Please Wait
6266
Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:
- Hindu kafirlərdən sayılır.
- Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.
- Kafir oxumaq üçün əgər yaş əl ilə Qurana əl vurmasa onun nəcis olmasına səbəb olmaz.
- İmam Xumeyni və Ayətullah Behcət kimi bəzi mərcələr Quranı kafirə verməyi ehtiyat vacibə əsasən düzgün saymırlar ki, digər mərcələrin fətvasına müraciət etmək olar.
Təqlid mərcələrinin nəzərləri belədir:
1. İmam Xumeyni (rh): Vacib ehtiyat budur ki, Quran kafirə verməkdən çəkinsinlər. Əgər Quran onun əlindədirsə mümkün olduqda, ondan alsınlar.[1]
O nicatul- ibad kitabında buyurur: Quranı kafirə hədiyyə etmək doğru deyil.[2]
2. Ayətullah Behcət: Vacib ehtiyat budur ki, Quranı kafirə verməkdən çəkinsinlər. Əgər Quran onun Quranıdırsa mümkün olduqda, ondan alsınlar.[3]
3. Ayətullah Xoyi, Təbrizi, Sistani və Zəncani; Quranı kafirə vermək hörmətsizliyə səbəb olan zaman haram və ondan almaq vacibdir.[4]
4. Ayətullah Safi: Quranı kafirə vermək əgər hörmətsizlik sayılsa və ya hörmətsizlik olunsa haram və Quranı ondan almaq vacibdir.[5]
5. Ayətullah Vəhid Xorasani: Quran kafirə vermək hörmətsizliyə səbəb olan zaman haram və ondan almaq vacibdir.[6]
6. Ayətullah Məkarim: Quranı kafirin əlinə vermək əgər hörmətsizliyə səbəb olsa haramdır. Əgər onun hidayət olunmasına ümidvar olsa ya İslamı təbliğ etmək üçün olsa icazəli, hətta bəzən vacibdir.[7]
7. Ayətullah Fazil: Quranı kafirə verməkdən çəkinməlidirlər. Əgər Quran onun əlindədirsə, imkan olduqda ondan alsınlar. Amma əgər Quranı ona verməkdən və ya Quranın onda olmasından məqsəd dində araşdırma və mütaliə olsa və həmçinin insan bilsə ki, kafir yaş əl ilə Qurana toxunmayacaq, iradı yoxdur.[8]