Ətraflı axtarış
Baxanların
8723
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Sair bəndələr arasında peyğəmbərlərin və imamların seçilməsinin dəlili nədir?
Sual
Sair bəndələr arasından peyğəmbərlərin və imamların seçilməsinin dəlili nədir? Nə üçün Məhəmməd adlı bir şəxs Allah tərəfindən seçilərək bəndələrin ən yaxşısı təyin edilir? Bu məsələ insanın bu dünyadakı təvəllüdündən qabaqkı hadisələrlə bağlıdırmı?
Qısa cavab

“Ümumi nübüvvət” dəlillərinə əsasən, Allah-taala bəşəriyyəti hidayət etmək üçün onların öz növündən olan müəyyən insanları seçir ki, örnək, xəlifə və hidayətçi olsunlar. Bu seçki əsla təsadüfi, əsasız və dəlilsiz deyildir.

İzah:

“İlahi xilafət məqamı”na nail olmaq istedadı və qabiliyyəti hamının batinində və təbiətində qoyulsa da, bütün insanlarda zühur ərsəsinə çatıb gerçəkləşmir; yalnız xüsusi və müəyyən sayılı insanlar ilahi xilafət məqamına çata bilirlər. Onlar Allah dərgahında xalis bəndəçiliklə bu qabiliyyəti zühur ərsəsinə çatdırır və öz ixtiyarları ilə heç bir günah işə düşmürlər. Allah-taala onların zahiri (bu dünyadakı) xilqətlərinin əvvəlindən ömürlərinin sonuna qədərki dövrdə əməl, rəftar və davranışlarından agah olduğundan cəmiyyətə rəhbərlik səlahiyyətini, nübüvvət və seçilmiş insanlar olmaq nemətini əməllərinin mükafatı olaraq onlara bağışlayır. Deməli, bu seçkinin sirri iki şeydən ibarətdir:

1. İlahi övliyaların Allah dərgahında qeydsiz-şərtsiz itaət və xalis bəndəliyi;

2. Allah-taalanın ilahi övliyalara qarşı xüsusi nəzər və inayəti.

Belə nəticə alırıq ki, Allah-taalanın peyğəmbərlərə və imamlara qarşı xüsusi inayəti, əvvəla, onların qabiliyyət və istedadlarına, eləcə də Allaha bəndəçilik etmələrinə, Onun razılığı yolunda göstərdikləri səylərə əsasən verilir. İkincisi, bu nemətin onlara əta edilməsi həqiqətdə bütün bəşəriyyət üçün bir nemət sayılır və onların hidayəti üçün nəzərdə tutulmuş olduğundan, tamamilə hikmət və sırf ədalət üzündəndir.

Ətreaflı cavab

“Ümumi nübüvvət” dəlillərinə əsasən, Allah-taala bəşəriyyəti hidayət etmək üçün onların öz növlərindən olan insanları seçərək bütün bəşəriyyətə örnək və hidayətçi qərar vermiş, onlara bir çox səciyyəvi xüsusiyyətlər, o cümlədən elm və ismət əta etmişdir. Buna görə də, şübhəsiz, peyğəmbərlər və imamlar Allah tərəfindən xüsusi inayətə və mərhəmətə layiq görülürlər. Amma bu kimi ilahi nemətlər həmin böyük və məsum şəxsiyyətlərin öz iradə, ləyaqət və qabiliyyətindən nəşət tapır. Yəni Allah-taala Özünün əzəli və mütləq elmi ilə bilir ki, bəndələrinin arasında müəyyən insanlar başqaları ilə müqayisədə öz istedadlarından mümkün olan ən yüksək həddə bəhrələnəcək, Allah dərgahında xalis və müti bəndə olacaqlar. Buna görə də Allah-taala bəşər övladı arasından məhz onları seçmiş, xüsusi nemət və mükafatlar əta edərək onları dərin elm və güclü iradədən bəhrələndirmişdir ki, bu sifətlərin vasitəsi ilə kamil və mütləq toxunulmazlığa – ismət məqamına çatsınlar, onun sayəsində də bütün bəşər övladı üçün əmanətdar və etibarlı hidayətçilər ola bilsinlər.

Bu gerçəkliyə dair çoxlu ayə və rəvayətlər vardır. Onlardan bir neçəsinə işarə edirik. Mütəal Allah buyurur: “Səbirli olduqlarına və Bizim ayələrimizə yəqin etdiklərinə görə onların bəzilərini rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla camaatı hidayət edərlər.”[1]

İmam Sadiq (əleyhis-salam) bu barədə buyurur: “Həqiqətən mütəal Allah Adəm övladı arasından müəyyən insanları seçmiş, onların təvəllüdünü pak-pakizə, bədənlərini hər növ eyib, nöqsan və çirkinlikdən uzaq etmiş və onları atalarının sülbündə və analarının bətnində xüsusi şəkildə hifz etmişdir. Bu nemətlər onların Allah qarşısında tələbkar olduqlarına görə deyildi; əksinə buna görə idi ki, Allah-taala xilqət zamanı (Özünün əzəli və mütləq elmi ilə) bilirdi ki, bu insanlar Onun əmr və nəhylərinə itaət, Ona layiqincə ibadət edəcək və hətta məxfi şəkildə olsa belə, Ona bir şeyi şərik qoşmayacaqlar. Onlar Allaha bu qədər müti və itaətçi olduqlarına görə Onun dərgahında yüksək məqam, mənzilət və kəramətə nail olmuşlar.”[2]

“Nüdbə” duasının əvvəllərində belə deyilir: “Pərvərdigara, Sənə həmd olsun! Sən onlarla (övliyalarınla) şərt etdin ki, dünyanın mənzilətlərinə (bərbəzək və naz-nemətlərinə) və zinətlərinə etinasız olsunlar, Sənin dərgahına yaxınlaşmaqdan başqa bir məqam barəsində fikirləşməsinlər, onlar da bu şərti qəbul etdilər. Onların bu şərtə əməl edəcəklərini (əvvəlcədən) bildiyin üçün onlardan qəbul etdin və Öz dərgahına yaxınlaşdırdın. Məhz bu ləyaqətə görə mələklərini onlara nazil etdin, Öz vəhyinlə onları əzizlədin, Özünün sonsuz elm süfrəndən onları bəhrələndirdin.”[3]

Nəticə:

“İlahi xilafət məqamı”na çatmaq istedadı hamının daxilində və təbiətində qoyulsa da, bütün insanlarda zühur ərsəsinə çatmır.[4] Peyğəmbərlərin və imamların seçilməsi onların übudiyyət (bəndəlik) yolunda Allah verən istedad və şəraitlərdən kamil və mütləq şəkildə bəhrələnməsinə görə olmuşdur, Allah-taala da Özünün əzəli elmi ilə onların bu xüsusiyyətindən agah idi. Yəni bu şəxslərin gələcəkdə öz ixtiyarları ilə Allaha bəndəçilik yolunda bütün səylərini əsirgəməyəcəklərini bilirdi. Allah-taala da ixtiyar üzündən olan bu bəndəliyin mükafatı olaraq onlara Özünün xüsusi nemətini – risalət və imamət məqamını vermişdir.

Hər bir halda, Allah tərəfindən nemətlərin əta olunması insanların məsləhəti əsasındadır. Bir çoxlarının belə ilahi nemətlərdən bəhrələnməməsinin səbəbi budur ki, o istedadlara malik olmaq onların məsləhətinə deyilmiş və (malik olduqları təqdirdə) qədrini bilməyəcəkdilər. Bu qəbildən olan bir neçə məsələni də Allah-taala qeyd etmişdir. Bilirik ki, müəyyən insanlar böyük fəzilətlərə malik olsalar da, ondan sui-istifadə etdiklərinə görə böyük bəlalara düçar olmuşlar. Deməli, bu nemətlərin Allah tərəfindən xüsusi şəxslərə verilməsi hikmətsiz deyildir. “Allah Öz risalətini kim üçün qərar verdiyini və kimin bu məqama çatmağa ləyaqəti olduğunu daha yaxşı bilir.”

Allah-taala həzrət Musa (əleyhis-salam)-ın qövmündən olan və rəvayətlərdə Bələm Baura adlandırılan şəxs barəsində buyurur: “Biz bəndələrimizin bəzisinə çoxlu kəramətlər verdik, ona xüsusi məziyyətlər əta etdik və ona (çoxlu) iftixarlar verdik, (əlbəttə nübüvvət və risalət məqamını yox)... Lakin Allahın verdiyi bu nemətləri öz həvayi-nəfsinə xidmətə sərf etdi və onlardan sui-istifadə etdiyinə görə nəinki məqamı yüksəlmədi, əksinə it dərəcəsinə də süqut etdi.[5]

Qeyd etdiyimiz izahlara əsasən, “Peyğəmbərlərin və imamların seçilməsi dünyadakı təvəllüdlərindən əvvəlki dövrlərə də aiddirmi, ya yox?” sualının cavabı məlum olur. Aydındır ki, əsas meyar dünyadakı əməldir. İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu aşağıdakı rəvayətin mənası da bundan ibarətdir: “Allah-taala (xilqətdən əvvəl) yəmin (sağ tərəf) səhabələrinə əmr etdi ki, cəhənnəm atəşinə daxil olsunlar. Onlar da qəbul edərək atəşə daxil oldular. Lakin “şimal (sol tərəf) səhabələri” inadkarlıq edərək atəşə daxil olmadılar.”[6]

Bu hədisdən aydın olur ki, burada deyilənlər xilqətdən sonra – bu dünyada öz ixtiyar və seçimləri ilə “yəmin” (sağ tərəf) və ya “şimal” (sol tərəf) səhabələri olacaq şəxslərdir ki, onların həqiqətləri xilqətdən əvvəlki aləmdə onlara belə göstərilmişdir.

Peyğəmbərlərin və imamların sair insanlara olan üstünlüyü aydındır. İmam Sadiq (əleyhis-salam) belə buyurur: “Allah-taala məxluqatı xəlq edən zaman onları Öz dərgahında hazır etdi və onlardan: “Sizin Rəbbiniz kimdir?!” – deyə, soruşdu. “Bizim Rəbbimiz Sənsən” deyə cavab verən ilk şəxs Peyğəmbər (səlləllahu əleyhi və alih), Əmirəl-möminin Əli və imamlar (əleyhimus-salam) idi. Ona görə də Allah-taala onları elmin və dinin daşıyıcıları qərar verdi.”[7]

Başqa bir rəvayətdə Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Allah-taala məni, Əlini, Fatiməni, Həsəni və Hüseyni dünyanın xilqətindən yeddi min il qabaq xəlq etmişdir.”[8]

O həzrətin bu xilqətdən məqsədi cismani və fiziki xilqəti deyil, xüsusi zaman dövründə olan mələkuti və nurani xilqət olmuşdur. Belə nəticə alırıq ki, Allah-taalanın peyğəmbərlərə və məsum imamlara inayət etdiyi nemətlər, əvvəla, onların qabiliyyət, istedad və səyləri əsasında verilmişdir, ikincisi, bu nemətin verilməsi də həqiqətdə bütün bəşəriyyətə verilən nemət olmaqla onların hidayəti üçündür. Habelə, bu nemətlərin hamısı hikmət və ədalət üzündən olmuşdur.



[1] “Səcdə” surəsi, ayə: 24

[2] "Biharul-ənvar", 10-cu cild, səh. 170

[3] Bax: “Porsman” adlı proqram

[4] Ayətullah Misbah Yəzdi, “Pişniyazhayi müdiriyyəti islami”, səh. 55

[5] Ayətullah Misbah Yəzdi, “Dər pərtovi vilayət”, səh. 56

[6] “Biharul-ənvar”, 5-ci cild, səh. 241

[7] Yenə orada, səh. 224

[8] Yenə orada, 54-cü cild, səh. 43

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəbiristanlıqda məscid tikmək olarmı?
    5938 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər sözügedən qəbiristanlıq vəqf ərazisi və bir kəsin xüsusi mülkü deyilsə, habelə müxtəlif əlamətdar hadisələrdə əhalinin istifadə etdiyi və ehtiyac duyduğu ümumi məkanlardan olmasa, eləcə də orada məscid tikmək müsəlmanların qəbirlərinə qarşı hörmətsizliyə və ya qəbirlərin açılmasına səbəb olmasa, ...
  • Həzrət məriyəmin uca məqama sahib olmasının illəti nədir?
    9223 زن 2012/09/01
    Quran və rəvayətlərdə işarə olmuşdır Məriyəm İmran qızı kasıb bir ailədə dünyayə gəlmiş hətta onu təmin etmək üçün gəlir və məxaric olmamışdır (o dünyayə gəlməmişdən əvvəl atası vəfat etdiyi üçün) Həzrət Zəkəriyya (ə) onu öz himayəsinə götürüb (Məriyəmin xalası əri). Bu xanımın həyatı həmişə çətinliklə, ...
  • Modçuluğun və yeni stillərin həddi nə qədərdir? Aya hələdə müsəlman ictimaiyyətlərdə kafirlərə bənzəmək məsələsi var?
    5709 Və başqaları 2014/01/20
    Bizim sözümüz o şəxsin barəsindədir ki, müsəlman və islama etiqadı olsun və bəzi məsələlər və rəftarlarında o cümlədən geyim və həyat tərzində kafirlər kimi yaşayır və bəzi vaxtlar tamamı ilə onlardan fərqlidir; lakin bəzi hərəkətləri müsəlmanda olmayan hərəkətlərdir. Bu cür hallarda demək olar kafirlər kimi və özünü ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    11476 • دیگر احکام مرتبط با نماز 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...
  • Əgər İslam dini kamil bir dindirsə, niyə dünyada olan bir çox insanlar onu qəbul etmir?
    4997 2019/10/09
  • Əgər Allah hər şeyi yaradandırsa, insanların günah və pis əməllər də, Allahın məxluqudurmu?
    8213 Qədim kəlam 2010/11/08
    Bu sualın cavabı, iradənin tərifi və onun təkvini və təşrii iradəyə bölməklə aydın olur. İradə iki qismdir, biri təkvini iradə, o biri isə təşrii iradədir. Təkvini iradə, varlıq sisteminə tam və kamil qgahlıqdan ibarətdir, yəni o miqdarda ki, Allah yaranış aləminin tam və kamil sisteminə alimdir, həmin elm, varlıq ...
  • Hicr surəsinin 85- 87- ci ayələrindən məqsəd nədir?
    7533 Təfsir 2012/02/18
    Allah- Taala qeyd olunan ayələrdə, yerin və göyün yaranmasının haqq olması və hədəfi olmasına işarə edib, Peyğəmbər (s)- ə cahil və düşmənlərin inadkar müxalifləri, iş pozmaları, təəssübləri, inadlıq və inadkarlıqları qarşısında, yumşaqlıq və məhəbbət göstərməyi, onları bağışlayıb və onlara yaxşı üz göstərməyi sifariş edir. Sonda, Allah Peyğəmbər (s)- ə ...
  • Qüsl edə bilməyən vaxt, nə etmək lazımdır?
    7743 Nizamlar hüquq və əhkam 2011/05/05
    Sizin vəzifəniz, cənabət qüslünün əvəzinə təyəmmüm etməkdir. Yəni cənabət qüslünün əvəzinə təyəmmüm edirsiz və sübh namazını qılırsız. Sonrakı namazlar üçün qüsl edirsiniz. İzah etməliyik ki, bu məsələ sübh namazına məxsus deyil, əksinə digər vaxtlarda da belədir. Yəni əgər bir nəfər cənabətli olsa və ...
  • Qəlbi-səlim dedikdə məqsəd nədir?
    10265 Əməli irfan 2012/04/19
    “Səlim” kəlməsi zahiri və batini aludəliklərdən və bəlalardan uzaqlıq mənasına olan “silm” və “səlamət” kökündən alınmışdır. İmam Sadiq (əleyhis-salam) bu kəlmə barəsində buyurur: “Səlim qəlb o qəlbdir ki, Allahla görüşdüyü zaman onda Allahdan başqa heç kəs olmasın.” Quran təfsirçiləri qəlbi-səlim üçün müxtəlif təfsir və izahlar ...
  • Xüsusilə məhərrəm və səfər aylarında çox gülməyin qarşısını almaq üçün bir çıxış yolu göstərin.
    7209 Əməli əxlaq 2012/04/10
    Batini duyğuların və hisslərin bir növ aşkar edilməsindən ibarət olan ağlamaq və gülmək insan mizacının (təbiətinin) normal və təbii nişanələrindəndir. İnsan bu barədə kifayət qədər inkişafa və tutum səviyyəsinə çatmalı, gülməyin və şadlıq vasitələrinin həddi-hüdudu, qayda-qanunları ilə tanış olmalıdır ki, gülmək və şadlıq etmək onun üçün rəzalət ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168577 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166484 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121867 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115835 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114975 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96473 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60605 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56506 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49186 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47269 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...