Ətraflı axtarış
Baxanların
8242
İnternetə qoyma tarixi: 2010/01/24
Sualın xülasəsi
Al- İmran surəsinin 14- ci ayəsinə əsasən, qadınlar da kişilərin bəzi maddi və çirkin işləri üçün olnmuş və heyvanlardan hesab edilməlidirmi?
Sual
Al- İmran surəsinin 14- ci ayəsində zahiri dünyəvi məhəbbətlər məzəmmət edilərək, maddi və pis işlər hesab edilmişdir. Bu ayədə də belə zahirlər bəyan edilmişdir ki, bunlara qadınlar, övladlar, qızıl, gümüş, seçkin atlar və əkin yerləri aiddir. Buradan belə sual meydana çıxır ki, qadınlar da kişilərin maddi və çirkin işləri üçün olmuş və heyvanlar sırasında hesab edilmişdir?
Qısa cavab

Giriş

Bu sualın cavabında onu qeyd etmək lazımdır ki, sizin  Al- İmran surəsinin 14- ci ayəsindən başa düşdüyünüz məna səhvdir. Əgər bu ayəyə diqqət etsəniz sizin bəyan etdiyiniz mənadan savayı hər bir məna başa düşülür. Bu ayədə belə buyururlur: “Qadınlar, uşaqlar, qızıl- gümüş yığınları, yaxşı cins atlar, mal- qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. “[1]

Bu ayə insanların həyatında olan yaradılış və təbii işlərə işarə vurur. Qadınları, övladları və həyat üçün zəruri olan şeyləri sevmək hər kəsdə mövcuddur. Ayə özü məzəmmət edilmiş işin özünü bəyan etmir, yalnız bir başa insanın dünyəvi istəklərini qeyd edir. Təfsirlərə[2] əsasən qadın, övlad mal- dövlət eşqini insana verən Allahdır ki, bunun vasitəsilə insan kamilləşir və tərbiyə olunur və insniyyət məqamına çatır. Sonda dünyəvi nemətləri sayaraq bildirir ki, bunlara ürək bağlamayın və Allah yolunda cihad edin.

Quran yuxarıda qeyd edilən ayə barəsində çaox zərif nöqtələrə toxunur. Qadınları sevməyin yanında öğlan övladlarını da sevməyi xatırladır. Buna görə sizin iradınız kişilər üçün də düzgün olmalıdır!! Bir neçə adın bir- birlərinin yanında gəlməyi onların eyni dərəcədə olması demək deyil. Əgər bir kəs “Mən atam, anam və maşınla səfərə çıxdım” deyərsə, bu o mənada deyil ki, ata, ana hətta maşın eyni dərəcədədirlər!

Ayənin təfsiri

Qurtan ayələrinin təfsirinin metodlarından biri də ayədən öncəki və sonrakı ayələri diqqətlə mütaliə etməkdir ki, daha düzgün və mükəmməl təfsir əldə etmək mümkün olsun. Qeyd edilmiş bu ayə də belə ayələrdəndir. Bu ayədən öncəki ayədə öz həyat hədəflərini mal- sərvət və övlad hesab edən kafirlərdən bəhs edir. Bu da onların qürur və təkəbbürünə səbəb olur və belə hsab edirlər ki, bunlara sahib olmaqla əbədiləşir və Allaha ehtiyacları qalmır. Bu ayə həqiqətdə keçmiş bəhsi təkmilləşdirir. “Ey kafirlər dünyəvi bər- bəzəklərə, qadın, övlad, qızıl, gümüşə və s bağlanmayın  və Allaha ibadət və itaət olan əsl hədəfinizdən qafil olmayın.

Əllamə Təbatəbai “Əl- mizan” təfsir kitabında belə buyurur:

«إِنَّ الَّذينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوالُهُمْ وَ لا أَوْلادُهُمْ مِنَ اللَّهِ شَيْئاً وَ أُولئِكَ هُمْ وَقُودُ النَّار»

”Bu  və sonrakı ayə öncəki ayələrin həqiqi halını bəyan və şərh edərək belə buyurur: “Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdılar!”[3]

Bu ayədən anlaşılır ki, kafirlər öz mal- dövlətləri və övladları ilə

 Allaha ehtiyacsız olacaqlarına inanırlar. Bu ayə bu düşüncənin səbəbini onların maddi ləzzət və meyillərinin onları aldatması olmuşdur ki, axirət işlərindən uzaqlaşaraq, dünyaya üz tutmuşlar. Çox mühüm işdən əl çəkib, məcazi işlərə qurşanmaışlar. Əmr onlara şübhəli görsəndi və anlamadılar ki, maddi ləzzətlərin hamısı bu dünyada vasitə olan müvəqqəti şeylərdir. Bütn bunlar Allah yanında olanlara çatmaq üçün başlanğıcdır. Bu da gözəl dayanacaqdan və gözəl aqibətdən ibarətdir.[4]

Həqiqətdə bu ayə və öncəki ayə bizə daha dərin xəbəri bizlərə vermək istəyir ki, Ey insan! Sənin ixtiyarında qoyduğumuz nemətləri, münasib şəkildə istifadə et və Allahı yaddan çıxartma və bu nemıətlərə səni Allahdan qəflətə salacağı və yoldan azdıracağı həddə bağlanma.

Əlaqəli göstəricilər:

Sual 12481 (sayt: 12241) Quran və kişilərin qadınlara nisbətən möhkəmliyi (sabitliyi).

Sual 9831 (sayt: 13079) Kişinin qadından üstün olmaması.

 


[1] - Al- İmran surəsi, ayə 14.

[2] - Babayi, Əhməd Əli, təfsire nümunədən götürülmüşdür, cild 1, səh 267.

[3] - Al- İmran surəsi, ayə 10.

[4] - Təba təbai, Muhəmmədhüseyn. Əl- mizan təfsirinin tərcüməsi, seyid Muhəmmədbaqir Musəvi Həmədani, cild 3, səh 148. Qum hövzəsi “came müdərrisin” İslam nəçriyyatı, Qum, 1374, ş 14.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Tin surəsinin təfsirində (Furat təfsiri)belə bir hədis gəlmişdirki əncirdən tindən məqsəd Həsən zeytundan isə məqsəd Hüseyn əleyhissəlamdır. Bu barədə olan hədis mötəbərdirmi?
    8566 Təfsir 2012/02/08
    Qurani kərim zahiri mənalarına malik olmaqdan əlavə, mümkündür çoxlu batini mənaları da olsun. Nümunə üçün Allahın tin surəsinin əvvəllərində and içdiyi tin və zeytunun zahiri mənası ola bilsin həmin incil və zeytun olsun ki, bütün camaatın diqqət mərkəzində olanlar olsun. Yəni İncil və Zeytun ...
  • İslam hökumətində mədəni quruluşların yeri nədir?
    6234 نقش احزاب و نهادهای مدنی 2012/06/13
    Cəmiyyətdə mövcud olan təşəkküllər və icmaları hökumətlə vətəndaşlar arasındadırlar, mədəni quruluşlar deyildir. Kənd və şəhər birləşdirilmişləri sinf birləşmələri, idman kulubları, yerli cəmiyyətlər və peşəkar biliklər (tərbiyəçilər birliyi kimi)... və mədəni təşkilatlardan sayılırlar. Xalq hakimiyyətinin əsas üstünlüklərindən biri bu cür quruluşlarda mədəni təşkilatların olmasıdır. cəmiyyətdə olan bütün ...
  • “İslamı zamana əsasən təqdim edək” dedikdə məqsəd nədir? Lütfən bir misalla bəyan edin.
    7431 Təzə kəlam 2011/07/28
    Keçmişdə İslam alimləri müxtəlif məsələləri zaman və məkanın ehtiyaclarına uyğun olaraq irəli çəkirdilər və onların dövründə islamın sistematik bir nizam və quruluş ünvanı ilə irəli çəkilməsinə ehtiyac duyulmurdu. Amma hal-hazırda bu bəhslər irəli çəkilir. Ustad Mütəhhəri (r), Şəhid Sədr ...
  • Sövban «ثوبان» hansı şəxsiyyətə sahibdir? Əhli- beytin (ə) onun və rəvayətləri barədə nəzəri nədir?
    6920 تاريخ بزرگان 2012/02/09
    "Sövban" ki, ondan "Rəsulullahın mövlası) adıyla yad olubdur, Peyğəmbərin (s) vasitəsiylə azad olmuş qullardan idi, azad olandan sonra Peyğəmbərin dostlarından və Əhli- beyti sevənlərdən oldu. Onun Peyğəmbərə (s) və onun ailəsinə olan şiddətli məhəbbəti haqqında hədis kitablarının bəzilərində rəvayət bəyan olubdur. ...
  • Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?
    9043 Cürbəcür 2012/10/15
    Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar: Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və ...
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    16401 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...
  • Quranın müqəttiə hərflərinin mənası nədir?
    16346 Quran elmləri 2011/11/17
    Müqəttiə hərfləri o hərflərdir ki, bəzi surələrin əvvəlində gəlir və müstəqil mənaları yoxdur. Bu hərflərin təfsirində müxtəlif nəzərlər və rəylər deyilibdir ki, ən doğru nəzər budur ki, bu hərflər rəmzdirlər Peyğəmbər və övliyalar ondan xəbərdardırlar. «صراط علی حق نمسکه» Cümləsi bəzi mühəqqiqlərin sözüdür və rəvayətlərdə kökü yoxdur. ...
  • İslam nizamında ara müdürlərdə vilayətdən və geniş ixtiyarlardan bəhrələnirlər və onlarla müxalifətçilik etmək xilafəti şər hesablanacaq?
    6556 نهادهای حکومت دینی 2012/07/16
    Şiə fiqhinin köklərinə əsasən İslam cəmiyyətinin idarəsi birinci mərhələdə məsum rəhbərlərin öhdəsindədir. Sonrakı mərhələlərdə təkcə o şəxslər cəmiyyətin rəhbərliyinə layiqdirlər ki, məsumdan xumsu və ya ümumi icazələri vardır. Hər halda baxmayaraq ki, Məsumların (ə) məntəqələrin idarəsi üçün təyin etdiyi nümayəndələrdən itaət etmək lazımdır. Təbii olaraq ...
  • Əgər etdiyimiz nəzirə əməl etməsək vəzifəmiz nədir?
    5559 Əhd etmək, nəzr etmək və and içmək 2015/05/30
    Əgər qeyd etdiyniz nəzir mütləq olubsa yəni, heç bir gün və zaman müəyyən olunmayıbsa, öz nəzirinizə niyyət etdiyniz kimi əməl edin. Amma, nəzirə müəyyən zaman və gün təyin olunubsa, qəsdən nəzirə əməl olunmayıbsa, nəzrin kəffarəsini verməlisiniz. O da qəsdən orucun tərk edilməsinin kəffarəsi kimidir. Yəni, ya bir ...
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    9400 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168349 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166308 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121688 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115760 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114740 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96315 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60143 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56394 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    48934 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47159 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...