Ətraflı axtarış
Baxanların
13760
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Nə üçün Məhəmməd ibni Hənəfiyyə Kərbəla hadisəsində İmam Hüseyn (əleyhis-salam)-a kömək etmədi?! Onun “imamət iddiasında olması” düzdürmü?
Sual
Nə üçün Məhəmməd ibni Hənəfiyyə Kərbəla qiyamında İmam Hüseyn (əleyhis-salam)-a kömək etmədi?! Onun barəsində deyilən “imamət iddiası etmişdir” sözü düzdürmü?

Qısa cavab

Tarix boyu Məhəmməd ibni Hənəfiyyənin böyük şəxsiyyəti barəsində rəva görülən təhriflərə diqqət yetirməklə onun şəxsiyyəti, əxlaqı və imani fəzilətləri barəsində mühakimə yürütmək ciddi şəkildə çətindir. Amma tarixi mənbələrdə pərakəndə vəziyyətdə mövcud olan şahidlərdən onun həyat tarixinin müxtəlif yönləri barədə kifayət qədər məlumat əldə etmək olar. Əli (əleyhis-salam)-ın bu oğlu barəsində qısa şəkildə belə demək olar: O çox görkəmli bir şəxsiyyət idi, İmam Əli, Həsən və Hüseyn (əleyhimus-salam) ona xüsusi məhəbbət və inayət göstərirdi. Məhəmməd Hənəfiyyə də onların İmam olmasına qəlbən etiqad bəsləyirdi. O heç vaxt imamət iddiası etməmiş, üstəlik fədakar bir əsgər kimi İmam Əli, Həsən və Hüseyn (əleyhis-salam)-ın hüzurunda olmuşdur. Onun Kərbəlada iştirak etməməsi dəlillərindən biri budur ki, İmam Hüseyn (əleyhis-salam)-ın qiyamı şəhadətlə yanaşı olduğundan və bu böyük hədəfin o həzrətlə yanaşı gedən az saylı insanın vasitəsi ilə həyata keçdiyindən, İmam nəticəsi köməkçilərinin hamısının şəhid olmasından ibarət olan bir döyüşdə Əhli-beytin bütün kişilərinin və övladlarının iştirakına razı olmamışdır. İkinci səbəb onun xəstəliyi idi. Üçüncü səbəb isə bu idi ki, İmam Hüseyn (əleyhis-salam) ona göstəriş vermişdi ki, o həzrətin olmadığı dövrdə Mədinədə qalsın və oranın hadisələrini həzrətə xəbər versin.

Ətreaflı cavab

Məhəmməd ibni Hənəfiyyənin şəxsiyyəti ilə daha artıq tanış olmaq üçün aşağıdakı bəhslərə diqqət yetirmək və araşdırmaq zəruridir:

Birincisi, tarix boyu müxaliflər tərəfindən imamət xanədanının kişilərinin şəxsiyyətinə qarşı yönəldilən zəhərli təbliğatlar ilə əlaqədar müqəddimədir. Ondan sonra:

1. Məhəmməd ibni Hənəfiyyənin əziz atası Əli (əleyhis-salam)-a məhəbbəti və bunun qarşısında İmamın ona məhəbbət bəsləməsi;

2. Onun İmam Həsən (əleyhis-salam)-a məhəbbəti və o həzrətin tərəfindən sevilməsi;

3. Onun İmam Hüseyn (əleyhis-salam)-a məhəbbəti və qarşılıqlı olaraq həzrətin də onu sevməsi;

4. Məhəmməd ibni Hənəfiyyənin İmam Hüseyn (əleyhis-salam)-ın intiqamını almaq məqsədi ilə qiyam edənlərə məhəbbəti;

5. Məhəmməd ibni Hənəfiyyənin İmam Səccad (əleyhis-salam)-a məhəbbəti.

Bu məsələləri tədqiq etməklə bu böyük şəxsiyyətli İmam övladının şəxsiyyəti ilə daha artıq tanış olacağıq.

 

Müqəddimə

İmam Əli (əleyhis-salam)-ın ailəsinə mənsub olan şəxslər barəsində tarixin münasibəti

Şübhəsiz, bu həqiqət barəsində mövcud olan bütün tarixi şahidlərin araşdırılaraq təhlil edilməsi çox zaman tələb edir və bu müxtəsər məqaləyə sığmaz. Buna görə də imkan daxilində o həqiqətlərin bəzisinə işarə etməklə kifayətlənirik:

a) Məşhur və məlum məsəldir ki, tarix kitabları padşahların, hakimlərin nəzərinə əsasən yazılmış və elə tənzim olunmuşdur ki, onların hakimiyyətinə, abır-heysiyyətlərinə azacıq belə, xələl gətirməsin, camaatın emosional hisslərini və duyğularını  təhrik etməsin. İbni Hişam, İbni İshaqın “Sirə” kitabını xülasələşdirməklə əlaqədar tutduğu üslub barəsində deyir: “Mən İbni İshaqın bu kitabda gətirdiyi məqamların bəzisini qeyd etmirəm. O şerləri ki, onlarda Peyğəmbərdən heç bir əsər-əlamət və onların barəsində Qurandan şahid yoxdur, yaxud onlar üçün təfsir deyilməmişdir... Həmçinin şairlərin nəzərində tanınmayan şerləri və camaatın bəzisinin ikrah hissi ilə yanaşdığı şeyləri qeyd etməmişəm.”[1]

Şübhəsiz, İbni Hişamın burada “camaat” dedikdə məqsədi (“camaatın bəzisinin ikrah hissi keçirdiyi” cümləsində) hakimlər və soltanlar olmuşdur. Əks halda, İbni Hişamın bu tarixi təhrif etməklə adı camaatın emosional hisslərinə və duyğularına  riayət etməsinin heç bir mənası olmazdı.

b) Tarixi mütaliə etdikdə görürük ki, bəzi tarixçilər İbni Hişamın yolunu getməsələr də, müxtəlif amillər səbəbi ilə hakimlərin istəyinə əsasən tarix yazmış, tarixdə qeyd olunan aşkar və danılmaz olan hadisələri təhrif etmişlər. Misal üçün, tarixdə deyilən “İmam Hüseyn Yezidin xilafətinin ilk günlərində ona beyətlə müxalifət etdi və Mədinənin hakimi Vəlidə xitab edərək buyurdu: “Bizi nübüvvət Əhli-beytiyik, risalətin mə’dəniyik, məlaikənin nazil olduğu yerlərik... Yezid günahkar, fasiq, şərab içən, günahsız insanların qatili, fisq-fücuru və əyyaşlığı aşkarda əncam verən şəxsdir. Mənim kimi bir şəxs Yezid kimi bir şəxslə heç vaxt beyət etməz.”[2] kimi aşkar bəyanları təhrif edərək yalandan yazmışlar: “O həzrət, Vəliddən xahiş etdi ki, onu Yezidin yanına aparsın.” Aydındır ki, bu aşkar təhrif zamanın xəlifəsinin və hakiminin istək və zövqünə uyğun olaraq baş vermişdir. Tarixçilər İmam Hüseyn (əleyhis-salam)-ın aydın tarixini belə təhrif edib haqqın tam əksini qələmə verdikləri halda başqalarının necə vəziyyətdə olması tamamilə məlumdur.

v) Tarix yazanlardan və ravilərdən bir çoxu hakimlərin zülmündən və qüdrətindən qorxduqları üçün Əli (əleyhis-salam)-ın fəzilətlərini inkar etmiş, Əhli-beytin fəzilətlərinin müqabilində soltanlar üçün müəyyən fəzilətlər düzəldərək onların şənini yüksəltmək qərarına gəlmişlər.[3] Buna görə də qəti şəkildə demək olar ki, tarix Əhli-beyt (əleyhimus-salam), xüsusilə İmam Əli (əleyhis-salam)-ın övladları barəsində çox insafsız rəftar etmişdir. Buna görə də Məhəmmədi ibni Hənəfiyyənin şəxsiyyətini araşdırıb tanımaq üçün tarixi mənbələrdə pərakəndə vəziyyətdə olan şahid və dəlillərdən istifadə etmək lazımdır. Bu şahidlər aşağıdakılardır:

1. Məhəmməd ibni Hənəfiyyənin əziz atası İmam Əli (əleyhis-salam)-a məhəbbəti və Əli (əleyhis-salam)-ın da onun sevməsi

Bir kəs (imamlar barəsində xəbər və rəvayətlərin ciddi senzurada olduğu bir zamanda) şiə və sünnü mənbələrində pərakəndə və dağınıq vəziyyətdə olan rəvayətləri araşdırıb tədqiq etsə, anlayacaqdır ki, İmam Əli (əleyhis-salam) öz övladı Məhəmməd ibni Hənəfiyyəyə çox məhəbbət bəsləyirdi. Hətta bəzi söhbətlərində buyurmuşdu: “Hər kəs dünya və axirətdə mənə ehsan və yaxşılıq etmək istəyirsə, oğlum Məhəmmədə yaxşılıq etsin.”[4]

“Əl-ithaf” kitabının müəllifi İmam Əli (əleyhis-salam)-ın vəsiyyətini nəql edərək deyir: Sonra Məhəmməd Hənəfiyyəyə baxdı və buyurdu: “Qardaşlarına tövsiyə etdiyim şeyləri yadında saxladınmı?!” Dedi ki, bəli. Həzrət buyurdu: “Onun oxşarını sənə də tövsiyə edirəm: qardaşlarını əzizlə, çünki sənin üzərində böyük haqları vardır. Onların göstərişlərinə tabe ol, onlarla məşvərət etmədən və nəzərlərini istəmədən heç bir işi qətiləşdirmə... (Sonra Həsənlə Hüseynə buyurdu:) Sizə onun (İbni Hənəfiyyənin) barəsində tövsiyə edirəm. Çünki o, sizin qardaşınız[5] və atanızın oğludur. Bilirsiniz ki, atanız onu sevir.”[6]

İmamın bu vəsiyyətlərindən öz oğlu Məhəmməd ibni Hənəfiyyəyə dərin məhəbbət bəslədiyi aydın olur. Hətta İmam onunla qardaşlarının arasında məhəbbət tellərini möhkəmləndirməyə də səy edir.

Burada münasib olardı ki, Şeyx Səduqun nəql etdiyi Əli (əleyhis-salam)-ın uzun bir vəsiyyətini qeyd edək. Bu vəsiyyət o həzrətin öz oğlu Məhəmməd Hənəfiyəyə xüsusi inayət və məhəbbətindən hekayət edir. Bu vəsiyyət uzun olduğuna görə onun əvvəlindən və axırından bir hissəsini qeyd edirik: Əli (əleyhis-salam) oğlu Məhəmməd ibni Hənəfiyyəyə vəsiyyətində buyurdu: “Ey oğlum! Dünya arzularına etimad etməkdən uzaq ol! Çünki arzular... Əgər dünya və axirət xeyrini əldə etmək istəyirsənsə, camaatın əlində olan şeylərə tamah salma.”[7]

İmam Əli (əleyhis-salam)-ın axırıncı vəsiyyəti olan bu vəsiyyət tam aşkar şəkildə İmamın öz oğlu Məhəmməd ibni Hənəfiyyə məhəbbətini göstərir, onun şəxsiyyətinin formalaşmasındakı xüsusi nəzərini bəyan edir və onu Əhli-beytin yoluna hidayət edir. Çünki, İmam malik olduğu bütün məşğuliyyətlər və nigarançılıqla belə, bu qədər uzun bir vəsiyyəti etmişdir.

2. İmam Həsən (əleyhis-salam)-la Məhəmməd ibni Hənəfiyyənin bir-birinə qarşılıqlı məhəbbəti

Bu barədə şahidlər çoxdur. Mövzumuz ilə əlaqədar bir neçə nümunəni qeyd edirik:

1. Məşhur məsələdir ki, İmam Əli (əleyhis-salam) Həsənlə Hüseyni həyatının qorunmasına ciddi nəzarət edirdi. Çünki bir tərəfindən imamət və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəsli onların vasitəsi ilə davam etməli idi. Digər tərəfdən, bu nəslin davam etməsi də bu iki İmamın sağ qalmasına bağlı idi. Odur ki, İmam Əli (əleyhis-salam) Məhəmməd ibni Hənəifyyəni çox təhlükəli işlərə göndərirdi. Buna görə də Məhəmməd Hənəfiyə ilə onun İmam qardaşları arasına ixtilaf salmağa çalışan, yaxud öz gümanlarına əsasən, bu iki fərqli rəftara dəlil tapmaq istəyənlər ondan soruşurdular: “Necə olur ki, atan səni çox təhlükəli işlərə göndərir, amma Həsənlə Hüseyni göndərmir?!” Məhəmməd Hənəfiyyənin bu kimi sözlər qarşısında tutduğu mövqe onun öz İmam qardaşlarına məhəbbətdən və imamlarla əlaqədar atasının qərarından söhbət açır. O, bunların cavabında buyururdu: “Onlar mənim iki qardaşım və atamın iki gözüdür, mən isə atamın qollarıyam. Atam öz əlləri ilə gözlərini qoruyub saxlayır!”[8]

2. İmam Həsən (əleyhis-salam) can üstündə olanda Qənbəri çağırıb buyurdu ki, Məhəmməd ibni Hənəfiyyəni çağır. Qənbər deyir ki, İbni Hənəfiyyəyə “İmam səni istəyir” deyəndə dərhal soruşdu: “Bir hadisə baş vermişdimi?!” Dedim: “İmam Həsənin yanına get.” O, təcili olaraq İmamın hüzuruna gəldi, ədəb-ərkanla salam verdi. Sonra İmam Həsən (əleyhis-salam) ona buyurdu: “Əyləş... Ey Əlinin oğlu Məhəmməd! Mən sənin həsəd edəcəyindən qorxmuram, çünki (həsəd səndən uzaqdır) Allah-taala bu sifətlə kafirləri vəsf etmiş və şeytanın sənə nüfuz etməsinə yol qoymamışdır...” Sonra Məhəmməd ibni Hənəfiyyə qardaşına xitab edərək dedi: “Sən mənim İmamım və ağam, Peyğəmbərə tərəf olan yolumsan. Allaha and olsun! Bu sözü  (xəbəri) eşitməzdən qabaq ölümün mənim sorağıma gəlməsini istərdim!”[9]

3. Bu söz Məhəmməd ibni Hənəfiyyənin yüksək iman səviyyəsini, öz qardaşının imamətinə dərin etiqadını bəyan edir.[10] İmam Həsən (əleyhis-salam) ona “həsəd səndən uzaqdır və şeytanın sənə nüfuz etməsinə yol qoymamışdır...” deməklə Allah-taalanın bu kəlamına işarə edir: “Şeytan Mənim (xalis) bəndələrimə hakim kəsilə bilməz.”[11] Bu da Məhəmməd ibni Hənəfiyyənin böyük və alicənab şəxsiyyətinə dəlalət edir.

4. İmam Həsən (əleyhis-salam) şəhid olduqdan sonra Məhəmməd ibni Hənəfiyyə o həzrətin matəmində insani duyğulardan, ülvi məhəbbətdən qaynaqlanan kəlmələrlə, dərin kədər və  qəm-qüssəni göstərən şerlərlə o həzrəti vəsf etmişdir.

Yəqubi bu barədə yazır: İmam Həsənin cəsədi kəfənə qoyulan zaman Məhəmməd ibni Hənəfiyyə belə deyirdi: “Ey Əba Məhəmməd! Allah sənə rəhmət etsin! Allaha and olsun ki, sənin həyatın izzət, ölümün hidayətdir. Sənin bədənində necə gözəl bir ruh vardı! Necə gözəl bir bədən kəfənə bükülmüşdür! Nə üçün belə olmasın, halbuki sən hidayət sülaləsindənsən, təqva əhlinin həmpeymanısan, “Kisa” səhabələrinin beşincisisən; sən haqdan qidalanmış, islam evində tərbiyə almış, iman döşündən süd əmmişsən, pak-pakizə həyat sürmüşsən və pak halda da dünyadan getmişsən. Allahın rəhmət və salamı sənə olsun!”[12]

Məhəmməd ibni Hənəfiyyənin öz qardaşının matəmində dediyi sözlərə diqqət yetirən hər bir şəxs onun öz qardaşını müxtəsər, eyni zamanda çox ali, dolğun mənalarla vəsf etmiş olduğunu, onun qardaşı ilə əlaqədar dediyi sözlərin çox böyük məziyyət və fəzilətlərə malik olduğunu görəcək. Həm də görəcəkdir ki, bu sözləri deyən şəxs mərhum qardaşının pak ruhunu, bədənini və əsil-nəsəbini vəsf etdiyi zaman onun haqqını olduğu kimi əda etmişdir. Kim öz İmam qardaşına Məhəmməd ibni Hənəfiyyədən çox agah ola bilərdi?![13]

3. Məhəmməd ibni Hənəfiyənin İmam Hüseyn (əleyhis-salam)-a məhəbbəti və qarşılıqlı olaraq həzrətin də onu sevməsi

Bu qarşılıqlı məhəbbətin dəlilləri aşağıdakılardır:

1. İmam Baqir (əleyhis-salam)-dan nəql olunur ki, İmam Hüseyn ehtiram əlaməti olaraq İmam Həsən (əleyhiməs-salam)-ın hüzurunda heç bir şey danışmazdı. Məhəmməd inbi Hənəfiyyə də İmam Hüseyn (əleyhis-salam)-ın hüzurunda belə idi.[14]

2. Sibt ibni Covzi “Təzkirətuil-xəvas” kitabında belə nəql edir: Məhəmməd ibni Hənəfiyyə İmam Hüseyn (əleyhis-salam)-ın səfərindən xəbərdar olanda dəstəmaz alırdı. O bu xəbəri eşidəndə çox ağladı.” Bunun özü də Məhəmməd ibni Hənəfiyyənin Əhli-beytin böyük şəxsiyyəti olan İmam Hüseyn (əleyhis-salam)-a dərin məhəbbətini göstərir.[15]

3. Məhəmməd ibni Hənəfiyyənin İmam Hüseyn (əleyhis-salam)-la söhbəti: “Qardaşım! Sən mənim yanımda ən əziz və ən sevimli insansan...”[16]

Yuxarıda qeyd olunanlardan Məhəmməd ibni Hənəfiyyənin atası İmam Əli, qardaşları Həsənlə Hüseynin yanında olan məqamı aydın olur. Amma bu sual yenə də qalır: Nə üçün Məhəmməd ibni Hənəfiyyə Kərbəla səfərində İmam Hüseyn (əleyhis-salam)-ın yoldaş olmadı?

Məhəmməd ibni Hənəfiyyənin Kərbəla hadisəsində iştirak etməməsinin səbəbi

Sualın mətnində də gəldiyi kimi, bu, çox verilən bir suladır. Cavabın aydın olması üçün bu məsələni bir neçə cəhətdən araşdırırıq:

1. İmam Hüseyn (əleyhis-salam)-ın qiyamı şəhadətlə yanaşı idi və o həzrətin böyük hədəfi onunla birlikdə olan şəxslərin hamısının şəhadətə yetməsindən başqa bir yolla həyata keçməyəcəkdi. Buna görə də İmam nəticəsi bütün köməkçilərinin şəhadətindən ibarət olan bir müharibədə bütün Əhli-beyt övladlarının və kişiləri iştirak edərək qətlə yetirilməsini məsləhət görməmişdi. Bu müddəanın şahidi Məhəmməd ibni Hənəfiyyənin dediyi aşağıdakı sözdür: “Həqiqətən onun səhabələri və köməkçiləri özlərinin və atalarının adları ilə birlikdə bizim yanımızda yazılmışdır.”[17]

2. Digər bir nəzər bu idi ki, İmam hicrət edən zaman o xəstə idi. Onun xəstəliyinin nə olmasında fikir ayrılığı vardır.[18]

3. Üçüncü nəzər daha məqbul və məntiqi sayılır. O da bundan ibarətdir ki, İmam (əleyhis-salam) qardaşını öz yerində Mədinədə mühüm bir iş üçün təyin etmişdir. Bu nəzəriyyənin də bir neçə şahidi vardır:

a) Əllamə Məclisi və Əllamə Möhsün Əmin (rəhmətullahi əleyhima) yazırlar: İmam Hüseyn (əleyhis-salam) düşmənlərin Mədinədə törədəcəkləri fitnələrin qarşını almaq üçün qardaşını orada qoymuşdu. O, Əhli-beyti və köməkçiləri ilə Mədinədən Məkkəyə doğru hərəkət edəndə qardaşını Mədinədə qoydu ki, güclü bir casus kimi düşmənlərin ən sadə hərəkətlərini belə, eləcə də Mədinədə baş verən hadisələri İmama çatdırsın: Həzrət  buyurmuşdu: “Sən Mədinədə yalnız buna görə qalırsan ki, orada mənim “gözüm” (casusum) olasan, onların hərəkətlərini mənən xəbər verəsən.”[19]

Bu, onun İmam tərəfindən bu mühüm vəzifə üçün təyin edildiyinə dair əsaslı bir dəlildir. Təbiidir ki, İmam islam mərkəzinin ən mühüm məntəqələrindən biri olan Mədinə şəhərində bir qüvvə saxlamalı idi ki, oranın hadisələrindən xəbərsiz qalmasın.

b) İkinci şahid – İmam Hüseyn (əleyhis-salam)-ın Məhəmməd ibni Hənəfiyyəyə yazdığı axırıncı məktub.

Tarixçilər yazırlar ki, İmamın yazdığı son məktub qardaşı Məhəmməd ibni Hənəfiyyəyə yazdığı məktub idi. İbni Quləveyh İmam Baqir (əleyhis-salam)-dan nəql edir ki, İmam Hüseyn (əleyhis-salam) Kərbəladan Məhəmməd ibni Hənəfiyyəyə belə yazdı: “Bismillahir-Rəhmanir-Rəhim. Kərbəladan – Hüseyn ibni Əlidən Məhəmməd ibni Əliyə. Amma bəd. Dünya sanki, olmamış, axirət də əbədidir...”[20]

Deməli, əgər İmam (əleyhis-salam) Kərbəlada hərəkatında iştirak etmədiyinə görə qardaşından narazı olsaydı, heç vaxt sonuncu məktubunu ona yazmazdı.

v) Üçüncü şahid: İbni Hənəfiyyənin İmam Hüseyn (əleyhis-salam)-ın intiqamını almaqla əlaqədar baş verən qiyamlara ciddi yanaşaraq bu məqsədlə səy göstərməsi

Əgər o, İmam Hüseyn (əleyhis-salam)-a kömək etməməkdə müqəssir olsaydı, sağlığında “nə üçün İmama kömək etmədin?!” deyə ona etiraz olunmalı idi. Halbuki Məhəmməd ibni Hənəfiyyə Muxtardan “nə üçün Ömər Sədi gec öldürdün?!” deyə gileylənirdi. Mərhum Ayətullah Xoi bu barədə yazır: “Məhəmməd ibni Hənəfiyyə şiələrin iclasında Ömər Sədin qətlini təxirə saldığına görə Muxtardan gileyləndi. Sözləri tamam olmamış iki nəfərin kəsik başını onun yanına gətirdilər. O, səcdə etdi, sonra əllərini qaldırdı və belə dua etdi: “Pərvərdigara! Bu günü Muxtar üçün unutma! Ona Məhəmməd Əhli-beyti tərəfindən ən yaxşı mükafatı ver! Allaha and olsun ki, bundan sonra heç vaxt Muxtardan gileylənməyəcəyəm.”[21]

q) Dördüncü nümunə: Tarixdə mövcud olan inkarolunmaz faktlara əsasən, İmam Saccad (əleyhis-salam) qiyamlarda əmisini öz naibi, həmfikir və köməkçi ünvanı ilə özünün müavini və vəkili qərar vermişdi. İmam Səccadd (əleyhis-salam)-ın məktubu belədir: “Ey əmi! Hətta qara dərili bir qul biz Əhli-beytə qarşı təəssübə malik olsa, ona kömək etmək camaata vacibdir. Şübhəsiz, mən səni bu işə məsul qərar vermişəm, özün məsləhət bildiyin şəkildə əməl et!”[22]

Qiyamla əlaqədar işlərin İmam Səccadd (əleyhis-salam)-ın tərəfindən öz əmisi İbni Hənəfiyyəyə həvalə edilməsi ən gözəl üslublardan biri idi. Çünki o, cinayətkar hakimlərə qarşı mübarizədə müttəhim olunmurdu və düşmənlər üçün sui-zənn yaratmağa heç bir əsas da yox idi. Çünki o, imamət iddiasında deyildi. Halbuki, İmam Səccad (əleyhis-salam) Kərbəla şəhidlərinin qəyyumu sayıldığı və imamət ləyaqətinə və səlahiyyətinə malik olduğu üçün hökumət tərəfindən ciddi nəzarət altında idi. Elm, təqva və şərafətinə görə imamət məqamı ona məxsus idi. Şiələrin onun imamətinə inanması da hökumət casuslarından və xəfiyyə işçilərindən məxfi deyildi. Buna görə də İmam əməvilərin təhdidləri müqabilində öz canını qoruyub saxladığı kimi, öz yolunu, məramını, dinin dirçəldilməsi, ədalət hökumətinin bərqərar edilməsi üçün şərait yaradılması istiqamətində səylərini davam etdirirdi. Əhli-beytin intiqamını almaq üçün şəraiti izləməkdən bir an belə, laqeyd qalmadı.[23] Diqqətlə nəzər yetirdikdə başa düşmək olar ki, bu mühüm işin yerinə yetirilməsi yalnız Məhəmməd ibni Hənəfiyyənin səyləri ilə mümkün ola bilərdi.

 

Məhəmməd ibni Hənəfiyyə imamət iddiası edirdimi?

Bəyan olunan mətləblərdən Məhəmməd ibni Hənəfiyyənin fərdi və ictimai şəxsiyyəti, eləcə də tarixdəki rolu aydın oldu. O cənab üçün bəyan olunan bu qədər müsbət xüsusiyyətlərlə yanaşı, onun xəta və səhvdən məsum olmasına etiqadımız yoxdur. Gördüyümüz kimi, Ayətullah Xoi (rəhmətullahi əleyh) kimi rical alimi və dərin savada malik olan fəqih “Məhəmməd Hənəfiyyənin imanına xələl gətirən heç bir rəvayət tapmadıq” deyə buyurur. Hətta onun imamət iddiasında olmasını deyən rəvayətlər səhih olsa belə, onun imanına xələl yetirmir. O deyir: “Rəvayət sənəd nəzərindən səhihdir və Məhəmməd Hənəfiyyənin imanına dəlalət edir, onun İmam Səccad (əleyhis-salam)-ın imamətinə etiqadlı olduğunu göstərir.”[24]

Bizim əqidəmizcə, Ayətullah Xoinin nəzəriyyəsi düzgündür. Çünki əgər bir şəxs bu rəvayətə, xüsusilə (hədisin birinci hissəsində) Məhəmməd ibni Hənəfiyyənin öz qardaşı oğlu İmam Səccad (əleyhis-salam)-ın qarşısındakı gözəl və ədəb-ərkanlı kəlamlarına diqqət yetirsə, bu məsələ tamamilə aydın olur. Rəvayətin axırında da aşkar şəkildə deyilir ki, o, axırda öz səhvini başa düşdü və İmam Səccad (əleyhis-salam)-ın imamətini qəbul etdi. Rəvayətdə deyilir: “Sonra Məhəmməd ibni Hənəfiyyə qayıtdı və Əli ibni Hüseynin vilayətini qəbul etdi.”[25]



[1] İbni Hişam, Əbdül-Məlik ibni Hişam Himyəri Məafiri, “Əssirətun-Nəbəviyyə”, 1-ci cild, səh. 4, Müstəfa Səqqa, İbrahim Əbyari və Əbdül-Həfiz Şəlbinin tədqiqi, Beyrut, “Darul-mərifət”, bi. ta.

[2] İbni Ə’səm, Əbu Məhəmməd Əhməd Kufi, “Kitabul-futuh”, 5-ci cild, səh. 14, Əli Şirinin tədqiqi, Beyrut, “Darul-ovza”, 1-ci çap, 1411-ci (1991-ci) il

[3] Bu barədə Əllamə Əmininin (rəhmətullahi əleyh) “fəzilətdə şişirtmə” ünvanlı bölməsinə müraciət edə bilərsiniz.

[4] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 1-ci cild, səh. 300, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci hicri şəmsi il. Əllamə Məclisi də bunu "Biharul-ənvar", 44-cü cild, səh. 174-də gətirmişdir: “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri qəməri ili

[5] “Futuh”, İbni Ə’səm, 4-cü cild, səh. 28 bu ibarə deyilir: أَوْصَیْتُ أَخَاکُمَا بِکُمَا وَ أُوصِیکُمَا بِِهِ

[6] Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixul-uməm vəl-muluk”, 5-ci cild, səh. 147, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi, Beyrut, “Darut-turas”, 1387-ci hicri qəməri (1967)

[7] Şeyx Səduq, Əbu Cəfər, “Mən la yəhzuruluh-fəiqh”, 4-cü cild, səh. 284-292, “Camiul-müddərisin”, Qum, 1413-cü hicri qəməri ili

[8] İbnil-İmad Hənbəli, Şəhabuddin Əbul-Fəlah Dəməşqi, “Şəzəratuz-zəhəb fi əxbari mən zəhəb”, 1-ci cild, səh. 331, Beyrut, “Daru İbni Kəsir”, birinci çap, 1406-cı il (1986)

[9] "Biharul-ənvar", 44-cü cild, səh. 176-177; “Kafi”, 1-ci cild, səh. 300

[10] Digər bir rəvayətdə imam Hüseyn (əleyhis-salam)-ın imamətinə işarə edir ki, ixtisara riayət etmək üçün onu qeyd etmirik.

[11] “Hicr” surəsi, ayə: 42

[12] Yəqubi, Əhməd ibni Əbi Yəqub ibni Cəfər, “Tarix Yəqubi”, 2-ci cild, səh. 225, Beyrut, “Darus-sadir”, Bi. Ta

[13] Nəcəfi, Əli ibni Hüseyn Haşimi, “Məhəmməd ibni Hənəfiyyə”, səh. 94, təhqiq: “Əl-müəssisətul-islamiyyə lil-buhusi vəl-məlumat”, “Darul-huda”, 1-ci çap, 1424-cü hicri ili

[14] “ "Biharul-ənvar", 43-cü cild, səh. 219

[15] “Təzkirətul-xəvass”, səh. 217, Nəcəfi, Əli ibni Hüseyn Haşimi, “Məhəmməd ibni Hənəfiyyə” kitabından nəqlən: səh. 100

[16] “Tarixi Təbəri”, 5-ci cild, səh. 341

[17] "Biharul-ənvar", 44-cü cild, səh. 186; İbni Şəhraşub, “Əl-mənaqib”, 4-cü cild, səh. 53, “Əllamə” nəşriyyatı, Qum, 1379-cu hicri qəməri ili

[18] “Məhəmməd ibni Hənəfiyyə”, səh. 109-112, Şeyx Cəfər, Nəqdi, “Əssəyyidətu Zeynəbu-Kubra”, səh. 9-dan nəqlən. Mühənna ibni Sənan – Əllamə Lahicinin ricallarındandır, yazmanın 119-cu səhifəsindən  nəql etmişdir.

[19] "Biharul-ənvar", 44-cü cild, səh. 329; “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 588, “Darut-təarif lil-mətbuat”, Beyrut

[20] Qummi, İbni Quləveyh, “Kamiluz-ziyarat”, səh. 75, “Mürtəzəviyyə” nəşriyyatı, Nəcəf, 1356-cı hicri qəməri ili

[21] Xoi, Seyid Əbül-Qasim, “Mö’cəmu ricalil-hədis”, 18-ci cild səh. 100, "Biharul-ənvar”dan nəqlən: 45-ci cild.

[22] “Biharul-ənvar", 45-ci cild, səh. 365

[23] Hüseyni Cəlali, Seyid Məhəmməd Rza, “Cəhadul-İmam Səccad (əleyhis-salam)”, səh. 236-237, ikinci çap, 1417-ci hicri qəməri ili

[24] “Möcəmu ricalil-hədis”, 16-cı cild, səh. 50

[25] “Əl-kafi”, 1-ci cild, “höccət” kitabı, 4, səh. 81, hədis 5

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    9428 Nizamlar hüquq və əhkam 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Dəccal kimdir? Onun barəsində olan rəvayətləri izah etmənizi istərdik.
    9024 Qədim kəlam 2011/08/23
    Zühurynəlamətlərindənbiridəinsanlarızəlalətəsalanvəazdıran “Dəccal” adlıbir
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
    7423 Nizamlar hüquq və əhkam 2011/06/12
    Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    8731 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...
  • “Əməli əsl” və “ictihadi dəlil” dedikdə məqsəd nədir və bunların arasında nə kimi əlaqə vardır?
    6117 Nizamlar hüquq və əhkam 2012/02/18
    Əməli əsl“Əməli əsl” üsuli-fiqh elmində bir termindir. Onun mənası şəri hökmün təyinində şəkk yaranan zaman mükəlləfin əməli (şəri) vəzifəsini aydınlaşdıran bir qaydadan ibarətdir – dəlil və əmarə tapmadıqdan sonra. Başqa sözlə desək, əməli əsl, yaxud əməliyyə əslləri şəkk-şübhəyə düçar olan bir şəxsin əməlini ...
  • can verən halla ölüm səkəratı arasında farq nədir?
    7016 حقانیت مرگ 2015/06/02
    Ərəbcədən ehtizar sözü iftial şəklində olub, həzər sözünün yəni, hazır olmaq mənasındandır. Bəziləri deyirlər, insanın son anında ölüm mələklərinin hazır olmasına görə bu hala, ehtizar deyilir.[1] Belə bir hala düşən insana isə möhtəzər (can verən) deyilir.[2] Ehtizar yəni, can verən vaxt ...
  • Nə üçün bəzi müsəlmanların əməlləri onların din və məzhəb əqidələriylə üst- üstə düşməyib əksinə olur?
    6454 Əməli əxlaq 2011/05/15
    İnsan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır; ruhi və İlahi, maddi və mənəvi, ictmai və atifi və... təbəqələrdən ibarətdir. Bu təbəqələr həmişə bir- biriylə mübarizədədirlər ki, bu da insanı əqidəsiylə əməlləri arasında müxalifətə doğru yol açır. İlahi dinlər, xüsusiylədə İslam dini insanları nəfsin istəkləri tələsindən qurtarıb onu ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6743 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    10576 Nizamlar hüquq və əhkam 2012/01/19
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164675 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163733 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113679 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110524 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94037 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54839 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54123 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46130 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45746 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...