Please Wait
6605
İslam inqilabının əzəmətli rəhbərinin – Ayətullah Xamenei cənablarının naməhrəmə baxmaqla əlaqədar fətvası eynilə imam Xomeyninin (r) fətvası kimidir. İmam Xomeyni (r) müsəlman qadınlara baxmaqla əlaqədar buyurur: “Kişinin naməhrəm qadının bədəninə baxması istər ləzzət məqsədi ilə olsun, istərsə də olmasın, haramdır. (Biləkdən aşağı) əllərə və üzə baxmaq da əgər ləzzət qəsdi ilə olsa haramdır, lakin əgər ləzzət qəsdi ilə olmasa eybi yoxdur. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması da haramdır. Həddi-buluğa çatmamış qızın bədəninə və saçlarına baxmaqsa, əgər ləzzət qəsdi ilə olmasa və bu baxmaqla insan harama düşəcəyindən qorxmasa, işkalı yoxdur. Lakin ehtiyata görə gərək bud, qarın və s. kimi adətən örtülən yerlərə baxmadan çəkinsin.”[1]
Həzrət Ayətullah əl-üzma Xamenei “naməhrəm qadının üzünə və əllərinə baxmağın hökmü necədir və qadının naməhrəm kişi qarşısında ayaqlarını örtməsi vacibdirmi?” sualının cavabında buyurmuşdur: “Sualın fərz olunduğu halda əgər reybə və ləzzət qəsdi ilə olsa, qadın yaxud üzünə və əllərinə zinət vermiş olsa, caiz deyildir. Naməhrəm qarşısında ayaqlarını örtməsi də vacibdir.”[2]