Ətraflı axtarış
Baxanların
9656
İnternetə qoyma tarixi: 2011/08/23
Sualın xülasəsi
Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
Sual
Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”? Bu ayə insanın ixtiyarının olmaması və yaradılışında məcbur olduğuna dəlalət edirmi?
Qısa cavab

   Kəlam elmində isbat olunub ki, insan öz işlərində ixtiyar sahibidir və Qurandan öyrəndiklərimiz də bu mənanı inkar etmir, əksinə, təsdiq edir. Amma Quranın bəzi ayələrini bəziləri təfsir etdiyini nəzərə alaraq, ayələri məna etdikdə həqiqi mənanı ələ gətirməkdən ötrü bu qanunu nəzərə almaq lazımdır. Zəlalət (zillətə salmaq) kəlməsi Quranda bəzən Allaha, bəzən Şeytana və bəzən də digərlərinə nisbət verilmişdir. Diqqət etmək lazımdır ki, Allahın kimisə zəlalətə salması hansı şəraitdə, necə və kimlər üçündür? Allahın kimisə zəlalətə salması ibtidai olmayıb, əslində, o kəslərdən ötrüdür ki, onlar özləri öz ixtiyarları ilə zəlalətə düşmələrinə şərait yaradıblar. Allah-Taala Bəqərə surəsinin 26-cı ayəsində buyurur: “Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.”[i] Ayənin zahirindən belə nəzərə gələ bilər ki, hidayət və zəlalət məcburi bir məsələ olub yalnız Allah-Taalaya aiddir. Halbuki, ayənin son cümləsi belə bir həqiqəti açıqlayır ki, hidayət və zəlalətin sərçeşməsini insanın öz əməllərində axtarmaq lazımdır.



[i] إِنَّ اللَّهَ لاَ یَسْتَحْیِی أَن یَضْرِبَ مَثَلاً مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِینَ آمَنُواْ فَیَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَأَمَّا الَّذِینَ کَفَرُواْ فَیَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً یُضِلُّ بِهِ کَثِیراً وَیَهْدِی بِهِ کَثِیراً وَمَا یُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِینَ

Ətreaflı cavab

 Allah-Taala Quran-Məciddə bir neçə yerdə hidayət və zəlalət məsələsinə müxtəlif açıqlamalar vermişdir. Əvvəlcədən onu da qeyd etmək lazımdır ki, Quranın bəzi ayələrini təklikdə təfsir və məna etmək olmaz, bəlkə də bundan ötrü bu mövzuda olan digər ayələrə də baxmaq lazımdır və bununla da, əsl həqiqi mənanı ələ gətirmək olar. İndi də bir neçə oxşar ayəyə diqqət edək:

   Nəhl surəsinin 93-cü ayəsində oxuyuruq: “Əgər Allah istəsəydi sizi (eyni dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!”[1]

Kəhf surəsinin 17-ci ayəsində yenə də oxuyuruq: “Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!”[2]

 Əraf surəsinin 186-cı ayəsində oxuyuruq: “Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!”[3]

 Nəhayət, yenə də Zumər surəsinin 36-37-ci ayəsində oxuyuruq: “Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz. Allahın doğru yola saldığı kimsəni də heç kəs yoldan çıxarda bilməz.”[4]

Məşhur təfsirçi Əllamə Təbatəbai özünün Əl-Mizan təfsir kitabında Nəhl surəsinin 93-cü ayəsində yazır: “Məqsəd budur ki, Allah-Taalanın qüdrəti var ki, bütün insanları hidayət və zəlalətdə olmaları cəhətdən bir səviyyədə yaratsın. Həmçinin, ayədə bəzilərinin zəlalət və bəzilərinin hidayət olunmasında məqsəd ibtidai zəlalət və hidayət deyildir, bəlkə də bu məcazi mənadadır. Çünki, istər zəlalətə düşənlər, istərsə də hidayət olunmuşlar hamısı bünövrədən özləri bunu seçmişlər. Allahın zəlalətə salmaq istədiyi insan o kəsdir ki, onun özü əvvəlcədən zəlalət yolunu seçmiş və artıq Allah-Taalaya tərəf qayıtmaq fikri yoxdur. Yəni, belə insan əvvəldən özü günah yoluna düşmüş və tövbə etmək fikri də yoxdur. Həmçinin, Allahın hidayət etdiyi kimsə o şəxsdir ki,  özü bünövrədən fitrətini əldən verməmiş və düzgün yola hərəkət edir. Belə insan həmişə itaətdədir və əgər ondan bəzən günah də baş versə tez tövbə edir. Həmişə düzgün yolda olub, bu yolu özünə əsas  qərar verir və ilahi yolda möhkəm dayanır. Ayədəki “Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız! – cümləsi isə o şübhəni aradan aparır ki, bəziləri belə düşünə bilər ki, Allah-taalanın kimisə hidayət və zəlalətə salması insanın ixtiyarını əlindən alması mənasındadır. Əgər belə olarsa insanın ixtiyarı və iradəsi əlindən alınarsa, onun ardınca peyğəmbərlik və risalət də öz mənasını itirir. Bütün bu şübhələrə ayənin son qisməti ilə cavab verilir ki, belə nəticəyə gəlmək lazım deyil, çünki, biz ixtiyar və iradəsi olan insandan sual-cavab edəcəyik və hələ sual-cavab məsələsi yerində qalır. Yəni, hidayət və zəlalətin Allah-Taalanın əlində olması sizin ixtiyar və iradənizi aradan aparmır. Çünki, Allah-Taala bünövrədən və insanın öz hərəkət və ixtiyarı olmadan heç kimi hidayət və zəlalətə salmır. Allahın kimisə zəlalətə salması əslində, o kəsin  cəzalanmasıdır. Yəni, hər kəs özü öz yolunu zəlalət seçsə və o yolda addımlasa, həmçinin hər kəs öz hidayət yolunu seçsə və o yolda irəliləsə, başqa sözlə desək, kim hansı yolu seçsə Allah-Talla da ona o yolda kömək edər və hər kəs öz yolunda öz ixtiyarı ilə hərəkət edər.[5]

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüslün və dəstəmazın əvəzinə təyəmmüm etməyin keyfiyyətini bəyan edin?
    7882 Nizamlar hüquq və əhkam 2012/02/13
    Təyəmmün necəliyi: Təyəmmümdə dörd şey vacibdir: 1. Niyyət, 2. İki əli bir yerdə təyəmmüm səhih olan şeyin üzərinə vurmaq, 3. Hər iki əlin içini bütün alına və alının iki tərəfinə çəkmək, ...
  • Əvba qəzvəsi nədir?
    6428 تاريخ بزرگان 2012/03/14
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11591 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    6955 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    9243 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
    14215 Heyiz və nifas 2014/05/18
    Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    4941 پیامبر اکرم ص 2019/10/09
  • İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
    10790 بهشت و جهنم 2014/05/18
    İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6974 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10307 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166601 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122013 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115140 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96587 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60895 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47366 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...