Ətraflı axtarış
Baxanların
10013
İnternetə qoyma tarixi: 2011/10/03
Sualın xülasəsi
Bizim niyə yalnız on iki imamımız olmalıdır? Qeybdə olan imamın zamanında necə nicat tapa bilərik?
Sual
Bizim niyə yalnız on iki imamımız olmalı və uzun illər yalnız qalmalıyıq. Mənim fikrimcə bizim bu əsrdə imamın olmasına çox ihtiyacımız var. mən bizim bir İmamımız olmasını lakin qeybdə olmasını bilirəm. Onda necə xilas ola bilərik?
Qısa cavab

İlahi bir məqam və mənsəb olduğuna görə, İmamı və İmamların sayını təyin etmək Allahın əlindədir. Bizim bundan xəbərdar olmağımızın yeganı yolu, Peyğəmbər (s)- in dediyi sözlərdir. Peyğəmbər (s) müxtəlif yerlərdə İmamların kimliyini və sayını bəyan etmişdir. O cümlədən sünnilərin böyük alimlərinin nəql etdiyi rəvayətdir ki, Peyğəmbər (s) buyurdu: On iki canişin gəlməyincə islamın işi sona çatmaz. [1]

Həmçinin şiə və sünni nəql ediblər ki, Peyğəmbər (s) Əmirəl- möminin Əli (ə)- mı Qədiri- xumda imamət məqamına təyin etdiyi zamman və ikmal ayəsi [2] nazil olandan sonra, birinci və ikinci xəlifələr yerlərindən qalxıb, Peyğəmbərdən bu vilayət və vəsiliyin ondan sonra Əliyə məxsus olduğunu soruşdular. O həzrət buyurdu: Əliyə və qiyamət gününədək olan vəsilərimə məxsusdur. Soruşdular: Sizin vəsiləriniz kimlərdir? Buyurdu: Əli mənim qardaşım, vəzirim, varisim, vəsiyyim və xəlifəmdir. Ümmətimdə və məndən sonra hər möminin ixtiyar sahibidir. Övladım Həsən və ondan sonra övladım Hüseyn və ondan sonra bir- birindən sonra gələn Hüseynin övladlarından doqquz nəfərdir. [3]

Nəticə budur ki, İmamların on iki nəfər olmasına əsas sübut, şiə və sünnilərin İslam Peyğəmbəri (s) dən nəql etdikləri çoxlu rəvayətlərdir. Amma bu hökmün fəlsəfəsi barəsində deməliyik: İslam məsələlərinin çoxunun fəlsəfə və səbəbi bizə qaranlıq və bir növ təəbbüdidir. Namazın rəkətlərinin sayı, ya qadın və kişinin namazlarını ucadan və ya yavaş qılmaları kimi.

Bu sual da o məsələlər qəbilindəndir ki, onu qəbul etmək təəbbüdidir və onu təyin etmək Allahın əlində olub və bu müqəddəs nurların zahiri yaranışlarından qabaq vəhy vasitəsiylə Peyğəmbərə deyilmiş və o həzrət müxtəlif yerlərdə elan etmişdir. Amma hər halda İslamın əmrləri hikmətinin aydın olub və hikmətinin aydın olmamasından asılı olmayaraq, icrası lazımdır. Çünki, mütləq həkimdən sadir olub və pis həkimdən gəlməmişdir. Nəticədə gələn əmrlərin hamısı insanların təkamül və inkişafına görədir və icra olmamalıdır.

Amma sualın ikinci hissəsi ki, niyə illərcə yalqız qalmalıyıq? Qeybdə olan İmam necə xilaskar olacaq?

Cavabında deməliyik ki, Allah heç vaxt yer və bəndələrini höccətsiz qoymaz. Bu məsələni bu barədə gələn rəvayətlərdən də anlamaq olar. [4] Nəticədə tənhalığın mənası yoxdur. Hər zamanda Allahın höccətlərinin xüsusiyyətlərindən feyzin (fayda və bolluq) nazil olması vasitəsidirlər. bu məsələni Peyğəmbərdən olan rəvayətdə açıqca anlamaq olar ki, o həzrət bu suala oxşar sualın cavabında buyurdular: Onun feyzi (həzrət Məhdi (ə)) qeybət əsrində olan bəndlərə, bulud arxasından günəşin işıq və istilik verməsi kimidir. Bu gözəl təmsildən çox şey istifadə etmək olar. O cümlədən: Günəşin bulud arxasında gizlənməyinin onun işıqlıq və istiliyinin yerdən alınmasına səbəb olmadığı kimi, imamın gözlərdən qeybdə olması da, bəndələrin onun feyz və hidayətlərindən məhrum olmalarına səbəb olmur. Ona görə də tarix boyu saysız insanlar onun feyzlərindən faydalanıblar ki, öz yerində qeyd olubdur. Bu məsələ o cənabın şeyx Mufidə yazdığı məktubdan da ələ gəlir ki, buyurdu. Biz sizin işlərinizi yerinə yetirməkdə səhlənkarlıq etmirik və sizi yaddan çıxarmırıq. Əgər belə olmasaydı, bəla və təhlükə tufanlarında aradan gedərdiniz. [5] Əslində o həzrətin yaşaması camaatı özlərini islah edib və zühura hazırlamaq üçün onların ümidvarlığı cəhətində mühüm bir səbəbdir.

Amma düşünülməli məsələ budur ki, günəşin işığından maneələri aradan aparıb və özümüzü onun saçmasının qarşısında qərar verdiyimiz zaman daha yaxşı faydalana bilərik. Nəticədə bu böyük günəş ola- ola (hərçənd qeybət buludunun arxasında olsa da, tənhalıq və naümidliyin mənası yoxdur.

İmam Zaman (ə)- ın vücudunun faydaları barəsində daha çox məlumat əldə etmək üçün, bu suallara; 10751 (sayt: 10674) , 13908 (sayt: 13719) , və 12155 (sayt: 13081) müraciət edin .



[1]   - Bu rəvayət müxtəlif kitablarda o cümlədən səhihi- Müslim, cild 9, səh 333 və 337, Sünəni ibn Davud, cild 11, səh 351 və 352, Müsnədi Əhməd, cild 42, səh 309, Müsnəfi ibn Əbi Şeybə, cild 7, səh 492.

« حَدَّثَنَا قُتَیْبَةُ بْنُ سَعِیدٍ حَدَّثَنَا جَرِیرٌ عَنْ حُصَیْنٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ سَمِعْتُ النَّبِیَّ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ یَقُولُ ح و حَدَّثَنَا رِفَاعَةُ بْنُ الْهَیْثَمِ الْوَاسِطِیُّ وَاللَّفْظُ لَهُ حَدَّثَنَا خَالِدٌ یَعْنِی ابْنَ عَبْدِ اللَّهِ الطَّحَّانَ عَنْ حُصَیْنٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ دَخَلْتُ مَعَ أَبِی عَلَى النَّبِیِّ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ فَسَمِعْتُهُ یَقُولُ إِنَّ هَذَا الْأَمْرَ لَا یَنْقَضِی حَتَّى یَمْضِیَ فِیهِمْ اثْنَا عَشَرَ خَلِیفَةً قَالَ ثُمَّ تَکَلَّمَ بِکَلَامٍ خَفِیَ عَلَیَّ قَالَ فَقُلْتُ لِأَبِی مَا قَالَ قَالَ کُلُّهُمْ مِنْ قُرَیْشٍ. »

[2]   - Maidə, 3.

[3]   - Qayətul- məram, bab 58, hədis 4, Digər bir hədisdə də nisa surəsinin 1- ci ayəsinin təfsirində özündən sonrakı vəsilərin adlarını bir- bir qeyd ediblər. Qayətul- məram, cild 10, səh 267, İsbatul- huda, cild 8, səh 133, Bihar, cild 36, səh 260, 298.

[4]   - Kafi, cild 1, səh 178.

« الْحُسَیْنُ بْنُ مُحَمَّدٍ عَنْ مُعَلَّى بْنِ مُحَمَّدٍ عَنْ بَعْضِ أَصْحَابِنَا عَنْ أَبِی عَلِیِّ بْنِ رَاشِدٍ قَالَ قَالَ أَبُو الْحَسَنِ ع إِنَّ الْأَرْضَ لَا تَخْلُو مِنْ حُجَّةٍ وَ أَنَا وَ اللَّهِ ذَلِکَ الْحُجَّةُ . »

[5]   - Bihar, cild 53, səh 774.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Mən atamın sağlığında öz malımdan müəyyən bir məbləğ ilə onun evinin üstündə bir ev tikmişəm. Vəfatından sonra xərclədiyim məbləği onun əmlakından götürməyə şərən haqqım vardırmı?
    5583 Nizamlar hüquq və əhkam 2012/09/24
    Bu məsələdə bir neçə fərziyyə və ehtimal təsəvvür olunur ki, cavabı da onlara əsasən vermək lazımdır: 1. Əgər binaya əlavə etdiyiniz miqdarı atanıza, yaxud bacı və qardaş kimi yaxın adamlarınızdan birinə hədiyyə etmiş olsanız, bu halda onu geri ala bilməzsiniz. Çünki qohumlara verilən hədiyyəni geri ...
  • Bu aləm sona çatandan sonra təzə yaradılış olacaq?
    7110 Qədim kəlam 2012/09/01
    Allah ki, mütləq şəkildə fəyyazdır və feyz daimidir, bu fəyyazlıq daimi və ardıcıl yaradılışı tələb edir və yaradılışa laiq olan hər bir şeyi yaradır. Allahın fəyyaz və cavad olması yaratmaq və icad etməklə baş verir. Nəticədə fəyyaz olmağın tələbi yaradmaqdır. Allah heç vaxt feyzindən maneçilik ...
  • Allah kimdir və onu isbat etmək üçün hansı dəlillərdən istifadə etmək olar?
    13200 Qədim kəlam 2011/04/16
    Allah- Taala, mütləq kamal və varlıqdır ki, heç bir nöqsan və çatışmazlıq onda yoxdur. Bərabəri olmayan bir varlıqdır ki, hər işi görməyə hər an və zaman qadir, eşidən və şahiddir. İradə və ixtiyar sahibidir hər bir varlığın xaliqi (yaradıcısı) və diridir, hər xeyir iş və yaxşılığın mənbəyidir, bütün varlığı sevir ...
  • Quranda başqalarının qəlbin sındırmaq haqqında ayə varmı?
    24690 Təfsir 2011/08/23
    Hətta, əgərQurandabeləbirayəaçıqşəkildəyəni, “qəlbsındırmaq” ünvanıiləgəlməsədə
  • Allahın inkarının illəti onun isbatı dəlillərində çatdırılmanın zəif olmasıdır?
    7207 İslam fəlsəfəsi 2012/02/12
    Buna diqqət etməklə ki, İlahi Peyğəmbərlər özlərinin qəti hikmət və dəlilləri ilə yenədə öz zamanlarında kafir şəxslərin inkarı ilə qarşılaşıblar, bu, inkar edənlərin inadının nişanəsidir. Çünki, istəmirlər həqiqi təsdiq edələr. Baxmayaraq ki, kifayət edən dəlillər göstərilib və onların dəlillərinin hamısı rədd olunub. ...
  • Nəyə görə Allah- Taala təlaqdan şiddətli şəkildə edir?
    6843 Əhkam və hüquq fəlsəfəsi 2012/02/12
    İzdivac və təlaqın arasındakı qarşıdurmanı nəzərə alaraq, Allah- Taalanın təlaqdan nifrət etməsinin fəlsəfəsinə əl tapmaq üçün əvvəlcə gərək izdivacın əhəmiyyəti bəyan ola.[1]Allah- Taala Quranda, insanın cüt yaradılmasını İlahi nişanələrdən sayıb və onun aramlıq və rahatlığına səbəb olar.[2] Məsumların (ə) ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    10202 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Nə üçün “Fatihə” (“Həmd”) surəsi “Səb`ul-məsani” adlandırılır?
    13961 Təfsir 2012/06/23
    Təfsir kitablarına və rəvayət mənbələrinə müraciət etməklə aydın olur ki, Qurani-əzim və “Səb`ul-məsani” dedikdə nəyin nəzarətə tutulmağı ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır: Bəziləri inanırlar ki, məqsəd Quran və onun ayələridir. Bəziləri inanırlar ki, “Səb`ul-məsani” dedikdə məqsəd “Həmd” surəsidir. Çünki bu surə Peyğəmbər (səlləllahu ...
  • Şiədə olan ədllə Mötəzilə ədlinin fərqi nədir?
    7901 Qədim kəlam 2012/04/17
    Şiə və Mötəzilə hər iki məktəb ədli öz məzhəbinin əsaslarından biri kimi tanıtdırırlar və hər iki məktəbin hüsnü qubhi əqliyə etiqadı vardır. Bu mənada kı bir sıra mövzular var ki, hətta müqəddəs şəriət tərəfindən onlarla əlaqədar bir hökm nazil olmasa da, əqil tək başına onların yaxşı və ya ...
  • Allah- Taalanın şəxsiyyəti varmı?
    6834 Nəzəri irfan 2011/05/05
    İslam dini xristianlığın əksinə olaraq Allah taalanı insan kimi təsəvvür etmir və etməyi də qadağan edir. Həmçinin Allah taalanı insan formasında (qiyafəsində) deyil, əksinə bənzəri olmayan nəhsayətsiz (sonsuz) vücud olaraq tanıtdırır. Bu cəhətdən də Allah taala insanla müqayisə olunmur; insanda olan sifətlərin heç biri onda axtarılmır və ya insanda olan ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164571 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163186 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119637 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113432 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110090 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93854 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54777 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53682 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45975 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45643 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...