Ətraflı axtarış
Baxanların
4260
İnternetə qoyma tarixi: 2013/08/31
Sualın xülasəsi
Həzrəti Fatimeyi Zəhra (s) öz mehriyyəsini Allahın Rəsulunun ümmətinin şəfaətçisi olmağı istədi. Həzrəti Fatimə (s) və İmamların edəcəyi şəfaət hansı şəxslərə şamil olacaq?
Sual
Həzrəti Fatimeyi Zəhra (s) öz mehriyyəsini Allahın Rəsulunun ümmətinin şəfaətçisi olmağı istədi. Digər tərəfdən Peyğəmbər (s) meraca getdikdə, cəhənnəm içindəki şəxslərdən və örpək məsələləri ilə əlaqədar və həmçinin yaşadığımız bu zamanda qarşılaşdığımız əxlaqi məsələləri gördülər. Bu səbəbdən hətta üzün müddət o həzrətin öz ümmətinə sevgi və məhəbbətindən dolayı üzündə gülüş yox idi. Həzrəti Fatimə (s) və İmamların edəcəyi şəfaət hansı şəxslərə şamil olacaq? Ümumiyyətlə Allah əhlibeytə bir haqq əta edib ki, öz həyatında əgər xəta edərsə, Allahdan əvf diləməzsə və yaxud əfv olmasını diləyərsə, bərzəx aləmində əzab olduqdan sonar İmamların şəfaəti ona şamil olacaq? Doğrusunu Allah bilir. Ümumiyyətlə Məsumların şəfaətləri kimlərə şamil olacaq? Düşmənlərdən fərqli olanlara şəfaət olacaq? Hansı ki, həm özlərinə və həmdə Allahın günahkar dostlarına zülm etdilər? Şəfaətin adı belə gələndə insanlarda bir-birlərinə qarşı mehribanlıq və məhəbbət və həyata ümid daha çox olur. Hazırda dünya elə olub ki, zahiri istəyimizlə uyğun olmasa da elə bir işlər görülür ki, ağıl və din onu dinə qarşı göstərilir. Amma nə qədər varıqsa, səbr və xilaskarın gəlməsinə ümiddən başqa bir çarəmizdə yoxdur.
Qısa cavab
Mehriyyə ya sidaq kişi tərəfdən qadına, ona olan sevgisini və sədaqətini göstərmək üçün verilən bir hədiyyədir. Onun tarixçəsi də Həzrəti adəmin və Həvvanın evlənməsinə qayıdır ki, Allah Adəmdən istədi Həvva üçün bir mehriyyə versin. O da Adəm tərəfindən Həvvaya dini hökm və göstərişlərin öyrədilməsi idi.[1]
Həzrəti Fatimə (ə) üçün də digər qadınlar kimi həyat yoldaşı Həzrəti Əli (ə) tərəfindən mehriyyə təyin olunmuşdu. Amma bu qadının əzəmət və alicənablığı səbəb oldu ki, Allah taala da onun üçün bir mehriyyə təyin etsin və özü onu ödəsin. Bununla öz sevgi və məhəbbətini bu varlıq aləminin dürdanəsinə və digər insanlara bildirsin. Bu səbəbdən rəvayətlərin müxtəlifliyinə görə ya dünyanın dörddə birini yaxud beşdə birini, ya Behiştin üçdə birini onun mehriyyəsi və ya sidaqı qərar veribdir.[2]
İmam Baqir (ə) buyurur: “Allah taala yer üzündə dörd çayı Həzrəti Fatimənin mehriyyəsi qərar veribdir. O çaylar Fərat, Nil, Nəhrəvan və bəlx çaylarıdır”.[3]
Başqa bir rəvayətdə Əbu Bəsir İmam Sadiq (ə) dan nəql edir: “Həzrəti Fatimənin mehriyyəsi behişt və cəhənnəmdir. O həzrət dostlarını behiştə və düşmanlarını cəhənnəmə göndərəcək”.[4]
Bu rəvayətlərə nəzər saldıqda görürük ki, Allahın o həzrətə mehriyyə ünvanında verdiyi ən əsas məqam şəfaət etməsidir. O həzrətdə dostlarına şəfaət edəcək, amma düşmanlarına şəfaət etməyəcək.
Mümmkündür belə bir şübhə oyansın ki, şəfaət etmək qiyamətdə ancaq həzrəti Fatiməyə məxsus olmayacaq. Yəni digərlərinində şəfaət etmək haqqı və hüququ olacaq. Ona görə mümkündür Həzrəti Fatimə şəfaət etməsin amma digərləri qohumluq və ya dostluq və ya mərhəmət üzündən əhlibeyt düşmənlərini şəfaət etsinlər.
Bu düşüncəyə sahib çıxanların cavabında bu ayəyə istiniad edərək cavab veririk:
«... لايَشْفَعُونَ إِلاَّ لِمَنِ ارْتَضى‏ وَ هُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ»
“Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar”.[5]
Buna əsasən şəfaət edənlər təkcə o şəxsləri şəfaət edə bilərlər ki, şəfaət etmələri Allahın razılığına səbəb olsun. Belə deyil ki, şəfaət etmə məqamı olan şəxs istədiyi hər şəxsi şəfaət etsin. Hətta əgər o şəxs Yezid ibn Müaviyə və ya Əmr bin As olsa belə. Əksinə Allahın razılığı o şəxsin şəfaətinə olmadan heç kəs şəfaət edə bilməz. Aydındır ki, Allah öz Peyğəmbərinə və əhli beytinə zülm edənlərin şəfaət olunmasına razı olmayacaq. Məxsusən o şəxslərə ki, zülm etdikdən sonar belə peşiman olmalarını ibraz və izhar etmədilər. Əksinə ömürlərinin sonunadək öz düşmənçilik və inadlarına davam etdilər.
 

[1] - Hürr Amoli, Məhəmməd bin Həsən, Vəsailuş- şiə, cild 20, səh 13, Alul beyt müəssiəsi, Qum, İlk çap, 1409 Hicri Qəməri tarixi ilə
[2] - Məclisi, Məhəmməd Baqir, Həzrəti Zhəhra əleyhissəlamın həyatı, (Bəharul Ənvar kitabının 43-cü cildinin tərcüməsi), Tərcücməçi: Ruhani, ƏliAbadi, Məhəmməd, səh 472, Məham nəşriyyatı, Tehran, İlk çap, 1379 Hicri şəmsi tarixi ilə.
[3] - Həmin
[4] - Həmin
[5] - Ənbiya surəsi, 28-ci ayə
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüsl edə bilməyən vaxt, nə etmək lazımdır?
    6250 Nizamlar hüquq və əhkam 2011/05/05
    Sizin vəzifəniz, cənabət qüslünün əvəzinə təyəmmüm etməkdir. Yəni cənabət qüslünün əvəzinə təyəmmüm edirsiz və sübh namazını qılırsız. Sonrakı namazlar üçün qüsl edirsiniz. İzah etməliyik ki, bu məsələ sübh namazına məxsus deyil, əksinə digər vaxtlarda da belədir. Yəni əgər bir nəfər cənabətli olsa və ...
  • Bərzəx aləmində elmi təkamül ola bilər, amma əməli təkamül mümkün deyil, bu mətləbi fəlsəfi cəhətdən isbat etmək olar?
    6396 İslam fəlsəfəsi 2012/04/17
    Bərzəx təkamülü Quran və rəvayətlər nəzərindən qəbul olunmuş işdir. Fəlsəfədə də ona yer ayrılıb və onun haqqında müxtəlif mövzular açıqlanıbdır. Əvvəl bu məsələyə diqqət etmək lazımdır ki, əməli təkümül bu mənayadıq ki, insan bərzəx aləmində vacibatı yerinə yetirməklə və haramları tərk etməklə uca təkamülə əl tapsın, ...
  • Динин мүхтәлиф сәтһ вә мәрһәләләри һансылардыр?
    10714 Din fəlsəfəsi 2009/06/15
    Динин әсас мәрһәләләри бунлардан ибарәтдир:а) Өз-өзүнәоландин: Илаһибиргүввәвәирадәиләинсанын
  • Bilal evlənmişdimi? Əgər cavab müsbətdirsə, onun övladları da var idimi?
    5669 تاريخ بزرگان 2011/10/20
    Tarix kitablarında Bilalın evlənməsi ilə əlaqədar müəyyən məqamlar qeyd olunmuşdur. Misal üçün, yazmışlar ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təklifi və israrı ilə Bəni-Kənanədən olan bir qadınla,[1] bəzi mənbələrə görə isə, Bəni-Zöhrədən olan bir ...
  • Kərbəla əsirləri hansı gündə Kərbəladan Şama doğru hərəkət etmişlər?
    6822 تاريخ بزرگان 2011/07/28
    Məqtəl və tarix kitablarının nəqlinə uyğun olaraq Kərbəla əsirlər karvanı Məhərrəm ayının 11-də Kərbəladan hərəkət etmiş və 12-də Kufəyə daxil olmuşlar. Məhərrəmin 19-da Kufədən Şama doğru hərəkət etmiş və səfərin 1-də Şama daxil olmuşlar.[1]
  • “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
    11471 تبلیغ و گفتگو 2012/06/23
    “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə ...
  • Bizim salavat göndərməyimiz Peyğəmbərin (s) məqamının yüksələməsinə səbəb olur?
    5771 صلوات بر محمد و آل محمد 2012/09/01
    Peyğəmbərə salavat göndərməyin bir neçə müxtəlif cəhətləri vardır ki, bunların bəzilərinə işarə edirik: Salavat Allahın Quranda qeyd edilən əmridir. Buyurur: «إِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يا أَيُّهَا الَّذينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْليما» ”Həqiqətən ...
  • Hansı şeylər namazı batil edir?
    15281 Nizamlar hüquq və əhkam 2012/02/12
    12 şey namazı batil edir ki, onlara namazın mübtilatı deyirlər.1.             Namazın əsnasında onun şərtlərindən hər hansı birinin pozulması.2.             Namaz əsnasında dəstəmazı və ya qüslü batil edən şeylərin baş verməsi.3.            
  • Hal-hazırdakı və keçmişdəki mərcəyi-təqlidlərin baş yarmaq barəsindəki fətvalarını bəyan edin.
    7704 Nizamlar hüquq və əhkam 2011/07/28
    İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq məsum imamlar (əleyhimus-salam) və din rəhbərləri tərəfindən həmişə təkid edilmiş, bu mərasim tarix boyu davam etmişdir. Bəzi şəhərlərdə, məntəqələrdə və ölkələrdə İmam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı səhabələrinə əzadarlıq üslublarından biri də baş yarmaqdan ibarətdir. ...
  • Habil və Qabil kim ilə evlənmişdi?
    21600 Təfsir 2011/05/17
    Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    161702 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    150440 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    116530 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    108255 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    93223 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    90064 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52633 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    42637 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    42402 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    41610 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...