Ətraflı axtarış
Baxanların
7272
İnternetə qoyma tarixi: 2008/01/02
Sualın xülasəsi
Qadın incə bir varlıq, yoxsa zəif bir insandır?
Sual
Qadın incə bir varlıq, yoxsa zəif bir insandır?
Qısa cavab

Quran nəzərindən qadının çox yüksək məqamı vardır. Qurani-kərim qadınla kişini xilqət baxımından bir insani gövhərdən və bir cinsdən yarandığını bəyan edir.

Bu asimani kitab xüsusi ilahi mərhəmətə layiq görülən, rübubi məqamın vəhyini əldə edən, mələklərlə danışan qadınlardan xəbər verir. Onlar Allah yolunda müqavimət və iman ünvanı ilə bütün insanlara nümunə kimi təqdim edilmişdir. Bu barədə həzrət Məryəm (əleyha salam)  və Fironun arvadından söhbət açan ayələri qeyd etmək olar.

Kişinin bəzi bacarıq və xüsusiyyətlərdə qadından üstün və eləcə də qadının bəzi xislətlərdə kişidən üstün və güclü olması heç birinin ümumi şəkildə güclü, digərinin isə zəif olmasına dəlil ola bilməz. Ümumiyyətlə, bu cəhətdən kişi və qadın arasında müqayisə aparmaq düzgün deyildir. Çünki ailənin yaşayış və məişət xərclərini təmin etməkdə atanın məsul olması onun qadınla müqayisədə daha artıq fiziki qüvvəyə malik olmasını tələb edir. Eləcə də ana uşağın tərbiyəsində və inkişafında məsul olduğuna görə ata ilə müqayisədə daha artıq atifəyə və insani duyğulara sahib olmasını tələb edir. Bu da hər bir şeyin öz yerində qərarlaşmasını tələb edən ədalətdir.

İncə və zəif olmaq müxtəlif mərhələlərə malik olan nisbi işlərdəndir. Yəni bir şey başqa şeylə müqayisədə kobud və güclü hesab oluna bilər. Amma həmin şey üçüncü bir şeylə müqayisədə zəif və incə ola bilər. Nümunə üçün: Quran məntiqində insan zəif bir varlıq hesab edilmişdir: “Allah istəyir ki, sizin yükünüzü yüngülləşdirsin, çünki insan zəif xəlq edilmişdir.” Amma həmin insan ətrafda mövcud olan bir çox varlıqlardan güclü hesab olunur. Deməli, mühakimə yürüdən zaman meyarlar bəyan edilməlidir: müəyyən bir meyara əsasən fiziki qüdrət kimi bir şey bir varlıqda zəif ola bilər, amma başqa bir meyara əsasən, o cümlədən elmi qüdrət və s. daha güclü hesab edilə bilər.

Hər bir halda qadınla kişi insaniyyətin iki sinfidir və hər birinin də müxtəlif fərqləri və üstünlükləri vardır. Onlar fiziki nəzərdən və fizioloji şərtlər baxımından fərqlənirlər. Buna görə də hər biri özünə məxsus vəzifəni əncam vermək üçün xəlq edilmişdir. Bu fərqlər (nəinki ayrı-seçkilik) eynilə hikmətdir və insan nəslinin davam edilməsi üçün qoyulmuşdur. Bunun mənası kamal yolunun qadınların üzünə bağlanmış və ya məhdud edilmiş olması deyildir. Qadınların əsas ruhi xüsusiyyətlərindən biri insani duyğular və atifələr müqabilində tez bir zamanda təsirlənməkdir. Buna görə də şadlıq, nigaranlıq, ağlamaq və gülmək kimi şeylərdə kişilərdən daha tez tez təsirlənirlər.

Allah-taala qadının öhdəsində olan vəzifələrə və təbiətinin tələbinə əsasən onun varlığında elə incəliklər və zəif cəhətlər qoymuşdur ki, öz məsuliyyətlərini yerinə yetirə bilsin. Buna görə də kişi ilə müqayisədə qadın daha incə və zəif məxluq sayılır.

Ətreaflı cavab

Cavabda bir neçə məsələni diqqət mərkəzində saxlamaq lazımdır:

1. Quran nəzərindən qadının çox yüksək məqamı vardır. Qurani-kərim qadınla kişini xilqət baxımından bir insani gövhər və cinsdən yarandığını bəyan edir: “Ey insanlar! O Allah qarşısında təqvalı olub qorxun ki, sizi vahid bir nəfsdən xəlq etdi, həyat yoldaşını da ondan yaratdı, onlardan çoxlu kişilər və qadınlar vücuda gətirdi.”[1]

Fəzilətə, yüksək insani dəyərlərə və mənəvi məqamlara yiyələnmək, ali insani sifətləri kəsb etməyə qadir olmaq nəzərindən Quran təbirlərində qadınla kişi arasında heç bir fərq qoyulmur. Bu barədə Quranda çoxlu ayələr mövcuddur. Bu ayələrin bəzilərində bu məzmun gözə dəyir: “Hər kəs – istər qadın olsun, istərsə də kişi, imanlı olduğu halda saleh əməl görərsə, pak-pakizə həyata malik olar, behiştə daxil olar və Allahın dərgahına yaxınlaşar.”[2]

Quranda kişi “ata” və qadın “ana” ünvanı ilə daim bir yerdə zikr olunmuşdur. Övladlara da vəzifə verilmişdir ki, ata-anaya ehtiram qoysunlar, onlara heç vaxt, hətta müşrik olsalar belə, hörmətsizlik etməsinlər. Onların şirkə dair tövsiyələrini qəbul etmək olmaz, amma eyni halda onlarla gözəl rəftar edilməlidir.  Ata və ana hər yerdə eyni səviyyədə və bir yerdə təriflənmişdir.

Qadın və kişi barəsində yüksək insani dəyərlərlə əlaqədar aşağıdakı halları qeyd edirik: “Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaət edən kişilər və itaət edən qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbir edən kişilər və səbir edən qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar...”[3]

Qurani-kərim elə qadınların adını çəkir ki, Allah tərəfindən xüsusi mərhəmətə layiq görülmüş, rübubi məqamdan vəhyin nazil olduğu yer olmuş, mələklər onlarla danışmışdır. Bu qadınlar Allah yolunda iman və müqavimətin nümunəsi kimi qeyd edilmişlər. Burada həzrət Məryəm (əleyha salam), Musanın anası və Fironun həyat yoldaşının[4] adını qeyd edən ayələri göstərmək olar: “Pərvərdigarı onu (Məryəmi) gözəl şəkildə qəbul etdi, onu gözəl tərbiyələndirdi və Zəkəriyyanı onun kəfili (başçısı) qərar verdi. Zəkəriyya hər vaxt məbəddə onun yanına gəlirdisə, Məryəmin yanında xüsusi meyvələrin olduğunu görüb soruşurdu: “Bunlar haradan gəlmişdir?” O deyirdi: “Bunlar Allahın yanından gəlmişlər, Allah istədiyi şəxslərə hesabsız ruzi verir.”[5]

Sonra  buyurur: “Mələklər dedilər: (Ey Məryəm!) Allah səni seçmiş, paklamış və (sənin dövründəki qadınlardan) seçib üstün etmişdir.”[6]

2. İncə və zəif mənalarının nisbi olması

Qeyd etmək lazımdır ki, incə və zəif kəlmələri heç vaxt biri digərini lazım tutmur. Yəni elə də deyildir ki, bu ikisindən biri harada olsa digəri də onunla yanaşı olsun. Bəzən bir varlıq kobud və zəif, bəzən isə bunun əksinə olaraq incə və güclü ola bilər. Onların bir varlıqda cəm olması da mümkündür, yəni bir varlıq eyni zamanda həm incə, həm də zəif ola bilər.

Bu iki sifət müxtəlif mərhələlərə malik olan nisbi işlərdəndir. Yəni bir şey başqa şeylə müqayisədə kobud və güclü sayıla bilər, amma həmin şey üçüncü bir şeylə müqayisədə lətif, incə və zəif ola bilər. Misal üçün,  Quran məntiqində insan zəif varlıq hesab olunur: “Allah istəyir ki, sizin yükünüzü yüngülləşdirsin, çünki insan zəif xəlq edilmişdir.”[7] Amma bir çox varlıqlarla müqayisədə həmin insan çox güclü hesab olunur. O elə işlər görür ki, güclü varlıqlardan çoxu o işləri görməkdə acizdir. Quran yenə  buyurur: “Kitab elmindən cüzi bir elmi olan kəs (Asəf) dedi: “Mən onun (Bilqeyisin) taxtını bir göz qırpımında (Yəməndən) sənin yanına (Fələstinə) gətirərəm.”[8]

Deməli, bir şey barəsində mühakimə yürüdən zaman meyarları bəyan etmək lazımdır. Çünki müəyyən bir meyara əsasən bir varlığın fiziki qüdrəti və bacarığı zəifdirsə, başqa bir meyara əsasən onun elmi və s. kimi bacarıqları çox güclü ola bilər...

3. Qadın və kişi bir növdən yaranmışlar və bir şəxs üçün insan olması cəhətindən nə qədər təbii və şəri hüquqlar  sübuta yetsə həm qadın, həm də kişi üçün qüvvədədir. Amma diqqət yetirmək lazımdır ki, bu iki sinfin bir-biri ilə müqayisədə çoxlu fərqləri və fəzilətləri vardır. Onlar fiziki baxımdan və fizioloji şərait cəhətindən fərqlidirlər. Buna görə də hər biri özünəməxsus vəzifələri yerinə yetirmək üçün xəlq edilmişdir. Bu fərqlər (nəinki ayrı-seçkilik) eynilə hikmətdir və bəşər nəslinin davam etməsinə səbəb olur. Bu mənaya deyildir ki, kamal yolu qadının üzünə bağlanmış, yaxud bu yolda ona məhdudiyyət qoyulmuş olsun. Qadınların xilqətində qoyulmuş ruhi xüsusiyyətlər – insani duyğular və hislərdən tez bir zamanda təsirlənməkdir. Buna görə də şadlıq, nigaranlıq, ağlamaq və gülmək kimi ruhi və mənəvi hislərə kişilərdən daha tez  qapılırlar.

Başqa sözlə: Qadının təbiəti və xilqəti mehr-məhəbbət ocağıdır. Bunun özü də qadının məqamı barədə bir növ dəyərli və müsbət nəzərdir. Qadının ülvi və atifi yönləri onun əqli və fikri qüvvələrinin normal hala düşməsinə zatən mane olmur, qadın da kişi kimi normal nəzəri əqldən bəhrələnə, ağlın əsas tutulması ilə emosional hislərə qapılmaya bilər. Əlbəttə, mümkündür, emosional duyğularının normal hala salınması üçün qadınlar kişilərdən daha çox məşqə ehtiyaclı olsunlar.[9] Qadınlar və qızlar çox incə varlıq olduqlarından (və Əli (əleyhis-salam)-ın buyurduğu kimi: “Qadın ətirli bir güldür”[10]) daha həssas varlıq hesab olunur və bir nəsim küləyi ilə bu gülün pər-pər olması mümkündür. Ona gör də gərək özünə xüsusi nəzarət etsin.

Kişi bəzi xüsusiyyətlərdə və bacarıqlarda qadından üstün olsa da, qadın da bəzi sifətlərdə kişidən güclüdür. Deməli, heç biri mütləq şəkildə güclü və ya zəif deyildir və ümumiyyətlə, bu cəhətdən qadınla kişi arasında müqayisə aparmaq düzgün deyildir. Çünki atanın ailənin məişət xərclərini təmin etmək məsuliyyəti olduğundan qadınla müqayisədə daha artıq fiziki qüvvəyə malikdir. Qadın da ana ünvanı ilə övladın tərbiyə edilib böyüdülməsi məsuliyyətini öhdəsinə aldığına görə kişi ilə müqayisədə daha artıq ülvi duyğulara və emosional xislətlərə malik olmalıdır. Bu da elə “hər şeyi öz yerində qərar vermək”dən ibarət olan ədalətdir.

Amma qadının öhdəsinə qoyulan vəzifələrə və təbiətinin tələbinə görə Allah-taala onun vücudunda elə incəliklər və zəif cəhətlər qoymuşdur ki, öz məsuliyyətlərini yerinə yetirə bilsin.

Qeyd olunanlara diqqət yetirməklə əgər bir şəxs bu iki varlıq arasında müqayisə aparmaq istəsə, belə nəticəyə çatacaqdır ki, kişi ilə müqayisədə qadın daha artıq incəliyə və zəifliyə malikdir.

 


[1] “Nisa”  surəsi, ayə:  1

[2] “Nəhl”  surəsi, ayə:  97

[3] “Əhqaf”  surəsi, ayə:  150

[4] “Təhrim”  surəsi, ayə:  11: “Allah möminlər üçün Fironun həyat yoldaşını məsəl çəkir, o zaman ki, demişdi: “Pərvərdigara! Öz yanında, behiştdə mənim üçün bir ev düzəlt və məni Fironun özündən və onun işlərindən xilas et, mənə zalım qruplardan nicat ver!”

[5] “Ali-İmran”  surəsi, ayə:  37

[6] Yenə orada, ayə:  42

[7] “Nisa”  surəsi, ayə:  28

[8] “Nəml”  surəsi, ayə:  40

Məkarim Şirazi, “Təfsiri-nümunə”, 15-ci cild, səh. 469: O şəxs saleh bir insan idi və ilahi kitabdan nəzərə çarpacaq dərəcədə agahlığı var idi. Quran onun barəsində  buyurur: “Kitab elmindən cüzi bir elmi olan kəs (Asəf) dedi: “Mən onun (Bilqeyisin) taxtını bir göz qırpımında (Yəməndən) sənin yanına (Fələstinə) gətirərəm.” Həzrət Süleyman (əleyhis-salam) onun sözü ilə razılaşdığı zaman o özünün mənəvi qüdrətindən istifadə edərək Səba mələkəsinin taxtını bir göz qırpımında onun yanında hazır etdi: “Süleyman taxtı öz yanında qərarlaşmış halda gördükdə Allaha həmd-səna etməyə başladı və dedi: “Bu mənim Pərvərdigarımın mərhəmətidir ki, məni yoxlasın: Onun şükürünü yerinə yetirəcəyəmmi, yoxsa nankorluq edəcəyəm?!”

Bu şəxs həzrət Süleymanın ən yaxın iman dostlarından və xüsusi adamlarından idi. Əksər hallarda tarixdə onun adı Asəf ibni Bərxiya olduğu deyilir. O Süleymanın vəziri və onun bacısı oğlu idi.

[9] Yenə orada, səh. 353

[10] “Üsuli kafi”, 5-ci cild, səh. 510, “İkramuz-zövcə” bölməsi

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    11557 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Paxla sousunu hazırlayarkən, əgər istehsal zamanı paxlalı bitkilərdən spirt xaric olarsa, caizdirmi?
    6256 خوراکی های صنعتی 2012/05/19
    Böyük mərcə təqlidləri bu suala belə cavab verirlər: Həzrət ayətullah ul üzma Xamenei: Əgər məsd edici olmasa, eybi yoxdur. Həzrət ayətullah ul üzma Məkarim Şirazi: Əgər spirt elə miqdarda olarsa ki, məsdə səbəb olarsa, həmçinin əgər öncədən məsd edici ...
  • Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
    7677 Təfsir 2010/10/03
    Allah iman və saleh əməl sahiblərindən razıdır, amma çünki iman və saleh əməllər qüdrət və zəif mərtəbəsindən fərqlidir, Allahında razılğı onlar üçün fərqlidir.Behiştin ən uca mərtəbəsi behişti rizvandır. Onun sahibləri, yəni Peyğəmbərlər, övsiya övliya və Allah dərgahında yaxşı olanlardır. Bu dəstənin şəfaətə ehtiyacı yoxdur və bunlar ...
  • Qibti bir kişinin Musa (əleyhissalam) tərəfindən öldürülməsi onun isməti ilə necə uyğun gəlir?
    8950 Qədim kəlam 2011/10/24
    Bütünilahipeyğəmbərlər (müxtəlifdərəcələrlə) məsum, kamalhəddindəvəAllahaənyaxıninsanlardır. Onların
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8571 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    9665 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Kamala yetişmək yolu
    6376 Əməli əxlaq 2011/08/23
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?
    10912 دستور العمل ها 2013/02/02
    Təzkiyə, yəni nəfsin çirkinliklərdən təmizlənməsi. Qurani kərimdə də nəfsin təmizlənməsinin əhəmiyyəti bəyan edilmişdir. Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Möminlər üçün isə birinci mərhələ özünü tənbeh və ...
  • Müvəqqəti əqiddə iddə saxlamağın hikməti nədir?
    9402 Əhkam və hüquq fəlsəfəsi 2011/05/10
    Yaisə qadının iddə saxlaması lazım deyil. Yaisə qadından məqsəd seyyidə olmayan (qeyri Qüreyşi) və yaşı 50- ni keçmiş (doğuş vaxtı bitmiş), seyyidə olan (Qüreyşi) yaşı 60- ı keçmiş qadınlar nəzərdə tutulur. Amma sonsuz qadınlar yaisə (doğuş vaxtı bitmiş) sayılmadıqları üçün evləndikdən sonra iddə onlara vacib olur. Amma bunun fəlsəfəsi ...
  • Nə üçün bəzi namazları uca səslə qılmaq lazımdır?
    9540 Nizamlar hüquq və əhkam 2020/02/03
    Sübh namazı uca səslə qılınmalıdır deyildikdə nə nəzərdə tutulur?Nə dərəcə uca? Əgər yatmış şəxsləri nəzərə alaraq aram səslə qılsaq, nə müşkülü olacaqdır?Ana və ya balaca körpə ola bilsin ki,bizim uca səsimizdən oyansınlar.Ümumuyyətlə, uca səslə qılmaq vacibdirmi? Mən kiminsə mənim namaz qıldığımı anlamamasını üstün tuturam. Çünki,belə olan halda, ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168805 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166625 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122039 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115926 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115172 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96622 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60987 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56655 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49401 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47394 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...