Please Wait
11990
Namaz və orucda diri insan üçün əvəz edicilik düzgün deyil. Mükəlləf hər bir şəxsə vacib namazlarını hansı formada edə bilirsə (ayaq üstə, oturan halda, uzanan halda və ya hətta işarə ilə) özünün yerinə yetirməsi vacibdir.
Həzrət İmam Xumeyni (rh) və digər mərcələr buyurublar:
"Əgər insan itura bilirsə, uzanan halda namaz qılmamalıdır. Əgər düz otura bilmirsə, bacardığı kimi oturmalıdır. Əgər heç bir formada otura bilmirsə, sağ böyrü üstə uzanmalıdır. Əgər eliyə bilməsə, sol böyrü üstə və əgər bu da mümkün olmasa, arxası üstə uzanmalıdır, belə ki, onun ayaqlarının altı üzü qibləyə olmalıdır."[1]
Həmçinin yerinə yetirmədiyi vacibi ibadətləri, diri olarkən qəza etməlidir. Həzrət imam Xomeyni və digər mərcələr bu barədə də buyurublar:" Nə qədər ki, insan diridir, öz qəza namazlarını qıla da bilməsə, başqası onun namazlarını qəza edə bilməz."[2]
Buna əsasən, nə qədər ki, ata və ana diridirlər, onların əvəzinə vacibi namazlarını yerinə yetirmək olmaz. Amma onların əvəzinə müstəhəbbi namazları qılmaq düzgündür.