Ətraflı axtarış
Baxanların
7429
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Allahın yadından (zikrindən) qafil olmaqla insanın şeytanla yoldaş olması necə mümkündür?
Sual
Allah-taala “Zuxruf” surəsinin 36-cı ayəsində buyurur: “Hər kəs Allahın yadından (zikrindən) qafil olsa, onun üçün bir şeytan təyin edərik ki, onun yoldaşı və həmsöhbəti olsun.” Necə mümkün ola bilər ki, Rəhman olan Allah insanın sadəcə bir səhvinə görə onunla yoldaş və həmsöhbət olmaq üçün bir şeytan qərar versin?
Qısa cavab

Sualda qeyd olunan ayənin mənası budur ki, Allahın göstərişlərindən imtina etmək və həyatda Onun zikr və yadından qafil olmağın nəticəsi şeytanla yoldaş və həmsöhbət olmaqdır. Allahın zikr və yadından üz çevirmək kiçik bir günah və səhv deyildir; elə bir mövzudur ki, uzun zaman ərzində kiçik və böyük günahlar səbəbi ilə hasil olur. Başqa sözlə desək, Allahın zikr və yadından qafil olmaq günahlara düşməyin nəticəsindədir və Allahdan uzaq düşməyin təbii nəticəsi də şeytanla həmsöhbət olmaqdır. Bunun Allahın Rəhmaniyyəti ilə təzadı yoxdur.

Ətreaflı cavab

Diqqət yetirmək lazımdır ki, ayənin mənası bu deyildir ki, insan bir səhvə düçar olan kimi Allah bir şeytanı onunla həm söhbət və yoldaş etsin. Allah-taala bu surədə buyurur:

وَ مَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمنِ نُقَيِّضْ لَهُ شَيْطاناً فَهُوَ لَهُ قَرين‏

“Hər kəs Rəhmanın zikrindən üz çevirsə, onun üçün bir şeytan təyin edərik ki, onunla yoldaş olsun.”[1] Bu ayədə “Rəhmanın zikri” dedikdə məqsəd Qurandır.”[2]

Deməli, ayənin mənası belə olur: “Hər kəs Allahın yadından, Quranın hökm və göstərişlərindən üz çevirərək ona əməl etməsə, bir şeytan onunla yanaşı olar. İmam Əli (əleyhis-salam) bu ayənin təfsirində buyurur: “Hər kəs günaha aludə olsa, Allahın yadından üz çevirər və hər kəs də Allahın fərman verdiyi  şeylərə itaət etməzsə, onun üçün bir şeytan təyin olunar ki, həmişə onunla yanaşı olsun.”[3]

Əli (əleyhis-salam)-ın bu izahına diqqət yetirməklə aydın olur ki, Allahı yad etməkdən üz çevirmək sadəcə bir səhv deyildir ki, nəticədə şeytanın onunla yanaşı edilməsi Allahın Rəhmaniyyəti ilə təzadlı olsun; əksinə, bu mövzu uzun zaman ərzində və çoxlu günahlar etdikdən sonra insan üçün hasil olur.

“Təfsiri-nümunə” kitabında bu ayənin izahında deyilir:

Əvvəlki ayələrdə hər bir şeyi maddi meyarlarla ölçən dünyapərəstlərdən söhbət gedirdi. Sözü gedən ayədə isə dünyaya bağlı və məftun olmağın öldürücü təsirlərindən birindən – Allahdan uzaqlaşmaqdan, Onunla yadlaşmaqdan söhbət açılır və buyurulur:

وَ مَنْ يَعْشُ[4] عَنْ ذِكْرِ الرَّحْمنِ نُقَيِّضْ لَهُ شَيْطاناً فَهُوَ لَهُ قَرين‏

“Hər kəs Rəhmanın (Allahın) yadından (zikrindən) üz çevirsə, ona tərəf bir şeytan göndərərik və həmişə onun yoldaşı olar.”[5]

Bəli, Allahdan qafil olmaq, ötəri dünya ləzzətlərinə qərq olmaq və onun aldadıcı gözəlliklərinə ürək bağlamaq nəticəsində şeytan insana hakim kəsilir və həmişə onunla birgə olur, onun boynuna bir ip salaraq ürəyi istəyən yerlərə aparır. Bu ayədə cəbr (insanın öz əməllərində məcburi olması) təsəvvürü yersizdir. Çünki bu, onlarının öz işlərinin təbii nəticəsidir. Xüsusilə, dünya ləzzətlərinə qərq olmağın və müxtəlif günahlara qurşanmağın ilk təsiri budur ki, insanın qəlbinə, gözünə və qulağına qəflət pərdəsi salınır, Allahdan uzaqlaşır, şeytanlar ona hakim edilir və bu yolda o qədər irəliləyir ki, bəzən qayıdış və tövbə yolu bir dəfəlik onun üzünə bağlanır. Çünki şeytanlar və şeytani fikirlər hər tərəfdən onu əhatə edir. Bu da insanın öz yaramaz əməllərinin nəticəsidir, baxmayaraq ki, onun “səbəblərin son səbəbkarı” ünvanı ilə Allaha aid edilməsi də səhihdir. Bu da digər Quran ayələrində “şeytanın zinətləndirməsi”[6] və ya “şeytanın vilayəti” kimi[7] təbir olunur.

Lüğətdəki mənasına diqqət yetirməklə ayədəki “nuqəyyiz” ifadəsi həm şeytanların hakim kəsilərək insanı istila altına almasına, həm də onlarla yoldaş olmasına dəlalət edir. Eyni zamanda ondan sonra gələn “fəhuvə ləhu qərin – şeytan onunla yoldaş olar” cümləsi bu mənanı təkid edir ki, şeytanlar belə adamlardan heç vaxt ayrılmazlar. Rəhman təbiri incə bir işarədir: İnsan ümumi rəhməti hamını əhatə edən bir Allahdan necə qafil olur və üz çevirir!

Görəsən, belə insanlar şeytanlarla yoldaş və onların fərmanlarına məhkum olmaqdan başqa bir taleyə düçar ola bilərmi?

Bəzi təfsirçilər ehtimal verirlər ki, bu ayədəki “şeytanlar” kəlməsinin geniş mənası vardır və hətta insanlardan olan şeytanlara da şamildir. Zəlalət rəisləri və sərkərdələri adlandırılan bu insanlar qafil insanlara hakim kəsilərək onları Allahın yadından uzaqlaşdırır və onlarla yanaşı olurlar. Mənadakı bu genişlik uzaq ehtimal deyildir.[8]

 


[1] “Zuxruf” surəsi, ayə: 36

[2] Təbərsi, Fəzl ibni Həsən, “Məcməul-bəyan fi təfsiril-Quran”, 9-cu cild, səh. 74, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1372-ci şəmsi il

[3] Səduq, Məhəmməd inbi Əli, “Xisal”, 2-ci cild, səh. 634, “Camieyi-müdərrisin” nəşriyyatı, Qum, 1403-cü qəməri il

[4] “Əşv” kökündən alınan “yə’şu” kəlməsi “ila الی” hərfi ilə təsirli hala düşdüyü zaman müəyyən bir şeylə (zəif gözlər ilə) hidayət olunmaq mənasına gəlir, “ən عن” hərfi ilə təsirli hala düşdüyü zaman bir şeydən üz çevirmək mənasına gəlir. Sözü gedən ayədə ikinci məna nəzərdə tutulmuşdur. “Lisanul-ərəb”, “əşv” kəlməsi

[5] “Nuqəyyiz” kəlməsi “qəyz” kökündən alınmışdır və əsl mənası yumurtanın üstündəki qabıq mənasınadır. Bundan sonra isə bir şeyin başqa şeyi əhatə etməsi mənasına işlənmişdir.

[6] “Nəhl” surəsi, ayə: 3

[7] Yenə orada

[8] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 21-ci cild, səh. 64, "Darul-kutubil-islamiyyə", Tehran, 1374-cü şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Hansı əməllər insanın gözəlliyinə və nuraniliyinə səbəb olur?
    7196 Əməli əxlaq 2011/06/28
    İslam nəzərindən gözəllik iki hissəyə bölünür: zahiri gözəllik və batini gözəllik. Mötəbər və mütəvatir rəvayətlər nəzərindən insanın batini gözəlliyinə səbəb olan amillərdən bəziləri ibarətdir səbr və dözüm, vüqar və aramlıq, vərə və təqva və... dan. Habelə insanın üzünün gözəlliyi və nuraniliyi üçün bir çox səbəblər sadalanıbdır onlardan bəzilərinə işarə edirik: ...
  • Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
    7877 تاريخ کلام 2012/06/23
    1. Əfqanıstan ölkəsində çoxlu firqələr, məzhəblər və sufi təriqəti mövcuddur. Onların fəaliyyətdə olan ən ümdə qisimləri aşağıdakılardır: a) Fiqhi firqələr: hənəfi, şiə, hənbəli (sələfiyyə); b) Kəlami firqələr: Şiə və maturidiyyə; v) Sufi təriqətləri: qadiriyyə, nəqşbəndiyyə, çeştiyyə. Əfqanıstanda fəaliyyətdə olan ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    37967 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Qurani- Kərimdə sonuncu ayə hansıdır? Məgər vəhyin əlavə edilmə imkanı olmuşdurmu?
    16811 Təfsir 2011/11/19
    Peyğəmbərə (s) nazil olan sonuncu ayə haqqında müxtəlif və bir çox rəvayətlər mövcuddur. Bu ayələrdən bu nəticəni əldə etmək olar ki, Peyğəmbərə (s) sonuncu kamil nazil olan surə “nəsr” olmuşdur. Bu surə ya Məkkənin fəthindən öncə yaxud fəthlə eyni zamanda nazil olmuşdur. Sonuncu nazil olan surə başlanğıc ...
  • İctihad etmək üçün mənbələrin bir olmasını nəzərə alaraq, bəzi Müctəhidlərin oxşar məsələlərdə nəzər ayrılığının illəti nədir?
    9224 Nizamlar hüquq və əhkam 2011/05/31
    Müctəhidlər arasında fətva və nəzəriyyə vəhdəti bir neçə işdən aslıdır: 1.             İctihad mənbələrinin bir olması. 2.             Elmin ilkin mərhələlərinin birliyi ki, ictihad onlara bağlıdır. 3.             İctihad ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    14426 Əməli əxlaq 2011/09/07
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • Aya müsəlmanların rəhbərləri üçün müsəlmanların vəliyyi əmri" ləqəbini istifadə etmək düzgündürmü?
    7127 Siyasət fəlsəfəsi 2012/03/11
    Qeyd olunmuş ayəyə əsasən, cavab insanların nəfslərinə və mallarına vəli və sahib olmaq Allaha malikdir və yalnız Allahın izniylə bu iş həyata keçir, o cür ki, bizim də etiqadımız bundan ibarətdir bu qüdrət və ixtiyar Peyğəmbərdən (s) sonra bir- bir İmamlara (ə) verilmişdir. Amma İmam Zamanın (ə) ...
  • İmam Zaman (ə.c.) barəsində şiə və sünni nəzərləri arasında fərqlər varmı?
    16391 Qədim kəlam 2011/11/09
    Məhdəviyyət inancı və Məhdi (ə)- in zühuru düşüncəsi İslam əqidəsinin mühüm bir hissəsindən sayılır ki, İslam Peyğəmbəri (s)- in müjdə verməsinə əsasən, bütün İslami firqə və məzhəblər arasında formalaşmışdır. Həzrət Məhi (ə)- də aid hədislər əhli- sünnənin məşhur kitablarının çoxunda da gəlibdir. Bu hədislərə yaxşı diqqət etdikdə, imam ...
  • İnsanın ölümündən sonra ruhu dünyada gedən proseslərdən, baş verən hadisələrdən xəbərdar ola bilərmi?
    11852 Qədim kəlam 2011/09/10
    Qurani- kərim ayələrindən, məsumlardan (ə) bizə gəlib çatan rəvayətlərdən ruhların ölümdən sonra dünyaya qayıtması, öz qohumlarının əhvalından və ... xəbərdar olması istifadə olunur. İlahi mələklərin də bu işdə vasitə olması nəinki inkar edilmiş, bəlkə açıq-aşkar bəyan edilmişdir.Bir rəvayətdə gəlmişdir:1.     "Həqiqətən, mömin ...
  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    10211 پرندگان 2012/05/19
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168468 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166390 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121769 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115784 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114840 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96398 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60396 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56444 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49056 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47204 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...