Ətraflı axtarış
Baxanların
8354
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
Ağır təbii hadisələr ilahi əzabdır, yoxsa onların maddi səbəbləri vardır?
Sual
Zəlzələ, sel və tufan ilahi əzabdırmı, yoxsa onların maddi səbəbləri vardır? Yaponiya kimi tikinti qanunlarına, texniki-təhlükəsizlik qaydalarına riayət etməklə ilahi əzabın qarşısını almaq olarmı?
Qısa cavab

Baş verən müxtəlif ağır təbii hadisələr, o cümlədən sel, zəlzələ, tufan yalnız əzab vermək məqsədi daşımır, əksinə onun əlavə olaraq çoxlu müsbət nəticələri də vardır. O cümlədən: ilahi nemətlərin xatırladılması, qəflət yuxusundan oyatmaq, istedadların çiçəklənməsi, yer üzündə həyatın davamı, eləcə də zalımların, inadkarların və tüğyançıların əzaba düçar edilməsi və s. ağır təbii hadisələrin hədəfi hesab oluna bilər. Bundan əlavə, müxtəlif maddi səbəblərinin olması ilə eyni zamanda bir hadisənin ilahi əzab olması da mümkündür. Çünki ilahi əzablar həm Allahın sünnəti əsasında, həm də səbəb-nəticə qanunu əsasında nazil olur.

Başqa sözlə desək, varlıq aləmində hər bir hadisə Allahın iradə və istəyi əsasında baş verir və Allah-taalada Öz iradəsini səbəb-nəticə qanunu əsasında tətbiq edir. Maddi səbəblər ilahi iradənin bir hissəsi və Allahın istəyinin məcmuəsi daxilində qərar tutur. Deməli, ağır təbii hadisələrin baş verməsi təbii səbəblər əsasında və Allahın iradəsi ilə olduğu kimi, onların qarşısının alınması və ya dağıdıcılıq qüvvəsinin nisbətən azaldılması da maddi qanunlar əsasında və ilahi istək çərçivəsindədir. Onların qarşısının alınmasının mümkünlüyü ilə o əzabdan hədəfin müəyyən şəxslərə və ya tayfalara əzab verilməsi olması arasında heç bir ziddiyyət yoxdur.

İnsanların başına gələn bəlalar iki qisimdir: təbii bəlalar və əxlaqi bəlalar (daxili və xarici bəlalar). Öz yerində sübut olunmuşdur ki, insanların əxlaqi rəzalətləri öldürücü bəlalardır və təbii bəlaların mənşəyi ola bilər. Ümumi bir təsnifatla bunun hər ikisi ilahi əzab ünvanına malik ola bilər. Amma diqqət yetirmək lazımdır ki, ilahi əzab rifah, firavanlıq və dünya imkanlarından lazımi dərəcədə bəhrələnməklə eyni zamanda baş verə bilər; ilahi əzab növlərini sel, zəlzələ və s.də xülasə etmək olmaz.

Ətreaflı cavab

Müxtəlif təbii hadisələrin tədqiqi, eləcə də onların Allah tərəfindən olub-olmamasını araşdırmaq üçün aşağıdakı incəliklərə diqqət yetirmək lazımdır:

a) İnsanın yaradılışının son hədəfi dünyada tənpərvərliklə məşğul olması o deyildir; əksinə onun yaradılışında əsl və yekun hədəf onun həqiqi səadətə çatmasından ibarətdir ki, bu da Allaha ibadət və ilahi qürbdən başqa bir şeylə mümkün deyildir.

b) Təbii hadisələrdə müəyyən cəhətlərdən faydalı təsirləri vardır və özünün son hədəfinə çatmaqda insana kömək edir. Çünki, şəkk yoxdur ki, bu ağır hadisələrin pisliyi nisbidir, yəni bu hadisələri xəsarətə düçar olan insanlarla əlaqədar şər adlandırırıq. Necə ki, ilanın zəhəri insan və sair canlılar üçün pis sayılır, amma ilanın özü üçün pis deyildir.

Mövləvi (r) deyir:

Zəhri-mar an mar ra başəd həyat,

Leyk, an mərd ra şod məmat.

Pəs bəd mütləq nəbaşəd dər cəhani bəd,

Bəd be nisbət başəd in ra həm bedan!

Zəhər ilan üçün həyat vasitəsidir, lakin o zəhər insan üçün ölüm vasitəsidir.

Belə isə, dünyada pisliyi mütləq hesab etmə; bu məsələ nisbi bir məsələdir! [1]

Amma həmin ağır hadisələrin insan cəmiyyətlərinin həyatı və külli sistemlər üçün çox dəyərli təsirləri vardır. İndi həmin dəyərli və faydalı təsirlərdən bəzilərini qeyd edirik:

 

1. İstedadların çiçəklənməsi

İnsanın təbiəti və maddi aləmin ümumi vəziyyəti elə şəkildədir ki, insanın maddi və mənəvi istedadlarından bir çoxu çətinliklərlə qarşılaşmaq sayəsində, müxtəlif problemlərlə mübarizədə çiçəklənir və bundan başqa şeylərdə çiçəklənməsi mümkün deyildir. Necə ki, idmançı insanın əzələləri yalnız ağır, üzücü məşqlər sayəsində möhkəmlənir və güclü olur. İnsanın mənəvi və ruhi qabiliyyətlərindən bir qismi də müsibətlərlə qarşılaşmaqda, mövcud həyat çətinliklərinə qələbə çalmaqda çiçəklənir və zahir olur. Misal üçün, elmi ixtira və kəşflərdən bir çoxu insanın fərdi və ictimai problemlərinin həlli üçün və əsaslı ehtiyacların təsirindən baş vermişdir. Quran bu gerçəkliyə təkid edərək buyurur: “Hər bir çətinlik və müsibətin arxasında asanlıq və asayiş gizlənmişdir. [2]

Bundan əlavə, Quran nəzərindən ilahi sünnətlərdən biri də insanın sınağa çəkilib imtahana düçar olmasıdır [3] və insanda yatmış olan gizli istedadların müxtəlif həyat səhnələrində çiçəklənməsi, pərvəriş tapması məqsədi güdür. İmam Əli (əleyhis-salam) insanın daxilində gizlənmiş istedadların çiçəklənməsində çətinliklərin mühüm təsirini çox gözəl bir təşbehlə belə bəyan edir: “Bilin ki, səhrada bitən ağacların odunları daha möhkəmdir, amma suyun kənarında bitən yaşıl ağacların qabıqları daha nazikdir (davamsızdır).” [4]

 

2. Qəflətdən ayıltmaq

Təbii bəlaların ən mühüm təsirlərindən biri insanı qəflət yuxusundan ayıltmaqdır. Bu qəflət insanın dünyəvi nemətlərdə çulğalaşması nəticəsində baş verir. Bu bəlalar onun Allah qarşısındakı mühüm məsuliyyətlərini xatırladır, təkəbbür hissini təvazökarlığa və xüzuya çevirir. Quran bu mətləbə işarə etməklə buyurur ki, peyğəmbərlərin qövmləri daim növbənöv  çətinliklərlə qarşılaşırdılar ki, inadkarlıqdan əl çəkərək haqqın qarşısında təslim olsunlar: “Heç bir abadlığa peyğəmbər göndərmədik ki, oranın əhalisini çətinliyə, əzab-əziyyətə düçar etməyək. Yalnız bundan sonra Bizim dərgahımızda xaze olurdular (bəndəçilik və zəlillik izhar edirdilər).” [5]

 

3. İlahi nemətlərin qədir-qiymətini bilmək

Ağır təbii hadisələrin faydalarından biri də budur ki, insan ilahi nemətlərin qədrini bilsin. Çünki “sağlamlığın qədrini o kəs bilər ki, müsibətə düçar olmuş olsun.”

İmam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Bu bəla hərçənd həm yaxşı, həm də pis insanların hər ikisinə çatır, amma Allah onları hər iki qrupun islah səbəbi qərar verir. Amma yaxşı insanlara baş verən müsibət və bəlalara gəldikdə isə, onlar üçün Pərvərdigarın keçmişdə onların ixtiyarına qoyduğu nemətləri xatırlamaq və onun qədrini bilmək məqsədi güdür. Bu da onları şükürə və səbrə doğru hidayət edir.” [6]

v) Şübhəsiz, insanın məlumatları onun üçün məchul və naməlum qalanlarla müqayisədə damlanın sonsuz okeanla müqayisəsi kimidir. Nəinki xarici aləm hüdudlarında, hətta insanın öz varlığında belə, kəşf olunmamış çoxlu sirlər yatmışdır ki, bəşərin dərki onlara hələ də yol tapmamışdır. Bəşər elminin məhdudiyyətinə diqqət yetirməklə iddia etmək olmaz ki, biz şər adlandırdığımız hadisələrin bütün sirlərinə agahıq. Çox hallarda bu işlərdə çoxlu məsləhətlər vardır ki, bizim onlardan xəbərimiz yoxdur. Aydındır ki, bir şeyi tapmamaq onun mövcud olmadığına dair qəti bir əlamət deyildir. Beləliklə ağıl tələb edir ki, öz mühakimələrimizi daha artıq ehtiyatla zinətləndirək. Çünki güclü ehtimala görə biz həqiqətdə xeyir olan bir şeyi şər hesab edə bilərik. Quran bu həqiqəti necə də gözəl şəkildə bəyan edir: “Çox hallarda bir şey sizin üçün yaxşı olduğu halda onu sevmirsiniz.” [7]

v) Diqqət yetirilməli digər bir mühüm məsələ budur ki, insanların pis əməlləri bir çox şər hadisələrin baş verməsində təsirlidir. İnsan ixtiyar sahibi olan bir varlıqdır və ümumi səbəb-nəticə qanunu əsasında və onun düzgün seçməməsi nəticəsində baş verən ixtiyari əməllərindən bir çoxu müxtəlif müsibət və bəlaların baş verməsinə səbəb olur. [8] Quran buyurur: “Əgər abadlıqların əhalisi iman gətirib təqvalı olsaydılar, şübhəsiz, xeyir-bərəkəti yerdən və göydən onlara göndərərdik, lakin təkzib etdilər və (Biz də) öz əməllərinin (cəzasını) onlara dadızdırdıq.” [9]

İmam Əli (əleyhis-salam) bu barədə buyurur: “Allah Öz bəndələrini yaranmaz, xoşagəlməz əməl və rəftarlarının cəzası olaraq onları ağaclarının meyvələrinin azalması, yağışın kəsilməsi (quraqlıq), yaxşılıq qapılarının bağlanması kimi işlərə düçar edir ki, tövbə edəcək şəxs tövbə etsin, günahkar günahdan əl çəksin və ibrət alanlar ibrət alsın.” [10]

İnsanın yaranmaz əməl, rəftar və əxlaqi rəzalətlərinin təbii bəlaların baş verməsində necə təsirli olmasını araşdırmaq, bunların arasında necə bir əlaqənin mövcud olduğuna gəldikdə isə, bunun özü müfəssəl bir məqaləni tələb edir. Ümidvarıq ki, gələcəkdə bunu yazacaqlar.

Amma texnoloji cəhətdən inkişaf etmiş ölkələrin ağır təbii hadisələrin bəzi dağıdıcı təsirlərinin qarşısını almağına gəldikdə isə, xatırlatmaq lazımdır ki, nalayıq əməllər xatirinə nazil olan ilahi əzabdan qaçmaq əsla mümkün deyildir. Mühakimə edərkən gərək qısa bir zaman müddətini nəzərə almayaq. Misal üçün, həmin ölkələr ikinci dünya müharibəsi dövründə təbii bəlaların təsirindən qat-qat artıq olan ağır xəsarətlərə düçar oldular. Bu müharibə və təbii bəlaların mənşəyi hegemon dövlət başçılarının çirkin ruhi və əxlaqi fəsadları idi. Bundan əlavə, hal-hazırda da digər bəlalara düçar olmuşlar, o cümlədən, cəmiyyətdə asayişin, əmin-amanlığın, ictimai təhlükəsizliyin aradan getməsi, mənəvi boşluq, ruhi nasazlıqlar, psixi xəstəliklər, ictimai fəsadlar və s. mənəvi əzablarda yaşayırlar ki, bunların izahı gələcəkdir.

Bəndi penhan, leyk əz ahən bətər

Bəndi ahən ra kənd pareyi təbər

Bəndi ahən ra təvan kərdən cuda

Bəndi ğeybi ra nədanəd kəs dəva

Gizlin, amma poladdan pis bir zəncir!

Polad zənciri balta parçası qırar,

Polad zənciri bir-birindən ayırmaq mümkündür,

Qeyb zəncirinin dərmanını kimsə bilməz.

 

Mühüm məsələ budur ki, mütəal Allah bu ağır təbii hadisələrdə ayrı-ayrı insanlar və qövmlər üçün müxtəlif hədəfləri izləyir. Bu hadisələr mömin insanlar üçün rəhmətdir, çünki onların günahlarının kəffarəsi sayılır və axirət əzablarının yüngülləşməsinə səbəb olur. Hətta bəzi rəvayətlərdə bu hadisələrdə səbir etmək əvəzində onlar üçün Allah yolunda şəhadətin savabının yazıldığı qeyd olunur. [11]

Yaxud bu hadisələr insanların qəflət yuxusundan ayılaraq ilahi nemətləri xatırlatmağına səbəb olur. Halbuki, möminlərdən qeyriləri belə mərhəmətə layiq deyildirlər. Möminlərdən qeyriləri dünyada naz-nemətdə və ləzzətdə yaşaya bilərlər, lakin axirətdə, dünya əzabları ilə müqayisə oluna bilməyən çox dərdli və ağır əzablara düçar olacaqdır.

Əli (əleyhis-salam) buyurur: “Bəla zalım insan üçün ədəbləndirmə, mömin üçün imtahan vasitəsidir; peyğəmbərlərin dərəcələrinin yüksəlməsinə, övliyaların kəramətinə səbəb olur.” [12]

q) Diqqət yetirmək lazımdır ki, müsibətlər o vaxt nemət sayılır ki, insan onlardan lazımınca bəhrələnsin, onların qarşısında müqavimət göstərib səbir etsin, müsibət yaradan çətinliklərdə öz ruhuna kamal bağışlasın. Amma əgər insan çətinliklərin müqabilindən qaçsa, səbir etmək əvəzinə ah-nalə etsə, belə hallarda bəla onun barəsində nemət deyil,  həqiqi mənada bəla olacaqdır. Dünya nemətləri də – müsibətlər kimi – həm insanın rifah və səadətinə səbəb ola bilər, həm də onun bədbəxtliyə düçar və biçarə olmasına şərait yarada bilər.

Deməli, bəlalın nemət olması insanın onun müqabilində necə reaksiya göstərməsinə bağlıdır; yəni görəsən şükür və səbir edəcək, yoxsa nankorluq?! Həmçinin bir hadisənin bəla və əzab olması da insanın onun müqabilində necə reaksiya göstərməsinə bağlıdır; səbir edib özünü saxlayacaqmı, yoxsa iradəsi zəifləyib süstləşəcəkdir?!

ğ) O şeyi bəla adlandırmaq olar ki, ilahi-mənəvi cəza, yəni insanın pis əməlinin təsirləri olsun. Bu işlər ona görə həqiqi bəla və müsibət sayılır ki, əvvəla, insanın öz iradə və ixtiyarının nəticəsidir. İkincisi, heç bir xeyir və kamalın müqəddiməsi deyildir. Məsələn, insan üçün daşürəklilik və qəlbin qəsavəti bəladır. Necə ki, rəvayətlərdə qeyd olunur: “Allah heç bir bəndəni, ürəyinin daşlaşmasından ağır bir əzabla cəzalandırmaz.” [13] Çünki daşürəkliliyin nəticələri və cəzası – ürəyin ölməsi hiss olunmur ki, onun qəflət yuxusundan ayıldıb tənbeh olunmasına səbəb olsun, nəticədə ilahi rəhmət və mərhəmətin müqəddiməsi sayılsın. Belə isə, bu, əməlin tələbi olduğuna görə, yüz faiz cəza hesab olunur. [14]

d) Son məsələ budur ki, təbii hadisələr səbəb-nəticə qanununun nəticəsidir ki, bəziləri eyni səviyyədə qərar tutur (eyni zamanda baş verir), bəziləri isə bir-birinin ardınca gəlir. Yəni bu səbəbləri bir-biri ilə müqayisə etdikdə biri digərinin nəticəsi sayılır. Hər bir halda bu maddi və qeyri-maddi amillərin məcmuəsi təbii hadisələrin tam səbəbini təşkil edir (bəzi hallarda insanın əməlləri də bu hadisələrin baş verməsində təsirlidir), hamılıqla varlıq aləminin külli sisteminə tabedir və Allahın iradə və istəyi ilə həyata keçir. Deməli, təbii hadisələrin baş verməsi və ya onların qarşısının alınması – hər ikisi Allahın tədbiri əsasındadır və ondan xaricdə deyildir. Bu məsələnin onların əzab vasitəsi qərar verilməsi ilə ziddiyyəti yoxdur. Mütəal Allah hər vaxt bir qövmə əzab verməyi iradəsi etsə, çox hallarda həmin təbii amillər və səbəblər ilə əzab verir, halbuki bunlar da Onun məxluqudur.

Əlaqədar görünüşlər

“İmtahan və ilahi əzab, onların arasında fərq”, sual 10752 (sayt 10673)



[1] Şəhid Mütəhhəri, “İlahi ədalət”, səh 130, 134, xülasə şəkildə

[2]   فَإِنَّ مَعَ الْعُسْرِ یُسْرًا (5) إِنَّ مَعَ الْعُسْرِ یُسْرًا  “İnşirah” surəsi, ayə: 5 və 6

[3] “Ənbiya” surəsi, ayə: 25, “Bəqərə” surəsi, ayə: 155

[4] "Nəhcul-bəlağə", 45-ci məktub

[5] “Əraf” surəsi, ayə: 94

[6] “Biharul-ənvar”, 3-cü cild, səh. 139

[7]   وَعَسَى أَن تَکْرَهُواْ شَیْئًا وَهُوَ خَیْرٌ لَّکُمْ   “Bəqərə” surəsi, ayə: 216

[8] “Məarifi islami”, 1-ci cild, səh. 81, 85, xülasə şəkildə

[9] وَ لَوْ أَنَّ أَهْلَ الْقُرَى ءَامَنُوا وَ اتَّقَوْا لَفَتَحْنَا عَلَیهِم بَرَکَتٍ مِّنَ السمَاءِ وَ الأَرْضِ وَ لَکِن کَذَّبُوا فَأَخَذْنَهُم بِمَا کانُوا یَکْسِبُونَ‏

Əraf” surəsi, ayə: 96, Əlavə izah üçün bax: "Təfsiri-nümunə", 6-cı cild, səh. 265-274, 1-ci cild, səh. 53 “Bəqərə” surəsinin 7-ci ayəsinin təfsirində

[10] "Nəhcul-bəlağə", xütbə 143

[11] “Kafi”, 1-ci cild, səh. 353

[12] “Müstədrəkul-vəsail”, 2-ci cild, səh. 438

[13]   مَا ضَرَبَ اللهُ عَبْداً بِعُقُوبَةٍ اَشَدَّ مِنْ قَسْوَةِ الْقَلْبِ

“Müstədrəkul-vəsail”, 13-cü cild, səh. 93

[14] “İlahi ədalət”, səh. 164 və 165

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Rəvayətlərə əsasən qeyri müsəlmanlar ilə necə davranmalıyıq?
    7012 Nizamlar hüquq və əhkam 2011/11/19
    İslam, insanlığın pak fitrət və sevgi- məhəbbət dinidir və bütün bəşəriyyətin hidayəti və səadəti üçün gəlmişdir. Dini seçmək ixtiyari bir iş olduğu üçün həmişə İslam cəmniyətində az- çox qeyri müsəlman şəxslər tapılmış olur. İslam dininin bütün insanlar, məxsusən başqa dinlərin ardıcılları ilə göstərişi hüquqların riayət olunması, xoş rəftarlıq və dinc ...
  • Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar?
    18014 Əməli əxlaq 2012/04/19
    Müsibətə səbir etmək, onun təsirlərinə diqqət yetirmək və ölümün hamı üçün və haqq olması barədə təfəkkür etməklə müsibətlərin təsirini asanlaşdırmaq olar. Dünyadan gedən şəxslər üçün əncam verilə bilən müstəhəb əməllər: dəfn olunduğu birinci gecədə vəhşət namazı qılmaq, meyitin tərəfindən sədəqə vermək, dua etmək və onun üçün Quran ...
  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    13599 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Fəlsəfə, irfan, ağıl və hikmət arasındakı fərq nədir?
    14721 İslam fəlsəfəsi 2012/04/19
    Fəlsəfə – ən xüsusi mənada varlıq aləmindəki gerçəklikləri dərk etmək üçün zehni, əqli və istidlal yönlü səylər mənasınadır. Hikməti fəlsəfədən fərqli bir məsələ hesab etdiyimiz halda o, fəlsəfədən yüksəkdədir və ilahi və lədünni mənşəyə malikdir. Quranda da “ilahi bir əta və nemət” kimi qeyd olunmuşdur. Belə ki, ...
  • İslam dininin sülh və barışıq və ya döyüş və narahatlıq dini olmasını açıqlayın.
    13575 Təzə kəlam 2011/06/21
    İslam dini barışıq, sülh və əmin- amanlıq dini olmasını təsdiq edərək buyurur: "Ey iman gətirənlər! Hamınız sülhə və barışığa tərəf gəlin. Şeytanın addımlarından uzaq olun. Oizin açıq aşkar düşməninizdir".Amma bunu da diqqət yetirmək lazımdır ki, bəziləri şeytanın yolunu gedərək özü zülm etməklə bərabər başqalarını da bu yola ...
  • Din olmadan mənəviyyata çatmaq olarmı?
    8718 Nəzəri əxlaq 2011/11/24
    Son zamanlarda irəli çəkilən “yeni mənəviyyat” bizim bir müsəlman ünvanı ilə zehnimizdə təsvir olunan mənəviyyatla tamamilə fərqlidir. Bizim nəzərimizdə mənəviyyatın dinlə qırılmaz əlaqəsi vardır. Dini mənəviyyat maddi aləmin fövqündə olan həqiqətlərdən söhbət açan maarifə və dini göstərmələrin məcmusuna əməl etmək əsasında hasil olur. İnsan o həqiqətlərin əsasında ...
  • İmam Zaman (ə.c) hər yerdə hətta qeyri İslami (yəhudi) ölkələrdə də hazır olurmu?
    6275 Qədim kəlam 2011/10/18
    Ağıl və məntiq baxımından Allahın hidayəti olmadan insanın ideal təkamülünə yetişməsi mümkün deyil. Allah- Taala İlahi höccətləri camaata göndərməklə insanların hidayətini ən yaxşı formada yerinə yetirmişdir. İmamlar və Peyğəmbərlər Allah- Taalanın izni ilə bütün kainatda qüdrət və nüfuz etməyə kifayət qədər imkana malik olublar və olmaqdadırlar ki, öz vəzifələrini yaxşıca ...
  • Möminun surəsinin 101- ci ayəsi ilə saffat surəsinin 27 və 50- ci ayələrinin ziddiyyətini necə həll edirsiniz?
    6747 معاد و قیامت 2012/07/16
    Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu ...
  • İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində məlumat verin.
    18352 تاريخ بزرگان 2012/06/23
    İmam Kazim (əleyhis-salam)-ın özünün, övladlarının və s... həyatını bəyan etmək üçün bir neçə cildlik kitab yazmaq lazımdır. O həzrətin həyatı barəsində çoxlu kitablar yazılmışdır. Misal üçün: Seyid Hüseyn Əbu Səidə Musəvinin əsəri olan “Məşcərul-vafi” kitabına müraciət etmək olar. O, üç cilddə və musəvilər silsiləsinin bəyanında qələmə alınmışdır.
  • Xums və onun xərclənməsinə dəlillər, şiə nəzərində nədir və nə üçün sünnülər ona payidar deyildirlər?
    18359 Nizamlar hüquq və əhkam 2011/07/02
    1.     Qurani- kərimdə onun hpkm ayələri (əhkam ayələri) Quranın digər ayələrinə nisbət daha azdır o cür ki, Quranda yalnız ən vacib məsələlərə təharət, namaz, oruc, həcc və ... işarə olunmuş və onun ətraflı açıqlaması isə Peyğəmbər (s) ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167282 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165619 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120695 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115316 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113862 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95547 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57090 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55528 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47491 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46676 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...