzərinə əsasən, imam ilə xəlifənin arasında heç bir fərq yoxdur və onların hər ikisi bir mənaya – “din və dünya siyasətinin qorunmasında şəriət sahibinin tərəfindən naib olmaq” mənasına gəlmişdir. Amma qısa şəkildə demək lazımdır ki, Quran və ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    161724 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    150561 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    116553 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    108292 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    93338 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    90098 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52643 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    42658 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    42470 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    41639 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...