Ətraflı axtarış
Baxanların
22032
İnternetə qoyma tarixi: 2011/06/28
Sualın xülasəsi
"Əhli-beyt" kimə deyilir?
Sual
"Əhli-beyt" nə deməkdir?
Qısa cavab

"Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا»

Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə və peyğəmbərdən (s), İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Səccad və digər imamlardan (ə), həmçinin Ümmi Sələmə, Aişə, Əbu Səid Xidri, İbn Abbas və digər səhabələrdən nəql olunan bir çox rəvayətə istinadən - "Təthir" ayəsi "Əshabi-Kisa"nın, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən, Hüseyn (ə) ehtiramına nazil olmasına və "Əhli-beyt"in bu beş nəfər olduğuna dərin etiqadlıdırlar.

Həmçinin şiə və əhli-sünnə tərəfindən nəql olunan bir çox hədislərdə bu termin digər imamlara, yəni İmam Əli ibn əl-Hüseyndən (İmam Səccad) (ə) İmam Zamanadək (ə.c.) olan imamlara da aiddir.

Ətreaflı cavab

"Əhli-beyt" kəlməsi Quran, hədis və İslam sxolastika termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur: "Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-beytindən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində - pak etmək istəyir".

Lüğətdə "Əhl"in kökü, üns və yaxınlıq mənasındadır.[1] "Beyt" isə məskən və gecələməkl üçün yer mənasındadır.[2] "Əhli-beyt" əsl mənada onunla get-gəl edən fərdin yaxınları mənasındadır.[3] Amma ümumi mənada bütün qohumluqda, dində, yaşadığı yerdə, vətən və şəhərdə bir fərdlə şərik olan bütün insanlara da aid edilir.[4]

Amma sxolastiklərin, hədisşünasların və Quran təfsirçilərinin termonologiya üzrə mütəxəssisləri Quran-kərimdə keçən "Əhli-beyt" terminini xüsusi formada işlədiblər. Ona görə ki, bu əsasda Peyğəmbərdən (s) və şiə imamlarından (ə) çoxlu hədis sadir olmasına və buna əsasəndə Quranın sözügedən cümləsinin xüsusi izaha ehtiyacı olduğuna etiqadlıdırlar. Xüsusi izahın kimlərə aid olması haqqında təfsirçilər, hədisşünaslar və sxolastiklər arasında fikir ayrılığı mövcuddur:

1)- Bəzi əhli-sünnə təfsirçiləri Peyğəmbərin həyat yoldaşları haqqında olan əvvəlki və sonrakı cümlələrin analogiyasına əsasən bu ayə yalnız Peyğəmbərin həyat yoldaşları barəsində olduğuna inanırlar. Onlar bu versiyanın təsdiqində İbn Abbasdan nəql olunan – Əkrəmə, Məqatil, İbn Cəbir və İbn Saib onu nəql etmişlər - rəvayətə istinad edərək yazırlar: "Əkrəmə bazarda fəryad edərək əhli-beytin yalnız Peyğəmbərin (s) qadınları olduğunu və kiminsə bunu inkar edəcəyi təqdirdə onunla bir-birilərini qarğışlamaya hazır olduğunu deyirdi".[5]

Bəzi əhli-sünnə və şiə təfsirçilərinin hamısı bu versiyanı tənqid edərək demişlər:

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»

"Əgər bu ayədə "əhli-beyt"də məqsəd Peyğəmbərin qadınlarıdırsa, ondan öncəki və sonrakı ibarələr (onlarda "cəmi-müənnəs" üçüncü şəxsin cəmi, qadın cinsinə müraciət şəxs əvəzliyindən istifadə edilmişdir) kimi bu ayədə də "ənkunnə" və yutəhhirəkunnə" gəlməli idi. Halbuki bu cür deyil. Bu ayədə "cəmi-müzəkkər", yəni üçüncü şəxsin cəminə, kişi cinsinə müraciət şəxs əvəzliyindən istifadə olunmuşdur. Bu da müraciətin qadınlara ünvanlanmadığını göstərir.

Həmçinin onlar sözügedən hədisə istinadı da tənqid atəşinə tutmuşlar. O cümlədən Əbu Həyyan Ğərnati - əhli-sünnə alimlərindəndir – hədisin İbn Abbasla əlaqəsi düzgün olmadığını yazır. İbn Kəsir də deyir: "Əgər bu hədisdə məqsəd "təthir" ayəsinin Peyğəmbərin (s) qadınlarının şəninə nazil olmasıdırsa, bu doğrudur. Lakin əgər məqsəd ayənin təsdiqi yalnız Peyğəmbərin (s) qadınlarıdırsa, bu söz düzgün deyil. Çünki çoxlu rəvayət bu versiyanı rədd edir".[6]

Əlbəttə, necə ki, işarə etdik İbn Kəsirin "Ayənin Peyğəmbərin (s) qadınlarının şəninə nazil olması" cümləsi də düzgün deyil. Birincisi: Bu söz ayələrin metoduna ziddir. İkicisi: İbn Kəsir mövcud müxalif ayələri təsdiq etmişdir.

2)- Əhli-sünnə təfsirçilərindən digər bir qrup ayədəki "əhli-beyt"də məqsəd Peyğəmbərin (s) qadınları və həmçinin Əli, Fatimə, Həsən, Hüseyn (ə) olmasına etiqad bəsləyirlər.[7] Qeyd etməliyik ki, bu versiyanın tərəfdarları sübut kimi heç bir hədisə istinad etməmişlər.

3)- Bəzi digər təfsirçilər deyirlər: "Ayənin zahiri ümumi mənadadır və Peyğəmbərin (s) bütün ailəsinə; qadınlarına, övladlarına, yaxınlarına, hətta qul və kənizlərinə də aiddir". Süləbi deyir: "Bütün Bəni-Haşim nəslinə və ya Bəni-Haşim möminlərinə də aiddir".[8] Bu versiya da heç bir rəvayətə söykənmir.

4)- Bir qrup təfsirçilər də "əhli-beyt"in sədəqə verilməsi haram olan kəslər olmasına işarə etmişlər və bu versiya Zeyd ibn Ərqəmdən rəvayət olunan bir hədisə əsaslanır. Ondan soruşdular: "Peyğəmbərin (s) Əhli-beyti kimlərdir və Peyğəmbərin (s) qadınları da buna aid edilirmi?" Zeyd dedi: "Qadınlar "əhli-beyt"dəndirlər. Lakin Peyğəmbərin (s) Əhli-beyti sədəqə verilməsi haram olan şəxslərdir. Yəni, Əli, Əqil, Cəfər və Abbas ailəsi".[9] Əbu əl-Futuh Razinin dediyinə görə bu versiya da nadir və istinadsızdır.

5)- Şiə təfsirçilərinin hamısı, əhli-sünnə təfsirçilərinin isə əksəriyyəti – şahidlərə, qərinələrə və peyğəmbərdən (s), İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Səccad və digər imamlardan (ə), həmçinin Ümmi Sələmə, Aişə, Əbu Səid Xidri, İbn Abbas və digər səhabələrdən nəql olunan bir çox rəvayətə istinadən - "Təthir" ayəsi "Əshabi-Kisa"nın, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən, Hüseyn (ə) ehtiramına nazil olmasına və "Əhli-beyt"in bu beş nəfər olduğuna dərin etiqadlıdırlar.

Zehnə gələn yeganə sual budur ki, necə ola bilər ki, Peyğəmbər (s) qadınlarının vəzifələri haqda gedən müzakirənin ortasında onlara aid olmayan məzmundan söz açılır?

Bu sualın bir neçə cavabı var və o cavablara işarə edirik:

a.             Təbərsi deyir: "Quranda ayələrin bir-birinin yanında gəlməsi və müxtəlif mövzularda söz deməsi yalnız bu xüsusda deyil. Quran belə hadisələrlə zəngindir. Habelə fəsih ərəb söz və şeirində bu cür çoxlu nümunələrə rast gəlmək olur".[10]

b.            Əllamə Təbatəbai digər bir cavab əlavə edərək demişdir:

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»

"Bu ibarənin ("Təthir" ayəsinin) ondan əvvəlki və sonrakı ayələrlə birgə nazil olmasına heç bir sübut yoxdur. Bəlkə rəvayətlərdən bu bəxşin ayrı nazil olması, Peyğəmbərin (s) göstərişi əsasında ya da Peyğəmbərin (s) vəfatından sonra Quran ayələrinin toplanması zamanı bu ayələrin kənarında yerləşdirilməsi istifadə olunur".[11]

c.             "Təfsiri-Nümunə", kitabında belə gəlmişdir: "Bu suala üçüncü cavab olaraq demək olar ki, Quran Peyğəmbərin (s) qadınlarına demək istəyir: "Siz elə bir ailənin üzvüsünüz ki, onların bəziləri məsumdurlar. İsmət ağacının kölgəsində və məsumlar ocağında qərar tutan şəxs, başqalarına nisbətdə özünə çox nəzarət etməli və beş pak məsumdan ibarət ailəylə əlaqəsinin olduğunu unutmamalıdır. Bu məqam onun üçün ağır məsuliyyətlər yaradır, Allah və bəndələri ondan daha çox şey gözləyirlər".[12]

"Təthir" ayəsinin məqsədi, ayənin enmə səbəbi haqqında çoxlu rəvayətlər vardır və onlar bir neçə qrupa bölünürlər:

A.            "Təthir" ayəsinin məqsədi, enmə səbəbi və "əhli-beyt" termini beşlikdən ibarət Ali-Əba barəsində olduğunu deyən hədislər.[13]

B.            "Hədisi-Kisa" rəvayətini təsdiq edən hədislər; Əbu Səid Xidri, Ənəs ibn Malik, İbn Abbas, Əbu əl-Humra və Əbu Bərəzədən nəql olunan hədislər. Hədisdə, "Kisa" hadisəsindən və "Təthir" ayəsinin nüzulundan sonra Peyğəmbər (s) ya bir ay, ya qırx gün, ya altı ay, ya da doqquz ay müddətində sübh namazı vaxtı və ya beş namaz vaxtlarında davamlı olaraq Əli (ə) və Fatimənin (s) evinə gedərək buyururdu:

«السلام علیکم اهل البیت و رحمة الله و برکاته، الصلاة یرحمکم الله»

"Allahın salamı, rəhməti və bərəkəti Əhli-beytin üzərinə olsun! Namaz vaxtıdır! Allah sizə mərhəmət etsin". Sonra "Təthir" ayəsini oxuyardı.[14]

Bu barədə "Əhqaq əl-həqq"[15] kitabının şərhində əhli-sünnənin yetmişdən artıq məşhur mənbəsi toplanmışdır. Şiə mənbəsi isə bundan daha çoxdur.[16]

Deməli, "Əhzab" surəsinin 33-cü ayəsindəki "əhli-beyt"in Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseynə (ə) aid olması rəvayət baxımından qətidir.

Bu kəlmə (əhli-beyt) rəvayətlərdə digər imamlara; yəni, İmam Əli ibn Hüseyndən İmam Zamanadək (ə) olan imamlara da aiddir.

Əbu Səid Xidri Peyğəmbərdən (s) rəvayət edir ki, Həzrət (s) buyurdu: "Mən iki qiymətli şeyi sizin aranızda qoyuram; Biri göydən yerə uzanan ip Allahın kitabı, digəri isə mənim Əhli-beytim, ailəmdir və bunlar qiyamətə qədər bir-birindən ayrılmayaclar".[17]

Əbu Ğəffari deyir: Peyğəmbər (s) buyurdu: "Mənim Əhli-beytimin misalı, Nuhun gəmisi misalındadır. Hər kəs ona süvar olsa, nicat tapacaqdır. Buna riayət etməyən qərq olacaqdır".[18]

Həzrət Əli (ə) buyurur: Allahın Rəsulu (s) buyurdu: "Mən iki dəyərli şeyi sizin aranızda əmanət qoyuram. Onlar Allahın kitabı və Əhli-beytimdir ki, qiyamətədək (bir əlin iki barmağı kimi) bir-birindən ayrılmayacaqlar". Cabir soruşdu: "Ey Allahın Rəsulu (s)! Sənin ailən və Əhli-beytin kimlərdir?" Həzrət (s) buyurdu: "Əli, Fatimə, Həsən, Hüseyn (ə) və Hüseynin nəslindən qiyamətədək gələcək imamlardır".[19]

Həzrət Əli (ə) buyurdu:

«انما یرید اللّه لیذهب عنکم الرجس اهل البیت ...»

"Mən Ümmi Sələmin evində, Peyğəmbərin (s) yanında olduğum zaman "Təthir" ayəsi nazil oldu. Peyğəmbər (s) mənə buyurdu: "Bu ayə sənin, övladların Həsən, Hüseyn və sənin nəslindən olacaq imamlar barəsində nazil olmuşdur". Dedim: "Ey Allahın Rəsulu (s)! Səndən sonra neçə nəfər imam gələcəkdir?" Həzrət buyurdu: "Səndən sonra Həsən (ə), ondan sonra Hüseyn (ə), ondan sonra övladı Əli (ə), ondan sonra övladı Məhəmməd (ə), ondan sonra övladı Cəfər (ə), ondan sonra övladı Musa (ə), ondan sonra övladı Əli (ə), ondan sonra övladı Məhəmməd (ə), ondan sonra övladı Əli (ə), ondan sonra övladı Həsən (ə), ondan sonra övladı Höccət (ə.c.) imamətə yetişəcəklər. Onların adları bu ardıcıllıqla ərşin ayağına yazılmışdır. Allahdan soruşdum bunlar kimlərdir? Buyurdu: "Səndən sonra gələcək pak, məsum imamlardır və onların düşmənləri lənətlənmişdir".[20]

Bir çox başqa hədislər də vardır ki, "əhli-beyt"i şiənin on iki imamına aid edir. Sözügedən hədislərdə İmam Sadiq (ə) və digər imamlar (ə) özlərini "əhli-beyt" adlandırmış və gizlətmədən Əhli-beyt olduqlarını açıqlamışlar.[21]

Quranı-kərimin Əhli-beytin yüksək tezislərini təkid və israrla elan etməsinin fəlsəfəsi, ümmətin kamal və hidayət yolunda onlara təqlid etmələridir (Ona görə ki, Quranın əsil hədəfi insanların hidayətidir: "Əlif, Lam, Mim. Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır").[22] Şiə imamları ümmətin lider və hidayətçiləri olduqları üçün bu aspektdən "əhli-beyt" ünvanı onlara aid edilmişdir. Peyğəmbər (s) Qurani-kərimin həqiqi təfsirçisi və şərhçisi olaraq imamət məqamını və özündən sonrakı dini liderləri tanıtdırmaq istəmiş, buna görə də "əhli-beyt" kəlməsindən istifadə etmişdir.

Ətraflı məlumat üçün aşağıdakı göstəricilərə müraciət edin:

-               Peyğəmbərin (s) Əhli-beyti, sual: 833 və 1249

-               Əhli-beytin (ə) hədəf və rolu, sual: 900

 



[1] - "Misbah əl-Münir", Fiyumi, səh. 28

[2] - Yenə orada, səh 68

[3] - Yenə orada

[4] - "Müfrədat əl-əlfaz Quran", səh. 29 Rağibi İsfahani

[5] - "Cami əl-bəyan fi təfsir əl-Quran", c.22, səh. 7. Təbəri

[6] - "Təfsir əl-Quran əl-Əzim", c.5, səh. 452-453. İbn Kəsir

[7] - "Təfsiri-Kəbir", c.25, səh. 209. Fəxrəddin Razi; "Ənvar əl-tənzil və əsrar əl-təvil", c.4, səh. 163. Beyzavi; "Əl-Bəhr əl-mühit fi əl-təfsir", c.7, səh. 232. Əbu Həyyan.

[8] - "Əl-Cami əl-əhkam əl-Quran", c.14, səh. 183. Qirtəbi; "Ruh əl-Məani", c.22, səh. 14. Alusi

[9] - "Əl-Bəhr əl-mühit fi əl-təfsir", c.7, səh. 231-232. Əbu Həyyan.

[10] - "Məcmə əl-bəyan", c.7, səh. 560. Təbərsi

[11] - "Əl-Mizan", c. 16, səh. 312. Əllamə Təbatəbai; "Təfsiri-Kəbir", c.25, səh.209. Fəxrəddin; "Ənvar əl-tənzil və əsrar əl-təvil", c.4, səh. 16. Beyzavi; "Əl-Bəhr əl-mühit fi əl-təfsir", c.7, səh. 232. Əbu Həyyan; "Əl-Cami əl-əhkam əl-Quran", c.14, səh. 183. Qirtəbi; "Ruh əl-Məani", c.22, səh. 14. Alusi; "Əl-Bəhr əl-mühit fi əl-təfsir", c.7, səh. 231-232. Əbu Həyyan; "Məcmə əl-bəyan", c.7, səh. 560. Təbərsi

[12] - "Təfsiri-Nümunə", c.17, səh. 295

[13] - "Cami əl-bəyan fi təfsir əl-Quran", c.22, səh. 6-7. Təbəri; "Əl-Cami əl-əhkam əl-Quran", c.14, səh. 183. Qirtəbi; "Əl-Müstədrək", c.7, səh. 416 və 3146, Hakim; "ət-Tarix", c.2, səh. 69-70, Buxari; "Sünən", c.5, səh. 663, Tirmizi

[14] - "Cami əl-bəyan fi təfsir əl-Quran", c.22, səh. 5-6, Təbəri; "əl-Kəni", səh. 25-26, Buxari; "Müsnəd", c3, səh. 259, Əhməd ibn Hənbəl; "Şəvahid ət-Tənzil", c.2, səh. 11-15, Həskani; "Dar əl-Mənsur", c.6, səh. 606-607, Süyuti

[15] - "Əhqaq əl-həqq"in şərhi, c.2, səh. 502-547 və c.9, səh. 2-91, Mərəşi

[16] - Bu məqalənin müxtəlif yerlərində, "Əhli-beytin (ə) tərifnaməsi Əli Rəfiyi Əllamrud Dəştinin qələmi ilə" kitabından, səh. 301-308. istifadə olunmuşdur. Geniş məlumat üçün bu kitaba müraciət olunsun.

[17] - "Səhihi-Tirmizi" c.5, səh. 663, "Əhli-beyt ən-Nəbi" mədhi babında, hədis: 3788

[18] - "Müstədrək əs-Səhihin", c.3, səh. 150, Hakim; "Mizan əl-İtidal", c.1, səh. 224, Zəhəbi

[19] - "Bihar əl-ənvar", c.23, səh. 147

[20] - "Bihar əl-ənvar", c. 36, səh. 336, hədis: 199

[21] - "Əl-Kafi", c.1, səh. 349, hədis: 6

[22] - "Bəqərə", 1-2

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bir kosmonavt səmada qibləni necə təyin etməli, necə dəstəmaz alıb və namaz qılmalıdır; onun namazı tamamdır yoxsa qəsr?
    7510 Nizamlar hüquq və əhkam 2011/04/14
    Vacib namazlar, heç bir şəraitdə insanın boynundan götürülmür. Hər bir müsəlman ki, təklif yaşına çatmışdırsa, vacibdir hər hansı bir halda mümkündürsə öz namazını qılmalıdır. O şəxslər ki, səmadadırlar əgər yer kürəsinə doğru üzlərini çevirsələr qibləyə doğru durmuşdurlar. Amma yer kürəsinin hansı tərəfdə olduğunu təyin edə bilməyirlərsə dörd tərəfə namazlarını ...
  • Cənnətin bir neçə qapısı varmı? Bu qapıların hər birinin özünəməxsus adları vardırmı?
    25086 Qədim kəlam 2011/11/03
    Cənnətin bir neçə qapısı vardır və onların sayı səkkizdir. Lakin onların dəqiq adları və hansı  qrupun hansı qapıdan daxil olacağı haqda hədislərdə kiçik ixtilaflar gözə dəyməkdədir. Cənnət qapılarının adları ayrı-ayrı hədislərdə pərakəndə şəkildə qeyd edilmişdir: "Bab əl-Rəhmət" (Rəhmət qapısı), "Bab əs-Səbr" (Səbir qapısı), "Bab əş-Şükr" (Şükür qapısı), ...
  • Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?
    7965 Əməli əxlaq 2015/08/01
    İnsan ictimai bir varlığ olduğuna görə yaşadığı həyatda başqaları ilə əlaqədə olmağı ehtiyaclıdır. Amma, dostun seçilməsində diqqətli olmaq lazımdır ki, ilahi hüdudular, ifrat-təfritlər və bəzi halətlərə düşülməsin ki, insanın dünya və Axirətdə səadət və xoşbəxtçiliyinə zərbə vurmuş olmasın. Hər hansı bir kəsə və şeyə şiddətli məhəbbətin və ...
  • İmam Əli (ə) ölünü dirildə bilər?
    9303 Təfsir 2012/09/01
    Bu ki, bir şəxs müstəqil şəkildə Allaha ehtiyacı olmadan, belə bir iş etməsi Allahın əfali tohidlə (yaradılışda tohid) ziddiyyət vardır. Çünki ölüm və həyat təkcə Allahın əlindədir. Amma əgər bir şəxs Allahın icazəsiylə belə bir iş etsə, bu iş mümkün olacaq. Bunun əqli ...
  • “Bismillahir-Rəhmanir-Rəhim”in Quran surə və ayələrinin bir hissəsi olması barəsində müfəssirlərin müxtəlif nəzəriyyələri nədir?
    8758 Təfsir 2012/04/09
    “Bismillahir-Rəhmanir-Rəhim”in Quranın surə və ayələrinin hissəsi olub-olmaması ilə əlaqədar müsəlman alimləri arasında fikir ayılığı vardır. İmamiyyə[1] və şafei alimləri,[2] Məkkə və Kufə qariləri və onların fəqihləri[3] “Həmd” və sair surələrdə “Bismillah”ı surənin bir hissəsi hesab edirlər. Amma Mədinə, ...
  • Аллаһа јахынлыг (гүрбәтән илаһллаһ) нәдир? Нечә нөвдүр вә неҹә әлә ҝәлир?
    7290 Əməli irfan 2010/04/22
     “Гүрб” лүғәтдә бир шејин диҝәр бир шејә јахынлашмасына дејилир. Бу јахынлашма, бәзән мәкан вә бәзән дә заман ҹәһәтдән ола биләр. Демәли, гүрб ја мәкан, ја да заманладыр. Халг арасында да гүрб (јахын) сөзүнүн башга бир мәнасы да вар. О да бир фәрдин диҝәринин ...
  • Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir haldaki, hazırda bəşər aya və başqa planetlərə gedir?
    18791 Təfsir 2013/02/03
    "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz!" «یَا مَعْشَرَ الجِْنّ‏ِ وَ الْانسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَ الْأَرْضِ فَانفُذُواْ لَا تَنفُذُونَ إِلَّا ...
  • Namazı tərk etmək orucu batil edirmi?
    5119 Nizamlar hüquq və əhkam 2015/05/27
    İslamın bütün hökmləri insanın kamala yetməsi və inkişafı üçün nəzərdə tutulmuşdur onların hər birinə əməl etmək insanın özünə faydası var. Bütün bu qanunlar topolumu bir yerdə tam əməl olunduqda insana nəticə verə bilər. Belə olan surətdə namazsız oruc və orucsuz namaz təbii ki lazım olan nəticəsi olmaz. ...
  • İdman məqsədi ilə dans etməyin işkalı var?
    6858 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Rəqs etmək əgər şəhvəti təhrik etməyə səbəb olarsa, ya haram işə səbəb olarsa, ya fəsada gətirib çıxararsa və ya qadının qəsdən naməhrəm kişilər arasında olarsa. haramdır. Həzrəti ayətullah- ul- üzma ...
  • “Аллаһын илк јаратдығы әглдир” – сөзүнүн мәнасы нәдир?
    7533 İslam fəlsəfəsi 2010/10/13
    Фәлсәфи терминолоҝијада әгл (шәриәт вә Гуранда дејилән мәләк дә адландырмаг олар) елә бир субстансијадыр (ҝөвһәрдир) ки, һәм затән (өзлүјүндә) вә һәм дә фелән (ишдә)  мүҹәррәддир. Јәни, затән мадди олмајыб, ишләрини һәјата кечирмәкдә бәдән кими мадди аләтә еһтиајҹы јохдур. Әлбәттә бу там мүҹәррәд варлығы ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164970 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164937 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120010 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114178 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111590 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94384 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55157 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55002 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46535 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46048 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...