Ətraflı axtarış
Baxanların
8821
İnternetə qoyma tarixi: 2011/12/25
Sualın xülasəsi
Imam Hüseynlə (ə) birgə Yezid ibni Müaviyənin Abdullah ibni Salamın həyat yoldaşı Ərinəbdən elçiliyi düzgündürmü? Onun Kərbəla hadisəsində təsiri olubdur?
Sual
1). Abdullah ibni Salamın həyat yoldaşı Ərinəb haqqında deyilənlər və imam Hüseynlə (ə) birdə Yezid ibni Müaviyənin Ərinəbdən elçiliyi düzgündürmü?
2). Əgər bu düzgündürsə onun incəliklərini bəyan edin.
3). Sizin nəzərinizcə İmam Hüseynin (ə) bu mövzuya daxil olmasından hədəfi nə olubdur?
4). Söylənildiyi kimi qanlı Kərbəla hadisəsinin baş vermə səbəblərindən biri Yezidin Ərinəb münaqişəsində imam Hüseyndən (ə) düşmənçiliyi olubdur. Bu düzgündürmü?
Qısa cavab

Bəzi tarixi kitablarda yazılıbdır: Baxmayaraq ki, bütün şəhvətpərəstlik, qürurlanmaq və arzusuna çatmaq istədikləri vasitələr onun ixtiyarında idi, amma yenə də xəbis (çirkli) gözlərini Abdullah ibni Salamın həyat yoldaşı, İshaqın qızı, Ərinəb adında iffətli, ərli qadına dikmiş və onunla evlənməyə çox əlaqədar olmuşdu.

Atası Müaviyə də hiylə ilə istədi pak, iffətli müsəlman qadınını ərindən ayırıb oğlu Yezidin günaha bulaşmış yatağına tərəf çəkə. Hüseyn ibni Əli (ə) bu hadisədən xəbərdar oldu və bu iradənin qabağında möhkəm dayandı. İslam qanunlarından istifadə etməklə Müaviyənin iyrənc planını aradan apardı, bu qadını həyat yoldaşı Abdullah ibni Salama qaytardı və Yezidin təcavüzkar əlinin bu pak və müsəlan ailəsinə uzanmasının qarşısını aldı.

Baxmayaraq ki, bu tarixi hadisənin düzgün olub- olmamasında çoxlu maneələr vardır, amma bunun düzgünlüyü fərzi ilə bu hadisə, imam Hüseyn (ə) üçün heç bir eyb və nöqsan gətirmir, bəlkə İslami cəmiyyətin namusunu hifz etmək yolunda o həzrətin (ə) rəhmət, mehribanlıq, düşüncə və siyasətini nişan verir.

Heç bir mötəbər (etibarlı) mənbələrdə Kərbəla qiyamının illətlərindən biri kimi bu hadisəyə işarə olunmayıbdır ki, Yezid barədə imam Hüseynlə (ə) olan düşmənçiliyinə xatir o həzrətlə (ə) döyüşübdür.

Ətreaflı cavab

Tarixi kitablardan bəzisində bu hadisə ilə bağlı qeyd olunmuş xəbər bundan ibarətdir ki, Müaviyənin xilafəti dövründə İshaqın qızı, gözəllikdə, ədəb və kamalatda məşhur olmuş "Ərinəb" adlı bir möminə xanım yaşayırdı.

Bu dövrdə vəliəhd olan Yəzid ona aşiq və valeh olmuşdu. Amma onunla evlənmək üçün hansısa addım atmazdan qabaq "Ərinən", tanınmış şəxsiyyətlərdən olan, öz əmisi oğlu "Abdullah ibni Salam" ilə evlənmiş və İraqda öz həyat yoldaşı ilə rahat və aramlıqla yaşayırdı.

Müaviyə Yezidin eşqi və vurğunluğundan agah oldu və söz verdi ki, onu arzusuna yetirə. Bu dövrdə Abdullah, Müaviyə tərəfindən İraqda məsullardan (cavabdeh) biri idi. Müaviyə onu İraqdan Şama çağırtdırdı və əbu Hüreyrə və əbu Durda vasitəsiylə ona xəbər verdi ki, istəyir öz qızı ilə onu evləndirsin. Çünki, sənin xəlifə kürəkəni olmaq ləyaqətin var.

Abdullah bu təklifi qəbul etdi. Əbu Hüseyrə və əbu Durda əhvalatı Müaviyəyə xəbər verdilər. Müaviyə əvvəlcədən öz qızı ilə danışmışdı ki, əgər o iki nəfər sənin yanına gələlər və səni Abdullaha istəyələr, razılıq ver! Amma onlara de: "Bir halda razıyam ki, Abdullah öz həyat yoldaşını boşaya". Abdullah, Müaviyənin hiyləsinə aldandı, öz həyat yoldaşını boşadı və Müaviyədən etdiyi vədəyə vəfa etməsini istədi.

Müaviyə cavab verdi: Əgər qızım razılıq verə, qəbul edərəm. O iki nəfər Müaviyənin qızının yanına getdilər və "Ərinəbin" boşanmasını ona dedilər. Müaviyənin qızı cavab verdi ki, gərək bu mövzu barəsində fikirləşəm və məşvərət edəm.

Bir müddət keçdi və "Ərinəbin" iddəsi tamam oldu. Yenidən o iki nəfər Müaviyənin qızının yanına getdilər. Amma o, mənfi cavab verdi və dedi: Bu evlilik mənim məsləhətimə deyil! Sonra Müaviyə əbu Durdanı İraqa göndərdi ki, Yezid üçün "Ərinəbin" elçiliyini edə. Elə ki, əbu Durda İraqa (Kufəyə) daxil oldu, bildi ki, imam Hüseyndə (ə) İraqdadır. İstədi birinci İmamın (ə) xidmətinə yetişə, sonra öz məmurəyyətini yerinə yetirə. İmamın xidmətinə yetişən zaman həzrət (ə) buyurdu: İraqa nə üçün gəlmisən?

Əbu Durda mövzunu İmama (ə) dedi: İmam (ə) buyurdu: Məndə istəyirdim bir nəfəri elçilik üçün "Ərinəbin" yanına göndərim. İndi ki, onun yanına gedirsən, mənim xəbərimi də ona çatdır. Əbu Durda Ərinəbin yanına getdi və İmam Hüseynin (ə) və Yezidin elçilik xəbərini ona çatdırdı. "Ərinəb" onunla hansı elçidən daha yaxşı olması barədə məşvərət etdi. Əbu Durdacavab verdi ki, imam Hüseyn (ə) səninlə evlənmək üçün daha layiqlidir.

İmam (ə) Yezidin verəcəyi mehriyyə miqdarında meyriyyə verərək "Ərinəblı" evləndi.

Şamda olan Ərinəbin keçmiş həyat yoldaşı Abdullah Müaviyənin nifrətinə düçar oldu və Müaviyə onun maaşını kəsdi. Abdullah, Ərinəbin yanında əmanət qoyduğu əlmakını almaq üçün İraqa yollandı və İmam Hüseynin (ə) xidmətinə yetişdi. Öz əmanətini almağı İmama (ə) dedi:

Sonra öz əmlakını almaq üçün keçmiş həyat yoldaşının yanına getdi və əmanətini altı. Onların hər ikisi keçmişi xatırlayaraq təsirləndilər və ağladılar. İmam (ə) bu səhnəni görməklə onlara rəhm etdi və buyurdu: "Ona üç təlaq verdim. Allah! Agahsan ki, onunla göləlliyinə və sərvətinə görə evlənmədim, bəlkə onu öz həyat yoldaşı üçün saxlamağa görə onunla evləndim".

Sonra göstəriş verdi ki, onun mehriyyəsinin hamısını versinlər. Onlar istədilər əşəkkür ünvanında sərvətlərindən İmama (ə) versinlər, amma İmam (ə) qəbul etmədi və buyurdu: Bu sərvətin əvəzində mənə veriləsi olacaq savab daha yaxşıdır. Sonra onlar bir yerdə yaşadılar.[1]

Bu dastanda maneələr vardır ki, onun yalan olmaq dəlilinə işarə edir. Bu maneələrdən bəziləri ibarətdirlər:

1.             Qeyd olunan rəvayət mürsəldir.

Onlar üçün heç bir sənəd yad edilməyib ki, o sənədin vasitəsinə araşdırıla; çünki ibni Qətibə, (Əl- imamət vəs- siyasət kitabının yazıçısı) hicrətin 3- cü əsrinin müəlliflərindəndir və 213- cü ildə Kufədə dünyaya gəlib. İmam Hüseyn (ə) isə hicrətin 61- ci ilində şəhid olub. Buna əsasən ibni Qətibə, imam Hüseynin (ə) şəhadətindən 152 il sonra dünyaya gəlib və bu dastan baş verən vaxt hələ dünyaya gəlməmiş, bu macəranın müasiri olmamışdır. Bunları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, gərək ibni Qətibə bu dastanı başqalarından nəql edə.

Amma bizim araşdırma aparmağımız üçün ravilərin (rəvayət edənlər) silsiləsini zikr etməyib. Ola bilsin yalançı bir nəfər bu macəranı saxtalıqla düzəldib və ona deyib.

2. Bu dastanda Müaviyə, Abdullah ibni Salam və Ərinəbin arasında vasitəçi ünvanında adı qeyd olunan əbu Durda, tanınmış şəxslərin nəzərinə görə Osmanın hökuməti dövranında dünyadan gedib. (Tarixçilərdən çoxu onun 38 ya 39- cu hicri ilində öldüyünü qeyd ediblər).[2]

3. Məşhur və birinci dəstəli sənədlərdə bu dastandan heç bir xəbər yoxdur. Bu dastanı zikr edən ən məşhur kitab, "Əl- imamət vəs- siyasət" kitabıdır ki, bəziləri onun yazıçısının "ibni Qətibə" olmasında şəkk edirlər.[3]

4. Aşura qiyamından başqa həzrət Əlinin (ə) şəhadətindən sonra imam Hüseynin (ə) İraqa gəlməsi və Mədinəyə getməsinə işarə edən heç bir mötəbər sənəd yoxdur. Amma yuxarıdakı rəvayət Ərinəb macərasının Aşura qiyamından əvvəl olmasını bildirir.

5. Bu dastanda İmam Hüseynin (ə) bir məclisdə, Ərinəbə üç təlaq verməsinə işarə olunur. Amma bir məclisdə üç təlaq vermək bizim şəraitdə düzgün deyil və bir hesab olunur.[4]

6. Təlaqın şərtlərindən biri iki adil şahidin hazır olmasıdır. Quran buyurur: özünüzdən iki adil kişini şahid tutun və şəhadəti Allah üçün (Allaha xatir) yerinə yetirin....)[5] Həmçinin imam Sadiq (ə) buyurur: "Təlaq,ancaq iki şahidin hazır olması ilə caizdir".[6] Amma bu deyilənləri nəzərə alaraq qeyd olunan dastanda bu mühüm şərt riayət olunmayıb və heç bir şahid hazır olmayıb.

Bu maneələrdən hər biri təklikdə kifayət edər ki, bizim bu dastanın düzgünlüyü və səhihliyinə olan etimadımız aradan gedə. Amma hər bir halda, əgər bu rəvayətin sənədi və mətnində olan maneələri nəzərə almayaq və onun səhih olmasını qəbul edək, bu hadisə imam Hüseyn (ə) üçün heç bir eyb və qöqsana səbəb olmaz. Bəlkə o həzrətin (ə) fəziləti, siyasəti, düşüncəsi, mehribanlığı və rəhmətinin nişanəsidir.

İmam Hüseyn (ə) bu işləri ancaq vəancaq ezidin iyrənc və şeytani planlarını bəhrəsizləşdirmək və bir ailənin yaşayışının dağılmasının qabağını almaq üçün edibdir.

Bu tarixi yazılara əsasən imam Hüseyn (ə) bu qadını Müaviyənin çirkin hiylələrindən nicat verir və öz həyat yoldaşını qaytarır. Hətta rəvayət təkid edit ki, imam Hüseyn (ə) buyurdu: "Allah! Agahsan ki, onunla gözəlliyinə və sərvətinə görə evlənmədim" və elə ki, bu qadının keçmiş həyat yoldaşına olan bağlılığından xəbərdar oldu, ona təlaq verdi.

İmam Hüseynin (ə) məzlumdan müdafiə və himayət etməsi məsələsinə çox əlaqəli olduğu bu dastanda gözə çarpır.

Bu nöqtəyə də diqqət etmək vacibdir ki, heç bir mötəbər mənbələrdə Kərbəla qiyamının illətlərindən biri kimi bu hadisəyə işarə olunmayıbdır. Və qeyd olunmayıb ki, Yezid, bu barədə İmam Hüseylə (ə) olan düşmənçiliyinə xatir o həzrətlə (ə) düşmüş ola.

Daha çox agahlıq üçün: "İmamət və siyasət" (Əl- imamət- vəl- siyasət kitabının tərcüməsi) kitabının 212- 216- cı səhifələrinə müraciət edə bilərsiniz.



[1] - Dinvəri, əbu Məhəməd Abdullah ibni Müslim ibni Qətibə, əl- imamət vəs- siyasət, Əl- Şirinin təhqiqi, cild 1, səh 217- dən axıra kimi, Darul- əzva nəşriyyatı, Beyrut.

[2] - İbni Əsir, Əl- kamil fit- tarix, cild 3,səh 129, Dare Sadir nəşriyyatı, Beyrut, 1385 h, 1965 M; İbni Əbdul- birr, Əl- istiab, cild 3, səh 1229 və 1230, Əli Məhəmməd əl- bəcavinin təhqiqi, Darul- cild nəşriyyatı, Beyrut, birinci çap, 1414 h, 1992 M; ibni Həcər Əsqəlani, əl- isabə fi təmyizis- səhabə, cild 4, səh 622, Adil Əhməd əbdul- mövcud və Əli Məhəmməd Müvvəzin təhqiqi, darul- Darul- kotobil- elmiyyə nəşriyyatı, Beyrut, birinci çap, 1415 h, 1995 M.

[3] - Böyük İslam ensiklopediyası, cild 10, 3918 nömrəli məqalı. (Əl- imamət vəs- siyasət), böyük İslam ensiklopediyasının mərkəzi nəşriyyatı, Tehran, 1376.

[4] - Hürr Amuli, Vəsailüş- şiə, cild 22, səh 21, Alul- beyt nəşriyyatı.

[5] - Təlaq surəsi, ayə 2.

«وَ أَشهِْدُواْ ذَوَىْ عَدْلٍ مِّنکمُ‏ْ وَ أَقِیمُواْ الشَّهَادَةَ لله‏»

[6] - Hürr Amuli, Vəsailüş- şiə, cild 22, səh 25.

«و لا یجوز الطلاق إلا بشاهدین ...»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163784 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158791 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118660 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111767 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105245 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92487 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54072 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49093 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44844 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44281 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...