Ətraflı axtarış
Baxanların
8131
İnternetə qoyma tarixi: 2011/12/25
Sualın xülasəsi
Ümumiyyətlə mələklər İmamların nurundan yaranıblar və aya onların vəzifəsi İmam Hüseynə ağlamaqdır?
Sual
Şiə məzhəbində olanlar mələklərin, İmamların nurundan xəlq olmasını deyirlər, mələklərin İmam Hüseynin (ə) qəbrinin yanında ağlaması onların vəzifələrindəndir, Allah- Taala 4000 mələyə əmr edib ki, qiyamətə kimi imam Hüseynə (ə) ağlayalar və mələklər Allahdan icazə istəyirlər ki, imam Hüseynin (ə) ziyarətinə gedələr. Mələklərindən bir dəstəsi enir və digər dəstə qalxır. (Cameul- fəvaid, səh 334).
Qısa cavab

1.             Mələklərin nurdan xəlq olması hədislərdə nəql olunub və şiə və əhli sünnə mənbələrində şəkk olunmayan bir hökmdür. Bəzi şiə rəvayətlərində mövcudatın məxsusən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nuru və başqa nurlardan xəlq olunmasına işarə olunubdur. Həmçinin əhli sünnə mənbələri arasında rəvayətlər vardır ki, birinci xəlifənin və... Peyğəmbərin (s) nurundan xəlq olmasına işarə olunur. Şiə və əhli sünnə mənbələrinin bəzisində belə xəbərlərin olması, onların bu hökmə etiqadlı olmasını göstərmir. Bununla belə şiənin hədis mənbələrində tinət (zat, xasiyyət) xəbərləri vardır ki, sadəliklə olmaz onlardan keçilə. Bundan əlavə müsəlmanların arasında xilqətin nə cürəliyi barədə müxtəlif baxışlar (nəzərlər) vardır. Bu hökm təfəkkürün növü və müsəlman qruplarının dünyanı tanıma baxışından nəşət alır.

2.             Mələklərin İmam Hüseynə (ə) ağlaması və onu ziyarət etməsi səhih nəql olunan rəvayətlərdən istifadə olunur ki, şiə mənbələrində bu əmrə işarə olunubdur. Həmçinin şiə və əhli sünnə kitablarında buna oxşar əmrə işarə edən rəvayətlər vardır ki, şəkk qəbul etməyən bir hökmdür.

Ətreaflı cavab

Valıq aləminin həqiqətlərini tanımaq üçün alimlərin və müxtəlif dəstələrin arasında fərqli yolların və vasitələrin olması şübhəsizdir. Bu yollardan biri ayə və rəvayətlərin zahiri çıxarıdır. Bunun kənarında alimlər öz fikri meyllərə uyğun olaraq başqa tanıma vasitələrindən bəhrələnirlər ki, onların arasında əqli, fəlsəfi və irfani üslublara işarə etmək olar. Şübhəsiz alimlərdən hər biri rəvayətlərin istifadəsi və təfsiri zamanı bu növ nəzəriyələrin təsirinə məruz qalırlar bu mənaya ki, filosofların, mütəkəllimlərin, ariflərin və mühəddislərin (hədis alimləri) dünya tanıma barədə nəzəri həmişə bir- biri ilə əsaslı şəkildə fərqlənib; bu fərqin dəlili necə ki, deyildi onlar tərəfindən istifadə olunmuş üslublar və vasitələrdir. Buna görə də yaradılış məsələsinin təfsiri və bəyanında müxtəlif nəzərlər tapılır. Məsələn bəzi filosoflar tərəfindən onluq əql məsələsi və onların varlıq aləminin yaradılışında təsir etmə məsələsi, həmçinin bəzi hədis alimlərinin hansısa hədisə məntiqi yozum ilə baxışı bu növdəndir.

Buna əsasən mələklərin necə xəlq olması məsələsi ilə üzbəüz olan zaman gərək bu mövzulara ciddi şəkildə diqqət oluna.

Deyilənlərə əlavə olaraq, dəfələrlə deyilib ki, şiə və əhli sünnə kitablarında mövcud olan rəvayətlərin hamısının səhihliyinə (düzgünlüyünə) dəlil yoxdur. Bəlkə alimlərin tərəfindən rəvayətlərin səhihliyinin kəşfi "rical" elmindən istifadə etməklə ələ gəlir: Bu dəlilə əsasən hər iki dəstənin alimləri rəvayətlərin bu növ yoxlanış əsasına müxtəlif şəkillərə bölüblər. O yerə kimi ki, əhli sünnə rəvayətləri özlərinin həzi hədis məcmuələrində toplanıb və onları "sihah" adlandırıblar.

Şiə və sünni mənbələrində rəvayətlərə rast gəlinir ki, məxluqatın yaradılışından öncə Peyğəmbərin (s) nurunun olmasına işarə ediblər.[1] Əhli sünnə mənbələrində həzrət Peyğəmbərdən (s) nəql olunubdur ki, birinci xəlifənin Peyğəmbərin (ə) nurundan və ikinci xəlifə və Ayişənin əbu Bəkrin nurundan və... yaradılmasından söz açır.[2] Həmçinin şiə mənbələrində rəvayətlərə rast gəlinir ki, bəzən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nurundan, bəzən də başqa nurlardan yaranmasına işarə olunur. Tinət (zat, xasiyyət) rəvayətləri kimi məşhur olanbelə rəvayətləri ümumi şəkildə və sadəliklə inkar etmək olmaz. Bəlkə gərək onlar diqqətlə araşdırıla və sonra onlar haqqında hökm oluna.

Əlbəttə şiə alimlərinin müxtəlif sahələrdə əsil etiqadları ilə tanış olmaq üçün lazımdır ki, bu barədə yazılmış kitablara müraciət oluna.[3] Şiə mənbələrindən olan rəvayətlərə söykənmək (onlardan dəlil kimi istifadə etmək) və onları şiənin etiqadlarının hissəsindən saymaq maneəsiz deyil. Çünki, şiə kitablarının arasında da rəvayətlər mövcuddur ki, müxtəlif dəlillərlə onların səhih olması alimlər tərəfindən təsdiqlənməyib. Bundan əlavə bəzi xəbərlər də vardır ki, bir çox alimlərin nəzərinə görə bu xəbərlər səhih bir etiqadın əsası ola bilməzlər. Məxsus ravi (rəvayət edən) tərəfindən mələklərin imamların (ə) nurundan xəlq olunması yaxud birinci xəlifənin Peyğəmbərin (s) nurundan xəlq olunması (başqa rəvayətlər buna şübhə ilə yanaşırlar) barədə bir neçə rəvayətin nəqlolunması şiə və sünni alimlərinin bu hökmə nisbət etiqadını isbat etmir. Baxmayaraq ki, bu cür nəzərlər əgər dinin aşkar əslləri ilə ziddiyyəti olmaya məsələn İslami məzhəblərin Allahın sifətləri, məadın cismani ya ruhani olması və s... barədə cürbəcür çıxarışları və nəzərləri şəxslərin dindarlığında ziyana səbəb olmaz.

Sonrakı məsələ mələklərin imam Hüseynə (ə) ağlaması və həmçinin onların o həzrətin ziyarəti üçün aşağı gəlmələridir. Əsil mətləbə toxunmazdan əvvəl gərək bir neçə nöqtə aydın olsun.

1.             Şiə və əhli sünnə rəvayətlərində mələklərin məxsus şəxslər üçün ağlaması və şadlanması məsələsinə işarə olunubdur. Biz bu işin hansı şəkildə baş verməsinə[4] onlar da insan kimi ruhi dəyişikliklərə düçar ourmu? Yəni xoşagəlməyən yaxud sevindirici hadisələri görmək ya eşitməklə qəmgin və ya şad olurlar ya yox? Bu rəvayətlərin barəsində toxunacağıq. Bu məsələ (mələklərin ağlaması) Oslamdan qabaqkı ədəbiyyatda da mühüm şəxslər dünyadan gedən zaman səmanın və yerin və küləyin onun üçün ağlaması və ya günəş tutulması şəklində qeyd olubdur və Qurani kərimdə buna işarə edibdir.[5] Mübarək ayəni təfsir etmək və araşdırmaqla bu nöqtəyə yetişəcəyik ki, müfəssirlərdən bəzisinin əqidəsinə əsasən səma və yerin ağlaması, yer üzündəki insanların və səmada mələklərin ağlaması mənasınadır.

2.             Amma İslamda aşkar şəkldə şiə və əhli sünnə rəvayətlərində məxsus şəxslər üçün səmanın, yerin və mələklərin ağlaması və şadlanması məsələsi qeyd olubdur.

Biz bu mövzunun daha da aydın olması üçün bu bəhsə aid olan rəvayətləri qeyd olunan iki dəstə tərəfindən xatırladırıq:

1.             Peyğəmbər Əkrəmdən (s) söylənilən bir rəvayətdə oxuyuruq: Əgər bir mömin qürbətdə ölə, bir halda ki ağlayanı olmaya səma və yer onun üçün ağlayar.[6] Bu məzmunda (mənada) başqa bir rəvayətdə səma və yerin əvəzinə mələklər kəlməsindən istifadə olunubdur.[7]

2.             Başqa bir hədisdə məxluqatın həzrət (Adəm (ə) ağlamasına işarə olubdur. Bu tərtiblə ki, o həzrətin rihləti vaxtı bütün məxluqat yeddi gün müddətində ona ağladı.[8]

3.             Həmçinin Peyğəmbər əkrəmin (s) ibadətin vasitəsinə halı dəyişilmiş cavanla görüşən zaman söylədiklərinin bir tikəsində o cavanın ağlamasının səbəbinə mələklərin ağlamasına işarə olunubdur. Peyğəmbər əkrəm (s) onunla söhbət edəndən sonra buyurur: "Həqəqətən sənin ağlamanın səbəbinə asimanın mələkləri ağladılar".[9]

4.             Allahın Peyğəmbərinin (s) mücahidlər (cihad edənlər) barəsində söylədikləri bu barədə olan mühüm rəvayətlər qəbilindəndir. Peyğəmbər (s) bu hədisin əsnasında buyururlar: "Elə ki, mücahidlərin ailələri onlarla vidalaşırlar evlərin divarı onlar üçün ağlayır".[10]

5.             Qeytəbi təfsirində mübarək ayənin təfsirinin əsnasında: "ما بکتهم السماء ...." deyilibdir ki, səma və yerin ağlamasından məqsəd yerin və səmanın mələklərinin ağlamasıdır.

Sonra həzrət Peyğəmbərin (s) bir rəvayətdə belə söylədiyi bildirilir:

"Hər bir mömin üçün asimanda iki qapı vardır; birindən onun ruzisi nazil olur və ikincidən onun sözləri və əməlləri daxil olur. Elə ki, ölümü və ya yoxluğu baş verir ona ağlayırlar. Ardınca Mücahiddən (ravi) nəql olunur ki, asiman və yer mönimə qırx gün ağlayar.

Əbu Yəhya deyir: Onun sözündən təəccüb etdim.

Mücahid dedi: Təəccüb edirsən? Niyə görə onun stündə rüku edən və rükusu ilə onu abadlaşdırana ağlamayın? Niyə asiman, təkbir və təsbihi bal arısı dəstəsinin əks- sədasına oxşayan bəndə üçün ağlamayın?.[11]

Mələklərin məxsus şəxslər üçün şadlanması barədə də rəvayətlər nəql olunubdur. O cümlədən birinci xəlifənin təvəllüdü vaxtı mələklərin şadlanması,[12] həmçinin ikinci xəlifənin müsəlman olması vaxtı mələklərin şadlanması[13] və ya Səd ibni Məaz üçün onların şadlanması və ərşin dalğalanmasına işarə etmək olar.[14]

Mələklərin enməsi də bizim bəhsimizin bir hisəsini təşkil edir. Bəhsin uzun olmaması üçün müxtəsər şəkildə neçə nümunəyə işarə edirik.

Bədr döyüşündə müsəlmanlara kömək yetirmək üçün mələklərin hazır olması,[15] Hənzələyə qüsl vermək üçün onların aşağı gəlməsi, həmçinin Səd ibni Məazın cənazəsinin həmli və dəfni üçün onların hazır olmasına işarə etmək olar.[16]

Bura kimi deyilənlərin ən mühümmü imam Hüseynə (ə) asimanın ağlaması barədə olan rəvayətdir ki, əhli sünnə mənbələrindən bir çoxu zərər yetirməyən azacıq fərqlə onu nəql ediblər. Əlbəttə bu rəvayət və qeyd olunan digər rəvayətlər şiə mənbələrində də Peyğəmbər əkrəmdən (s) və imamlardan (ə) nəql olubdur. Bu rəvayət əhli sünnə mənbələrində Sədi, Qorrət ibni Xalid, Mücahid və... kimi şəxslər tərəfindən belə çatdırılıb: "Hüseyn ibni Əli (ə) şəhid olan vaxt asiman ona ağladı və asimanın ağlamağı məxsus qırmızılıq idi ki, onda görünmüş oldu".[17]

İndi isə bu barədə şiə rəvayətlərinə müxtəsər işarə: Peyğəmbər əkrəmdən

Rəvayət olunubdur ki, mələklər onların başının üstündə hazır olur və onların ağlaması səbəbinə ağlayırlar.[18] Bu rəvayətdə həm mələklərin ağlamasına, həm də onların hazır olmasına işarə olunubdur.

İmam Kazımdan (ə) yetişən bir rəvayətdə oxuyuruq: "Əgər bir mömin ölə, mələklər və onun Allahı ibadət elədiyi hər bir yer ona ağlayır".[19]

Əgər qeyd olunan rəvayətlərdə bir az fikirləşsək iki nöqtəni ələ gətirmiş olarıq:

1.             Bu rəvayətlərdə məxluqatın, yerin, səmanın, divarların və mələklərin ağlamasına işarə olunub.

2.             Qeyd olunan rəvayətlərdə mələklərin ağlaması, müjdəsi yaxud nazil olması (enməsi) məxsus şəxsə aid olur; o cümlədən mücahidlər, vətəndən qürbətdə olanlar, möminlər, səhabələr və şəhidlər və s... qeyd olunublar.

İndiyə kimi deyilənlərə əsasən yerin, səmanın, mələklərin, qapının, divarın və s... ağlaması ilə mələklərin ağlamasının əhli müxtəlif yerlərdə aşkar və aydın şəkildə nəzərə çarpmış olur. Həmçinin mələklərin məxsus şəxslər üçün ağlaması və şadlanması məsələsindən bunu ələ gətiririk ki, mələklərin imam Hüseynə (ə) əzadarlığı və ağlaması yuxarıdakı xüsusiyyətlərin tam toplusudur və əhli sünnə mənbələrində imam Hüseynə (ə) asimanın ağlaması barədə olan rəvayətlər qəbul olunası bir əməldir.

İmam Hüseyn (ə), Peyğəmbərin (s) nəvəsi, kəsa əshabından və Peyğəmbər əkrəmin (s) əhli- beytindədir ki "Təthir" ayəsi onların şənində nazil olubdur.[20] Peyğəmbər əkrəmin (s) ibarəti ilə, Həsən və Hüseyn behişt cavanlarının başçılarıdırlar.[21] Bu xüsusiyyətləri heç vaxt heç bir səhabədə tapmaq olmaz. Bunlar ancaq Əhli- beytə aiddir ki İmam Hüseyn (ə) əhli- beytdəndir və bundan da əlavə o həzrət əshabdan sayılmış olur.

İmamın azğın Yezid hökumətinə qarşı cihadı və ona beyətdən boyun qaçırması və nəhayət qürbətdə əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət və oislikdən çəkindirmə) kimi yerinə yetirmək əsnasında şəhid olması bu tarixi çəxsiyyətin başqa xüsusiyyətlərindəndir. Hətta axırıncı anlarda belə o həzrətin ibadət etməsi onun iman və təqvasının ucalıq nişanəsidir.

Deyilənləri nəzərə almaqla birgə, mələklərin Allahın əmri ilə şəhid imam Hüseynin (ə) ziyarətinə gəlmələri (necə ki, Səd ibni Məazın dəfninə gəldilər) və ya ona ağlamaları (necə ki, vətəndən qürbətdə dünyadan köçmələr və möminlər və yaxud şəhid mücahidlər üçün ağladılar) təəccüblü deyil.

Bundan əlavə bizim rəvayət kitablarında bu mövzuda Əhli- beytdən (ə) rəvayətlərin olması və mələklərin ağlaması, onların o həzrətin qəbrinin ziyarətinə gəlmələri məsələsinin qeyd olunması, bizim bu işə olan etiqadımızı daha da artırmış olur. Söz çox uzanmaması üçün bu bəhsdən əl götürürük və başqa vaxtda saxlayırıq.

Aid olan göstəricilər:

- Aşura günündə cinlərin və mələklərin imam Hüseynə (ə) kömək etməsi, 6983 (Sayt: 7503).

- Həzrət Əlinin (ə) əzəli (əbədi) olmasının mənası, 4410 (sayt: 5158).

- Peyğəmbərin (s) vücudunun nur baxımından Adəmə (ə) üstünlüyü, 4378 (sayt: 4814).



[1] - İsmail, ruhul- bəyan, cild 2, səh 370, darul- fikr, Beyrut; Nişapuri, Həsən ibni Məhəmməd, Ğəraibul- Quran və rəğaibul- furqan təfsiri, cild 1, səh 407, darul- kutubil- elmiyyə, Beyrut, birinci çap, 1416 h.q.

[2] - Sələbi, Əhməd ibni İbrahim, Əl- kəşfvəl- bəyan ən Təfsiril- Quran, cild 7, səh 111, darul- ehyail- turasil- ərəbiyyə, Beyrut, brinci çap, 1422 h. q.

[3] - Daha çox məlumat əldə etmək üçün, İrfani, fəlsəfi və kəlami baxış: İmam Hüseynin (ə) şəxsiyyətinə və qiyamına, Qasim Torxan, Peyğəmbərin (s) və İmamların (ə) nurlarının onların cismlərindən qabaq yaradılması, səh 25- 49.

[4] - Həmin, Əfsanəvi şəxsiyyət İmam Hüseyn (ə), səh 143- 155.

[5] - Duxan surəsi, ayə 29.

[6] - Əl- Zəməxşəri, Məhmud, Əl- kəşşaf ən- həqiqi ğəvamizil- tənzil, cild 4, səh 274, Darul- kutubul- ərəbi, Beyrut, üçüncü çap, 1407 h.q.

[7] - Əs- səfuri, Nəzhətul- məcalis, cild 1, səh 207, Əl- mərtəbəətul- əzhəriyyət, Misir, 1346 h. q.

[8] - Siyuti, Cəlaluddin, Əd- durrul- mənsur fi təfsiril məsur, cild 1, səh 162, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum, 1404 h.q.

[9] - Əl- kəşf vəl- bəyan ən- təfsiril- Quran, cild 9, səh 188, darul- ehyaul- turasil- ərəb, Beyrut, birinci çap, 1422 h. q.

[10] - Həmin, cild 3, səh 206.

[11] - Qertəbi, Məhəmməd ibni İbrahim Şəmsuddin, Əl- camiul- əhkamil- Quran, cild 16, səh 140, Nasir Xosrov nəşriyyatı, Tehran, birinci çap, 1364 h.q.

[12] - İbni Əsakir, Əli ibni Həsən, Dəməşq şəhərinin tarixi, cild 79, səh 353, darul- fikr, Beyrut, 1415 h.q.

[13] - Zöhri, Məhəmməd ibni Səd, Ət- təbəqatul- kobra, cild 3, səh 205, dare Sadir, Beyrut, birinci çap, 1968 M.

[14] - Əl- camiu liəhkamil- Quran, cild 7, səh 307.

[15] - Ali- İmran surəsi, ayə 129.

[16] - Ət- Təbəqatul- kubra, cild 3, səh 428, dare Sadir, Beyrut, birinci çap, 1968 M.

[17] - İbni Kəsir Dəməşqi, İsmail, Təfsiril- Quranil- əzim, cild 7, səh 234, darul- kutubil- elmiyyə, Beyrut, birinci çap, 1419 h.q. Əd- durrul- mənsur fi təfsiril- məsur, cild 4, səh 264, Əl- cameul- liəhkamil- Quran, cild 11, səh 220; Əl- kəşfi vəl- bəyan, cild 8, səh 353; Ruhul- bəyan, cild 8, səh 413.

[18] - Hürr Amuli, Məhəmməd ibni Həsən, Vəsailüş- şiə, cild 7, səh 231, Alul- beyt liəhyail- turas müəssisəsi, Qum, birinci çap, 1409 h. q.

[19] - Kuleyni, Məhəmməd ibni Yəqub, Əl- kafi, cild 1, səh 38, darul- kutubul- İslamiyyət, Tehran, dördüncü çap, 1365 h. q.

[20] - Təfsiril- Quranil- əzim, cild 6, səh 367.

[21] - Əd- durrul- mənsur fi təfsiril- mənsur, cild 4, səh 263.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İran İslam respublikasını hansı təhlükələr təhdid edir?
    6180 Nizamlar (Qurluşlar) 2011/11/24
    Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn ...
  • Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
    6591 Qədim kəlam 2012/06/23
    Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    10356 پرندگان 2012/05/19
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...
  • İmam Həsən Müctəba (əleyhissalam) kim olub və hansı fəzilətləri olub?
    12606 امام حسن مجتبی ع 2015/05/27
    İmam Həsən (əleyhissalam) , Əli ibn Əbi Talibin oğlu olub, mübarək Ramazan ayının ortasında, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. 37 yaşında O Həzrətlə İmam Əlinin canişini kimi ikinci İmam olaraq beyət olunmuşdur. İmam Həsənin (əleyhissalam) imamət müddəti on il, altı ay üç gün çəkmişdir. ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    8288 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?
    14331 Quran elmləri 2011/11/24
    Quran iki cür: bir dəfəyə və tədrici (ayə-ayə və surə-surə) nazil olmuşdur. Tədrici nazil olma səbəbi ilə əlaqədar müxtəlif dəlillər qeyd olunmuşdur. O cümlədən: 1. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbini ...
  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    14351 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    12375 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • Aya zahirdə olan bərabərlik və xüsusiyyətlər misal üçün bədən və yaş cəhətindən dostluqda şərtdir?
    7555 Əməli əxlaq 2012/04/18
    İslamda dost tapmaq üçün ilk mərhələdə lazım və mühüm olan, onun zahiri və madi xüsusiyyətləri deyil, bəlkə mənəvi xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır; baxmayaraq ki, bəzi maddi və zahiri xüsusiyyətlərinə də rəvayət etmək lazımdır; misal üçün o şəxslə dostluq etmə ki, insanı cəmiyyətdə bəzi töhmətlərlə qarşı- qarşıya ...
  • Öhdəsində xüms olan şəxs hal- hazırda onların xümsünü verməyə imkanı yoxdur. Bu şəxs nə etməlidir?
    6615 Xumsun hesablanması və onun ödənmə qaydası 2013/02/03
    Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168782 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166612 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122025 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115921 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115152 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96603 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60931 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56644 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49378 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47379 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...