Ətraflı axtarış
Baxanların
5149
İnternetə qoyma tarixi: 2013/04/03
Sualın xülasəsi
Namazda səcdə halında farsca söhbət etməyin hökmü nədir?
Sual
Namaz halında fars dilində söhbət olarsa, namazın hökmu nədir? Səcdeyi-səhv edilməlidirmi? Əgər həmin anda namazdan sonra edilməsə, namazın qəzası varmı?
Qısa cavab
1.Namazı batil edən əməllərdən biri namazda qəsdən danışmaqdır. Yəni, namaz qılan şəxs əgər namaz halinda qədsən  bir cümlə, bir kəlmə və hətta, iki hərfdən ibraət bir kəlmə də dilinə gətirsə, namaz batildir.  Hətta, bəziləri ehtiyat vacib[1] bilirlər ki, mənası olmayan iki hərfdən ibarət bir kəlmənin də qəsdən dilinə gətirsə, namaz batildir.  Əgər səhv və unutqanlıq üzündən danışıq olsa, namaz batil olmur.[2] Amma, namaz qılan səhv və bilməyərəkdən söz danışsa namazdan sonra iki səcdeyi-sahv yerinə yetirməlidir.
2.Əgər namazın salamından sonra qəsdən səcdeyi-səhvi yerinə yetirməsə, günah etmiş olur və dərhal yerinə yetirməlidir. Əgər namazdan sonra səhvən və unutqanlıq üzündən səcdeyi-səhvi yerinə yetirməsə, hər vaxt yadına düşsə, dərhal yerinə yetirməli amma, namazının qəzası lazım deyildir.[3]
 

[1] Namaz mövzusunda ehtiyat vacib hökmü bu mənadıdır ki, namaz batildir və namazın qəzasını yerinə yetirmək lazımdır. Ayətullah Xumeyni (rəh.) Tozihul-məsail, (haşiyədə), Hazırlayan; Bəni haşimi Xumeyni, Seyyid Məhəmməd Hüseyn;səh.1; səh.619; Dəftər intişarat İslami, Qum, səkkizinci çap; 1424 h.q
[2] Həmən mənbə; səh.620-618
[3] Həmən mənbə; səh.673
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar