Ətraflı axtarış
Baxanların
6519
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Aya zahirdə olan bərabərlik və xüsusiyyətlər misal üçün bədən və yaş cəhətindən dostluqda şərtdir?
Sual
Moizəçilərdən biri deyirdi: İki dostun bərabərliyi olmalıdır, hətta əgər etiqadlarında bərabərlikləri olmasa, zahiri görünüşlərində bərabər olmaları lazımdır; yəni yaş cəhətindən və bədən ölçü və oxşarı cəhətindən bir- birlərinə yaxın və oxşar olmalıdırlar. (Nəinki, biri kiçik və arıq o biri isə uzun və kök olsun). biri zahiri görünüşdən uşaq o biri isə qocaya oxşar olmasın. Bir sözlə hər bir cəhətdən bir- birinə uyğun olmalıdırlar; çünki belə olmadıqda cəmiyətdə olan insanlar onlar barəsində pis hökm edəcəklər. Aya bu fikir düzgündürmü?
Qısa cavab

İslamda dost tapmaq üçün ilk mərhələdə lazım və mühüm olan, onun zahiri və madi xüsusiyyətləri deyil, bəlkə mənəvi xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır; baxmayaraq ki, bəzi maddi və zahiri xüsusiyyətlərinə də rəvayət etmək lazımdır; misal üçün o şəxslə dostluq etmə ki, insanı cəmiyyətdə bəzi töhmətlərlə qarşı- qarşıya qoyur.

Bəzi xüsusiyyətlər bunlardan ibarətdirlər: İman, maddi və mənəvi məsələləri həll etmək, öz dostunun eyblərini özünə demək və...

Ətreaflı cavab

Dost, insanın təklikdə olan həmdəmi və onun qəm və sevincinə şərik, çətin günündə ona qüvvət verən qolu, çətinliklərində onun dayağı və bir çox çətin məsələlərində ona ürək yandırıb yol göstərən şəxsdir. Amma hər bir şəxsin dostları, digərlərinin onun əxlaq və şəxsiyyətinə nisbət hökm verməsiylə qarşı- qarşıya durur. İnsanın öz dostlarının təsiri altında qalması, müxtəlif yaşlarda daha çoxdur; bunun üçün də, dost seçməkdə diqqətli olmaq, insanın əxlaqının daha sağlam olmasına və amanda qalmasına kömək edir. İmam Əli (ə) bu barədə buyurur: "Dost, cəmiyyətə qoşulmağın bir yolu kimidir, bəs onu özünüz kimi və özünüzə oxşar təyin edin".[1]

İnsanların qəlb və daxilindən olan bağlılıqları, xaricdə və cəmiyyətdə olan bağlılıqlarla nəticələnir.

Cəmiyyətdə olan əlaqələr də, insanların ruhiyyəsi və əxlaqında təsir qoyur. O şəxslər ki, insaniyyət məqamının kamil olmasına və nəfslərinin pak olması və mənəvi və İlahi məqama və əxlaqa nail olmaq istəyirlər, dost seçmək üçün dini ülgülərə diqqət yetirməli və dostdan əldə olunan hər bir şeyə diqqət yetirməlidirlər.

Bunun üçün də, İslamda dost seçmək üçün birinci mərhələdə lazım olan, dostun zahirdə və maddi xüsusiyyətləri deyil, bəlkə mənəvi xüsusiyyətləri nəzərdə tutulur.

Burada dostun mənəvi xüsusiyyətlərindən bir neçəsini nümunə olaraq açıqlayırıq:

  1. İman, dostun ən yaxşı əsaslarındandır: Əsas və əsli olan yeganə şeydir ki, həmişə payidardır və dinin əslində və etiqadlara iman gətirməkdir. Əgər bir şəxs digəriylə dostluğu Allaha yaxın olmaq üçün olarsa heç bir zaman ayrılmaz; çünki möhkəm sütunlar üzərində qurulmuşdur və bu xüsusiyyət İslam dinin əbədi qanunudur ki, hər bir şeyin əslini iman qərar vermişdir. Bu məktəbdə əsas və qiymətli dostluq və düşmənçilik iman əsasında və yalnız Allah üçün və ona yaxın olmaq üçündür ki, Allah və onun yaratdıqları varlıqlar arasında ən güclü və möhkəm rabitədir.

Quran- kərimin bu mövzuda bir çox ayələri vardır ki, insanları və mömin şəxsləri kafir, müşrik və münafiqləri dost olmaqdan çəkinməyə çağırır; misal üçün: "Mömin şəxslər, möminlərin əvəzində kafirləri özlərinə dost və rəhbər təyin etməsinlər, hər kəs bu cür etsə Allahla heç bir rabitəsi yoxdur (Allahla olan rabitəsi tamamıyla kəsilmişdir) yalnız onlardan pəhriz edin...."[2]

  1. Layiqli dost ağıllı və elm sahibi olmalıdır: Ağıl və düşüncə bir qüvvədir ki insan onun vasitəsiylə aləmdə olan həqiqətləri dərk edir. O cür ki, ağıl insan həyatının həmişə şölələnən məşəli və insan səadəti ağıl və düşüncə sayəsindədir.

İslam dini dostluq şəraitlərindən birini ağıl bilir və təkid edir ki, bəfalı ağıl və elm sahibləriylə dostluq edin.

İmam Əli (ə)- dan əlimizə çatan rəvayətlərdən birində oxuyuruq:

"O şəxslər ki, elm sahibidirlər dostluq etməkdən qadağan olunmamışdır, baxmayaraq ki, (səxavətli şəxs deyil) onu sevmirsən (və bu cəhətdən ondan bəhrələnirsən) amma onun ağlından faydalan və çirkin əxlaqından uzaq ol və heç bir zaman kəramətli şəxslə dost olmağı əldən vermə baxmayaraq ki, ondan faydalanırsan, amma öz ağlınla onun kəramətindən faydalan, ağılsız bir insandan olduqca uzaq ol (ki, kəramət və ağıl sahibi deyildir)."[3]

O həzrət yenə buyurur: Ağıllı şəxslə dostluq etmək, insan ruhunu dirildir.[4]

Amma cahil dost, zəhər kimidir ki, varlığı hər an insan canı üçün ziyanlıdır.

İmam Sadiq (ə) buyurur: Hər kəs axmaq adamla dostluqdan uzaq olmazsa, onun səfeh işlərinin təsirinə düşüb tez bir zamanda çirkin əxlaq sahibi olacaqdır.[5]

  1. Layiqli bir dost, o dostdur ki, öz nöqsanlarımızı özümüzə desin: İslamda o cür dostluqlara qiymət verir ki, onun şüası insan həyatına nur saçıb, onun kamilliyə çatmasına yol açır.

O şəxs ki, insanın nöqsanlarını görür və o səhvləri düzəltmək üçün ona nöqsanlarını verməzsə, layiqli bir dost deyil, bəlkə yaxşı dost rəvayətlərdə olduğu kimi o şəxsdir ki, güzgü kimi öz eyb və nöqsanlarımızı bizə göstərsin ki, o səhvləri düzəldək; çünki yaxşı dost, dostun düzgün və xoşbəxt olmasını istəyir və xeyirxahlıq fikriylə onun eyblərini ona deyib bildirir ki, o öz səhvlərini düzəltsin.

Qurani- kərimdə gəlmişdir:

İmanlı kişilər cə qadınlar, bir- birlərinin dostlarıdırlar, əmr be məruf və nəhy əz münkər edib, namaz qılır və zəkat verirlər. Allah və onun rəsulundan itaət edirlər, tez bir zamanda Allah onlara öz rəhmətini şamil edəcək Allah qüdrətli və hikmət sahibidir".[6]

İmam Sadiq (ə) buyurur: Qardaşlarımın ən yaxşısı o kəsdir ki, mənim eyb və nöqsanlarımı mənə hədiyyə etsin.[7]

  1. Yaxşı bir dost, öz din qardaşının maddi və mənəvi problemlərini həll etmək üçün qədəm götürür ki, o çətinlikləri həll etsin:

İmam Həsən Müctəba (ə) bu barədə bu cür sifariş edir: O şəxslə dostluq et ki:

  1. Hər vaxt onunla birlikdə oldun sənin sadiq olmanın mənbəyi olsun.
  2. Hər vaxt ona xidmət etsən sənin (abrını) qoruyub saxlasın.
  3. Hər vaxt ondan kömək istəsən hacətini yerinə yetirsin.
  4. Əgər bir söz (düzgün və haqq desən, səni təsdiqləsin).
  5. Əgər (düşmənə) hücum etsən, sənin qüvvəni gücləndirsin.
  6. Əgər xeyirxahlıq etmək istəsən sənə kömək etsin.
  7. Əgər sənin həyatında çətinliklər yaransa onu həll etməyə səy etsin.
  8. Əgər səndən yaxşılıq görsə, onu hesab etsin.
  9. Əgər ondan bir şey istəsən onu sənə versin.
  10. Əgər sən sükut edirsəndə (bir şey istəmirsənsə) o başlasın (və sənin ehtiyaclarını həll etsin).[8]

Bunlar bir şəxsdə mühüm olan xüsusiyətlərdəndir ki, bir dostda olması lazım görülür; amma dost tapmaq üçün ictimai xüsusiyyətlərə diqqət yetirib cəmiyyətdə necə qarşılanmasını da nəzərdə tutmaq lazımdır; burada onlardan bir neçəsinə nümunə olaraq işarə olunur:

Bir. İki dostun yaşları

İki Dostun yaşları barəsində iki nöqtəyə diqqət yetirmək lazımdır:

1. Əgər bir şəxsin yaşı ki, onunla dost olmaq istəyir, ondan daha çox və böyükdürsə onun təcrübə və mənəviyyatından bir dini və böyük dost kimi istifadə edib onun hörmətini saxlasın və öz yaşında olan şəxslərin rəftarlarıyla onun rəftar və əməllərini müqayisə etməsin. Bəs bu dostluqda bəzi işlərə düçar olmasın ki, ətafdakı insanlar onu məlamət etsinlər.

2. yuxarıda deyilənlərə əsasən mümkündür iki şəxs arasında yaş cəhətindən bərabər olsun, bu zaman da yenə riayət etmək lazımdır, çünki insanların şəxsiyyəti mühümdür və onların ehtiramı qorunmalıdır.

İki: O şəxslə ki, dostluq etmək nəzərdə tutulur, cəmiyyətdə olan etiqadları və məqamına nəzər salmaq lazımdır; misal üçün o şəxs ki, cəmiyyətdə abırlı və müsbət məqam sahibidir, o şəxslə ki, bu xüsusiyyətlərə sahib deyil, dostluq etməsin; baxmayaraq ki, insanların hidayət olması üçün onlara məhəbbət və mərhəmət göstərmək lazımdır, amma başqalarını hidayət etmək vəzifəsi, əmr be məruf və nəhy əz münkər dostluq fəzilətinə məxsus bir ünvanda deyildir.

Üç. O yerlərdə ki, iki nəfərin dostluğu bir həddə olaki, cəmiyyətdə mənfi fikirlər yaransın, ondan uzaq olub özünü tphmət qarşısında qoymasın; o cür ki, İmam Əli (ə) buyurur: Töhmətlə dolu yerlərdən və o yerlərdən ki, cəmiyyət o yerlərdən pis fikirdədirlər çəkinin, çünki pis dost insanı aldadır".[9]

Əlavə məlumat üçün aşağıdakı göstəriciləri mütaliə edin:

Möminin sifətləri: Sual 2534 (sayt: 2671)

Möminlər bir- biriylə qarşılaşdıqları zaman, sual 1824. (Sayt: 13365)

Başqalarıyla müaşirət yolları. Sual 8795 (sayt: 8752)

İctimai və şəxsi həyat. Sual 8351. (sayt: 8370).

 


[1] - Təmimi Amədi, Əbdul Vahid ibni Məhəmməd, Ğurərul- hikəm, səh 423. Dəftəre təbliğate İslami. Qum 1366. Hicri şəmsi.

[2] - Ali- İmran surəsi, ayə 28.

[3] - Əl- kafi, cild 2, səh 638. Darul kitab əl- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.

[4] - Ğurərul- hikəm, səh 429, hədis 9771.

[5] - Mühəddis Nuri, Mustədrəkul- vəsail, cild 8, səh 336. Alul- beyt (ə) müəssisəsi. Qum, 1408 hicri qəməri.

[6] - Tövbə surəsi, ayə 71.

[7] - Kuleyni, Məhəmməd ibni Yəqub, Əl- kafi, cild 2, səh 639.

[8] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 44, səh 139. Əl- vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.

[9] - Amuli, Şeyx Hürr, Vəsailüş- şiə, cild 2, səh 36. Alul- beyt (ə) müəssisəsi, Qum 1409. Hicri qəməri.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163824 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158959 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118703 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111839 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105521 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92546 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54109 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49313 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44898 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44348 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...