Please Wait
6286
Aydın məsələdir ki, belə bir çətin yolda əxlaq ustadının olması zəruridir. İlkin surətdə insanın əxlaq ustadı Allah- Taala özüdür. Çünki, insanı ilk gündən fitrətin (daxilən) vasitəsi ilə yaxşılıqlara doğru sövq etmişdir. Həmçinin bu yolda insanlara yardımçı olaraq Peyğəmbərlər də göndərmişdir. Əgər bu yolda bundan əlavə əməlləri saleh və mömin bir əxlaq ustadı insanın qarşısına çıxarsa gərək ondan da öz mənəvi hədəflərində istifadə etsin. Amma belə bir insan, ustad insanın qarşısına çıxmazsa bu yoldan əl çəkmək lazım deyil. Əksinə insan bildiklərinə əməl etməlidir ki, Allah- Taala da bu yolda olan məchulları onun üçün açıqlasın və bu ilahi nemətdən istifadə edə bilsin. Əgər bütün ilahi vacibatlara əməl etsək və günahın tərkinə söz versək Allah- Taala hər gün bizim üçün yeni qapılar açar.
Necə ki, bütün təcrübə sahələrində elmə yiyələnmək üçün (fizika kimya) insan müəllimə ehtiyaclıdır elə də ruhi qidalandırmaq üçün müəllimə ehtiyaclıdır. Başqa sözlə desək, insan cismininmüalicəsi üçün həkimə ehtiyaclı olduğu kimi, cismdən də dəqiq və zərif olan ruhun müalicəsində həkimə (əxlaq ustadına) ehtiyacı vardır. Amma bu yol elə bir yoldur ki, ən böyük ruha malik olan ustadlar insana bu yolda müəllimlik edirlər. İlkin surətdə insanın bu yoldakı müəlimi Allah- Taala özüdür. Qurani kərimdə bu barədə buyurur: "Allah taala iman gətirənlərin himayətçisidir. Onları qaranlıq yoldan nura tərəf yönəldəcəkdir"[1] " kəslər ki, bizim yolumuzda çalışırlar, biz onları yəqinliklə özümüzə tərəf yönəldəcəyik."[2] Deməli bu yolda tam dəqiqliklə Allaha tərəf addımlamaq lazımdır.
Əgər Allah- Taala bu yolda insanın qarşısına gözəl insanlar, əməli saleh üstadlar çıxarsa insan onun şükrünü yerinə yetirərək ondan istifadə etməlidir, amma belə bir ilahi nemət insana qismət olmazsa bu o demək deyil ki, biz bu yoldan əl götürməliyik. Əksinə bütün bildiklərimizə əməl etməklə ilahi səadətə yetişə bilərik. Əimmədən (mamlardan) belə bir hədis nəql olunur ki: Hər kəs öz bildiklərinə əməl etsə, Allah Taala məchulları onun üçün məlum edər."[3]
Həzrət Ayətullah Bəhcətdən belə sual ediblər: "Mənəvi yolda addımlamaq üçün ustada ehtiyac varmı?" O həzrət cavabında belə buyurub: "Sənin ustadın sənin elmindir. O şeylər ki, bilirsən əməl et. O şeyləri ki, bilmirsən kifayət edər." Ayrı bir nəfər isə o həzrətdən belə soruşub: Mən seyr- suluk etmək istəyirəm, nə etməliyəm? Ayətullah Bəhcət cavabında belə buyurub: "Günahları tərk etmək min illik ömrə kifayət edər"[4] Bütün bu sözlərdən belə nəticə alırıq ki, insan ustadın yoxluğunu bəhanə edə bilməz. bütün vacib əməlləri yerinə yetirməklə və günahları tərk etməklə öz mənəvi yoluna davam edə bilər.
Deməli insanın ilkin surətdə müəllimi Allah Taaladır. Bu səbəbdən də insanların doğru yola hidayəti üçün Peyğəmbərlər göndərmişdir. Peyğəmbərlərdən sonra İmamlar və İmamlardan sonra isə əməli saleh mömin ustadlar insanların bu yoldakı bələdçiləridir. İnsan ilkin surətdə ustad tapa bilmədikdə Allahdan kömək istəməli və Peyğəmbərlərin və İmamların ruhlarına təvəssül etməklə işə başlamalıdır. Öz elmini, bildiklərini özünə müəllim bilməklə özünü yaxşılıqlara sövq etdirməlidir Bu yola qədəm qoyarkən bütün günahları tövbə etməli və heç bir günaha tərəf baxmamalıdır. Belə olan halda insan mənəvi yolda təkbaşına addımlaya bilər.
Mövzunun və yazının sonunda bunu da qeyd edim ki, sizin sualınıza ümumi şəkildə cavab verildi. Əgər üstün dərəcələrdən söhbət açmaq istəyirsinizsə öz təhsil dərəcənizi qeyd etməklə sualınızı bizə yazın.
[1] - Bəqərə surəsi, ayə 257.
«الله ولی الذین امنوا یخرجهم من الظلمات الی النور»
[2] - Ənkəbut surəsi, ayə 99.
«و الذین جاهدوا فینا لنهدینهم سبلنا»
[3] - Əl- muhəccəbətul- beyza, cild 6, səh 24, Biharul- ənvar, cild 89, səh 172, Əl- xəraic, cild 3, səh 1058.
[4] - "Be suyi məhbub" mərhum Ayətullah Bəhcət ağanın dedikləri və göstərişləri, səh 58.