Ətraflı axtarış
Baxanların
11235
İnternetə qoyma tarixi: 2011/06/21
Sualın xülasəsi
Vəliyi fəqihin seçilməsi üçün lazım olan şəraiti və dəlilləri açıqlayın?
Sual
Mənim vəliyi fəqih barəsində sualım vardır. Mən vəliyi fəqih barəsində olan bütün dəlilləri qəbul edirəm. Amma bundan sonra mənim üçün belə bir sual yaranır ki, "bəs nə üçün o şəxs ayətullah Xamineyi olmalıdır? "Yəni ondan başqa şəxsiyyətlərin mövcudluğu halında nə üçün məhz o seçilməlidir? Buna bizim şəri dəlilimiz nədir? Yəni vəliyi fəqih yalnız Ayətullah Xamineyi olmalıdır?
Qısa cavab

Şiə məzhəbinin inancına əsasən İmam Zamanın (ə) qayib olduğu zamanda vilayəti fəqih məsum İmamların vilayətinin davamı sayılır. Yəni İmamın qaim olduğu zamanda İslam dininin bütün məsuliyyəti fəqihlərin öhdəsinə düşür. Bu məqam bütün fəqihlər üçün qaçılmazdır. Amma vahid bir İslam dövlətində bütün müctəhidlər vəliyi fəqihlə ictimai və siyasi məsələlərdə kömək etmək və ona bu işlərdə itaət etməlidirlər. bundan əlavə onun işlərinə heç bir mane etməməlidirlər. həmçinin belə bir şəraitdə gərək vəliyi fəqih üstünlüyü (ələmliyi) ilə müctəhidin üstünlüyündə gərək fərq qoyaq. Başqa sözlə desək mərcəiyyət məsələsində olan əməliyyətin vilayət fəqih anlamında mənası yoxdur. Belə ki, vilayəti fəqihin özünə aid şəraiti və qanunları vardır. Bunun bariz şərtlərindən biri budur ki, vəliyi fəqih ictihaddan əlavə dünya siyasətinə və dünyada baş verən sivilizasiyadan xəbərdar olmaqla yanaşı onun öhdəsindən də gəlməlidir. Yəni öz agah və kamil siyasəti ilə İslam dininin düşmənlərinin şərrini zərərsizləşdirməli və bunun müqabilində müdafiə sistemini gücləndirməlidir. Bundan əlavə İslam dininin bütün çətin və adi hallarında daim aqilcəsinə məsələni təhlil etməli və qənaət bəxş bir nəticəyə gəlməlidir. Bütün bu saydıqlarımız Ayətullah Xamineyidə yüksək səviyyədə cəmləşdiyi üçün xübrəqan (xübrəqan dünyada ilk dəfə İran İslam Respublikası tərəfindən yaradılmış şuradır. Buranın şəxsi heyəti ictihad etmiş din mütəxəssisləri olmalıdır). Onu bu mənsəbə layiq görmüşdür. Yəni xübrəqanın nəzərinə əsasən Ayətullah Xamineyi bütün bu məsələlərdə ən layiqli və aqil şəxsdir. Bu səbəbdən də onu vilayəti fəqih məqamına təyin etmişdirlər.

Ətreaflı cavab

"Vilayət, sözü ərəb dili lüğətində "vəli" söz kökündən tutulmuşdur. Ərəb diliçilərinin bəyanına əsasən bu sözün yalnız bir mənası vardır. "Vəli" sözünün əsil mənası yaxınlaşmaq, yaxınlıq mənasındadır.[1] Bundan əlavə "vəli" dost, yaxın və köməkçi mənalarında da işlədilir. "Vilayət" sözü[2] isə səltənət, hakimiyyət, rəhbərlik mənalarında işlədilir.[3]

Fars dilində isə "vəli" sözü dost, köməkçi, sahib, hafiz, "vilayət" sözü isə hakimiyyət və rəhbərlik etmək mənalarında işlədilir.[4]

Şiə məzhəbinin inancına əsasən vilayəti fəqih İmam Zamanın qaib olduğu əsirdə məsum İmamların hakimiyyətinin davamı hesab olunur. Belə ki Peyğəmbərin (s) hakimiyyəti davam etməlidir. Bildiyimiz kimi Peyğəmbərdən (s) sonra bu məsuliyyət İmamların öhdəsində olur. Amma İmam qaib olduğu əsirdə isə bu məsuliyyəti İslam dinini layiqincə qoruyan bilən şəxslər (fəqihlər) öhdəsinə götürür.

Bundan belə nəticə alırıq ki, İslam dini ideologiyası daim ictimai səhnədə fəaliyyət göstərməlidir. Bu səbəbdən də İslam dininin ictimaiyyətdə daim aktiv olması üçün onu yönləndirən hakim qüvvələrə və rəhbərlərə ehtiyac vardır. Bu hakim dairələr ictimaiyyətdə İslam dininin dəyərlərini bərpa etməli və bütün aldığı nəticələri İslam dininin mənbələrinə əsaslandırmalıdır.[5] Əlbəttə bu şəxs İslamdan xaricdə olan məsələləri də dərk etməli, onları düzgün analiz etməli və İslam dininin mənafeini onların şərindən qorumalıdır. Yəni bu vəzifənin sahibi aqil və agah insan olmalıdır.[6]

Şeyx Səduq etibarlı dəlillərlə İshaq ibni Yəqubdan belə nəql edir: "Məhəmməd ibni Osman Əmridən (İmam Zaman ağanın kiçik qeybəti zamanı onun ikinci naibi olub) xahiş etdim ki, içində bəzi çətin məsələlərin həlli üçün soruşulmuş suallar olan məktubu İmam Zamana (ə) çatdırsın. O da bunu qəbul edib sonra İmam Zamanın öz mübarək xətti ilə yazılmış məktubu mənə gətirdi. Məktubda yazılanların bir neçə kəlməsinə işarə edirəm:

«...و اما الحوادث الواقعة فارجعوا فیها الی رواة حدیثنا، فانهم حجتی علیکم و انا حجة الله علیکم...»[7]

"İrəli gələn məsələlər barəsində bizim hədis deyənlərimizə müraciət edin. Onlar mənim sizin aranızda olan höccətlərim və mən də Allahın sizin aranızda olan höccətiyəm"[8].

Mühəqqiq Kərki deyir: "Bütün şiələrin nəzərinə əsasən fəqih gərək adil, əmin, hər şeydən bilən və tam şəraitli bir kəs olmalıdır. Onlar hidayət yolçularının (ə) (İmamlar) qeybəti dövründə onların hakimiyyətini davam etdirməlidirlər. Çünki onların naibidirlər.[9]

Sualın digər hissələrinə diqqət yetirmək bir neçə məsələyə işarə edirik:

Şiə məzhəbinə əsasən mərcəlik (müctəhidlik) ən uca və ağır vəzifələrdən biridir. Fəqih ictihad edərək mərcəi- təqlid məqamına yetişir və insanların bütün suallarını cavabladırır. Onlar xalqın kiçik və böyük suallarına cavab verməklə yanaşı bəzən qazilik işləri də onların öhdəsində olur.[10] Vəliyi fəqihlə müctəhidin fərqi barəsində deyə bilərik ki, vəliyi fəqih İslam dinin meyarlarına əsaslanaraq bütün İslam dinin ardıcıllarının dəyərlərini qoymalı və daim ağıllı tədbirlər tökməlidirlər. Amma mərcəi təqlid yalnız şəri sualları cavabladırır və lazım olan fətvaları xalqın ixtiyarında qoyur.

Bu açıqlamaya əsasən deyə bilərik ki, müctəhid yalnız İslam dininin mənbələrinə əsaslanaraq istinbat edərək fətva verməlidir. Amma vəliyi fəqihin məsuliyyəti bundan olduqca genişdir. Çünki vəliyi fəqih ictihad və istinbat məsələlərindən savayı daim ağıllı tədbirlərlə İslam dininin meyarlarlarına əsaslanmalıdır.

Bu səbəbdən mümkündür ki, bir fəqih digər fəqihdən elmi baxımdan üstün olsun.[11]

Amma istedad, rəhbərlik, müdürlük və fəqihlik baxımından üçüncü şəxs yuxarıda qeyd etdiyimiz iki şəxsdən mümkündür daha ələm və alim olsun.[12]

İslam dinində rəhbərlik üçün iki əsas təsəvvür vardır:

Birincisi budur ki, vilayəti fəqih İslam alimləri tərəfindən şura vasitəsi ilə seçilməlidir. Bu o haldadır ki, rəhbərlik üçün lazım olan bütün şərait bir fəqihdə cəmlənməsin.

İkincisi isə əgər rəhbərliyin bütün şəraiti bir nəfərdə cəmləşərsə bu zaman İslam ictimaiyyəti bir nəfər fərdin öhdəsində olacaqdır. Əgər İslam ictimaiyyətində hakim dairələrin nüfuzuna əsasən ölkədə ixtişaş düşərsə, bu zaman bütün şəxslərə və hətta fəqihlərə belə vacibdir ki, vahid rəhbərdən gələn əmri dinləsinlər və ona itaət etsinlər. Xüsusən bu əmr vahid bir ölkədə daha tez icra olunmalıdır.[13]

O dövlətdə ki, yalnız İslam dini qanunları çərçivəsində dövlət idarə olunacaqdır bu dövləti qəbul etmək bütün fəqihlərə vacibdir. Amma bir İslam dövlətində vahid rəhbər olarsa bu zaman bütün siyasi və ictimai məsuliyyətləri onun öhdəsinə buraxmaq və ona mane olmamaq lazımdır.

Buna əsasən dəlilimiz budur ki, onun mənbəsi və ümumi meyarları İlahi vəhydən qaynaqlanır. Necə ki, Peyğəmbərimizin hakimiyyəti İlahi vəhydən qaynaqlanırdı. Allah Taala bu ayədə buyurur:

« لتحکم بین الناس بما اریک الله »

"Biz səni seçdik ki, insanlara hakimlik edəsən".[14] Bu hakimlik də təbii ki, İslam dini qanunları çərçivəsində olmalıdır. Yəni belə nəticə alırıq ki, Peyğəmbər öz nəfsinə və istəklərinə istinad etmədiyi, əksinə Qurandan və İlahi maarifdən bəhrələndiyi üçün bu vəzifəyə təyin olunmuşdur. Rəhbərlik və vilayəti fəqih məsələsi də eyni ilə bu mövzudan bəhrələnir.

İslam ictimaiyyətindən müsəlmanlar vahid bir rəhbəri özünə başçı verməli bütün ictimai məsələlərində onun fikirlərinə əsaslanmalıdır. Heç kəsin İslam dininə və onun qanunlarına nəyisə artırmaq və azaltmaq haqqı yoxdur. Əgər hər hansı bir fəqih adilcəsinə ağıllı, istedadlı və zəmanəsini tanıyaraq qüdrətlə hakimiyyəti idarə edirsə həqiqətdə o fəqih deyil, bizim mövzumuzdan vilayəti fəqihlər (rəhbər).[15]

Amma sizin bu sualınıza qayıtdıqda "bütün mərcələr qala- qala nə üçün Ayətullah Xaminei rəhbər olmalıdır" deyə bilərik ki: Mərcəyi təqlid məsələsində olan ələmlik anlamı rəhbərlik də olan ələmlikdən fərqlidir. yəni rəhbərlikdə olan ələmlik ictihadda olan ələmliklə fərqlidir. İmam Əli (ə) buyurmuşdur:

«ایها الناس ان احق الناس بهذا الامر، أقواهم علیه و أعلمهم بامرالله فیه»

Ey insanlar bu əmrə ən layiqli şəxs o kəsdir ki, Allahın elmindən və hakimlik məsələsindən agah olsun".[16] Deməli ələm dedikdə yalnız fəqih nəzərdə tutulmur. Əksinə hazır olan əmr barəsində düzgün addım atması nəzərdə tutulur. Yəni ümumiyyətlə dünyadan xəbərdar olsun və dünyada baş verənlərin müqabilində mətanətlə dayanaraq lazım olan proqramları həyata keçirsin.

107- ci qanuna əsasən böyük İslam inqilabının əzəmətli rəhbəri Ayətullah üzma Xumeyni, xalq tərəfindən mərcəiliyə seçilməklə yanaşı rəhbərliyə də layiq görülmüşdür. Rəhbər seçmək xalq tərəfindən seçilmiş xübrəqanın rəyi ilə baş tutur. Xübrəqanın şəxsi heyəti xalq tərəfindən seçilmiş aqil və adil şəxslərdir. Bu şəxslərin və istedadlı rəhbəri tanımaq üçün elmləri kamil olduğu üçün onlar rəhbər seçə bilərlər.[17]

Mümkündür bu zamandan başqa bir vaxtda xübrəqan ayrı bir şəxsi rəhbər seçsin. Amma hal- hazırkı dövürdə bu vəzifəyə yalnız Ayətullah Xaminei layiq görüldüyü üçün onu seçmişdirlər. Onlar bu seçimdən sonra onu xalq üçün ən böyük və layiqli rəhbər olduğunu elan etdilər.

Bundan əlavə Ayətullah Xamineinin bu məqama layiq olmasına İslam inqilabının rəhbəri Ayətullah Xumeyni bəzi söhbətlərində işarə etmişdir. Bu məsələ xübrəqan məclisində Ayətullah Rəfsəncani tərəfindən nəql olunmuşdur: "Sizin aranızda bu məqama elə bir layiqli şəxs vardır ki, siz heç vaxt çıxılmaz vəziyyətdə qalmayacaqsınız."[18] İmamın bəzi sözləri Seyid Əhməd Xumeyni tərəfindən nəql olunmuşdur: "O (Xaminei) elə bir layiqli rəhbərdir ki, onu görməmək olmaz.

Fətva məsələsinə gəldikdə isə əgər bir müctəhid hər hansı bir fətvanı verirsə, bu zaman yalnız onun müqəllidlərinə ona əməl etmək vacibdir. Amma rəhbər ümumi bir hökm verirsə bu zaman hamıya vacibdir ki, onu əməl edərək yerinə yetirsin.[19]

Əlavə məlumat üçün:

Vilayəti fəqih, İmam Xumeyni.

İslam dövlətində vilayəti fəqih, Tehran, seyid Məhəmməd Hüseyn.

Vilayəti fəqih, Mərifət, Məhəmməd Hadi.

Vilayət və dəyanət, Hadəvi Tehrani, Məhdi.



[1] - Bax: Müqayisu- əl luğət, 4- cü cild səh 141, Əl qamus əl muhit, səh 1732, Əl- misbah Əl- mənar, cild 2, səh 396, Əl- sihah, cild, 6 səh 2528, tac- əl ərus, 10- cu cild, 398- səh.

[2] - Bəzi tədqiqatçılar vəli sözünün dost mənasında olmasını qəbul etmirlər və yalnız onun rəhbər mənasını daşıdığını deyirlər. Bax: drasaət fi vilayət əl- fəqih və fəqih əl dulə əl İslamiyyə, əl- muntəziri, Hüseyn Əli, 1- ci cild, 55- ci səhifə.

[3] - Bax: Əl- qamus əl- muhit, 1732- ci səhifə, təcəl- ərus, 10- cu cild, 398- ci səhifə, Əl- misbah, əlmənar, 2- ci cild, 396- cı səhifə.

[4] - Hadəvi Tehrani, Məhdi, Vilayət və dəyanət kitabı, səh 64.

[5] - Bax: Yenə də ora, Vilayəti fəqihin əql vasitəsi ilə sübutu mövzusu.

[6] - Bax: Yenə də ora, Vilayət Fəqihin şəraiti mövzusu.

[7] - Vəsailuş- şiə, 27- ci cild 140- cı səhifə.

[8] - Vilayət və dəyanət kitabı, səh 94- 102.

[9] - Məşruiyyət dər nizam vilayəti fəqih kitabına istinad edərək, Kəvakibiyan, Mustafa, 68- ci səhifə.

[10] - Hadəvi Tehrani, yenə də ora, 38- ci səhifə.

[11] - Yenə də ora, 141- ci səhifə.

[12] - Yenə də ora, səh 140- 141.

[13] - Yenə də ora, 142- ci səhifə.

[14] - Nisa surəsi, ayə 105.

[15] - Cavad Amuli, Abdullah, vilayəti fəqih kitabı, 256- 257- ci səhifələr.

[16] - Biharul- ənvar, 34- cü cild, 249- cu səhifə.

[17] - Cavad Amuli, Abdullah, yenə də ora, 231- ci səhifə.

[18] - Haşimi Rəfsəncani, Əli Əkbər, Keyhan qəzeti. (do şənbe 82/ 11/ 20.

[19] - Hadəvi Tehrani, Məhdi, vilayəti və dəyanət, səhifə 139- 140.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bir kosmonavt səmada qibləni necə təyin etməli, necə dəstəmaz alıb və namaz qılmalıdır; onun namazı tamamdır yoxsa qəsr?
    7510 Nizamlar hüquq və əhkam 2011/04/14
    Vacib namazlar, heç bir şəraitdə insanın boynundan götürülmür. Hər bir müsəlman ki, təklif yaşına çatmışdırsa, vacibdir hər hansı bir halda mümkündürsə öz namazını qılmalıdır. O şəxslər ki, səmadadırlar əgər yer kürəsinə doğru üzlərini çevirsələr qibləyə doğru durmuşdurlar. Amma yer kürəsinin hansı tərəfdə olduğunu təyin edə bilməyirlərsə dörd tərəfə namazlarını ...
  • Cənnətin bir neçə qapısı varmı? Bu qapıların hər birinin özünəməxsus adları vardırmı?
    25086 Qədim kəlam 2011/11/03
    Cənnətin bir neçə qapısı vardır və onların sayı səkkizdir. Lakin onların dəqiq adları və hansı  qrupun hansı qapıdan daxil olacağı haqda hədislərdə kiçik ixtilaflar gözə dəyməkdədir. Cənnət qapılarının adları ayrı-ayrı hədislərdə pərakəndə şəkildə qeyd edilmişdir: "Bab əl-Rəhmət" (Rəhmət qapısı), "Bab əs-Səbr" (Səbir qapısı), "Bab əş-Şükr" (Şükür qapısı), ...
  • Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?
    7965 Əməli əxlaq 2015/08/01
    İnsan ictimai bir varlığ olduğuna görə yaşadığı həyatda başqaları ilə əlaqədə olmağı ehtiyaclıdır. Amma, dostun seçilməsində diqqətli olmaq lazımdır ki, ilahi hüdudular, ifrat-təfritlər və bəzi halətlərə düşülməsin ki, insanın dünya və Axirətdə səadət və xoşbəxtçiliyinə zərbə vurmuş olmasın. Hər hansı bir kəsə və şeyə şiddətli məhəbbətin və ...
  • İmam Əli (ə) ölünü dirildə bilər?
    9303 Təfsir 2012/09/01
    Bu ki, bir şəxs müstəqil şəkildə Allaha ehtiyacı olmadan, belə bir iş etməsi Allahın əfali tohidlə (yaradılışda tohid) ziddiyyət vardır. Çünki ölüm və həyat təkcə Allahın əlindədir. Amma əgər bir şəxs Allahın icazəsiylə belə bir iş etsə, bu iş mümkün olacaq. Bunun əqli ...
  • “Bismillahir-Rəhmanir-Rəhim”in Quran surə və ayələrinin bir hissəsi olması barəsində müfəssirlərin müxtəlif nəzəriyyələri nədir?
    8758 Təfsir 2012/04/09
    “Bismillahir-Rəhmanir-Rəhim”in Quranın surə və ayələrinin hissəsi olub-olmaması ilə əlaqədar müsəlman alimləri arasında fikir ayılığı vardır. İmamiyyə[1] və şafei alimləri,[2] Məkkə və Kufə qariləri və onların fəqihləri[3] “Həmd” və sair surələrdə “Bismillah”ı surənin bir hissəsi hesab edirlər. Amma Mədinə, ...
  • Аллаһа јахынлыг (гүрбәтән илаһллаһ) нәдир? Нечә нөвдүр вә неҹә әлә ҝәлир?
    7290 Əməli irfan 2010/04/22
     “Гүрб” лүғәтдә бир шејин диҝәр бир шејә јахынлашмасына дејилир. Бу јахынлашма, бәзән мәкан вә бәзән дә заман ҹәһәтдән ола биләр. Демәли, гүрб ја мәкан, ја да заманладыр. Халг арасында да гүрб (јахын) сөзүнүн башга бир мәнасы да вар. О да бир фәрдин диҝәринин ...
  • Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir haldaki, hazırda bəşər aya və başqa planetlərə gedir?
    18791 Təfsir 2013/02/03
    "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz!" «یَا مَعْشَرَ الجِْنّ‏ِ وَ الْانسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَ الْأَرْضِ فَانفُذُواْ لَا تَنفُذُونَ إِلَّا ...
  • Namazı tərk etmək orucu batil edirmi?
    5119 Nizamlar hüquq və əhkam 2015/05/27
    İslamın bütün hökmləri insanın kamala yetməsi və inkişafı üçün nəzərdə tutulmuşdur onların hər birinə əməl etmək insanın özünə faydası var. Bütün bu qanunlar topolumu bir yerdə tam əməl olunduqda insana nəticə verə bilər. Belə olan surətdə namazsız oruc və orucsuz namaz təbii ki lazım olan nəticəsi olmaz. ...
  • İdman məqsədi ilə dans etməyin işkalı var?
    6858 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Rəqs etmək əgər şəhvəti təhrik etməyə səbəb olarsa, ya haram işə səbəb olarsa, ya fəsada gətirib çıxararsa və ya qadının qəsdən naməhrəm kişilər arasında olarsa. haramdır. Həzrəti ayətullah- ul- üzma ...
  • “Аллаһын илк јаратдығы әглдир” – сөзүнүн мәнасы нәдир?
    7533 İslam fəlsəfəsi 2010/10/13
    Фәлсәфи терминолоҝијада әгл (шәриәт вә Гуранда дејилән мәләк дә адландырмаг олар) елә бир субстансијадыр (ҝөвһәрдир) ки, һәм затән (өзлүјүндә) вә һәм дә фелән (ишдә)  мүҹәррәддир. Јәни, затән мадди олмајыб, ишләрини һәјата кечирмәкдә бәдән кими мадди аләтә еһтиајҹы јохдур. Әлбәттә бу там мүҹәррәд варлығы ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164970 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164937 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120010 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114178 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111590 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94384 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55157 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55002 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46535 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46048 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...