Ətraflı axtarış
Baxanların
7794
İnternetə qoyma tarixi: 2011/09/10
Sualın xülasəsi
İslamda Collekt düşüncə (toplum təfəkkür, nizamlaşmış düşüncələr) nəzəriyyəsi barəsində bizə məlumat vermənizi xahiş edirik.
Sual
Ustad Hadəvinin nəzəriyyəsi (Collekt düşüncə nəzəriyyəsi) barəsində necə məlumat əldə etmək olar? Xahiş edirik, onun əsərlərini sayıtınızda yerləşdirəsiniz.
Qısa cavab
Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы
Ətreaflı cavab

İslamda Collekt düşüncə (toplum təfəkkür, nizamlaşmış düşüncələr) nəzəriyyəsini[1] Ustad Hadəvi Tehrani "Vilayət və dəyanət" kitabında[2] nəşr etdirmişdir. Bu nəzəriyyənin xülasəsini mütaliəniz üçün sizə təqdim edirik:

İslamda Collekt düşüncə nəzəriyyəsi

İslam sonuncu din və ilahi dinlərin ən kamilidir. Buna görə də, biz insan həyatının hər bir sahəsində, istər fərdi olsun, istərsə də ictimai, bu din tərəfindən özünəməxsus mövqe tutulmasının şahidi olmaq intizarındayıq. Həqiqətdə, dini təşkil edən ünsürlər olan bu tövsiyələr və proqramları iki qrupa bölmək olar:

1.     Xüsusi bir sahədə İslam dünyagörüşünün fenomen və təzahürü olan dini ünsürlər. Məsələn: siyasət ya iqtisadiyyatda İslamın təqdim etdiyi tövsiyə və proqramlar. İslam dünyagörüşü ilə onların arasında olan əlaqə küllinin cüzi ya ümumun xüsus ilə arasındakı əlaqə kimidir. Belə ünsürlər xəbər cümlələri tipində olur və konkret varlıq ya hadisı barəsində fikir bildirirlər. Onlar fəlsəfi, sixolostik düşüncələri ehtiva edirlər. Məsələn: Allahın siyasi məsələlər sahəsində genezis haqq və natural hakimiyyətə malik olması ya iqtisadi sahədə ruziverən olması. Biz bu ünsürləri "fəlsəfə" adlandırırıq. Deməli, "İslam siyasi fəlsəfəsi" İslamın siyasət sahəsindəki ünsürlərinin toplusudur. Onlar dünyagörüşün təzahürü və onun cüzi bir hissəsi hesab olunurlar.

2.     İslam dünyagörüşünün və ələlxüsus onun fəlsəfəsinin – yəni birinci qrup ünsürlərin – nəticələri sayılan dini ünsürlər. Bu ünsürlər əmr cümlələri tipində olurlar və insanın rəftarlarına istiqamət verərək, konkret bir əməlin "lazim" və "lazımsız" olduğunu, ona əməl etməyin icazəli ya icazəsiz olduğunu bildirirlər. Belə ünsürlər subyektiv və nisbi xarakter kəsb edirlər. Bu ünsürlər də öz növbələrində iki dəstəyə bölünürlər:

A.    Bu ünsürlərin bəziləri digərləri üçün təməl, əsas və bünövrə rolunu oynayır və haradasa onları əsaslandırır və müəyyənləşdirir. Bu ünsürlər ya müəyyən bir sahədə qəbuledilmiş prinsiplər və mühəqqəq, şübhəsiz məsələlər şəkilində olurlar, belə ki onları "təməllər" adlandırırıq, ya da bir sahədə dinin hədəf və məqsədlərini müəyyənləşdirirlər, onlara da "hədəflər" deyirik. Bu təməllər və həfədlərin toplusu "məktəb" (cərəyan) əmələ gətirirlər.

B.    Müəyyən bir sahədə mövcud olan təməllərin əsasında həmin sahədə nəzərdə tutulan hədəflərə çatmaq üçün dində məcmu şəkilində bir sıra ünsürlər təklif və təqdim edilir. Onlar "sistem" (nizam) adlandırılır. Həqiqətdə, onlar cahanşümul orqanların ümümi şəbəkəsi, mərkəzləşmiş aparatıdırlar. Beləliklə, biz insan həyatının hər bir sahəsində üç qrup cahanşümul ünsürlərlə rastlaşırıq: fəlsəfə, məktəb və sistem. Onların arasında möhkəm məntiqi əlaqə və qırılmaz bağlılıq vardır.

Fəlsəfə

Burada fəlsəfədən söz düşdükdə bunu qeyd etməliyik ki, müsəlman filosoflarının arasında yayılmış, geniş auditoriyaya malik olan metafizika və transsendental fəlsəfə nəzərdə tutulmur. Məqsədimiz əlavə fəlsəfə və əlaqəli fəlsəfı cəryanlara məxsus olan, riyaziyyat fəlsəfəsi, incəsənət fəlsəfəsi kimi şaxələnmiş fəlsəfədir. Deməli, siyasət meydanında "İslam siyasi fəlsəfəsi"ni qəbul ediriksə, həqiqətdə, siyasi sahəsində islam inanclarının fenomen və təzahürləri hesab edilən və "İslam siyasi məktəbi"nin təməlləri sayılan müddəa və ideyaları axtarırıq. Allahın siyasi məsələlər sahəsində genezis haqq və natural hakimiyyətə malik olması, islam insanşünaslığı, demokratiya və xalqın səsvermə hüququ ilə ilahi iradə və istəyin əlaqəsi, Allahın tədbir və idarəetməsi ilə siyasi hakimiyyətin arasındakı əlaqə kimi önəmli və fundamental məsələlər bu fəlsəfədə müzakirə və tədqiqat obyektinə çevrilir.

Məktəb

"Məktəb" hər hansı bir sahədə o sahəyə aid təməllər və həfədlərin məcmusudur. "Təməllər" əminlik gətirən prisip və məsələlərdir ki, din tərəfindən təqdim olunur və o sahədəki fikirlər toplusunun (sistem) bünövrə və özülü sayılır. "Hədəflər" dinin hər bir sahədə insan üçün nəzərdə tutduğu qayə və məqsədləridir. Deməli, "İslam siyasi məktəbi" "İslamın siyasi təməlləri" və "İslamın siyasi hədəfləri"ni əhatə edir. İnsanların bir-birlərinin üzərində hakimiyyət haqqına malik olmamaları (Allahın belə bir hakimiyyəti qəbul etdiyi yerlər istisna olunmaqla) və məsumların (ə) hazır olduqları dövrlərdə hakimiyyət və idarəçilik haqqının onlara məxsus olması kimi məsələlər "İslamın siyasi təməlləri" ünvanı altında öyrənilir və bu qəbil mövzulara aiddir. İctimai ədalətin bərpası, insanın əsas hüquqlarının qorunması, insanların maddi və mənəvi inkişafı üçün münasib şəraitin yaradılması isə "İslamın siyasi hədəfləri" mövzusuna aiddir.

Sistem

İslam hər bir sahədə öz məktəbinin əsasında kompleks şəkilində cahanşümul orqanlar təklif və təqdim edir. Onların bir-biri ilə xüsusi bir bağlılıqları vardır və birlikdə həmahənf təşkilatlar şəbəkəsi əmələ gətirirlər ki, onlar da öz növbələrində "təməllərə" söykənərək "hədəflər"i həyata keçirirlər. Bu cahanşümul orqanlar şəbəkəsini və təşkilatlar məcmusunu hər bir sahədə "sistem" (nizam) adlandırırıq.

Deməli, "İslam siyasi sistemi" həmin islamın siyasi cahanşümul orqanlar şəbəkəsinidir.

Orqan

Orqan bir sistem daxilində şəxslər, təşkilatlar və hər hansı bir sahədə aidiyyəti ünsürlərdən ibarət təsdiq və təyin olunmuş bir modeldir. Orqan dörd əsas xüsusiyyətə malikdir:

1.     Cahanşümulluq: Sisemin orqanları xüsusi bir situasiya və şəraitə bağlı deyldirlər.

2.     Praktikada həyata keçe bilmək məziyyəti: Sistemin orqanları məktəbin təməllərinə söykənməli, onun hədəflərini real həyatda həyata keçirməlidirlər. Buna görə də, praktikada icra olunmaq və reallıqda həyata keçe bilmək qabiliyyətinə malik olmalıdırlar.

3.     Təməllərə söykənməli, hədəflərin tələbi ilə istiqamət götürməlidir: Qeyd edldiyi kimi, sistem məktəbin təməlləri əsasında onun hədəflərinin həyatakeçiricisi və icraedicisidir. Onun orqanları bir tərəfdən məktəbin təməlləri əsasında qurulmuş, digər bir tərəfdən isə məktəbin hədəfləri istiqamətində hərəkət edirlər.

4.     Cahanşümul hüququn tənzimatçısı: Hər bir sahədə cahanşümul dini hökümlər bir tərəfdən o sahədəki cahanşümul orqanlara özünəməxsus forma və model verir, digər bir tərəfdən də onların bir-biri və başqa orqanlarla əlaqəsini müəyyən edirlər. Deməli, sistemin orqanları çahanşümul hüququn tənzimatçısı və təzminatçısıdır.

Bu xüsusiyyətləri nəzərə almaqla bir sisem daxilindəki orqanı aşağıdakı kimi tərif etmək olar: " Orqan məktəbin təməllər və hədəflərinin heç bir situasiyaya bağlı olmayan, çahanşümul hüququn tənzimatçısı rolunu ifadə edən praktiki modelidir". Bu orqanlar "müəyyən olunmuş bir proqram" ya "bir mücərrəd təşkilat" şəkilində təzahür edə bilərlər.

İslamın bəzi siyasi orqanları bunlardan ibarətdir: qanunvericilik, iqtisadiyyat, icraiyyə və məhkəmə orqanları.

Hüquq

Hər hansı bir sistem və quruluşun proqramlarını müəyyən bir cəmiyyətdə icra etmək istədikdə ehkam və qanunlar əməl məqamında insanların köməyinə gəlir və onları özünəuyğun tərzdə düzgün istiqamətləndirirlər. Biz bu ehkam və qanunlar toplusunu "hüquq" adlandırırıq.

Hüquq da hər bir sahədə (siyasi, iqtisadi, təhsil və s.) iki qismə bölünür:

1.     Sabit hüquq: Bu hüquq o cahanşümul ehkam və qanunlara deyilir ki, sistemin orqnlarını tənzimləyir və təməllər və hədəflərin tələbinə uyğun olaraq, qoyularaq qüvvəyə minir.

2.     Dəyişkən hüquq: O qrup ehkam və qanunlara deyilir ki, zaman və məkan baxımından xüsusi bir vəziyyət üçün təyin edilir və adətən məşğul olduğumuz işlərə aid olur. Dini mənbələrdə bəzən sabit və dəyişkən hüquq bir-birindən ayrı bəyan olunmuşdur. Lakin əksər yerlərdə sabit hökm xüsusi çərçivədə və məxsus situasiyanın tələbi ilə inanlara bəyan edilərək çatdırılır, belə ki, bu bəyan müştərək şəkildə hər iki hökmü əhatə edir.

Qeyd etməyi lazım bilirik ki, Ustad Hadəvinin əsərlərinin siyahisi və kitablarının kataloqu sizin və başqa istifadəçilərin istifadəsi üçün http://dr-hadavi.ir saytında yerləşdirilmişdir.



[1] - İndiyə kimi bu nəzəriyyə bir neçə variantda şərh edilmişdir:

1) Birinci variant: "Quranda iqtisadi sistemin ümumi sxemi", məqalənin girişi, (Quran elmlərinin beşinci konfransına verilən məqalələr məcmuəsi, Qum, Darül-Qurani-Kərim, yay 1375, s. 330-426)

2) İkinci variant: "İslamda Collekt düşüncə nəzəriyyəsi" məqaləsi, İmam Xomeyni həzrətlərinin hüquqi görüşlərini tədqiqi konfransına göndərilən əsərlərin toplusu, "İctihadda zaman və məkanın rolu". c. 3, "İctihad və zaman və məkan", qış 1374, s. 401-426).

3) Üçüncü variant: "Vilayəti-fəqih"(Dəftəre-əndişeyi-cavan, İslam mədəniyyət və təfəkkür tədqiqat mərkəzi, 1377, Tehran).

4) Dördüncü variant: "Məbaniye-kəlamiye-ictihad" (Xaneye-xerəd mədəni təşkilatı, 1377, Qum); "İslam məktəb və iqtisadi sistemi" (Xaneye-xerəd mədəni təşkilatı, 1377, Qum)

[2] - "Vilayət və dəyanət", s. 50-54.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəməri il neçə gündən ibarətdir? Qəməri illərinin günlərinin sayı bir-biri ilə fərqlidirmi? Fərqli olan hallarda nə etmək lazımdır?
    8230 Nizamlar hüquq və əhkam 2011/11/24
    Qəməri aylarının hamısının günləri bir-biri ilə bərabər və dəqiq şəkildə 29 gün, 12 saat, 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Hicri qəməri illərinin hamısının günlərinin sayı bir-biri ilə bərabərdir və 12 ay və ya 354,3670834 günə bərabərdir. Münəccimlər hər ayın günlərini kəsirsiz (tam) ədədlə bəyan etməlidirlər. Onlar ...
  • Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
    7091 Nizamlar hüquq və əhkam 2011/09/11
    Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:Hindu kafirlərdən sayılır.Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.
  • Naməhrəmə baxmaqla əlaqədar İslam inqilabının əzəmətli rəhbərinin fətvası nədir?
    7745 Nizamlar hüquq və əhkam 2011/09/12
    İslam inqilabının əzəmətli rəhbərinin – Ayətullah Xamenei cənablarının naməhrəmə baxmaqla əlaqədar fətvası eynilə imam Xomeyninin (r) fətvası kimidir. İmam Xomeyni (r) müsəlman qadınlara baxmaqla əlaqədar buyurur: “Kişinin naməhrəm qadının bədəninə baxması istər ləzzət məqsədi ilə olsun, istərsə də olmasın, haramdır. (Biləkdən aşağı) əllərə və üzə baxmaq da ...
  • Xallaqiyyətdə tövhidin mənası nədir?
    11294 Qədim kəlam 2012/02/15
    Xəllaqiyyətdə tövhid yəni vaqrlıq aləmində Allahdan başqa heç bir yaradan yoxdur. Mümkün varlıqlar, onların fel və təsirləri, hətta insan və onun ixtira və kəşflərinin hamısı həqiqətən və yalansız, Allahın yaratqıdlarıdır. Varlıq aləmində olanlardan hamısı, onun yaratdıqlarıdır, lakin bəzisi vasitəsiz və bəzisi isə vasitə ilə. ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    14821 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    10193 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
    10803 Qərzulhəsənə və riba 2012/03/14
    Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik: 1. Borc vermək ixlsala yanaşı olsun; 2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun; 3. Borc halal maldan verilsin; 4. Borc verilən zaman ...
  • Dinin bəlası nədir?
    8632 Din fəlsəfəsi 2011/11/24
    Din ilahi və qüds aləminə məxsus olan bir məsələdir, onda xəta, səhv, bəla və afətə yer yoxdur. Xəta və səhvə yol verilən şeylər bəşərə aid olan işlərdir. Dindarlıq və dinşünaslıq bəhslərində deyilmişdir ki, bəla və afət dinin həqiqətinə aid olmur, əksinə camaatın ...
  • Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
    8990 Nizamlar (Qurluşlar) 2011/04/16
    Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir. Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul ...
  • Şeyx Tusinin hpkumət çərçivəsi barəsindəki siyasi düşüncəsi nədir?
    6690 پیشینه تاریخی ولایت فقیه 2012/06/13
    Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var: İslam hökumətinin hədəfləri: Şeyx bu fikirdədir ki, İslami hökumətin hədəfləri aşağıdakılara aiddir: a)- Cəmiyyətdə nəzm və əmin- amanlıq. O olmadıqda hərc mərclik hakim olur. b)- İctimai ədaləti genişləndirmək. Əgər camaatın ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168830 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166638 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122048 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115931 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115198 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96644 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61023 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56666 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49413 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47404 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...